[b]AŞ PA insan haqları mükafatı təsis edib[b]
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) insan haqları mükafatı təsis edib. APA-nın məlumatına görə, illik mükafat Avropada insan haqlarının müdafiəsi sahəsində fərqlənənlərə veriləcək. Mükafat ilk dəfə 2009-cu il iyunun 22-26-da keçiriləcək sessiya çərçivəsində təqdim olunacaq. Müsabiqədə istənilən qeyri-hökumət təşkilatının təmsilçisi iştirak edə bilər. Artıq ərizələrin qəbulu başlanıb.
4610 sonuçtan 4.481 ile 4.490 arası

10-29-2008, 07:10 PM #4481Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
TÜRKSOY Daimi Şurasının XXVI iclası gələn il Bakıda keçiriləcək
[b]TÜRKSOY Daimi Şurasının XXVI iclası gələn il Bakıda keçiriləcək[b]
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın mədəniyyət və turizm nazirinin səlahiyyətlərini icra edən Əbülfəs Qarayev TÜRKSOY Daimi Şurasının müvəqqəti koordinatoru seçilib. Bununla əlaqədar Azərbaycanın rəsmi nümayəndə heyətinə TÜRKSOY-un simvol və bayrağı təqdim edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu günlərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində TÜRKSOY (Türk mədəniyyət və incəsənətinin birgə inkişafı üzrə Təşkilat) Daimi Şurasının XXV iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyi iclasda beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Yaşar Hüseynli və nəşriyyat sektorunun müdiri Çingiz Əlioğludan ibarət rəsmi nümayəndə heyəti ilə təmsil olunub.TÜRKSOY-un iclaslarının türkdilli dövlətlərin əhəmiyyətli tədbirlərinin qeyd olunması ilə eyni vaxtda keçirilməsi nəticəsində formalaşmış ənənəyə sadiq qalaraq, Daimi Şuranın XXV iclası görkəmli yazıçı Çingiz Aytmatovun 80 illik yubileyinə həsr olunmuş "Çingiz Aytmatov və müasirlik" Beynəlxalq Forumu çərçivəsində həyata keçirilib. TÜRKSOY Daimi Şurasının XXV İclasının gedişində təşkilatın fəaliyyəti və inkişaf perspektivləri məsələləri müzakirə edilib. İclas müddətində Ç. Aytmatova 15000 ABŞ dolları dəyərində TÜRKSOY III Beynəlxalq Mükafatının verilməsi qərarı qəbul olunub. Mükafat "Çingiz Aytmatov və Müasirlik" Beynəlxalq Forumunun bağlanma mərasimində yazıçının xanımına təntənəli surətdə təqdim edilib. TÜRKSOY rəssamlarının Kiprdə keçirilmiş 10-cu görüşünün nəticələrinə əsasən rəssam Adılbəy Bayterekov (Qırğızıstan) təsviri incəsənət sahəsində (1000 ABŞ dolları həcmində) TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb. Daimi Şura TÜRKSOY Baş Direktoru Müavinin başçılığı altında "TÜRKSOY təşkilatının yerləşdirilməsi haqqında təsisedici Protokol"a milli nümayəndələr və beynəlxalq heyətin statusu ilə bağlı müvafiq dəyişikliklərin daxil edilməsi məqsədilə İşçi qrupunun yaradılması haqqında qərar qəbul edib. İclasda eyni zamanda Türkiyə ərazisində musiqi kanalının yaradılmasına dair layihə dəstəklənib. Bu kanal təşkilatın məqsəd və vəzifələrinə uyğun olaraq fəaliyyət göstərəcək. Təşkilatın 15 illiyi ilə əlaqədar olaraq YUNESKO-nun qərargahında "TÜRKSOY Günləri"nin keçirilməsinə dair qərar qəbul olunub. Daimi Şura təşkilatın 2009-cu il üzrə Fəaliyyət Proqramını müzakirə edərək qəbul edib. Bu fəaliyyət Proqramına "TÜRKSOY mədəni turizm Proqramı"nın işlənib hazırlanması və həyata keçirilməsi, "TÜRKSOY mədəni irsinin Siyahısı"nın tərtib olunması, "TÜRKSOY xalqlarının milli musiqi alətlərinin təbliği" adlı layihənin hazırlanması və həyata keçirilməsi və "TÜRKSOY xalqlarının kulinariya sənəti" kataloqunun hazırlanması kimi Azərbaycan Respublikası tərəfindən təklif olunan bir sıra uzunmüddətli layihələr də daxil edilib. Azərbaycanın təşkilat çərçivəsində fəal rolu nəzərə alınaraq TÜRKSOY Daimi Şurasının XXVI iclasının 2009-cu ildə Bakıda keçirilməsi qərara alınıb.

10-29-2008, 07:30 PM #4482Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AŞ PA insan haqları mükafatı təsis edib

10-29-2008, 07:40 PM #4483Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AFFA UEFA-nın Kütləvi Futbol Proqramına qoşulub
[b]AFFA UEFA-nın Kütləvi Futbol Proqramına qoşulub[b]
Bakı. Aqşin Əliyev - APA-SPORT. UEFA-nın Nyon şəhərində yerləşən mənzil-qərargahında quruma üzv assosiasiyaların baş katiblərinin toplantısı olub. "APA-SPORT"un məlumatına görə, iclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov da iştirak edib.UEFA-nın prezidenti Mişel Platini və baş katib Devid Teylorun iştirakı ilə bu gün keçirilən tədbirdə ölkəmizlə bağlı qərar çıxarılıb. Belə ki, AFFA rəsmən UEFA-nın Kütləvi Futbol Proqramına qoşulub. Bununla əlaqədar müvafiq sənədi AFFA tərəfindən Elxan Məmmədov imzalayıb.Qeyd edək ki, Kütləvi Futbol Proqramının əsas məqsədi qitənin müxtəlif ölkələrində "idman şahı"nı daha da kütləviləşdirməkdən, məhəlli və uşaq futbolunu inkişaf etdirməkdən ibarətdir.

10-29-2008, 07:50 PM #4484Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ukrayna parlamenti növbədənkənar seçkiyə pul ayırmayıb
[b]Ukrayna parlamenti növbədənkənar seçkiyə pul ayırmayıb[b]
Kiyev - APA. Ukrayna Ali Radası növbədənkənar parlament seçkilərinin maliyyələşdirilməsi üçün 2008-ci ilin dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsini dəstəkləməyib. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, layihənin lehinə 222 deputat (Regionlar Partiyasından 170, "Bizim Ukrayna"dan 35, Litvinin blokundan 17 nəfər) səs verib və sənədin qəbulu üçün 4 səs çatmayıb. "Yuliya Timoşenko" bloku ilə kommunistlər layihənin əleyhinə çıxıblar. Beləliklə, Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsi sual altında qalıb.

10-29-2008, 08:00 PM #4485Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ABŞ ticarət nazirinin müavini ilə görüşüb
[b]Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ABŞ ticarət nazirinin müavini ilə görüşüb[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan ABŞ ticarət nazirinin müavini Con Sallivanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Ölkədə həyata keçirilən layihələrin müvəffəqiyyətlə reallaşdırılmasında ABŞ-ın dəstəyinin mühüm rol oynadığını deyən R.Abdullayev Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kəmərləri işə düşəndən sonra ölkənin neft və qaz nəqli sahəsində heç bir probleminin qalmadığını bildirib. Bu yaxınlarda Bakı-Supsa kəmərində təmir işlərinin başa çatdırıldığını söyləyən ARDNŞ prezidenti, artıq həmin kəmərin də regiondan enerji nəqli marşrutlarının diversifikasiyasına böyük töhfə verdiyini vurğulayıb. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını qeyd edən C.Sallivan isə ABŞ-ın bu istiqamətdə həyata keçirilən layihələrə dəstək verəcəyini söyləyib. Görüş zamanı ABŞ nümayəndə heyətinə «Şahdəniz» layihəsinin II fazasına hazırlıq işlərinin gedişi barədə məlumat verilib. Azərbaycanın Qərbə qaz nəqli üçün mövcud olan müxtəlif marşrutları və qaz kəmərləri layihələrini nəzərdən keçirdiyi bildirilib.

10-29-2008, 08:10 PM #4486Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan paytaxtında ata azyaşlı oğlunun başını kəsib
[b]Azərbaycan paytaxtında ata azyaşlı oğlunun başını kəsib[b]
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında dəhşətli qətl hadisəsi baş verib. Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ata azyaşlı oğlunun başını kəsib, həyat yoldaşını isə bıçaqla ağır yaralayıb.
Qətl hadisəsi Əmircan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Xalis Mürsəlov azyaşlı oğlu Nurullah Mürsəlovun boğazını bıçaqla kəsib. Körpə yerindəcə keçinib. X. Mürsəlov daha sonra həyat yoldaşı Lamiyə Mürsəlovaya bıçaqla ağır bədən xəsarəti yetirib və hadisə yerindən qaçıb. L. Mürsəlova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. Hazırda Suraxanı rayon Polis İdarəsinin əməkdaşları X. Mürsəlovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Suraxanı RP-da Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

10-29-2008, 08:20 PM #4487Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Con Sallivan: "Bakıya ABŞ hökumətinin Azərbaycan hökumətinə və iqtisadiyyatına dəstəyini nümayiş etdirmək üçün gəlmişəm"
[b]Con Sallivan: "Bakıya ABŞ hökumətinin Azərbaycan hökumətinə və iqtisadiyyatına dəstəyini nümayiş etdirmək üçün gəlmişəm"[b]
Bakı. Viktoriya Dementyeva - APA. "Mən Bakıya ABŞ hökumətinin Azərbaycan hökumətinə və iqtisadiyyatına dəstəyini nümayiş etdirmək üçün gəlmişəm". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ Kommersiya Departamenti katibinin müavini Con Sallivan deyib. O bildirib ki, ABŞ-ın məqsədi Azərbaycan iqtisadiyyatının inkişafına yönəlmiş islahatların davam etdirilməsində hökumətə yardımçı olmaqdır. Qonaq hesab edir ki, iqtisadi inkişafın əsas şərtlərindən biri korrupsiya və bürokratiyanın azaldılması və iqtisadiyyatın diversifikasiyasıdır. C. Sallivan hazırda Azərbaycanda 100-dən çox ABŞ şirkətinin fəaliyyət göstərdiyini, ikitərəfli iqtisadi əməkdaşlıq gücləndikcə, onların sayının artacağını söyləyib. O, ABŞ-ın Azərbaycanda yüksək texnologiyalar, aqrar-sənaye və infrastruktur sahələrinə daha çox maraq göstərdiyini vurğulayıb. Qeyd edək ki, C. Sallivan Azərbaycan prezidenti, Dövlət Neft Şirkətinin prezidenti, maliyyə naziri, iqtisadi inkişaf naziri və Azərbaycanda fəaliyyət göstərən amerikalı iş adamları ilə görüşüb.

10-29-2008, 08:30 PM #4488Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan 2009-cu ildə separatçı Dağlıq Qarabağ rejiminə 100 mln. ABŞ dolları həcmində kredit ayıracaq
[b]Ermənistan 2009-cu ildə separatçı Dağlıq Qarabağ rejiminə 100 mln. ABŞ dolları həcmində kredit ayıracaq[b]
Bakı. Rəşad Süleymanov - APA. Ermənistan 2009-cu ildə separatçı Dağlıq Qarabağ rejiminə 33,1 mlrd. dram (100 mln. ABŞ dolları) kredit ayırmağı planlaşdırır. APA-nın məlumatına görə, Ermənistan KİV-inə açıqlamasında bu ölkənin maliyyə naziri Tiqran Davatyan bildirib. T. Davatyanın sözlərinə görə, Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində kreditlərin verilməsi üçün 34,5 mlrd. dram nəzərdə tutulub ki, bunun da 33,1 mlrd. dramı Dağlıq Qarabağa veriləcək. Qeyd edək ki, Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar proqnozlaşdırılır.

10-29-2008, 08:50 PM #4489Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ombudsman Aparatının əməkdaşları 1 saylı istintaq təcridxanasında olublar
[b]Ombudsman Aparatının əməkdaşları 1 saylı istintaq təcridxanasında olublar[b]
Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bayıldakı 1 saylı istintaq təcridxanasında olublar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdaşlar Ombudsmana müraciət edən şəxslərlə görüşüblər. Saxlanılan şəxslər istintaq təcridxanasında saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini, saxlanılma şəraitindən narazı olmadıqlarını söyləyiblər. Məlumata görə, bəzi təqsirləndirilən şəxslər istintaqın qeyri-obyektiv aparılması ilə bağlı narazılıqlarını ifadə ediblər. Ombudsmanın nümayəndələri qaldırılan məsələlərin qanunvericilik çərçivəsində həll edilməsi üçün Müvəkkilə məlumat veriləcəyini qeyd ediblər.

10-29-2008, 09:20 PM #4490Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edib
[b]Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edib[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir sıra polis şöbələrinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis sahə inspektoru, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifələri üzrə vakant yerlər müsabiqəyə çıxarılıb. Müsabiqə test imtahanları və müsahibədən ibarətdir. Test imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. Test imtahanlarından müvəffəqiyyət qazanan namizədlər isə müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibə DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılacaq.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri