[b]"Azersun"un istehsal etdiyi bitki yağları beynəlxalq konfransda 8 medal qazanaraq, ən yüksək nəticə göstərib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Sankt-Peterburqda «Yağ Sənayesi 2008» VIII Beynəlxalq Konfrans keçirilib. «Azersun Holding»dən «APA-ECONOMICS»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı «Azersun Holding»ə daxil olan «Bakı Yağ və Qida Sənaye» ASC təmsil edib. Konfrans çərçivəsində beynəlxalq münsiflər heyətinin iştirakı ilə müsabiqə keçirilib və «Bakı Yağ və Qida Sənaye» müəssisəsinin istehsalı olan yüksək keyfiyyətli müxtəlif markalı Azərbaycan yağları dequstasiya müsabiqəsində iştirak edərək 8 medal qazanıb. Ən yüksək nəticəyə nail olan Azərbaycanın milli yağları 4 qızıl və 4 gümüş medalla yanaşı, xüsusi diplomlarla da təltif olunub. Qeyd edək ki, «Bakı Yağ və Qida Sənaye» ASC-nin istehsal etdiyi «Teksun», «Final», «Super Sun», «Paşa» və «Aysun» yağlarının istehsalına 1996-cı ildən başlanılıb. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur.
Azərbaycan Xəbərləri
Printable View

10-24-2008, 07:40 PMAPA"Azersun"un istehsal etdiyi bitki yağları beynəlxalq konfransda 8 medal qazanaraq, ən yüksək nəticə göstərib

10-24-2008, 11:10 PMAPAAzərbaycan və Gürcüstan prezidentləri arasında görüş olub
[b]Azərbaycan və Gürcüstan prezidentləri arasında görüş olub[b]
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb.
[APA-nın xəbərinə görə, Mixail Saakaşvili dövlət başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib. Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. -
10-24-2008, 11:20 PMAPAAzərbaycan prezidenti Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbərini qəbul edib
[b]Azərbaycan prezidenti Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbərini qəbul edib[b]
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib.
[APA-nın xəbərinə görə, S. Narışkin prezidentə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin təbriklərini, salamlarını və dərin hörmətini çatdırıb. Prezident İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevin salamlarına və səmimi təbriklərinə görə minnətdarlığını bildirib, özünün də salamlarını və ən xoş arzularını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş edib.Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və qarşılıqlı əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub. -
10-24-2008, 11:30 PMAPAAzərbaycan prezidenti NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib
[b]Azərbaycan prezidenti NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib[b]
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib.
[APA-nın məlumatına görə, andiçmə mərasiminin iştirakçısı olmaqdan məmnunluğunu bildirən Robert Simmons NATO-nun baş katibi Yaap de Hoop Sxefferin təbrik məktubunu dövlət başçısına təqdim edib.Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.Görüşdə Azərbaycanla NATO arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. -
10-24-2008, 11:40 PMAPAAzərbaycan prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktoru Endryu İnqlisi qəbul edib
[b]Azərbaycan prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktoru Endryu İnqlisi qəbul edib[b]
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktoru Endryu İnqlisi qəbul edib.
[APA-nın xəbərinə görə, ölkə başçısını təbrik edən Endryu İnqlis andiçmə mərasimində iştirak etməsindən məmnunluğunu ifadə edib.Dövlətimizin başçısı təbrikə görə minnətdarlıq edib. Prezident vurğulayıb ki, son beş ildə ölkəmizdə təkcə neft-qaz sektorunda deyil, hər bir sahədə, o cümlədən təhsil, səhiyyə, infrastrukturun inkişafı, siyasi və digər sahələrdə böyük irəliləyişlərə nail olunub. Dövlət başçısı Azərbaycanın əldə etdiyi bütün bu nailiyyətlərin əsasında uğurlu enerji siyasətinin və zəngin enerji resurslarının dayandığını deyib. bp şirkəti ilə Azərbaycanın artıq on beş il əməkdaşlıq etdiyini bildirən prezident bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb. -
10-25-2008, 11:00 AMAPAAzərbaycan sabahdan qış vaxtına keçəcək
[b]Azərbaycan sabahdan qış vaxtına keçəcək[b]
Bakı. Rəşad Süleymanov - APA. Sabah Azərbaycanda yay vaxtı başa çatır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, sabahdan Azərbaycan qış vaxtına keçəcək.
[Bununla əlaqədar olaraq oktyabrın 26-sı saat 05:00-da Azərbaycanda saatların əqrəbi bir saat geri çəkiləcək. -
10-25-2008, 11:10 AMAPAAlbaniya yığması Bakıya gəlir
[b]Albaniya yığması Bakıya gəlir[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycan futbol yığması noyabrın 19-da Albaniya ilə yoldaşlıq görüşü keçirə bilər. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən "APA-SPORT"a verilən məlumata görə, bununla bağlı şifahi razılıq əldə olunub. Tərəflər bu məsələni rəsmiləşdirəcəkləri təqdirdə, albaniyalılar gələn ay Bakıya təşrif buyuracaqlar.Hazırda Albaniya milli komandası FİFA-nın reytinq cədvəlində Azərbaycandan 60 pillə yuxarıda, 83-cü sırada qərarlaşıb. 2010-cu ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmağa iddialı olan adıçəkilən yığma qrupda 5 xalla 4-cü yeri tutur. Hollandiyalı baş məşqçi Arye Hanın yetirmələri son rəsmi matçda səfərdə Portuqaliyadan bir xal almaqla (0:0), sensasiyaya imza atıblar.Qeyd edək ki, milli komandamız noyabrın 19-da Latviyanı qəbul etməli idi. Lakin bir neçə gün öncə latviyalılar nəqliyyat problemini əsas gətirərək, paytaxtımıza gəlməkdən imtina ediblər. -
10-25-2008, 11:20 AMAPA1700-dən çox Azərbaycan tələbəsi ABŞ-da təhsil alıb
[b]1700-dən çox Azərbaycan tələbəsi ABŞ-da təhsil alıb[b]
[Bakı. Viktoriya Dementeva-APA. "Son 15 il ərzində ABŞ-ın qəbul etdiyi bir çox təhsil proqramları üzrə Azərbaycan tələbələri və məktəbliləri ABŞ-da təhsillərini davam etdirə bilirlər". APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Bakıda keçirilən Amerika təhsil yarmarkasında bildirib. Səfir deyib ki, bu proqramlar sırasında FLEX, Muskie, U-Grad, Fulbright və başqaları var. Enn Dersi qeyd edib ki, proqramlar üzrə 1700-dən çox Azərbaycan tələbəsi ABŞ-da təhsil alıb: "Gələcəkdə bu rəqəm artacaq. Təhsil sərmayədir. Bu sahəyə yatırılan sərmayələr xalqın gələcəyini təmin edir". -
10-25-2008, 11:30 AMAPAŞərurda keçirilən əmək yarmarkasında 43 nəfər işlə təmin olunub
[b]Şərurda keçirilən əmək yarmarkasında 43 nəfər işlə təmin olunub[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunda növbəti əmək yarmarkası keçirilib. Naxçıvan MR Məşğulluq İdarəsinin rəisi Sevindik Vəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, yarmarkada vətəndaşlara 24 müəssisə və təşkilatdan 220 boş iş yeri təqdim olunub. Vakant yerlər təqdim edən müəssisələrdən 15-i özəl, 9-u dövlət təşkilatı olub. Yarmarkanın keçirildiyi müddətdə 43 nəfər daimi işlə təmin olunub, 6 nəfər kvota yerinə göndərilib. Qeyd edək ki, növbəti mərhələdə şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə keçirilən belə yarmarkalar noyabr ayının ortalarınadək regionun bütün bölgələrini əhatə edəcək. -
10-25-2008, 11:50 AMAPANaxçıvanın vergi orqanlarında vakant işləri yerləri üzrə müsabiqə elan edilib
[b]Naxçıvanın vergi orqanlarında vakant işləri yerləri üzrə müsabiqə elan edilib[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi dövlət vergi orqanlarında mövcud 27 vakant yerə işə qəbul üçün müsabiqə elan edib. Nazirlikdən APA-nın yerli bürosuna verilən məlumata görə sənəd qəbulu dekabrın 1-dək aparılacaq. Sənəd qəbulunda yaşı 35-dən aşağı olan, ali təhsilli, hərbi xidmətdə olmuş, cinayət məsuliyyətinə cəlb olunmayan, iqtisadiyyat, hüquq, idarəetmə, informatika və beynəlxalq münasibətlər ixtisas sahələrindən ən azı birinə malik olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Qeyd edək ki, müsabiqə qalibləri Naxçıvan MR Vergilər Nazirliyində 5, muxtar respublikanın Naxçıvan şəhəri və 7 rayonunun vergilər şöbələrində 22 vakant vəzifəyə təyin olunacaq. Boş iş yerlərinin sayının müsabiqənin sonuna qədər dəyişməsi də istisna edilmir.