[b]Vardan Oskanyan: "Ermənistanın yeni hökumətində təmsil olunmayacağam"[b]
İrəvan - APA. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan yeni hökumətdə təmsil olunmayacaq.
[APA-nın "Novosti Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə V. Oskanyan özü bildirib: "Mən işləməkdə davam edəcəyəm, amma hökumətin tərkibində yox. Ölkənin inkişafına və dövlətçiliyin möhkəmlənməsinə töhfəmi verməyə çalışacağam. Mən Ermənistanda olacağam və maksimum əməkdaşlıq edəcəyəm, ancaq hökumətin tərkibində olmayacağam". V. Oskanyan 10 il eyni vəzifədə çalışmağın kifayət qədər uzun müddət olduğunu dəfələrlə bəyan etdiyini söyləyib: "Mən yorulduğuma görə belə demirəm, sadəcə, yeniləşməyə ehtiyac var. Yeni prezident yeni nazir təyin etməlidir". Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, hökumət yeni prezidentin andiçmə günü istefaya gedir. Ermənistan parlamentinin sədri Tiqran Torosyan bildirib ki, hökumətin yeni tərkibi növbəti həftə formalaşdırılacaq. Ermənistanın yeni prezidenti Serj Sərkisyan isə bu gün and içərək, vəzifəsinin icrasına başlayıb.
Azərbaycan Xəbərləri
Printable View

04-09-2008, 05:56 PMAPAVardan Oskanyan: "Ermənistanın yeni hökumətində təmsil olunmayacağam"

04-09-2008, 08:06 PMAPAMədəniyyət və turizm naziri ilə ABŞ-ın Azərbaycandakı səfiri kitabxana sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıblar
[b]Mədəniyyət və turizm naziri ilə ABŞ-ın Azərbaycandakı səfiri kitabxana sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıblar[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi kitabxana sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıblar. APA-nın məlumatına görə, Ə.Qarayev bildirib ki, memoranduma əsasən, Gəncə, Lənkəran şəhər, habelə Salyan, Kürdəmir rayonlarında fəaliyyət göstərən mərkəzi kitabxanalarda Amerika guşələri yaradılacaq, bu sahədə üç il müddətində əməkdaşlıq ediləcək: "Anlaşma Memorandumu kitabxanaların müasir texnologiyalarla, ingilis dilli kitablarla təmin olunmasına böyük təkan verəcək. Layihənin davamı kimi artıq bu cür guşələrin digər rayonlarda da yaradılması nəzərdə tutulub". Ann Dersi isə deyib ki, memoranduma əsasən, Mədəniyyət və Turizm Nazirliyi Amerika mərkəzləri üçün sahələr ayıracaq, çap və elektron kolleksiyaları daxil olmaqla internetə ictimai girişi, eyni zamanda sözügedən mərkəzlərin müvafiq proqramlarını təmin edəcək: "Anlaşma Memorandumuna əsasən, beş Amerika mərkəzi inkişaf etdiriləcək. Birinci mərkəz keçən il Xaçmaz şəhərində açılıb. Digər dörd mərkəz isə imzalanan sənədə əsasən yaradılacaq. Amerika mərkəzləri ilk dəfə 2000-ci ilin oktyabrında açılıb. Bu mərkəzlərin indi dünyanın təxminən yüz ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir". Səfir bildirib ki, Azərbaycandakı beş Amerika mərkəzi iki ölkəni birləşdirən körpü olacaq. Ann Dersi mərkəzlərdə xeyli proqramın həyata keçiriləcəyini bildirib. -
04-09-2008, 08:11 PMAPAMikloş Haraşti Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
[b]Mikloş Haraşti Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanda medianın vəziyyəti ilə bağlı narahatlıq doğuran məqamlar və problemlər var". APA-nın məlumatına görə, bu sözləri ATƏT-in media azadlığı üzrə nümayəndəsi bu gün Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O, Azərbaycan mediasını peşəkarlığa və etik normalara riayət etməyə çağırıb. Xüsusi nümayəndə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlillə bağlı televiziyaların nümayiş etdirdiyi reportaja da münasibətini bildirib və bu reportajın yayılmasından narahatlığını ifadə edib. O, baş prokuror Zakir Qaralovla görüşdüyünü və A. Xəlilə xəsarət yetirən şəxslərlə bağlı tədbir görülməməsindən, həmçinin Elmar Hüseynovun qatillərinin tapılmamasından narahatlıq keçirdiyini diqqətə çatdırdığını bildirib. M. Haraşti A. Xəlilin anası ilə də görüşüb, onunla oğlu ilə bağlı son hadisələr ətrafında söhbət edib. A. Xəlillə bağlı məsələnin siyasiləşdirilməsinin əleyhinə olduğunu qeyd edən xüsusi nümayəndə cinayət işinin araşdırılmasının vacibliyini vurğulayıb. M. Haraşti Azərbaycan hökumətini həbsdə olan jurnalistləri azad etməyə də çağırıb. -
04-09-2008, 08:16 PMAPAAzərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclasında qurumun növbəti qurultayının vaxtı məlum olacaq
[b]Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclasında qurumun növbəti qurultayının vaxtı məlum olacaq[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Mətbuat Şurasının İdarə Heyətinin toplantısı keçirilib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, şura sədri Əflatun Amaşov qurumun 3 aylıq fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, bu ilin üç ayı ərzində Mətbuat Şurasına 141 müraciət daxil olub, müraciətlərin bir qismi qurumun Şikayətlər Komissiyasında araşdırılacaq. Daha sonra İdarə Heyətində Mətbuat Şurasının 4-cü qurultayının keçirilməsi ilə bağlı müzakirələr aparılıb, qurultayın vaxtının növbəti toplantıda müəyyənləşdirilməsi qərara alınıb. -
04-09-2008, 08:21 PMAPAAzərbaycan Ombudsmanı məcburi köçkünün "Qaçqınkom"da döyülməsi ilə bağlı baş prokurora və daxili işlər nazirinə müraciət edib
[b]Azərbaycan Ombudsmanı məcburi köçkünün "Qaçqınkom"da döyülməsi ilə bağlı baş prokurora və daxili işlər nazirinə müraciət edib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Ombudsman Aparatının əməkdaşları Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasında Ağdam rayonundan olan məcburi köçkün, 63 yaşlı Rəfiqə Əliyevanın mühafizə polisi tərəfindən döyülməsi barədə yayılan məlumatla bağlı araşdırma aparıb.
[Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkilin nümayəndələri bu gün Kliniki Tibbi Mərkəzdə müalicə alan Rəfiqə Əliyeva və onun oğlu Nazim Əliyevlə görüşüblər. Söhbət zamanı işıq pulu borcunu həll etmək məqsədilə "Qaçqınkom"a müraciət edən məcburi köçkün qadına mühafizə polisinin çavuşu Məmmədəli Həsənovun fiziki xəsarət yetirdiyi bildirilib. Qeyd olunub ki, aldığı zərbələr nəticəsində R. Əliyevanın dalağı partlayıb, qabırğaları əzilib, ağ ciyərində zədələr əmələ gəlib, nəticədə R. Əliyeva Kliniki Tibbi Mərkəzə yerləşdirilib, üzərində cərrahiyyə əməliyyatı aparılıb. Məlumata görə, hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsində araşdırma aparılır. Ombudsman baş prokurora və daxili işlər nazirinə müraciət edərək, məsələni xüsusi nəzarətdə saxlamağı və təqsirkar şəxslərin qanunvericilik çərçivəsində cəzalandırılmasını xahiş edib. -
04-09-2008, 08:26 PMAPAQaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Şöhrət" ordeni ilə təltif olunub
[b]Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Şöhrət" ordeni ilə təltif olunub[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Əli Həsənovun "Şöhrət" ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb.
[Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən bildirilib. Ə. Həsənov dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə görə təltif edilib. Qeyd edək ki, Ə. Həsənov baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. -
04-10-2008, 11:11 AMAPAAzərbaycanda Penitensiar Sistemə Nəzarət İctimai Komitənin üzvləri Qobustan həbsxanasında monitorinq keçiriblər
[b]Azərbaycanda Penitensiar Sistemə Nəzarət İctimai Komitənin üzvləri Qobustan həbsxanasında monitorinq keçiriblər[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitənin üzvləri - Sahib Məmmədov, Eldar Zeynalov, Zəlihə Tahirova, Elmira Ələkbərova və Elmari Məmişov Qobustan həbsxanasında monitorinq keçiriblər. İctimai Komitənin koordinatoru Sahib Məmmədov APA-ya bildirib ki, onlar saxlanma şəraiti ilə tanış olub, qida blokuna, tibbi hissəyə, cərimə kamerasına baxış keçiriblər. Cərimə kamerasında saxlanılan ömürlük məhbus Şakir Rzaxanov və başqa 13 məhkumla təkbətək söhbət apardıqlarını bildirən hüquq müdafiəçisi deyib ki, bir sıra şəxslərdən saxlanma şəraiti ilə bağlı şikayətlər qəbul ediblər. S. Məmmədov monitorinqin nəticələri ilə bağlı hesabat hazırlayacaqlarını, Ədliyyə Nazirliyi qarşısında Qobustan həbsxanasındakı vəziyyətlə bağlı İctimai Komitənin iclasında müzakirələrin açılması təklifi ilə çıxış edəcəklərini söyləyib. O, iclasa həbsxana rəisi Kazım Abdullayevin də dəvət olunacağını qeyd edib. S. Məmmədov görüşdükləri məhkumların, əsasən barələrində olan məhkəmə qərarlarından şikayətçi olduqlarını deyib. -
04-10-2008, 11:36 AMAPADaha bir erməni əsilli deputat ABŞ Konqresinin üzvü olub
[b]Daha bir erməni əsilli deputat ABŞ Konqresinin üzvü olub[b]
Los Anceles. Hüsniyyə Həsənova - APA. Bir müddət əvvəl dünyasını dəyişmiş ABŞ Konqresinin Aşağı Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Tom Lantosun yerini Konqresdə erməni əsilli Jaki Speier tutub.
[APA-nın ABŞ bürosunun məlumatına görə, Konqresin nüfuzlu simalarından sayılan kaliforniyalı millət vəkili Tom Lantosun yerini tutan demokrat J. Speier bundan əvvəl ştatın senatoru olub. T. Lantos ölümündən əvvəl məhz xanım Speieri siyasi varisi görmək istədiyini bəyan edib. Qeyd edək ki, J. Speier yarı alman, yarı erməni əsillidir. Senatda təmsil olduğu vaxtda o, qondarma "erməni soyqırımı"na dair Kaliforniya Senatında onlarla qanunvericilik aktlarının təşəbbüskarı olub. 2005-ci ildə J. Speier Kaliforniya ştatında qondarma "erməni soyqırımı"nın qanun şəklində tanınması üçün qanun layihəsi ilə də çıxış edib. Bundan başqa, o, 1915-ci ildə öz mülkünü itirən ermənilərin məhkəmələrə müraciət etməsini mümkün edən qanun layihəsini səsverməyə çıxarıb və Senat sənədin lehinə səs verib. 2006-cı ildə qubernator Arnold Şvartsenegger məlum qanunu imzalayaraq, sənədə hüququ qüvvə verib. Qeyd edək ki, J. Speier ABŞ Konqresinə seçilən ikinci erməni əsilli millət vəkilidir. Erməni əsilli digər konqresmen isə Kaliforniya ştatından olan Anna Eşhodur. -
04-10-2008, 11:41 AMAPAAzərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyətinin rəhbərini qəbul edib
[b]Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyətinin rəhbərini qəbul edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda səfərdə olan nümayəndə heyətinin rəhbəri tümgeneral Selahattin Kısacıkı qəbul edib.
[Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüşdə ikitərəfli hərbi əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb. Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti aprelin 11-də Azərbaycanın hərbi təhsil müəssisələri ilə tanış olacaq. -
04-10-2008, 11:46 AMAPAPolşa Avropa Birliyi ilə Rusiya arasında strateji tərəfdaşlığa dair aparılan danışıqlara veto qoya bilər
[b]Polşa Avropa Birliyi ilə Rusiya arasında strateji tərəfdaşlığa dair aparılan danışıqlara veto qoya bilər[b]
[Varşava - APA. Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə etiraz edən bəzi Avropa ölkələri bu mövqelərindən vaz keçməsələr, Polşa hökuməti Avropa Birliyi (AB) ilə Rusiya arasında strateji tərəfdaşlığa dair aparılan danışıqlara veto qoya bilər. APA-nın məlumatına görə, bunu Polşa prezidenti Lex Kaçinski "Reuters"ə müsahibəsində deyib. O bildirib ki, Ukrayna və Gürcüstana NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planının təqdim edilməməsi Rusiyanın bu məsələdə de-fakto veto hüququna malik olduğunu göstərir: "NATO-nun Buxarest sammitində baş verənlərin Moskvanın mövqeyi ilə əlaqəsi olmadığını yalnız siyasi cəhətdən informasiyasız insanlar düşünə bilər". L. Kaçinskinin sözlərinə görə, onun üçün AB və Rusiya arasında çərçivə sazişinin imzalanması ilə Ukrayna və Gürcüstanın NATO-ya inteqrasiyası bir-biri ilə sıx bağlı olan məsələlərdir. L. Kaçinski öz mövqeyini Buxarest sammitində Ukrayna və Gürcüstana üzvlüklə bağlı Fəaliyyət Planı təqdim olunmasını əngəlləyən Fransa və Almaniya liderlərinə çatdıracağını açıqlayıb.