Əsas məzmuna keç
Sayfa 440/461 İlkİlk ... 340390430438439440441442450 ... SonSon
4610 sonuçtan 4.391 ile 4.400 arası

Azərbaycan Xəbərləri

1. #4391
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri bu gün Tərtər rayonu istiqamətində atəşkəsi pozub

[b]Ermənistan Silahlı Qüvvələri bu gün Tərtər rayonu istiqamətində atəşkəsi pozub[b]

Bakı. APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 28-də saat 01.00-dan 01.15-dək, 02.00-dan 02.20-dək və 03.30-dan 04.00-dək fasilələrlə Tərtər rayonunun Göyarx, Çaylı və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

2. #4392
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İki futbolçu "Neftçi" klubundan qovulub, daha ikisi məşqlərə buraxılmır

[b]İki futbolçu "Neftçi" klubundan qovulub, daha ikisi məşqlərə buraxılmır[b]

Bakı. Kənan Həsənov - APA-SPORT. Tarixində ən ağır günlərini keçirən Bakının "Neftçi" klubunun rəhbərliyi sərt addımlara əl atıb. "APA-SPORT"un məlumatına görə, az öncə baş məşqçiyə qarşı çıxan iki futbolçu - Rəşad Sadiqovla Elnur Allahverdiyev komandadan qovulub. Onlar baş məşqçi Hans-Yurgen Gede tərəfindən əvəzedici heyətə göndərilmişdi. Bundan narazı qalan Sadiqovla Allahverdiyev məşqlərə qatılmaqdan imtina etmişdilər. Nəticədə "Neftçi" rəhbərliyi onların bu hərəkətini intizamsızlıq kimi qiymətləndirərək, hər ikisini komandadan birdəfəlik uzaqlaşdırmaq qərarına gəlib. Komandanın almaniyalı çalışdırıcısı Gede türkiyəli legioner Ləvənt Kartopla Ruslan Abbasovu isə məşqlərə buraxmır

3. #4393
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AFFA-nın baş katibi Mişel Platini ilə görüşə gedib

[b]AFFA-nın baş katibi Mişel Platini ilə görüşə gedib[b]

Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Bu gün İsveçrənin Nyon şəhərində UEFA-ya üzv olan milli assosiasiyaların baş katiblərinin yığıncağı başlayır. "APA-SPORT"un məlumatına görə, qitə futbol qurumunun prezidenti Mişel Platininin də qatılacağı tədbir iki gün davam edəcək. Sabah yekunlaşacaq yığıncaqda Azərbaycanı AFFA-nın baş katibi Elxan Məmmədov təmsil edir.

4. #4394
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Belarusda axtarışda olan şəxs Bakıda həbs edilib

[b]Belarusda axtarışda olan şəxs Bakıda həbs edilib[b]

Bakı. Hafiz Heydərov-APA. Belarusda axtarışda olan şəxs Azərbaycanda həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumat görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin Binəqədi Rayon Polis İdarəsi ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Belarusda axtarışda olan, 1973-cü il təvəllüdlü Akif Hafiz oğlu Məmmədov Bakıda həbs olunub. Hazırda A. Məmmədovun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

5. #4395
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Barak Obamaya sui-qəsd cəhdinin üstü açılıb

[b]Barak Obamaya sui-qəsd cəhdinin üstü açılıb[b]

Vaşinqton - APA. Oktyabrın 22-də ABŞ-ın Tennesi ştatında həbs olunan Deniel Kovart və Pol Şlesselman adlı irqçilər qanunsuz silah saxlamaq və prezidentliyə namizəd Barak Obamaya qarşı sui-qəsd hazırlamaqda ittiham edilirlər. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu şəxslər avtomobildə tam sürətlə B. Obamaya yaxınlaşıb, ona atəş açmağı və kamikadzelik etməyi düşünürmüşlər. Bundan əvvəl isə onlar Afrika mənşəli amerikalıların oxuduğu məktəblərin birində kütləvi qətl törətmək niyyətində olublar. D. Kovart bu məqsədlə silah əldə edib və babasının tapançasını oğurlayıb. Dostlar Tennesi ştatının Cekson şəhərindəki silah mağazasından daha bir silah oğurlamaq və cinayətləri maliyyələşdirmək üçün qarətlər də planlaşdırıblar. Qeyd edək ki, 20 yaşlı D. Kovart və 18 yaşlı P. Şlesselman internetdə tanış olublar.

6. #4396
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dow Jones indeksi 2,42%, S&P 500 3,18%, Nasdaq isə 2,97% enib

[b]Dow Jones indeksi 2,42%, S&P 500 3,18%, Nasdaq isə 2,97% enib[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 27-də Amerika bazarlarında Dow Jones indeksi 2,42% - 8175,77 bəndədək, S&P 500 3,18% - 848,92 bəndədək, Nasdaq isə 2,97% - 1505,90 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 27-də «General Motors»un səhmləri 8,4%, «Schlumberger»nin 8,9%, «Occidental Petroleum Corp.»un 7,9%, dünyada ən iri poladtökmə şirkətlərdən biri olan «U.S.Steel»in səhmləri 11% ucuzlaşıb. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 0,91% - 3852,59 bəndədək, Fransa CAC-40-ı 3,96% - 3067,35 bəndədək enib, Almaniya DAX-ı isə 0,91% - 4334,64 bəndədək yüksəlib. Avropada kotirovkaların enməsi əsasən maliyyə qurumlarının səhmləri üzrə müşahidə olunub. Çünki ABŞ və Avropa ölkələrinin hökumətləri tərəfindən böhrana qarşı 2 trln. dollar dəyərində həyata keçirilən tədbirlərin dünya iqtisadiyyatın geriləməsini dayandırmaq qabiliyyətində investorlar əmin deyil. Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2347 dollar təşkil edib (-1,66%).

7. #4397
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AMB-nin rəsmi valyuta məzənnələri

[b]AMB-nin rəsmi valyuta məzənnələri[b]

1 USD

8. #4398
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Bank Standard»ın «Bəxtiniz qızıl olsun» aksiyasının III tirajının iştirakçıları müəyyənləşib

[b]«Bank Standard»ın «Bəxtiniz qızıl olsun» aksiyasının III tirajının iştirakçıları müəyyənləşib[b]

Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) keçirdiyi «Bəxtiniz qızıl olsun» adlı aksiyasının üçüncü tirajının iştirakçıları məlum olub.Banklın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, aksiyanın 3-cü tirajında iştirak edən depozit hesablarının tam siyahı ilə [ saytında və ya bankın istənilən filialında tanış olmaq olar. Aksiya iştirakçıları onlara verilmiş kod nömrələri, habelə lotereya kuponlarının sayını həmin siyahıda özünə məxsus bank hesab nömrəsi ilə tapa bilərlər. Məxfiliyi qorumaq məqsədi ilə müştərilərin adları siyahıda göstərilmir.QKDK tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq, növbəti tiraj əvvəlki kimi müstəqil komissiyanın nəzarəti ilə keçiriləcək. Aksiya iştirakçıları tirajda şəxsən iştirak edə bilər. Tiraj 2008-ci il noyabrın 1-də keçiriləcək. Üçüncü tirajın qalibi 999,9 əyar İsveçrə qızılından olan 250 qramlıq külçəyə sahib olacaq.Qeyd edək ki, hazırda aksiyanın yekun mərhələsi başlayıb. Bu mərhələdə əsas hədiyyə kimi Bakı şəhərində mənzil oynanılacaq.Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan və Azərbaycanın ən iri kommersiya bankı olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 660,816 mln. manat, kredit portfeli 441,570 mln. manat, depozit portfeli 173,036 mln. manat, məcmu kapitalı 85,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib.

9. #4399
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ümumdünya İqtisadi Forumun iclası Türkiyədə keçiriləcək

[b]Ümumdünya İqtisadi Forumun iclası Türkiyədə keçiriləcək[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Ümumdünya İqtisadi Forumu bu ilin oktyabr ayının 30-da ilk dəfə olaraq Avropa və Mərkəzi Asiya üzrə iclas keçirəcək. Ümumdünya İqtisadi Forumundan «APA-ECONOMICS»ə verilən məlumata əsasən, noyabrın 1-dək davam edəcək iclas İstanbulda (Türkiyə) təşkil olunacaq.İclasda Avropa, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini təmsil edən beynəlxalq və regional səviyyəli biznes qurumların nümayəndələri, həmçinin hökumət rəsmiləri iştirak edəcəklər. Ümumi iqtisadi və qloballaşma məsələləri, enerji təhlükəsizliyi, Türkiyənin regionda rolu ilə yanaşı toplantıda dünya iqtisadi böhranı, onun regionlara təsiri və çıxış olları müzakirə olunacaq. Qeyd edək ki, Ümumdünya İqtisadi Forumu 1 mindən çox aparıcı biznes qurumu birləşdirir, onun Davosda (İsveçrə) keçirilən illik iclaslarında əksər ölkələrin başçıları və hökumət nümayəndələri iştirak edir.

10. #4400
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda sahibkarlar üçün «Biznes-plan və onun qiymətləndirmə prinsipləri» mövzusunda seminar keçirilir

[b]Bakıda sahibkarlar üçün «Biznes-plan və onun qiymətləndirmə prinsipləri» mövzusunda seminar keçirilir[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə bu gün Bakıda sahibkarlar üçün «Biznes-plan və onun qiymətləndirmə prinsipləri» mövzusunda elmi-praktiki seminar keçirilir. «APA-ECONOMICS»in məlumatına görə, tədbiri giriş sözü ilə açan SKMF-nin rəhbəri Xaliq Məmmədov qeyd edib ki, Fond tərəfindən verilən kreditlərin səmərəli istifadəsi üçün maarifləndirmə işləri həyata keçirmək qərara alınıb. Bu tədbirin keçirilməsi isə həmin istiqamətlərdən biridir.X.Məmmədov həmçinin qeyd edib ki, bu cür tədbirlərin Bakı şəhəri ilə yanaşı, ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, seminarda iqtisadçı alimlərin məruzələri dinlənilir, güzəştli kreditlərdən səmərəli istifadə olunması, biznes-planların hazırlanması və qiymətləndirilməsi məsələləri müzakirə olunur. Xatırladaq ki, 2008-ci il dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi üçün SKMF-a 80 mln. manat ayrılıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditlər bank-agentlərə illik 1%, bank-agentlər tərəfindən isə sahibkarlara maksimum illik 7% dərəcəsi ilə ayrılır.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.