[b]Moskva dahi azərbaycanlı Müslüm Maqomayevlə vidalaşır[b]
Bakı. Laçın Sultanova - APA. Moskvada SSRİ xalq artisti Müslüm Maqomayevlə vida mərasimi başlayıb.
Ümümrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyevin APA-ya verdiyi məlumata görə, vida mərasimi mərhumun dəfələrlə çıxış etdiyi Çaykovski adına Konsert Zalında onun ifa etdiyi mahnıların sədası altında keçirilir. Mərasim Bakı vaxtı ilə saat 11.00-da başlayıb. Saat 13.00-da isə rəsmi hissə olacaq. Vida mərasiminə Azərbaycandan da rəsmi nümayəndə heyəti göndərilib. Müslüm Maqomayevin cənazəsi bu gün xüsusi təyyarə ilə Bakıya gətiriləcək. Bakıda müğənni ilə vida mərasimi oktyabrın 29-da saat 11.00-dan 15.00-dək Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.Dəfn mərasimi isə sabah saat 16.00-da I Fəxri Xiyabanda olacaq. Xatırladaq ki, M. Maqomayev uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də Moskvadakı evində dünyasını dəyişib.M. Maqomayev 17 Avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın "La Scala" teatrında təcrübə keçib.1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib.Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub.
4610 sonuçtan 4.401 ile 4.410 arası

10-28-2008, 01:00 PM #4401Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Viktor Yuşşenko: "Baltik-Qara dəniz-Xəzər enerji tranziti məkanı Türkiyəni də maraqlandıra bilər"
[b]Viktor Yuşşenko: "Baltik-Qara dəniz-Xəzər enerji tranziti məkanı Türkiyəni də maraqlandıra bilər"[b]
Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti hesab edir ki, Baltik-Qara dəniz-Xəzər enerji tranziti məkanı yaratmaq təşəbbüsü Türkiyəni də maraqlandıra bilər. APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Türkiyədə rəsmi səfərdə olan Viktor Yuşşenko baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib. O, noyabrda Bakıda enerji sammitinin keçiriləcəyini xatırladaraq bildirib ki, sammitin məqsədi bu tranzit məkanını formalaşdırmaqdır. R. T. Ərdoğan isə Ukraynanın Qara dəniz şelfindəki yataqların kəşfiyyatı ilə bağlı elan olunmuş tenderdə Türkiyənin də iştirak etmək istədiyini söyləyib. Xatırladaq ki, V. Yuşşenko dünən Türkiyəyə iki günlük rəsmi səfərə gedib. O, həmkarı Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Köksal Toptanla görüşüb, Atatürkün mavzoleyini ziyarət edərək əklil qoyub.

10-28-2008, 01:20 PM #4402Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Moskva dahi azərbaycanlı Müslüm Maqomayevlə vidalaşır

10-28-2008, 01:30 PM #4403Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Milli Məclisi İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib
[b]Azərbaycan Milli Məclisi İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Mili Məclisin payız sessiyasının növbəti iclası keçirilir.
APA-nın xəbərinə görə, iclasda yenidən Azərbaycan prezidenti seçilən İlham Əliyevə Milli Məclis adından təbrik məktubu oxunub. Parlamentin vitse-spikeri Bahar Muradova Milli Məclis sədri adından göndərilən məktubu təqdim edib. Məktubda Azərbaycanın gündən-günə inkişaf etdiyi, MM-in prezidentin gördüyü işləri təqdir etdiyi bildirilib.

10-28-2008, 01:40 PM #4404Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Müxalifətdən olan millət vəkili parlamentə "Amnistiya haqqında" qanun layihəsi təqdim edib
[b]Müxalifətdən olan millət vəkili parlamentə "Amnistiya haqqında" qanun layihəsi təqdim edib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Müxalifətçi millət vəkili Pənah Hüseyn Milli Məclisə "Amnistiya haqqında" qanun layihəsi təqdim edib. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında çıxış edən Pənah Hüseyn bildirib. Millət vəkili layihənin artıq Milli Məclis Aparatında qeydiyyata alındığını deyib. Layihənin Azərbaycan parlamentin 90 illiyi münasibəti ilə hazırlandığını bildirən deputat məsələyə yaxın zamanlarda baxılacağına inandığını deyib.

10-28-2008, 02:10 PM #4405Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Milli Məclisi Müslüm Maqomayevin xatirəsini yad edib
[b]Azərbaycan Milli Məclisi Müslüm Maqomayevin xatirəsini yad edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında cari məsələlər müzakirə olunub. APA-nın xəbərinə görə, millət vəkili Elmira Axundova SSRİ xalq artisti Müslüm Maqomayevin vəfatı ilə bağlı çıxış edib. Millət vəkili M. Maqomayevin vəfatını Azərbaycan üçün böyük itki adlandırıb. Prezident İlham Əliyevin onun cənazəsinin Azərbaycana gətirilməsi, Bakıda dəfn olunması barədə tarixi qərar verdiyini qeyd edən E. Axundova M. Maqomayevin xatirəsinin Milli Məclisdə yad olunmasını təklif edib. MM üzvləri mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra millət vəkili Qüdrət Həsənquliyev Ukraynada 1932-33 illərdə insanlığa qarşı törədilən cinayətlərin ildönümünün qeyd olunması barədə danışıb. Deputat Azərbaycan prezidentinin də bu tədbirə dəvət olunduğunu qeyd edərək təklif edib ki, Milli Məclis Ukraynada baş verənlərə münasibət bildirməli, həmrəylik nümayiş etdirməlidir. Millət vəkili Gülər Əhmədova isə Azərbaycan Ordusunda psixoloji gərginliklər olduğunu deyib. Deputat MM-in Azərbaycan Ordusunda baş verənlərə münasibət bildirməsini, bununla bağlı araşdırma aparmasını təklif edib.

10-28-2008, 02:30 PM #4406Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gələn il Azərbaycanda sahibkarların güzəştli kreditlər üzrə ödənişləri iki dəfədən çox artıracağı gözlənilir
[b]Gələn il Azərbaycanda sahibkarların güzəştli kreditlər üzrə ödənişləri iki dəfədən çox artıracağı gözlənilir[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) 2009-cu il ərzində sahibkarlar tərəfindən əvvəllər alınmış kreditlərdən 40 mln. manatın qaytarılacağı proqnozlaşdırılır. «APA-ECONOMICS»in məlumatına görə, bunu SKMF-nin icraçı direktoru Xaliq Məmmədov bildirib. X.Məmmədovun sözlərinə görə, 2008-ci il ərzində SKMF dövlət büdcəsindən Fonda ayrılan 80 mln. manatı tam həcmdə yerləşdirib: «Bu il ərzində Fonda 20 mln. manat məbləğində vəsait qaytarılıb ki, qaytarılmış kreditlər yeni investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Gələn il isə bu rəqəmin 2 dəfədən çox artacağı gözlənilir».Qeyd edək ki, SKMF vəsaiti bank-agentlərə illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Bu ilki dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin kreditləşdirilməsi üçün SKMF-yə 80 mln. manat (o cümlədən, 6 mln. manat Naxçıvan Muxtar Respublikasına) ayrılıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir.

10-28-2008, 02:40 PM #4407Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu Avropa İttifaqı ilə birlikdə yerli sahibkarlar arasında maarifləndirmə işi aparacaq
[b]Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu Avropa İttifaqı ilə birlikdə yerli sahibkarlar arasında maarifləndirmə işi aparacaq[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ayırdığı güzəştli kreditlərin sahibkarlar tərəfindən səmərəli istifadəsi üçün maarifləndirmə işlərini həyata keçirmək məqsədilə Avropa İttifaqı ilə birlikdə personalın yetişdirilməsi üzrə layihə hazırlayır. «APA-ECONOMICS»in məlumatına görə, bunu SKMF-nin icraçı direktoru Xaliq Məmmədov bildirib. X.Məmmədovun sözlərinə görə, hazırda SKMF personalın hazırlanması üçün 500-600 min avroluq layihə hazırlayır ki, cari ilin sonunadək layihə Avropa İttifaqının müvafiq komissiyasına təqdim olunacaq. Eyni zamanda SKMF sahibkarlar üçün qısa və uzunmüddətli əsaslarla treninqlər keçirməyi də planlaşdırır.

10-28-2008, 02:50 PM #4408Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda turizm sahəsində 11 peşə üzrə hazırlıq kursları təşkil olunacaq
[b]Azərbaycanda turizm sahəsində 11 peşə üzrə hazırlıq kursları təşkil olunacaq[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu gün Bakıda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə «Turizm sektorunda ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsində sosial tərəfdaşların rolu» mövzusunda dəyirmi masa keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, turizm sektorunun inkişafı digər sahələrin inkişafına stimul verir. Nazir müavininin fikrincə, Azərbaycanda lazımi infrastrukturun qurulması hesabına turizmin inkişafı normal səviyyəyə çatdırılıb.Turizm sektorunda kadrların hazırlanması üçün işlərin aparılmasını vacib hesab edən N.Məmmədovun sözlərinə görə, iki nazirlik arasında bələdçi, səyahət təşkilatçısı, barmen daxil olmaqla, 11 peşə üzrə hazırlıq kurslarının təşkili razılaşdırılıb. Hazırda bunun üçün hazırlıq işləri görülür. Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov isə rəhbərlik etdiyi ali məktəbin 3 il əvvəl fəaliyyətə başladığını qeyd edib. Rektorun sözlərinə görə, hazırda bu məktəbdə 8 ixtisas üzrə təqribən 900 tələbə təhsil alır. Onların 225 əyani şöbədə oxuyur. ATİ-nin Azərbaycanda ilk dəfə olaraq, məzunlarına həm ölkədə, həm də xaricdə tanınan ikili diplom verəcəyini xatırladan C.Cəfərov Azərbaycanın təhsil sistemində digər bir yeniliyi tətbiq edəcəklərini də söyləyib. Rektor bildirib ki, bu il və ya gələn il ərzində ATİ-də Karyera Mərkəzi yaradılacaq.

10-28-2008, 03:10 PM #4409Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda Toto Kutunyonun konserti keçiriləcək
[b]Bakıda Toto Kutunyonun konserti keçiriləcək[b]
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın noyabrın 5-6-da Heydər Əliyev Sarayında keçiriləcək konsertinin biletləri 40-100 manat arasındadır. Sarayın mətbuat xidmətinin rəhbəri Rene Torres APA-ya açıqlamasında bir neçə gündür bilet satışının başlandığını və satışın uğurlu getdiyini bildirib. Noyabrın 8-də isə sarayda məşhur italyan müğənnisi Toto Kutunyonun konserti keçiriləcək. Bu gündən bilet satışı başlayıb. Biletlərin qiyməti 50-150 manat arasındadır.

10-28-2008, 03:20 PM #4410Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Müslüm Maqomayevin şəxsi saytına saysız-hesabsız başsağlığı məktubları daxil olur
[b]Müslüm Maqomayevin şəxsi saytına saysız-hesabsız başsağlığı məktubları daxil olur[b]
Bakı. Laçın Sultanova - APA. Müslüm Maqomayevin şəxsi saytına çoxsaylı pərəstişkarları tərəfindən saysız-hesabsız başsağlığı məktubları daxil olur. APA-nın məlumatına görə, dahi ifaçının [ ünvanlı saytına daxil olmaq istəyənlər artıq "Giriş bağlıdır, çünki sayt yükləmələrə tab gətirə bilmir. Sizin göndərdiyiniz yazılar yaddaşa verilir" mətni ilə rastlaşırlar. Qeyd edək ki, M. Maqomayev şəxsi saytı vasitəsilə pərəstişkarları ilə yazışırdı.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Ümümrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyevin APA-ya verdiyi məlumata görə, vida mərasimi mərhumun dəfələrlə çıxış etdiyi Çaykovski adına Konsert Zalında onun ifa etdiyi mahnıların sədası altında keçirilir. Mərasim Bakı vaxtı ilə saat 11.00-da başlayıb. Saat 13.00-da isə rəsmi hissə olacaq. Vida mərasiminə Azərbaycandan da rəsmi nümayəndə heyəti göndərilib. Müslüm Maqomayevin cənazəsi bu gün xüsusi təyyarə ilə Bakıya gətiriləcək. Bakıda müğənni ilə vida mərasimi oktyabrın 29-da saat 11.00-dan 15.00-dək Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.Dəfn mərasimi isə sabah saat 16.00-da I Fəxri Xiyabanda olacaq. Xatırladaq ki, M. Maqomayev uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də Moskvadakı evində dünyasını dəyişib.M. Maqomayev 17 Avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın "La Scala" teatrında təcrübə keçib.1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib.Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub.

Yer imleri