[b]MSK-da Ümid Partiyasının Hafiz Hacıyevlə bağlı müraciətinə baxılıb[b]
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun bu gün keçirilən iclasında Ümid Partiyasının prezidentliyə namizəd Hafiz Hacıyevlə bağlı müraciətinə baxılıb. APA-nın məlumatına görə, Ümid Partiyası müraciətində bildirib ki, H. Hacıyev İctimai Radioda sentyabrın 26-da etdiyi çıxışda prezidentliyə namizəd İqbal Ağazadə barəsində böhtan və təhqirlər səsləndirib, Seçki Məcəlləsinin tələblərini pozub. Mətbuat qrupunun rəhbəri Azər Tağıyev böhtan və təhqir üzrə iddialara Cinayət Məcəlləsi ilə baxıldığını əsas gətirərək, bununla bağlı fərdi qaydada xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilməsini lazım bilib.Qurumun digər üzvləri isə H. Hacıyevin çıxışında Seçki Məcəlləsinin tələblərinin də pozulduğunu əsas gətirərək, məsələnin MSK-nın iclasına çıxarılmasını təklif ediblər. Təklif qəbul olunub. Ümid Partiyasının digər müraciəti isə H. Hacıyevin İctimai Radionun efirində özü üçün ayrılmış vaxtda çıxış etməməsi ilə bağlı olub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi isə bildirib ki, efir çıxışlar üçün yox, dəyirmi masa üçün ayrılıb. Buna görə də namizədin əvvəl və ya sonda çıxış etməsi qanun pozuntusu hesab oluna bilməz. Partiyanın ikinci müraciəti əsassız sayılıb.
4610 sonuçtan 3.401 ile 3.410 arası

10-02-2008, 11:20 AM #3401Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiyanın xarici işlər naziri sabah İrəvanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
[b]Rusiyanın xarici işlər naziri sabah İrəvanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək[b]
Bakı. Laçın Sultanova-APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah İrəvana işgüzar səfər edəcək. APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, S. Lavrovun səfərini şərh edən nazirliyin rəsmisi Andrey Nesterenko bildirib ki, İrəvanda aparılacaq danışıqlarda Dağlıq Qarabağ münaqişəsi də müzakirə obyekti olacaq: "Axı bu çətin problem öz aktuallığını itirmir. Rusiya qarşılıqlı razılıq əldə etmək üçün münaqişə tərəflərinə gələcəkdə də yardım etmək niyyətindədir. Moskva ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyərək, bu münaqişə ilə bağlı öz prinsipial mövqeyinə sadiqlik nümayiş etdirir. Biz ona əsaslanırıq ki, nizamlanmanın yekun formuluna görə məsuliyyət ermənilər və azərbaycanlıların öz üzərinə düşür. Rusiya münaqişəyə cəlb olunmuş tərəfləri qane edən həll variantını dəstəkləməyə, kompromis razılaşma əldə olunduğu halda isə nizamlanmanın qarantı kimi çıxış etməyə hazırdır".

10-02-2008, 11:30 AM #3402Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
MSK-da Ümid Partiyasının Hafiz Hacıyevlə bağlı müraciətinə baxılıb

10-02-2008, 11:50 AM #3403Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ötən gecə Ramana qəsəbəsində polislə atışmada öldürülənlər AXC fəalı Hacı Zakirin oğlu və qardaşı oğludur
[b]Ötən gecə Ramana qəsəbəsində polislə atışmada öldürülənlər AXC fəalı Hacı Zakirin oğlu və qardaşı oğludur[b]
Bakı. Hafiz Heydərov-APA. Bu gecə Sabunçu rayonunun Ramana qəsəbəsində baş verən atışmada öldürülən silahlılardan biri Fərhad Quliyev Azərbaycan Xalq Cəbhəsinin fəallarından olan Hacı Zakir Quliyevin oğludur.
Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, öldürülən digər silahlı Azad Quliyev isə Hacı Zakirin qardaşı oğludur. Sabunçu rayon Polis İdarəsindən o da bildirilib ki, ötən gecə baş vermiş hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb. Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, Fərhad Quliyev bir qədər əvvəl Maştağa kəndi, Mehdi Hüseynzadə küçəsi, ev 9-da yaşayan Hüseynov Hidayət Əliisgəndər oğlunu şəxsi münaqişə zəmnində odlu silahla qətlə yetirməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilib. Elə həmin gündən F. Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarış elan olunub.

10-02-2008, 12:00 PM #3404Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda beynəlxalq təhsil və karyera sərgisi keçirilir
[b]Bakıda beynəlxalq təhsil və karyera sərgisi keçirilir[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakıda II Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.
«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, sərginin ötən ildən keçirildiyinə baxmayaraq, iştirakçıların sayı əvvəlki ilə nisbətən 25% artıb. Nazir qeyd edib ki, 2007-ci ildə 1 000-ə yaxın azərbaycanlı tələbə xaricə təhsil almağa göndərildiyi halda, bu il həmin göstərici 1 130-a çatıb.«Ümumiyyətlə, hazırda 4 minə yaxın azərbaycanlı tələbə xaricdə təhsil alır ki, bunun da 1 000 nəfəri dövlət hesabına maliyyələşdirilir. Azərbaycanda isə 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır və son 5 ildə onların sayı 2 dəfə artıb», - deyə M.Mərdanov vurğulayıb.M.Mərdanov həmçinin əlavə edib ki, son illər ərzində ölkədə təhsilin keyfiyyəti yüksəlib. Belə ki, 600-dən çox bal toplayan abituriyentlərin sayı dəfələrlə artıb.Sərginin meneceri Xəyal Əliyeva isə bildirib ki, sərgidə 11 ölkədən 40 şirkət və təşkilat iştirak edir. Sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20%, iştirakçıları isə 25% artıb. Tədbirdəki ekspozisiyalar orta və ali təhsil, xaricdə təcrübə, iş imkanları, dil kursları və ixtisasartırma, təhsildə İKT və digər məhsul və xidmətlər təklif edir.Sərgidə İtaliya, Almaniya, Böyük Britaniya, Yunanıstan, İsveçrə və digər ölkələrin təhsil mərkəzləri iştirak edir.Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək sərgi «İteca Caspian» şirkəti tərəfindən təşkil olunub. Sərgini Azərbaycanın Təhsil Nazirliyi, Azərbaycan Ticarət və Sənaye Palatası dəstəkləyir.

10-02-2008, 12:10 PM #3405Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Milli Məclisinin payız sessiyası başlayıb
[b]Azərbaycan Milli Məclisinin payız sessiyası başlayıb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisin payız sessiyası işə başlayıb. APA-nın xəbərinə görə, Milli Məclisin spikeri Oqtay Əsədov sessiyanın açılışı münasibəti ilə millət vəkillərini təbrik edib.
Sessiyanın gündəliyinə 32 məsələnin müzakirəsi daxil edilib. Bu gün deputatların payız sessiyasının qanunvericilik iş planını təsdiq edəcəkləri, bir sıra məsələləri müzakirə edəcəkləri gözlənilir.

10-02-2008, 12:20 PM #3406Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda prezident seçkilərini izləyəcək MDB Müşahidə Missiyası qərargahının rəhbəri bu gün Bakıya gəlir
[b]Azərbaycanda prezident seçkilərini izləyəcək MDB Müşahidə Missiyası qərargahının rəhbəri bu gün Bakıya gəlir[b]
Bakı. Laçın Sultanova-APA. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyası qərargahının rəhbəri, MDB İcraiyyə Komitəsinin seçkilər şöbəsinin müdiri Yevgeni Slaboda bu gün Bakıya gəlir. Qərargahın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Y. Slaboda ilə birlikdə daha 4 uzunmüddətli müşahidəçi Azərbaycana gələcək ki, bununla da, sentyabrın 16-dan fəaliyyətə başlayan qərargahın müşahidəçilərinin sayı 8-ə çatacaq. Qərargah rəhbəri Bakıda bir sıra görüşlər keçirəcək. Onun ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının rəhbəri Boris Fırleslə sabah görüşü planlaşdırılır. Qərargah qısamüddətli müşahidəçilərin iki qrupunu artıq akkreditasiya edib, oktyabrın 5-dək isə daha bir müşahidəçi qrupunu akkreditasiya etmək niyyətindədir. Missiyanın fəaliyyət dairəsinə daxil missiyalardan biri də müvafiq orqanlara daxil olmuş şikayət və müraciətlərin analizidir. Bunun üçün qərargah MSK, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa Seçki Məcəlləsi ilə bağlı qeydə alınmış qanun pozuntuları, açılmış cinayət işləri, müraciət və ərizələrin gedişi haqda məlumatları təqdim etmək xahişi ilə müraciət edib. Bu qurumlar artıq qərargahın müraciətini cavablandırıb.

10-02-2008, 12:30 PM #3407Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ATƏT-in müşahidə missiyası Azərbaycandakı seçkiqabağı durumla bağlı ikinci hesabatını hazırlayır
[b]ATƏT-in müşahidə missiyası Azərbaycandakı seçkiqabağı durumla bağlı ikinci hesabatını hazırlayır[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Azərbaycandakı seçkiləri müşahidə missiyası seçkiqabağı durumla bağlı ikinci hesabatını hazırlayır. Bu barədə APA-ya missiyanın mətbuat katibi Rasto Kuzel məlumat verib. O, oktyabrın 6-da açıqlanacaq hesabatda seçkiqabağı vəziyyətin əsas məqamlarının, o cümlədən kampaniyanın KİV-də işıqlandırılması məsələsinin əksini tapacağını söyləyib.

10-02-2008, 12:40 PM #3408Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Litva Seyminin kansleri Azərbaycana gəlib
[b]Litva Seyminin kansleri Azərbaycana gəlib[b]
Bakı. Tamara Qriqoryeva - APA. Litva Seyminin kansleri Gediminas Vilkyalisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzmanas APA-ya bildirib ki, üç gün davam edəcək səfər zamanı parlamentlərarası əməkdaşlıq və parlament idarəçiliyi məsələləri ilə bağlı danışıqlar aparacaq. Səfər Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevin dəvəti əsasında həyata keçirilir.

10-02-2008, 12:50 PM #3409Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sentyabrın sonu dolların ucuzlaşması ilə yadda qalıb
[b]Sentyabrın sonu dolların ucuzlaşması ilə yadda qalıb[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Ötən həftə Azərbaycanın valyuta bazarının bütün seqmentlərində birja ticarətinin həcmləri və məzənnələrinin qeyri-sabitliyi ilə yadda qalıb.«APA-ECONOMICS»in məlumatına görə, bu ilin sentyabr ayının 22-27-da Bakı Banklararası Valyuta Birjasında (BBVB) aparılan ticarət əməiyyatlarının məcmu həcmi 38,61 mln. dollar təşkil edib. Gündəlik dövriyyə isə aşağıdakı kimi olub: Beləliklə, hesabat dövrü ərzində həftəlik dövriyyə əvvəlki həftənin göstəricisindən 30% az olub. Gündəlik dövriyyələri nəzərdə keçirəndə görünür ki, valyuta birjasında ticarət 6 iş günündən yalnız 4-ü ərzində uğurlu, yəni məhsuldar olub. İki dəfə isə valyuta ticarəti üzrə sifarişlər olmayıb. Adətən, bu, yalnız kəskin böhran şəraitində müşahidə olunur, lakin sıfır dövriyyənin özündə həftəlik dövriyyənin 93,8%-ni cəmləşdirən sentyabrın 26-dakı ticarət günündən əvvəl və sonra müşahidə olunması faktı hər hansı böhran tendensiyasının olması barədə danışmağa əsas vermir. Bunu məzənnələrin dinamikası da sübut edir. Ümumilikdə, ötən həftə ərzində dolların birja məzənnəsi (BBVB-nin valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,8106 manatdan 0,8063 manatadək dəyişib, yəni bu müddət ərzində dolların məzənnəsi 0,53% düşüb. Qeyd edək ki, rəsmi məzənnə də həftə ərzində 0,51%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,77%, nağd satış məzənnəsi isə 0,73% enib. Bu, sentyabr ayı ərzində dolların həftəlik məzənnəsinin ən gözə çarpan dəyişikliyi olub. Ümumilikdə, sentyabr ayında birja məzənnəsi 0,75%, rəsmi məzənnə isə 0,86% düşüb. Beləliklə, dolların ucuzlaşmasının əsas hissəsi sentyabrın sonuncu həftəsinə təsadüf edib. Bu, tamamilə izah ediləndir, çünki ötən həftə Azərbaycanın valyuta bazarındakı proseslər dünya bazarlarında, əsasən də ABŞ-da baş verən hadisələri əks etdirib. Bu hadisələrin nəticəsi isə dolların avroya qarşı kəskin ucuzlaşması olub.Dolların manata qarşı məzənnəsinin dinamikası ötən həftə aşağıdakı kimi olub: Göründüyü kimi, nağd satış məzənnəsi istisna olmaqla, bütün məzənnələrin qrafiklərinin praktiki olaraq bir-birinə «yapışıb». İlk növbədə birja və rəsmi məzənnələrin dəyişməsinin sinxronluğu ötən həftə Azərbaycanda məzənnənin formalaşmasının tam inzibati nəzarət altında qalması və faktiki olaraq bazar mexanizmlərindən kənarda olmadığını göstərir. Həmçinin avronun rəsmi məzənnəsinin dinamikası da diqqəti cəlb edir: Yekunda avronun məzənnəsinin dəyişməsi praktiki olaraq müşahidə olunmayıb (əvvəlki səviyyəyədüşüb). Buna baxmayaraq, ayrı-ayrı günlər ərzində məzənnə çox ciddi şəkildə dəyişib. Onun bu dərəcədə enib-qalxması isə dünya bazarlarında dollar/avro məzənnəsinin dəyişməsi ilə bağlıdır.Dollara gəldikdə isə, hazırda bazarda ABŞ-dakı qeyri-müəyyənlik davam edir. Çünki ABŞ-ın maliyyə sisteminin mühafizə edilməsi üçün 700 mlrd. dolların yönəldilməsini nəzərdə tutan «Polson planı» Konqres tərəfindən qəbul ediləcəyi təqdirdə, bütün dünyada dolların məzənnəsinin azalmasını proqnozlaşdırmaq çətin olmayacaq. Bəzi analitiklər hətta dolların avroya qarşı ikiqat ucuzlaşacağını proqnozlaşdırır ki, bu da, sözsüz, Azərbaycan bazarına öz təsirini göstərəcək.

10-02-2008, 01:00 PM #3410Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Fransada beynəlxalq avtomobil sərgisi başlayıb
[b]Fransada beynəlxalq avtomobil sərgisi başlayıb[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Parisdə (Fransa) Beynəlxalq Avtomobil Sərgisi işə başlayıb. «APA-ECONOMICS»in məlumatına görə, sərgidə dünyanın aparıcı avtomobil şirkətləri bir sıra yeni modellərini nümayiş etdirir. Belə ki, Almaniyanın «Volkswagen» şirkəti yeni - altıncı nəslə aid olan «Golf» modelini (C class), «Toyota» şirkəti yeni «Avensis» modelini, «Chevrolet» yeni «Cruze» modelini, «Hyundai» isə yeni «i20» modelini nümayiş etdirir. Qeyd edək ki, sonuncu model dünya avtomobil bazarında «Hyundai Getz» modelini əvəzləyəcək. Bundan başqa, avtomobil sərgisində yeni «Ford Ka», «Renault Megane», «Kia Soul», «Mitsubishi Lancer» (xetçbek), Rusiyanın VAZ avtozavodunun istehsal etdiyi «Lada Revolution» (kupe) və bir sıra digər avtomobil modelləri nümayiş olunur.Qeyd edək ki, avtomobil sərgisi oktyabrın 19-dək davam edəcək.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri