[b]Valentin Xodukin: "Komandam "Neftçi" klubunu qıcıqlandıra bilir"[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. "İnter"lə "Neftçi" bir-birini qıcıqlandıra bilən komandalardır. Barışmaz rəqiblərin görüşü həmişə gərgin və maraqlı alınır". Bunu "APA-SPORT"a açıqlamasında "İnter" klubunun baş məşqçisi Valentin Xodukin deyib. İki ildir "Neftçi" üzərində qələbə qazana bilməyən 69 yaşlı ukraynalı mütəxəssis bildirib ki, bu rəqiblə oynamaq çətindir: "Rəqib komanda ötən mövsümün ilk dövrəsində, Vlastimil Petrjelanın yeni gəldiyi vaxtda da zəif çıxış edirdi. Ancaq bizimlə oyunda xoş təsir bağışladı və xal qazandı. Yəni, "Neftçi" istənilən halda, "Neftçi"dir. Amma komandamı da onlar üçün ciddi rəqib sayıram. Gedenin heyətdə islahatlar etməsi "Neftçi"nin çıxışına təsir göstərir. Demyanenkonun vaxtındakı oyunun indikindən fərqlənməsi bəzi ifaçıların dəyişdirilməsi ilə bağlıdır". "Neftçi" klubunun cari mövsümdə uğursuz çıxışını müvəqqəti hal hesab edən Xodukin vurğulayıb ki, belə şeylərə qətiyyən fikir vermir: "Məgər kimin problemi yoxdur? Hər bir komandanın özünəməxsus çətinliyi var. Rəqibin uğursuz çıxışı bizi arxayınlaşdırmır. Əskinə, oyunu ciddi hazırlaşmışıq və qələbə qazanmaq istəyirik. Kim meydanda ən yaxşı keyfiyyətlərini ortaya qoysa, o da nəticə qazanacaq. Təbii ki, idman xoşbəxtliyi, bəxt, hakimlikdən də çox şey asılıdır. Əsas istəyim odur ki, Vüsal Əliyevin başçılıq etdiyi hakimlər briqadası ciddi səhvlərə yol verməsin".
Azərbaycan Xəbərləri
Printable View

10-24-2008, 05:10 PMAPAValentin Xodukin: "Komandam "Neftçi" klubunu qıcıqlandıra bilir"

10-24-2008, 05:20 PMAPAQyoko Hacıyevski: "Xəzər-Lənkəran"ın çətin oyunları hələ qabaqdadır"
[b]Qyoko Hacıyevski: "Xəzər-Lənkəran"ın çətin oyunları hələ qabaqdadır"[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Bazar günü Azərbaycan Premyer Liqasının IX turunun mərkəzi görüşündə lider "Xəzər Lənkəran" ən yaxın izləyicisi "Bakı" klubunun qonağı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyundan əvvəl Lənkəran təmsilçisinin baş məşqçisi Rasim Kara iddialı açıqlama verib. Hazırlığın normal getdiyini söyləyən Kara bildirib ki, komandası bu oyuna da qələbə üçün çıxacaq: "Düzdür, Cambazovun yoxluğu müəyyən problemlər yaradır. Amma bu, iddiamıza təsir edə bilməz. Qələbə seriyasını sürdürmək, ardıcıl səkkizinci qələbəmizi qazanmaq istəyirik. "Bakı" çox yaxşı rəqibdir. Təsadüfi deyil ki, ən yaxın izləyicimiz məhz bu komandadır"."Biz liderlə görüşə yalnız qələbə qazanmaq üçün çıxacağıq. Çünki ilk pilləni ələ keçirmək üçün bundan yaxşı fürsət ola bilməz". Bu fikirləri isə "APA-SPORT"a açıqlamasında "Bakı" klubunun baş məşqçisi Qyoko Hacievski deyib. 53 yaşlı makedoniyalı mütəxəssis bu oyunda meydan amilindən istifadə etməyin vacibliyini bildirib: "Lənkəranda oynasaydıq, oradakı atmosferdə qələbə qazanmaq çətin olardı. Ancaq liderlə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşırıq və deməli, mütləq qalib gəlməliyik. Rəqib komanda şəraitinə, təşkilatçılığına, oyun nizam-intizamına görə Azərbaycanda ən yaxşılardandır. Bununla belə, biz bu klubun qələbə seriyasını qırmaq gücündəyik. Cari mövsümdə lənkəranlılarla müqayisədə biz daha çətin oyunlar keçirmişik. Rəqibin isə ciddi sınağı yalnız son turda "Neftçi" ilə görüşdə olub. Ardıcıl 7 oyun qələbə qazanan "Xəzər-Lənkəran"ın çətin oyunları hələ qabaqdadır. İstənilən halda, biz lideri dayandırmağa köklənmişik". Hacıyevski əlavə edib ki, rəqib komandanın heyətində vurduğu 9 qolla cari mövsümün bombardiri olan bolqarıstanlı hücumçu İvan Svetkovu hələ vətənində çalışarkən tanıyır: "İvan texnikalı hücumçudur, yaxşı qol duyumu var. Cərimə meydanında çox təhlükəlidir. Hər halda, zəif cəhətləri də olduğundan onun qarşısını almağı bilirəm. İvan sürətli futbolçu deyil. Elə buna görə də vaxtilə hücumda deyil, orta sahədə çıxış edib". -
10-24-2008, 05:30 PMAPATürkmənistan prezidenti Avstriya rəsmiləri ilə «Nabucco» layihəsinin perspektivlərini müzakirə edib
[b]Türkmənistan prezidenti Avstriya rəsmiləri ilə «Nabucco» layihəsinin perspektivlərini müzakirə edib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Avstriyanın xüsusi məsələlər üzrə səfiri Marey Rayx-Rorviq və OMV konserninin baş direktoru Volfqanq Ruttensdorferi qəbul edib. Görüşdə təbii qazın Mərkəzi Asiyadan Avropaya nəqlini nəzərdə tutan «Nabucco» layihəsinin irəliləmə məsələləri müzakirə olunub. «APA-ECONOMICS»in «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata əsasən, M.Rayx-Rorviq Avstriya tərəfindən Türkmənistanın enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması yollarının diversifikasiyasına istiqamətlənən siyasəti, həmçinin Türkmənistan prezidentinin beynəlxalq boru kəmərlərinin təhlükəsizlik zəmanətləri barədə BMT tərəfindən xüsusi qətnaməsinin qəbul edilməsi üzrə təşəbbüsünün tam dəstəkləndiyini söyləyib.Q.Berdımühəmmədov isə öz növbəsində enerji daşıyıcılarının xaricə çıxarılması prosesində çoxvariantlılıq prinsiplərinə üstünlük verdiklərini bildirib, bu istiqamətində mövcud olan bütün təkliflərə baxmağı hazır olduqlarını vurğulayıb.V.Ruttensdorfer isə qeyd edib ki, Türkmənistan prezidenti ilə görüşdə «Nabucco» layihəsinin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə konstruktiv fikir mübadiləsi aparılıb: «Biz bu məsələlər üzrə bütün təklifləri dərindən öyrənərək Türkmənistan prezidentinin Avstriyaya nəzərdə tutulan səfərinə qədər hazırlayacağıq».Xatırladaq ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞÂ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildə Avropaya çatdırılması planlaşdırılır. -
10-24-2008, 05:40 PMAPABakıda VIII beynəlxalq təhsil yarmarkası keçirilir
[b]Bakıda VIII beynəlxalq təhsil yarmarkası keçirilir[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Bakıda Bakı Təhsil Məlumat Mərkəzi (BTMM) və Amerika Təhsil Qrupunun təşkilatçılığı ilə VIII beynəlxalq təhsil yarmarkası keçirilir. APA-nın məlumatına görə, yarmarkanın məqsədi bütün maraq göstərən şəxsləri və təşkilatları bir yerdə toplayıb Azərbaycanın xaricdə təhsil almaq imkanları haqqında lazımi məlumatla təmin etməkdir. BTMM-nin direktoru Bahar Hacızadənin verdiyi məlumata görə, yarmarkada Birləşmiş Ştatların 20, Britaniyanın 2 ali təhsil müəssisəsi, Almaniya Təhsil Mərkəzi və Qazaxıstandakı Amerika Təhsil Mərkəzi iştirak edir. Təhsil müəssisələrinin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verərək yarmarka iştirakçılarını material və bukletlərlə təchiz edəcəklər. Tədbiri Amerika ölkəmizdəki səfirliyi dəstəkləyir maliyyə yardımını isə universitetlərin özləri edir. -
10-24-2008, 05:50 PMAPAAsiya İnkişaf Bankının enerji missiyası Azərbaycana gəlib
[b]Asiya İnkişaf Bankının enerji missiyası Azərbaycana gəlib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Asiya İnkişaf Bankının (AİB) «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi» (Power Transmission Enhancement Project) üzrə Azərbaycan hökuməti ilə növbəti danışıqların aparılmasına dair mütəxəssisi Tianxua Luo (Tianhua Luo) Bakıya gəlib. AİB-in Bakı ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, oktyabrın 29-dək davam edəcək səfər çərçivəsində T.Luo bir sıra dövlət qurumlarında, həmçinin Azərbaycan Sənaye və Energetika Nazirliyində və «Azərenerji» ASC-də görüşlər keçirəcək.Qeyd edək ki, layihə 240 mln. ABŞ dolları məbləğində qiymətləndirilir. Bunun 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayıracaq. Öz növbəsində bu ilin sentyabr ayının əvvəlində AİB-in Direktorlar Şurası sözügedən layihə üçün 160 mln. dollar kreditin ayrılmasını təsdiqləyib. Belə ki, 25 il müddətinə ayrılan bu uzunmüddətli kredit iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə, «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək. İnfrastrukturun müasirləşdirilməsi Bakı yaxınlığındakı sənaye mərkəzi və ətraf ərazilərə elektrik enerjisinin ötürülməsində müşahidə olunan itkiləri azaltmağa və enerji təchizatının dayanıqlığına imkan verəcək. Ümumilikdə, layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi idxalına tələbatını azaldacaq, su elektrik resurslarını optimallaşdırmağa kömək edəcək və elektrik enerjisi istehsalında qənaət edilmiş təbii qaz və mazutu ixrac etməklə ölkəyə əlavə gəlir gətirəcək. Bu kredit ölkə hökumətinin enerji təhlükəsizliyini təmin etmək, enerji sektorunun inkişaf etdirilməsi və təkmilləşdirməsi üçün prioritet proqramların reallaşmasına dəstək verəcək və özəl sektora investisiyaları cəlb etməyə kömək edəcək. Xatırladaq ki, layihənin hazırlanması üzrə konsaltinq xidmətlərini İsveçrənin «Entec» şirkəti göstərir. Konsaltinq xidmətlərinə AİB qrant şəklində 500 min dollar, Azərbaycan və Finlandiya hökumətlərinin hər biri isə 200 min dollar ayırıb. -
10-24-2008, 06:10 PMAPAİran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Qulamrza Əmani həlak olub
[b]İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Qulamrza Əmani həlak olub[b]
[Bakı. Ramil Məmmədli-APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Qulamrza Əmani avtomobil qəzasında həlak olub. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 23-də axşam saatlarında Təbriz yaxınlığında baş verib. Hadisə zamanı avtomobildə olan Qulamrza Əmani və qardaşı dünyasını dəyişiblər. Hadisənin təfərrüatları haqqında isə heç bir məlumat verilməyib. Qeyd edək ki, 35 yaşlı Q. Əmani İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olub. Bir neçə dəfə İran hüquq-mühafizə orqanları onu siyasi baxışlarına görə həbs edib. Əmani sonuncu dəfə isə 2006-cı ilin mayında azərbaycanlıların İranda keçirilən etiraz aksiyalarının təşkilində ittiham olunaraq saxlanılıb. -
10-24-2008, 06:20 PMAPADenver Universitetində Azərbaycanla bağlı müzakirələr keçirilib
[b]Denver Universitetində Azərbaycanla bağlı müzakirələr keçirilib[b]
[Los-Anceles-APA. Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov və vitse-konsul Elşən Baloğlanov Kolorado ştatının paytaxtı Denver şəhərinə səfər ediblər. Konsulluqdan APA-nın ABŞ bürosuna verilən məlumata görə, Azərbaycan diplomatları şəhərin meri Jon Xikenloperom, ştatın qubernatorunun müşaviri, Denver Universiteti və yerli biznes dairələri ilə iqtisadi əməkdaşlıq və təhsil sahəsi üzrə mübadilə məsələlərini müzakirə ediblər. Yerli KİV nümayəndələri ilə görüşdə Azərbaycan nümayəndələri regiondakı vəziyyət barədə danışıblar. Denver Universitetinin tələbələri və şəhərin beynəlxalq əlaqələr üzrə şurasının çoxsaylı auditoriyası qarşısında çıxış edən baş konsul Elin Süleymanov Azərbaycanın bugünkü xarici siyasəti barədə söhbət açıb. Müzakirələrdə Azərbaycan cəmiyyətində hökm sürən tolerantlıq və şəffaflıq mövzusuna xüsusi maraq göstərilib. Avropanın enerji təhlükəsizliyinə ölkəmizin töhfəsi və xarici siyasətin balanslı təməlləri maraq doğuran daha bir mövzu olub. Qeyd etmək lazımdır ki, Denver Universitetinin beynəlxalq əlaqələr departamenti sabiq dövlət katibi Madlen Olbraytın atası Jozef Korbelin adını daşıyır. Universitetin məşhur məzunlarından biri indiki dövlət katibi Kondaliza Raysdır. -
10-24-2008, 06:30 PMAPAYanvar-sentyabr aylarında Azərbaycanda fiziki şəxslərin gəlir vergisi və sadələşdirilmiş vergi üzrə proqnoz kəsirlə icra olunub
[b]Yanvar-sentyabr aylarında Azərbaycanda fiziki şəxslərin gəlir vergisi və sadələşdirilmiş vergi üzrə proqnoz kəsirlə icra olunub[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi və tədiyyələr üzrə daxilolmalar 4 382 570,6 min manat və ya proqnozdan 7,9% çox olub. Bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 34% çoxdur. Bu barədə «APA-ECONOMICS»ə Vergilər Nazirliyindən məlumat verilib.Hesabat dövründə əlavə dəyər vergisi üzrə daxilolmalar 853 372,7 min manat (proqnozdan 7,1% çox), aksizlər 266 882,3 min manat (+0,1%), mədən vergisi 115 179,7 min manat (+15,1%), mənfəət vergisi 2 271 456,1 min manat (+16%), torpaq vergisi 27 716,2 min manat (+25,7%), əmlak vergisi 80 877,6 min manat (+0,2%), dövlət rüsumu 46 088,2 min manat (+19,5%), yol vergisi 19 578,6 min manat (+1,5%), sair daxilolmalar 200 233,3 min manat (+27,8%) və dövlət mülkiyyətində olan torpaqların icarə haqqı 1 219,4 min manat (+7,9%) olmaqla yerinə yetirilib.Cari ilin 9 ayında fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar proqnozdan 21% az yerinə yetirilib və bu vergi növü üzrə büdcəyə 454 906,1 min manat vəsaitin ödənilməsi təmin olunub. Hesabat dövründə sadələşdirilmiş vergi üzrə proqnoz 0,7% az yerinə yetirilməklə 46 279,8 min manat vəsait toplanıb. -
10-24-2008, 07:20 PMAPAOmbudsman əsir götürülən Azərbaycan əsgərinin qaytarılması ilə bağlı BQXK-nin Bakı nümayəndəliyinin rəhbərinə müraciət edib
[b]Ombudsman əsir götürülən Azərbaycan əsgərinin qaytarılması ilə bağlı BQXK-nin Bakı nümayəndəliyinin rəhbərinə müraciət edib[b]
[Bakı-APA. Ombudsman Elmira Süleymanova bu il oktyabrın 8-də Qazax rayonu ərazisində, qoşunların təmas xətində Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Azərbaycan əsgəri Rafiq Rəhman oğlu Həsənovun qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri T. Vandenhova müraciət edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə Ermənistan Silahlı Qüvvələri tərəfindən müntəzəm şəkildə Azərbaycan hərbi qulluqçularının və mülki şəxslərinin əsir və girov götürülməsinin cəmiyyətdə böyük narahatlıq doğurduğu qeyd olunub: "Mandatınız çərçivəsində Rafiq Həsənovun mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında və əsirlikdə olduğu müddətdə onun işgəncə və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamasının təmin edilməsində və regional nümayəndəlikləriniz vasitəsilə onun vəziyyətinin nəzarətdə saxlanılmasında yardımçı olmağınızı sizdən xahiş edirəm". Ombudsman bununla bağlı BQXK tərəfindən həlledici tədbirlərin görüləcəyinə, gələcək əməkdaşlığa, yaxın günlərdə T. Vandenhovla birgə görüşünün keçiriləcəyinə ümid bəslədiyini bildirib. -
10-24-2008, 07:30 PMAPAAdler-Moskva təyyarəsini qaçırmağa cəhd edən şəxs zərərsizləşdirilib - YENİLƏNİB
[b]Adler-Moskva təyyarəsini qaçırmağa cəhd edən şəxs zərərsizləşdirilib - YENİLƏNİB[b]
[Moskva - APA. Adler-Moskva təyyarəsində insident baş verib. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, təyyarə havaya qalxdıqdan sonra sərnişinlərdən biri ayağa qalxaraq "Allahu-Əkbər" deyə qışqırıb. O, təyyarəni ələ keçirdiyini bildirərək Moskvaya uçan təyyarənin Avstriyanın paytaxtı Vyanaya yönəlməsini tələb edib. Qrafikə əsasən təyyarə Moskva vaxtı ilə saat 17.45-də "Vnukovo" hava limanına enməlidir. "Boeing-737" təyyarəsində 130 sərnişin var. Təyyarə Moskva vaxtı ilə saat 18.05-də "Vnukovo"ya enib. Xüsusi xidmət orqanları təyyarəni partlatmaqla hədələyən naməlum şəxsi zərərsizləşdiriblər. O, həbs olunub.