Əsas məzmuna keç
Sayfa 425/461 İlkİlk ... 325375415423424425426427435 ... SonSon
4610 sonuçtan 4.241 ile 4.250 arası

Azərbaycan Xəbərləri

1. #4241
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda fəaliyyət göstərən birjaların məcmu dövriyyəsi yanvar-sentyabr aylarında 40% artıb

[b]Azərbaycanda fəaliyyət göstərən birjaların məcmu dövriyyəsi yanvar-sentyabr aylarında 40% artıb[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən birjalar tərəfindən keçirilən 257 hərracda 7 617,1 mln. manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və istehsal-texniki təyinatlı məhsullar realizə olunub.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, dövriyyənin ümumi həcmi 2007-ci ilin yanvar-sentyabr aylarına nisbətən 40% artıb. Fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin həcminə görə Bakı Banklararası Valyuta Birjası (BBVB) və Bakı Fond Birjası (BFB) xüsusi yer tutur. BBVB-də əvvəlki ilin müvafiq dövrünə nisbətən dövriyyənin həcmi 48,5% artaraq 1 592,6 mln. manatlıq ABŞ dolları, 12,2 mln. manatlıq avro satılıb. BFB-də isə dövriyyənin həcmi 37,9% artaraq 6 011,6 mln. manatlıq qiymətli kağızlar satılıb.Əmtəə birjalarında istehsal-texniki təyinatlı məhsulların və daşımaz əmlakın satışı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

2. #4242
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında seksual manyak həbs edilib

[b]Azərbaycan paytaxtında seksual manyak həbs edilib[b]

Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında 6 yaşlı uşağa qarşı seksual zorakılıq hərəkətləri edən manyak həbs edilib.

Binəqədi Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Elvin Akif oğlu Abdullayev adının açıqlanmadığı 6 yaşlı oğlan uşağına qarşı seksual zorakılıq edib. Manyakın bu hadisəni küçədə, hər kəsin gözü qarşısında etdiyi bildirilir. Hadisə ilə bağlı RPİ-ə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində E. Abdullayev həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

3. #4243
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Daxili işlər orqanları 122 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısını alıb

[b]Daxili işlər orqanları 122 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısını alıb[b]

Bakı-APA. Azərbaycanda bu ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən 564 kiloqramdan artıq (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox) narkotik vasitə götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə istinadən məlumatına görə, bu müddətdə 122,1 kiloqrama yaxın narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb. 9 ayda narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1784 nəfərdən 53-ü qadın, 5-i yetkinlik yaşına çatmayan, 1645-i işləməyən və oxumayan, 408-i əvvəllər cinayət törətmiş şəxslərdir.

4. #4244
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elçin Behbudov Müşfiq Hüseynovla görüşüb

[b]Elçin Behbudov Müşfiq Hüseynovla görüşüb[b]

Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün "Bizim yol" qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynovla görüşüb. Bu barədə APA-ya məlumat verən komitə sədri deyib ki, 2 saylı Cəzaçəkmə Müəssisində vərəm xəstəliyindən əziyyət çəkən məhbus ondan müayinə olunmaq üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülməsini xahiş edib. Məsələ ilə əlaqədar müəssisə rəhbərliyi ilə danışdığını deyən E. Behbudov M. Hüseynovun yaxın günlərdə müalicə müəssisəsinə köçürüləcəyinə ümid etdiyini bildirib.

5. #4245
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Luis Araqones Türkiyədə ən çox qazanan məşqçidir

[b]Luis Araqones Türkiyədə ən çox qazanan məşqçidir[b]

Bakı - APA-SPORT. Türkiyədə ən çox qazanan futbol məşqçisi Luis Araqonesdir. "APA-SPORT"un məlumatına görə, "Fənərbaxça"nın ispaniyalı çalışdırıcısı 1 ildə 3,1 milyon avro əldə edir. Araqonesin "sari-lacirvərdlilər"lə iki il müqavilə bağladığını nəzərə alsaq, onun Türkiyədəki qazancının 6,2 milyon avroya bərabər olduğunu söyləmək olar."Beşiktaş"ın yeni baş məşqçisi Mustafa Dənizli yaxın 8 ayda 1,5 milyon avroya sahib çıxacaq. Ersun Yanal da eyni məbləğdə qənimətə yiyələnəcək. Ancaq Dənizlidən fərqli, "Trabzonspor"un baş məşqçisinin müqaviləsinin müddəti 1 illikdir.Türkiyənin ən titullu məşqçisi Fatih Terim isə həmkarlarından hələlik geri qalır. "İmperator" ləqəbli çalışdırıcıya Türkiyə yığmasına rəhbərlik etdiyi üçün indiyədək aylıq 75 min, illik isə 900 min avro verilirdi. Terim bu gün imzalayacağı yeni müqavilənin şərtlərinə əsasən, bundan sonra iki dəfə çox qazanacaq.

6. #4246
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyə Futbol Federasiyası Fatih Terimlə müqavilənin müddətini uzadıb

[b]Türkiyə Futbol Federasiyası Fatih Terimlə müqavilənin müddətini uzadıb[b]

Bakı - APA-SPORT. Türkiyə Futbol Federasiyası yığmanın baş məşqçisi Fatih Terimin müqaviləsinin müddətini uzadıb. "APA-SPORT"un məlumatına görə, 55 yaşlı mütəxəssis 2012-ci ilədək milli komandaya rəhbərlik edəcək.Əvvəlki federasiya rəhbərliyi ilə 2010-cu ilədək müqavilə bağlayan Terimin illik qazancı 900 min avroya bərabər idi. "İmperator" ləqəbli mütəxəssis yeni müqaviləyə əsasən ilinə 1,5 milyon avro qazanacaq.

7. #4247
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin adambaşına gəlirləri 34% artıb

[b]Yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin adambaşına gəlirləri 34% artıb[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin adambaşına gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,1% artaraq 1 703,8 manata çatıb və ayda orta hesabla 189,3 manat təşkil edib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu dövr ərzində əhali tərəfindən əldə edilən 14 557,9 mln. manatlıq gəlirin 65,6%-i son istehlaka, 9%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 25,4%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 13 245,2 mln. manatlıq və ya əvvəlki ildəkindən 36,9% çox vəsait qalıb.

8. #4248
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Nar Mobile» abunəçiləri üçün iki yeni xidmət istifadəyə verilib

[b]«Nar Mobile» abunəçiləri üçün iki yeni xidmət istifadəyə verilib[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) abunəçiləri üçün iki yeni xidmət - FUN2MASS adlı səsli əyləncəli və yeni tanışlıqlar və ünsiyyət sevənlər üçün Səsli Mobil Çat xidmətlərini istifadəyə verib. «Azerfon» şirkətinin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, FUN2MASS xidmətinin bir dəqiqəsinin qiyməti 0,29 qəpikdir. Bu xidmətdən istifadə etmək üçün 3366 nömrəsinə zəng etmək lazımdır. «Nar Mobile» abunəçiləri FUN2MASS-a qoşulmaqla bir dəfəyə bir neçə mobil əyləncə növlərindən istifadə edə biləcəklər.Mobil Səsli Çat xidmətinə qoşulmaq istəyənlər isə mobil telefonlarında 3300 nömrəsini yığmalıdırlar. Xidmətin bir dəqiqəsinin qiyməti 0,29 qəpikdir.Qeyd edək ki, «Azerfon» şirkətinə Azərbaycanda GSM GSM standartlı mobil rabitə xidmətləri göstərməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 650 mindən artıq abunəçi istifadə edir.

9. #4249
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın aparıcı sement istehsalçısı gücünü 31% artıracaq

[b]Azərbaycanın aparıcı sement istehsalçısı gücünü 31% artıracaq[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın aparıcı sement istehsalçısı olan «Qaradağ Sement» ASC-də yeni sobanın istifadəyə verilməsindən sonra zavodun illik istehsal gücü təxminən 31% artacaq. Bu barədə «APA-ECONOMICS»ə ASC-nin marketinq meneceri Kamran Abbasov məlumat verib. K.Abbasovun sözlərinə görə, yeni soba artıq 2011-ci ildə istismara veriləcək ki, zavodda klinkerin illik istehsalı 0,8 mln. tondan 1,2 mln. tona qədər, sement istehsalı isə 1,3 mln. tondan 1,7 mln. tona qədər artırılacaq.Qeyd edək ki, yeni sobanın quraşdırılması ətraf mühitə təsirin minimallaşdırılmasını nəzərdə tutur. Həmçinin, enerji sərfinin 50%-dən az olacağı gözlənilir. Layihənin ümumi dəyəri 327 mln. avro təşkil edir. Xatırladaq ki, «Qaradağ Sement» ASC-nin əsas səhmdarları rolunda İsveçrənin «Holcim» şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan İnvestisiya Şirkəti çıxış edir.

10. #4250
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda HİV-ə yoluxanların sayı 1708 nəfərə çatıb

[b]Azərbaycanda HİV-ə yoluxanların sayı 1708 nəfərə çatıb[b]

Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 329 yeni HİV-ə yoluxma faktı aşkarlanıb. Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən APA-ya verilən məlumata görə, onlardan 321-i (97,6%) Azərbaycan, 8 nəfəri (2,4%) əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 321 Azərbaycan vətəndaşından 256-sı (79,8%) kişi, 65-i (20,2%) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 21 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 35 nəfər olub.Bu il ərzində HİV infeksiyası təsdiq olunmuş Azərbaycan vətəndaşlarının 191-i (59,5%) inyeksion narkotik istifadəsi, 67-i (20,9%) heteroseksual əlaqə nəticəsində, 2 uşaq (0,6%) anadan, 1 nəfər (0,3%) homoseksual əlaqə nəticəsində yoluxub. 60 nəfərin (18,7%) yoluxma yolu müəyyənləşməyib.Hesabat dövründə HİV-ə yoluxmuş 321 Azərbaycan vətəndaşının 46-ı (14,3%) bu virusa respublikadan kənarda yoluxub.Ümumilikdə Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2008-ci il oktyabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyasına yoluxmuş 1708 nəfər qeydiyyata götürülüb. Onlardan 1639 nəfəri (96%) Azərbaycan vətəndaşı, 69 nəfəri (4%) isə əcnəbidır. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1371-i (83,6%) kişi, 268-i (16,4%) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 315 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 230 nəfər olub.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.