Əsas məzmuna keç
Sayfa 437/461 İlkİlk ... 337387427435436437438439447 ... SonSon
4610 sonuçtan 4.361 ile 4.370 arası

Azərbaycan Xəbərləri

1. #4361
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsindəki müsbət saldonu 83 dəfə artırıb

[b]Azərbaycan yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsindəki müsbət saldonu 83 dəfə artırıb[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın uzaq xarici ölkələrlə ticarət dövriyyəsində 34 196 829,1 min ABŞ dolları dəyərində müsbət, MDB ölkələri ilə ticarət dövriyyəsində isə 456 662,3 min dollar dəyərində mənfi saldo yaranıb. Bu barədə «APA-ECONOMICS»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.Hesabat dövründə Azərbaycandan uzaq xarici ölkələrə 37 699 349,2 min dollar, MDB ölkələrinə isə 1 271 487,6 min dollar dəyərində əmtəə ixrac olunub. Azərbaycandan uzaq xaricə və MDB ölkələrinə ixrac olunan malların əsas hissəsini mineral yanacaq, neft və neft məhsulları, bitumlu minerallar, alüminium və ondan hazırlanmış məmulatlar və s. təşkil edib.Yanvar-sentyabr aylarında Azərbaycana uzaq xaricdən 3 502 520,1 min dollar, MDB ölkələrindən isə 1 728 149,9 min dollar dəyərində mal idxal olunub. İdxalın əsasını avadanlıqlar və mexaniki qurğular, quru nəqliyyatı vasitələri, elektrik avadanlıqları, dənli bitkilər və s. mallar təşkil edib.Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan ümumilikdə 38 970 836,8 min dollar dəyərində mal ixrac, 5 230 670 min dollar dəyərində mal isə idxal olunub, müsbət saldo isə 33 740 166,8 min dollara bərabər olub. İxrac əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9 dəfə artıb, idxal isə 33,79% azalıb. Xarici ticarət dövriyyəsindəki müsbət saldo isə təxminən 83 dəfə artıb.Qeyd edək ki, yanvar-sentyabr aylarında xarici ticarətlə 10 057 hüquqi və fiziki şəxs məşğul olub. İxracda dövlət sektorunun payı 36,15%, özəl sektor - 63,59%, fiziki şəxslər - 0,25% olub. İdxal əməliyyatlarında isə bu göstərici müvafiq olaraq 23,80%, 71,14% və 5,06% təşkil edib.

2. #4362
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Polşanın keramika şirkətləri Bakıda təqdimat keçiriblər

[b]Polşanın keramika şirkətləri Bakıda təqdimat keçiriblər[b]

Bakı. Laçın Sultanova - APA. Polşanın "Ceramika Paradij" və "KOLO" şirkətləri Bakıda təqdimat keçiriblər. APA-nın məlumatına görə, "Ceramika Paradij" şirkətinin satış üzrə meneceri Vitold Çapik istehsal etdikləri məhsulların 60 faizini şərq ölkələrinə, o cümlədən Azərbaycana ixrac etdiklərini deyib. O, 2007-ci ildə "Keramik Siti" şirkəti ilə uğurlu əməkdaşlıq sayəsində Azərbaycan bazarına daxil olduqlarını bildirib: "Bir neçə aydan sonra Bakıya dizayner gətirəcəyəm. O, Azərbaycan alıcısının zövqünü öyrənəcək və "Bakı" adında iki-üç yeni kolleksiya hazırlayacaq". V. Çapik 4-5 ildən sonra Azərbaycanda birgə müəssisə yaratmaq niyyətləri olduğunu söyləyib."KOLO" şirkətinin yeni bazarların inkişafı üzrə meneceri Leşak Politovski isə əlillər və uşaq müəssisələri üçün xüsusi santexnika istehsal etdiklərini açıqlayıb. Təqdimetmə mərasimində şirkətlərin istehsal etdiyi məhsullar nümayiş olunub.

3. #4363
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Təbrizdəki baş konsulu İranın Şərqi Azərbaycan vilayətinin yeni rəhbəri ilə görüşüb

[b]Azərbaycanın Təbrizdəki baş konsulu İranın Şərqi Azərbaycan vilayətinin yeni rəhbəri ilə görüşüb[b]

Bakı. Ramil Məmmədli - APA. Azərbaycanın Təbrizdəki baş konsulu İranın Şərqi Azərbaycan vilayətinin yeni təyin olunan rəhbəri Əlirza Beygi ilə görüşüb. Baş konsul Ayxan Süleymanovun APA-ya verdiyi məlumata görə, görüşdə iki ölkə arasında mədəni, ictimai-siyasi, iqtisadi və digər məsələlər ətrafında müzakirələr aparılıb. Görüşdə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və mədəni tədbirlərin sayının artırılmasının zəruriliyi qeyd olunub.

4. #4364
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yaxın perspektivdə Azərbaycanda avronun ucuzlaşması davam edəcək

[b]Yaxın perspektivdə Azərbaycanda avronun ucuzlaşması davam edəcək[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cari ilin oktyabrın 20-dən 24-dək ABŞ dolları üzrə Azərbaycanın birja valyuta bazarının rəsmi dövriyyəsi 73,729 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin analoji göstəricisindən 12% çoxdur.

«APA-ECONOMICS»in məlumatına əsasən, həftəlik dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub: Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,8081 manatdan 0,8106 manatadək dəyişib, yəni bu müddət ərzində dolların məzənnəsi 0,31% yüksəlib. Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 0,22%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,27%, nağd satış məzənnəsi isə 0,15% yüksəlib: Göründüyü kimi, ötən həftə məzənnələrin dinamikası qeyri-sabitliklə yadda qalıb. Bununla belə, nağd bazarda məzənnələr sinxronluq nümayiş etdirsə də, bunu rəsmi və birja məzənnəsi haqqında demək olmaz.Ötən həftə valyuta bazarının ən vacib xüsusiyyəti avro/manat birja sektorunun kəskin fəallaşması olub. Bu, son aylar ərzində ilk dəfə baş verib. Bununla belə, avro üzrə əqdlər praktiki olaraq daimi əsasda bağlanıb (bu valyuta üzrə birja ticarəti yalnız oktyabrın 22-də aparılmayıb): Beləliklə, ötən həftə avro üzrə məcmu birja dövriyyəsi 7 252 min avro təşkil edib. Avro üzrə birja bazarında fəallıq avronun məzənnəsinin tək Azərbaycan bazarında deyil, ümumilikdə dünya bazarında kəskin azalması ilə bir vaxta düşüb. Belə ki, ötən həftə avronun manata qarşı rəsmi məzənnəsi 5 illik minimuma enib ki, bu da ilk növbədə dünya bazarında baş verən hadisələrin nəticəsidir.Ümumilikdə, həftə ərzində avronun birja məzənnəsi (BBVB-nin orta göstəricisi) 1,0922 manatdan 1,0383 manatadək dəyişib, yəni bu müddət ərzində avronun məzənnəsi 4,93% düşüb. Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 4,83%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 5,27%, nağd satış məzənnəsi isə 3,84% azalıb: Göründüyü kimi, ötən həftə avro üzrə məzənnələrin dinamikası son dərəcədə qeyri-sabit olub, məzənnələrin çarpazlaşması müşahidə olunub, halbuki nəzəri baxımından bu, baş verməməlidir. Avronun məzənnəsinin enməsinin kəmiyyət göstəricisinə gəldikdə, həftəlik azalmanı dollar üzrə analoji illik göstərici ilə müqayisə etmək olar. Bununla belə, avronun məzənnəsinin ən gözə çarpan dəyişməsi bilavasitə oktyabrın 21-22-də baş verib: oktyabrın 21-də rəsmi məzənnə kəskin azalıb və bundan dərhal sonra (oktyabrın 22-də) birja və nağd məzənnələr azalıb. Yuxarıda qeyd olunduğu kimi, rəsmi məzənnənin azalması dünya bazarlarında analoji hadisələrin nəticəsi olaraq baş verib. Xatırladaq ki, avro dollara qarşı bir gün ərzində təxminən 3% ucuzlaşıb. Bu da öz növbəsində dünya maliyyə bazarlarında qeyri-sabitlik, fond bazarında kəskin enib-qalxma nəticəsində baş verib. Lakin dünyada dolların bahalaşmasının ən əsas səbəbi fond bazarında investorların «nağda çıxışÂ» adlanan addımları olub. Belə ki, səhm sahibləri ümumdünya iqtisadi geriləmə təhlükəsi ilə bağlı kapitalı riskli aktivlərdən, ilk növbədə səhmlərdən çıxarmağa və pul vəsaitlərini toplamağa başlayıblar. Bunun nəticəsində pula və məhz bütün dünyada ənənəvi olaraq yığım valyuta hesab edilən dollara tələbat kəskin artıb.Avronun məzənnəsinin kəskin azalması ilə avro üzrə birja ticarətinin fəallaşması arasında isə birbaşa əlaqə var. Çünki valyuta bazarlarında qeyri-sabitlik şəraitində bazar iştirakçıları məzənnənin rəsmi məzənnəyə bağlılığı olan mütəşəkkil birja bazarına üstünlük verir. Açıq banklararası bazarında isə bundan fərqşli olaraq məzənnə subyektiv amillər əsasında formalaşır. Birja bazarında avro üzrə əqdlərin bağlanması prosesinin birdəfəli, demək olar ki, təsadüfi xarakter daşıdığını nəzərə alsaq, ötən həftə baş verənləri valyuta bazarının ümumi inkişafı baxımından çox əhəmiyyətli bir hadisə kimi qiymətləndirmək olar. Hazırda dünya bazarlarında qeyri-sabitlik, hətta qeyri-müəyyənlik hökm sürməkdədir. Bu səbəbdən də qısamüddətli perspektivdə avro/manat birja alətinin bazarda möhkəmlənəcəyini gözləmək olar.

5. #4365
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gürcüstanın təhsil naziri Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir

[b]Gürcüstanın təhsil naziri Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir[b]

Balakən. Vüqar Heydərov-APA. Gürcüstanın təhsil naziri Georgi Nogiya Azərbaycanın şimal-qərb bölgəsinə səfərə gəlib. Balakən rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, G. Nogiya və onu müşayiət edən şəxslər bu gün Balakən rayonunun İti Tala kəndindəki gürcü orta məktəbində görüş keçiriblər. Nazir gətirdiyi dərslikləri və dərs vəsaitlərini məktəbə təqdim edib. Daha sonra G. Nogiya Zaqatala rayonunda ingiloyların yaşadığı Əliabad kəndinə gedib. O burada ingiloyların oxuduğu orta məktəbə də dərsliklər təqdim edib. Nazirin bu gün Qax rayonuna yola düşəcəyi, oradakı gürcü məktəblərində görüşlər keçirəcəyi bildirilib.Məlumata görə, G. Nogiya bölgədəki məktəblərə ümumilikdə 5600 ədəd dərslik və dərs vəsaiti gətirib.

6. #4366
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

MTN Hacı Məmmədovun dəstəsinin törətdiyi daha bir cinayətin üstünü açıb

[b]MTN Hacı Məmmədovun dəstəsinin törətdiyi daha bir cinayətin üstünü açıb[b]

Bakı-APA. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi qəsdən adam öldürmə, adam oğurluğu, habelə digər tamah-zorakı yönlü ağır və xüsusilə ağır cinayətlər törətmiş Hacı Məmmədovun dəstəsinin törətdiyi daha bir cinayət əməlinin üstünün açılması barədə məlumat yayıb.

MTN-in ictimaiyyətlə əlaqə mərkəzindən APA-ya daxil olan məlumata görə, dəstənin başçısı Hacı Məmmədov və üzvləri ifşa olunaraq, ədalət mühakiməsinə verilərək, məhkəmənin hökmü ilə həmin şəxslərin bir hissəsi ömürlük, digərləri isə müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Lakin bandanın hüquqa zidd əməlləri ilə bağlı ibtidai istintaq dövründə bəzi epizodlar üzrə cinayət işi ayrılaraq istintaqı davam etdirilir. Həmin istintaq hərəkətləri nəticəsində daha bir cinayətin üstü açılıb.Belə ki, 1993-cü il mayın 10-da Samur-Abşeron kanalının Xızı rayonunun Sitalçay kəndi ərazisindəki su nasosu stansiyasında suyun içərisindən şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb. Naməlum meyitin 1952-ci ildə Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndində doğulmuş, Bakı şəhərində yaşayan Piriyev Cavanşir Qurban oğlu olduğu və sonuncunun 1993-cü il aprelin 13-də saat 14.00 radələrində idarə etdiyi «QAZ-2410» markalı avtomaşında evdən çıxıb getdiyi və o vaxtdan itkin düşdüyü müəyyən edilib. İş üzrə hadisə yerinin və meyitin xarici müayinəsi keçirilib, şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-ballistik, məhkəmə-fiziki-texniki ekspertizalar təyin olunub rəylər alınıb, digər istintaq-əməliyyat tədbirləri yerinə yetirilib. Ekspertiza rəylərinə əsasən, Cavanşir Piriyevin «AK-74» markalı avtomat silahdan açılan atəşlə öldürüldüyü müəyyən edilib. Eyni zamanda, məlum olub ki, C. Piriyev itkin düşəndən sonra evinə naməlum şəxslər tərəfindən telefon zəngləri edilərək, onun qaytarılması üçün qohumlarından hədə-qorxu ilə külli miqdarda pul tələb olunub, lakin yaxınları tələb edilən pulu verməkdən imtina ediblər. Bununla belə, zəruri istintaq-əməliyyat tədbirlərinin yerinə yetirilməsinə baxmayaraq, Cavanşir Piriyevi qətlə yetirən şəxsləri və avtomaşının yerini müəyyən etmək mümkün olmayıb. Bu səbəbdən, yəni Cavanşir Piriyevi öldürən şəxslər müəyyən edilmədiyinə görə, 1994-cü il mayın 30-da cinayət işinin istintaqı dayandırılıb.Hacı Məmmədovun qəsdən adam öldürmə, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, banditizm, cinayətkar birlik yaratma, qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama, eləcə də digər ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunması, habelə həmin cinayətləri törətmə üslubu Cavanşir Piriyevin öldürülməsində onun iştirak etməsini ehtimal etməyə əsas verib.Sadalanan hallarla əlaqədar Cavanşir Piriyevin naməlum şəxslər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat yenilənib və Xızı şəhər prokurorluğunun icraatından götürülüb istintaqın davam etdirilməsi üçün Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə göndərilib.İstintaq müəyyənləşdirib ki, C. Piriyevi bir sıra ağır və xüsusilə ağır cinayətlər törətdiyinə görə, 1995-ci ildən axtarışda olan, Abşeron rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyev qətlə yetirib.Şahid qismində Hacı Məmmədov istintaqa verdiyi ifadəsinə bildirib ki, o, Abşeron rayon polis şöbəsində rəis müavini işlədiyi dövrdə həmin şöbənin rəisi Məmmədəli Əliyevlə aralarında etibar və yaxşı münasibətlər yaranıb. 1993-cü ildə Məmmədəli Əliyev onu, Gürcüstanda anadan olmuş və Bakı şəhərində yaşayan, kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir adlı dostu ilə də tanış edib. Cavanşir Piriyevlə işbirliyi olan Məmmədəli Əliyev həm də onun oğluna kirvəlik edib. Məmmədəli Əliyev Abşeron rayon polis şöbəsinin rəisi kimi öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir Piriyevə hamilik edib, biznesmen isə bunun müqabilində müntəzəm olaraq Məmmədəli Əliyevə "haqq" verib. Məmmədəli Əliyev polis orqanlarından təqaüdə buraxıldıqdan sonra, Cavanşir Piriyevə hamilik imkanı olmadığına görə, sonuncu ona "haqq" verməkdən imtina edib. Cavanşir Piriyevin verdiyi gəlirdən məhrum olan Məmmədəli Əliyev onu tamah məqsədilə 1993-cü il aprelin 13-də «QAZ-2410» markalı avtomobili ilə birlikdə oğurlayıb həyatı və səhhəti üçün təhlükəli üsulla qanunsuz olaraq azadlıqdan məhrum edərək, şəxsiyyəti üzərində zor göstərmək hədə-qorxusu ilə qohumlarından külli miqdarda pul tələb edib. Lakin öz məqsədinə çata bilmədiyinə görə, müvafiq icazə olmadan əldə edib saxladığı avtomat silahdan Cavanşir Piryevi tamah məqsədilə qəsdən öldürmək üçün 4 dəfə atəş açmaqla qətlə yetirib.Məmmədəli Əliyev Cavanşir Piriyevi öldürdükdən sonra, hadisə vaxtı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Hacı Məmmədova məlumat verib və törətdiyi cinayətin izini itirmək üçün meyitin gizlədilməsi üçün ondan kömək istəyib. Hacı Məmmədov bununla razılaşıb, bundan sonra Məmmədəli Əliyev Cavanşir Piriyevin meyitini xalça tipli materiala bükərək iplə bağlayıb və Hacı Məmmədovla birlikdə idarə etdiyi «VAZ-2106» markalı avtomobilin yük yerində gizlədərək, Siyəzən rayonu ərazisinə apararaq, Samur-Abşeron su kanalına atıb.Bu yeni hal üzrə ifadə verərkən H. Məmmədov deyib ki, törətdiyi və ya iştirak etdiyi digər cinayətlər barədə də danışacaq. Cinayət işi ilə bağlı bütün halların araşdırılması, hadisəni törətmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi, hüquqazidd əməllərin aşkarlanması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

7. #4367
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Serj Sarkisyan: "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi fəal mərhələyə daxil olub"

[b]Serj Sarkisyan: "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi fəal mərhələyə daxil olub"[b]

İrəvan - APA. "Azərbaycan Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa, Dağlıq Qarabağ Ermənistanla quru sərhədlərinə malik olarsa, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Dağlıq Qarabağ xalqının təhlükəsizliyinə təminat verərsə, münaqişənin həlli mümkündür". APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan İctimai Televiziyaya müsahibəsində deyib. O, uzunmüddətli passiv dövrdən sonra həll prosesinin fəal mərhələyə daxil olduğunu bildirib: "Bu, minimum iki vacib məqamla əlaqədardır. Birincisi, Ermənistanda və Azərbaycanda prezident seçkiləri başa çatıb. İkincisi isə, regionda baş vermiş məlum hadisələr hamını bir daha əmin edib ki, münaqişənin hərbi yolla həlli variantı yoxdur". Ermənistan prezidenti bu mövzuda ictimai müzakirələri faydalı saydığını və belə müzakirələrin daha fəal mərhələsinə daxil olacaqlarını söyləyib: "Biz müqəddəs məsələ və önəmli tarixi vəzifəni həll edirik. Kimsə prosesin gedişində başqa maraq axtarırsa, bu, mənəviyyatsızlıqdır".

8. #4368
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA prezidenti Gürcüstana səfər edəcək

[b]AŞ PA prezidenti Gürcüstana səfər edəcək[b]

Bakı. Viktoriya Dementyeva - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Maria de Puçun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Gürcüstana səfər edəcək. APA-nın AŞ-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərin məqsədi oktyabrın 2-də AŞ PA-da qəbul olunmuş "Gürcüstan və Rusiya arasında müharibənin nəticələri" adlı qətnamənin icrası ilə tanış olmaqdır. AŞ PA parlamentarilərinin daxil olduğu nümayəndə heyəti Gürcüstan parlamentinin sədri, baş nazir, xarici və daxili işlər nazirləri, həmçinin Avropa İttifaqı və ATƏT-in Gürcüstandakı müşahidə missiyalarının rəhbərləri ilə görüşəcəklər. Qətnamənin yerinə yetirilməsi vəziyyətinə dair növbəti addımlar noyabrın 28-də Madriddə müzakirə olunacaq.

9. #4369
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Serj Sarkisyan: "Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə vasitəçi ATƏT-in Minsk Qrupudur"

[b]Serj Sarkisyan: "Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə vasitəçi ATƏT-in Minsk Qrupudur"[b]

İrəvan - APA. "Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə vasitəçi ATƏT-in Minsk Qrupudur və başqa vasitəçilər yoxdur". APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan yerli İctimai Televiziyaya müsahibəsində deyib. O, Ermənistanın heç vaxt hansısa başqa ölkəyə vasitəçilik xahişi ilə müraciət etmədiyini, münaqişənin həlli prosesinin Minsk Qrupu çərçivəsində və Madrid prinsipləri əsasında davam etdiyini bildirib: "Abdulla Gülün bəyanatına gəlincə, deməliyəm ki, mən başqa dövlət xadimlərinin sözlərini şərh etməyə meylli deyiləm - xüsusən də bizim mətbuatda kontekstdən çıxarılan fikirlər dərc olunarkən. Bəli, mən əminəm ki, Türkiyə Qarabağ münaqişəsinin həlli prosesinə kömək edə bilər, necə ki, indi edir. Prezident Gülün Ermənistana səfəri və erməni-türk danışıqlarının davam etməsi çətin problemlərin həlli baxımından çox yaxşı nümunədir". S. Sarkisyan hesab edir ki, Türkiyə Ermənistanla sərhədləri açarsa və İrəvanla diplomatik əlaqələr yaradarsa, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərə bilər.

10. #4370
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Novorossiysk limanından ixrac etdiyi REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol S.A.» şirkəti alıb

[b]Azərbaycanın Novorossiysk limanından ixrac etdiyi REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol S.A.» şirkəti alıb[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Rusiyanın Qara dənizdə yerləşən Novorossiysk limanından REBCO markalı xam neft partiyasının ixracına dair elan etdiyi son sorğuya yekun vurub. ARDNŞ-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, marketinq sorğusunun nəticələrinə əsasən, İsveçrənin «Vitol S.A.» şirkəti qalib elan edilib. Şirkət bu ilin noyabrın 29-30-u tarixlərində Novorossiysk limanından 600 min barel həcmində REBCO markalı neftin ixracını həyata keçirəcək.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.