[b]Dünya bazarında neftin qiyməti 64 dollara düşüb[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 3,69 dollar və ya 5,75% enərək 1 barelə görə 64,15 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 3,87 dollar - 62,05 dollaradək qalxıb. Neftin qiymətinin azalması OPEC-in neft hasilatının azaldılması ilə bağlı qərarının ilk plandan fərqli olması ilə bağlıdır. Belə ki, bazar iştirakçıların gündəlik hasilatın 1,5 mln. barel deyil, 2 mln. barel azaldılacağını gözləyirdilər.
4610 sonuçtan 4.341 ile 4.350 arası

10-27-2008, 11:30 AM #4341Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sankt-Peterburqda Cənubi Azərbaycanda milli hökumətinin yaranmasının 63-cü ildönümü münasibətilə beynəlxalq simpozium keçirəcək
[b]Sankt-Peterburqda Cənubi Azərbaycanda milli hökumətinin yaranmasının 63-cü ildönümü münasibətilə beynəlxalq simpozium keçirəcək[b]
Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə Rusiyanın Sankt-Peterburq şəhərində Cənubi Azərbaycanda milli hökumətinin (1945-1946) yaranmasının 63-cü ildönümü münasibətilə beynəlxalq simpozium keçirəcək. DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konqresin Rusiya nümayəndəliyinin təşəbbüsü ilə dekabrın 12-14-də keçiriləcək simpoziumda Azərbaycan Milli Hökumətinin fəaliyyətini əks etdirən sərgi və həmin illərdə aparılan demokratik islahatlardan bəhs edən sənədli film nümayiş etdiriləcək. Hökumətin süquta uğramasının səbəbləri və həmin dövrdə regionda yaranan vəziyyət də müzakirə olunacaq.Simpoziumda dünyanın müxtəlif ölkələrindən azərbaycanşünas alimlər, diplomatlar, siyasi xadimlər, diaspor təmsilçiləri iştirak edəcəklər.

10-27-2008, 12:00 PM #4342Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dünya bazarında neftin qiyməti 64 dollara düşüb

10-27-2008, 12:10 PM #4343Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dow Jones indeksi 3,6%, S&P 500 3,23%, Nasdaq isə 3,45% enib
[b]Dow Jones indeksi 3,6%, S&P 500 3,23%, Nasdaq isə 3,45% enib[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 24-də Amerika bazarlarında Dow Jones indeksi 3,6% - 8378,95 bəndədək, S&P 500 3,45% - 878,77 bəndədək, Nasdaq isə 3,23% - 1552,03 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 24-də Amerika fond bazarlarında kotirovkaların enməsinin əsas səbəbi ölkədə və ümumilikdə dünyada iqtisadi geriləmənin davam etməsi ehtimalları və investisiya fondlarının öz öhdəliklərinin ödəməsi üçün aktivlərin fəal satması ilə bağlıdır.Eyni səbəblər Avropa fond bazarlarına də mənfi təsir edib. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 5,00% - 3883 bəndədək, Fransa CAC-40-ı 3,54% - 3194 bəndədək, Almaniya DAX-ı isə 4,96% - 4296 bəndədək enib. Avropada da kotirovkaların enməsi dünya iqtisadiyyatının geriləməsi ilə bağlı olub ki, azalma əsasən maliyyə və istehsal sahələrində fəaliyyət göstərən qurumların səhmləri üzrə müşahidə olunub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2556 dollar təşkil edib (-1,49%).

10-27-2008, 12:20 PM #4344Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda keçirilən son çek hərracında 7 ASC-nin səhmləri satılıb
[b]Azərbaycanda keçirilən son çek hərracında 7 ASC-nin səhmləri satılıb[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) oktyabrın 6-10-da keçirilmiş 113-cü ixtisaslaşdırılmış çek hərracının nəticələrini açıqlayıb. Komitədən «APA-ECONOMICS»ə verilən məlumata görə, hərracda Azərbaycanın regionlarında yerləşən 7 səhmdar cəmiyyətinin səhmləri satılıb.Bunlar, «Ağstafa Yun», «Qazanbulaq Mədəni Məişət», «Ağsu Sənaye İnşaat», «Tovuz Nəqliyyat», «Bərdə Yun», «Salyan İnşaat Materialları» və «Sabirabad İnşaat Sənaye» səhmdar cəmiyyətləridir.Adıçəkilən səhmdar cəmiyyətlərinin buraxılmış səhmlərinin ümumi sayı 378 446 ədəd, çek hərracına çıxarılmış səhmlərinin sayı 56 764 ədəd, bir səhmin nominal qiyməti isə 2 manat olub. Səhmdar cəmiyyətləri üzrə 316 sifariş təqdim edilib və bu sifarişlərdəki çeklərin sayı 8 036 ədəd təşkil edib. Hərraca çıxarılmış səhmlərin 59 798 ədədi satılıb və satılmış səhmlərin ümumi nominal dəyəri isə 113 335 manat olub.Qeyd edək ki, «Tovuz Nəqliyyat» ASC-nin səhmlərinin satışı zamanı səhmlərin investorlar arasında bölünməsi əməliyyatı aparılıb. Bu müəssisənin səhmlərinin ümumi sayı 5 246 ədəd, hərraca çıxarılan səhmlərin sayı 786 ədəd, təqdim edilmiş sifarişlərin sayı 40, təqdim olunan çeklərin sayı 559 ədəd, satılmış səhmlər - 3 913 ədəd, bu zərfin məcmu nominal dəyəri isə 1565,2 min manat təşkil edib.

10-27-2008, 12:30 PM #4345Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakı şəhərində baş verən yol qəzasında 79 yaşlı kişi həlak olub
[b]Bakı şəhərində baş verən yol qəzasında 79 yaşlı kişi həlak olub[b]
Bakı. Hafiz Heydərov - APA. Bakıda ölümlə nəticələnən ağır yol-qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin X. Şuşinski küçəsində baş verib. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rauf Arif oğlu Əmirəhmədovun idarə etdiyi "Mercedes" markalı, 10 SD 478 dövlət nömrə nişanlı maşın əks istiqamətdə hərəkət edən, 1967-ci il təvəllüdlü Paşa Mirzə oğlu Nəbiyevin idarə etdiyi "Opel" markalı, 90 BM 611 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza zamanı avtomobillərdən biri yaxınlıqdan keçən 79 yaşlı Paşa Aslan oğlu İsgəndərova çırpılıb. P. İsgəndərov hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.

10-27-2008, 12:40 PM #4346Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Kürdəmirdə baş verən yol qəzası ölümlə nəticələnib
[b]Kürdəmirdə baş verən yol qəzası ölümlə nəticələnib[b]
Kürdəmir. Zahid Abışov-APA. Dünən günorta saatlarında İpək yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. Kürdəmir rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Bakıdan gələn "Ford" markalı avtomobillə əks istiqamətə hərəkət edən "VAZ-2109" markalı və "QAZ-24" markalı avtomobillərin toqquşması nəticəsində yeddi nəfər xəsarət alıb. Yaralılardan biri Ucar rayonunun Lək kənd sakini Qələmnaz Gülmalıyeva Bakıdakı xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

10-27-2008, 12:50 PM #4347Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Lənkəranda yerli mətbuatın inkişafı ilə bağlı layihənin təqdimatı olub
[b]Lənkəranda yerli mətbuatın inkişafı ilə bağlı layihənin təqdimatı olub[b]
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda Media və Mülki Cəmiyyət İctimai Birliyi (MMC İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Cənub bölgəsində mətbuatın inkişafına yardım layihəsi"nin təqdimatını keçirib. APA-nın Cənub bürosunun xəbərinə görə, tədbirə Lənkəran şəhər, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon icra hakimiyyəti nümayəndələri, rayonlarda çıxan qəzetlərin redaktorları, respublikanın aparıcı agentlik, qəzet və televiziyalarının bölgədəki əməkdaşları qatılıb. MMC İB-nin sədri, layihənin koordinatoru Xanoğlan Əhmədov bildirib ki, layihə Cənub bölgəsində KİV-in, jurnalistikanın, söz və mətbuat azadlığının inkişafına yardım göstərməklə, jurnalistlərin peşəkarlığının artırılmasına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə təkan verəcək. Tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Əlimərdan Əliyev, Masallıda çıxan "Yeni həyat" qəzetinin baş redaktoru Əyyub Mehdiyev və başqaları çıxış ediblər.

10-27-2008, 01:00 PM #4348Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Abituriyentləri ali məktəblərə düzəltmək adı ilə valideynlərdən pul yığan müəllim həbs edilib
[b]Abituriyentləri ali məktəblərə düzəltmək adı ilə valideynlərdən pul yığan müəllim həbs edilib[b]
Bakı. Hafiz Heydərov - APA. Bakıda abituriyentləri ali məktəblərə düzəltmək adı ilə valideynlərdən külli miqdarda pul alan orta məktəb müəllimi həbs edilib.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Tərtər rayon sakini, 1960-cı il təvəllüdlü Müslüm Kəniş oğlu Mustafayev özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsi kimi təqdim edərək valideynlərə uşaqlarının ali təhsil ocaqlarına daxil olmalarına köməklik edəcəyinə dair vəd verib və onlardan külli miqdarda pul alıb. M. Mustafayevin əməlinin üstü açılan kimi Nəsimi rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Bir ay davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində M. Mustafayev Nəsimi Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.Qeyd edək ki, M. Mustafayev Tərtər şəhərində orta məktəb müəllimi işləyib.

10-27-2008, 01:10 PM #4349Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Mingəçevir sakinini döyməkdə təqsirləndirilən Axund polisə izahat verib
[b]Mingəçevir sakinini döyməkdə təqsirləndirilən Axund polisə izahat verib[b]
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir şəhər sakini Ramiz Süleymanovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə təqsirləndirilən Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə Qazısı, Mingəçevir şəhərinin Axundu Hacı Xanəli Babayev Polis Şöbəsinə gedərək izahat verib.
Bu barədə APA-nın yerli bürosuna Mingəçevir şəhər Polis Şöbəsindən bildirilib. Məlumata görə, Hacı Xanəli Babayev oktyabrın 25-də verdiyi izahatda Ramiz Süleymanovu döymədiyini, onunla aralarında mübahisə baş verdiyini qeyd edib. Polis Şöbəsindən onu da bildiriblər ki, faktla bağlı açılan cinayət işi üzrə araşdırtmalar davam etdirilir. Qeyd edək ki, Mingəçevirdə suvaqçı işləyən şəhər sakini Süleymanov Ramiz Məhəmməd oğlunu döyərək ona xəsarət yetirməkdə təqsirləndirilən Hacı Xanəli Babayev barəsində Cinayət Məcəlləsinin 127.1 maddəsi (sağlamlığa qəsdən ağır zərər yetirmək) üzrə cinayət işi başlanıb.

10-27-2008, 01:20 PM #4350Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan yığması Albaniya ilə noyabrın 19-da Bakıda görüşəcək
[b]Azərbaycan yığması Albaniya ilə noyabrın 19-da Bakıda görüşəcək[b]
Bakı. Mehman Süleymanov - APA-SPORT. Albaniya yığması Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirməyə razılıq verib. Bu haqda "APA-SPORT"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, oyunun noyabrın 19-da Bakıda baş tutması üçün heç bir problem qalmayıb: "Albanlarla ilkin olaraq şifahi razılıq əldə olunmuşdu. Artıq albanlar Bakıya gəlməyə tam razılıqlarını veriblər. Sadəcə, sənədləşmə ilə bağlı prosedur qaydalar var ki, onun rəsmiləşməsini gözləmək lazımdır. Biz Albaniyaya yoldaşlıq görüşünün keçirilməsi ilə bağlı lazımı sənədlər göndərmişik və onlar imzalanıb geri göndəriləcək".Qeyd edək ki, həmin gün yoldaşlıq görüşü keçirməyə razılaşdırdığımız Latviya yığması nəqliyyat problemlərini əsas gətirərək, Bakıya gəlməkdən imtina etdi.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri