[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri Məmmədyarov-Nalbandyan görüşünü təşkil etmək üçün Nyu-Yorka gediblər[b]
Bakı. Laçın Sultanova-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik artıq Nyu-Yorkdadır.
APA-nın məlumatına görə, vasitəçilər Nyu-Yorka BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak edən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş təşkil etmək məqsədi ilə gediblər. Vasitəçilər hal-hazırda nazirlərin iş qrafikini öyrənirlər. Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının ilə bağlı aparılan danışıqların Nyu-York raunduna Türkiyə XİN başçısı Ali Babacanın da qatılacağı gözlənilir.
4610 sonuçtan 3.151 ile 3.160 arası

09-23-2008, 01:40 PM #3151Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
«BP-Azerbaijan» şirkəti «Çıraq Neft Layihəsi» üzrə təqdimat keçirib
[b]«BP-Azerbaijan» şirkəti «Çıraq Neft Layihəsi» üzrə təqdimat keçirib[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün Bakıda «BP-Azerbaijan» şirkətinin «Çıraq Neft Layihəsi» (ÇNL) üzrə Ətraf Mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi ilə bağlı iş həcminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, «BP-Azerbaijan» şirkətinin ÇNL üzrə direktoru İlqar Məmmədov bildirib ki, yeni yataqdan neft Xəzərin 175 metr dərinliyindən əldə olunacaq: «Artıq 2007-ci ildə kəşfiyyat işləri yekunlaşıb, 2008-ci ildə isə ilkin layihənin yekunlaşması nəzərdə tutulub. Bundan sonra, 2009-cu ildə mühəndis-layihə işlərinə start veriləcək, 2013-cü ildə isə ilkin neft hasilatına başlanacaq». İ.Məmmədovun sözlərinə görə, yataqdan ildə 331 mln. standart barel neftin əldə olunacağı gözlənilir: «Platformanın hazırlanması üçün 28 istismar, 17 vurucu quyudan və dayaq piltəsinə qədər 16 quyudan istifadə ediləcək». Layihənin ətraf mühitin qorunması ilə bağlı əlaqələndiricisi Ayaz Həsənov isə bildirib ki, sentyabr ayı ərzində ekologiyanın qorunması ilə bağlı mütəxəssislərin və ictimaiyyətin fikirlərinin öyrənilməsinə cəhd olunub: «Gələn ilin aprel ayında müvafiq sənədlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunacaq. Nazirliyin rəyindən sonra prosesin növbəti mərhələsinə start veriləcək. Yataqda neft hasilatı zamanı ekologiyanın qorunması üçün müasir avadanlıqlardan istifadə ediləcək».

09-23-2008, 01:50 PM #3152Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ATƏT-in Minsk Qrupunun həmsədrləri Məmmədyarov-Nalbandyan görüşünü təşkil etmək üçün Nyu-Yorka gediblər

09-23-2008, 02:00 PM #3153Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Əli Babacan: "Türkiyə-Ermənistan əlaqələri Azərbaycandan ayrı düşünülə bilməz"
[b]Əli Babacan: "Türkiyə-Ermənistan əlaqələri Azərbaycandan ayrı düşünülə bilməz"[b]
Nyu-York - APA. BMT Baş Assambleyasının 63-cü sessiyasına qatılmaq məqsədilə ABŞ-a gedən Türkiyənin xarici işlər naziri Əli Babacan Nyu-Yorkdakı Xarici Əlaqələr Şurasında (Council of Foreign Relations - CFR) çıxış edib.
APA-nın "Doğan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Babacan çıxışında Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlər, İraq, Kipr problemləri, Avropa Birliyinə üzvlük, Türkiyədə son illər artan antiamerika əhval-ruhiyyəsi və digər mövzulara toxunub. Ə. Babacan bildirib ki, Türkiyənin Ermənistanla əlaqələri Azərbaycandan ayrı düşünülə bilməz. O, Türkiyənin Ermənistanla sərhədlərini bağlamasının bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar olduğunu deyib. Nazir hər iki ölkənin xarici işlər nazirlərinə üçtərəfli görüş keçirməyi təklif etdiyini və yaxın günlərdə bu görüşün baş tutacağını söyləyib. "Kiprdəki türk əsgərlərini nə zaman geri çəkəcəksiniz?" sualını cavablandıran Ə. Babacanın sözlərinə görə, türk əsgərləri nə qədər lazımdırsa, o qədər adada qalacaq: "Kipr yunanları Annan planını qəbul etsəydi, türk əsgərlərinin sayı azaldılacaqdı. Unutmamalıyıq ki, adada Yunanıstan əsgərləri də var. Annan planı hər iki tərəfdə hərbi kontingentin ixtisarını nəzərdə tuturdu. Ancaq yunanlar "yox" dedilər". Ə. Babacan Türkiyədə ABŞ-a duyulan inamsızlığın İraqdakı hadisələrlə bağlı olduğunu vurğulayıb: "PKK-çılardan Amerika silahlarının tapılması, İraqa göndərilən silahların terrorçuların əlinə keçməsi Türkiyədə ciddi narazılığa səbəb olub. Lakin bu, uzun sürə bilməz. Vaxtilə İtaliya da terrorçulara simpatiya ilə yanaşmışdı. O zaman Türkiyədə hətta İtaliyaya qarşı boykot da gündəmə gəlmişdi. Amma sonra vəziyyət dəyişdi və Türkiyədə İtaliyaya münasibət normallaşdı. PKK-ya qarşı mübarizə məqsədilə ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsi həyata keçirilməyə başlandıqdan qısa müddət sonra ictimaiyyətdə Amerikaya dəstəyin faizi 12-13-ə yüksəldi".

09-23-2008, 02:10 PM #3154Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan bu il avtomobil idxalını 30% artıra bilər
[b]Azərbaycan bu il avtomobil idxalını 30% artıra bilər[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin avqust ayında kommersiya məqsədi ilə yük-gömrük bəyannamələri əsasında Azərbaycana 30 minə yaxın avtomobil gətirilib.
Bu isə ötən ilin müvafiq dövrünə nisbətdə 50% çoxdur. «APA-ECONOMICS»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.A.Əliyevin sözlərinə görə, ötən ay avtomobil idxalından 40 mln. ABŞ dollarından çox gömrük vergi və rüsumu toplanaraq dövlət büdcəsinə köçürülüb.Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycana 50 mindən artıq avtomobil gətirilib. DGK sədrinin fikrincə, tendensiya belə davam edərsə bu il Azərbaycana gətirilən avtomobillərin sayı 80 mindən çox olacaq.Qeyd edək ki, 2007-ci ildə Azərbaycana 60 mindən artıq avtomobil gətirilib.

09-23-2008, 02:20 PM #3155Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yanvar-avqust aylarında Azərbaycan əhalisinin adambaşına gəlirləri 34% artıb
[b]Yanvar-avqust aylarında Azərbaycan əhalisinin adambaşına gəlirləri 34% artıb[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan əhalisinin adambaşına gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,8% artaraq 1 488,1 manata çatıb və ayda orta hesabla 186 manat təşkil edib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə əhali tərəfindən əldə edilən 12 709,5 mln. manatlıq gəlirin 66%-i son istehlaka, 9,1%-i vergilərə, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 24,9%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 11 559,2 mln. manatlıq və ya əvvəlki ildəkindən 36,5% çox vəsait qalıb.

09-23-2008, 02:30 PM #3156Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Nazirlər Kabinetinin qərarına əsasən sentyabrın 28-dən oktyabrın 2-dək ölkədə qeyri-iş günü olacaq
[b]Nazirlər Kabinetinin qərarına əsasən sentyabrın 28-dən oktyabrın 2-dək ölkədə qeyri-iş günü olacaq[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Nazirlər Kabineti "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" qərar qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin APA-ya verdiyi məlumata görə, sözügedən qərarda Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2008-ci ilin 27 sentyabr istirahət günü ilə 29 sentyabr iş gününün yeri dəyişdirilməsi öz əksini tapıb. Bununla da qərara əsasən sentyabrın 28-dən oktyabrın 2-dək qeyri-iş günləri sayılacaq.

09-23-2008, 02:40 PM #3157Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gürcüstan Rusiyaya məxsus pilotsuz təyyarənin vurulduğunu açıqlayıb
[b]Gürcüstan Rusiyaya məxsus pilotsuz təyyarənin vurulduğunu açıqlayıb[b]
Tiflis - APA. Gürcüstan ərazisində Rusiyaya məxsus pilotsuz kəşfiyyat təyyarəsi vurulub. APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Şota Utiaşvili pilotsuz təyyarənin sentyabrın 22-də səhər Qori şəhəri yaxınlığında vurulduğunu açıqlayıb. Rusiya tərəfi isə informasiyanı təsdiq etməyib. Rusiya Müdafiə Nazirliyinin Mətbuat və İnformasiya İdarəsinin rəhbəri Aleksandr Drobışevski həmin zonada heç bir uçuş həyata keçirmədiklərini açıqlayıb.

09-23-2008, 02:50 PM #3158Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platforması ətrafında qazsızma ilə bağlı çəkiliş aparılıb
[b]«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platforması ətrafında qazsızma ilə bağlı çəkiliş aparılıb[b]
Bakı. Ramil Məmmədli - APA. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platformasında baş vermiş qaz sızması ilə bağlı məlumatlar araşdırılır. Bunu APA-ya açıqlamasında «BP-Azerbaijan» şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib. T.Bayatlının sözlərinə görə, hadisə ilə bağlı işçilər platformadan uzaqlaşdırılıb və oradakı bütün əməliyyatlar dayandırılıb. «Qərbi Azəri» platformasında neft və qazın hasilatı «Mərkəzi Azəri» platformasında texnoloji emaldan keçir. Bu səbəbdən «Qərbi Azəri» platformasında da iş dayandırılıb. Artıq bir həftədir suda müşahidə olunan qazın hansı mənşəli olması istiqamətində araşdırma aparılır. İndiyə qədər iki dəfə vertolyotla uçuş keçirilib, video və foto çəkiliş aparılıb. Həmçinin, tədqiqat işləri üçün uzaqdan idarə olunan gəmidən də istifadə olunur: «Həmin gəmi məlumatları bizə çatdırıb və hazırda bu məlumatların təhlili prosesi gedir. Ümid edirik ki, bu məlumatlar bizə atacağımız addımı müəyyənləşdirməyə yardım edəcək». Qeyd edək ki, sentyabrın 17-də səhər saatlarından «BP-Azerbaijan» şirkətinin 5 hasilat platformasından biri - «Mərkəzi Azəri» ətrafında suda qazsızma müşahidə olunub. Nəticədə, «Mərkəzi Azəri» və «Qərbi Azəri»də hasilat dayandırılıb, işçi heyəti evakuasiya olunub, ümumi hasilatın gündəlik səviyyəsi isə (842 min barel) təxminən 50% aşağı düşüb.Xatırladaq ki, «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.

09-23-2008, 03:10 PM #3159Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Müğənni Kərim boşanmaq üçün məhkəməyə müraciət edib
[b]Müğənni Kərim boşanmaq üçün məhkəməyə müraciət edib[b]
Bakı. Ülkər Qasımova-APA. Müğənni Kərim həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. APA-nın məlumatına görə, müğənni bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, boşanmaq haqqında ərizəni bir ay əvvəl məhkəməyə təqdim edib. O, nə üçün bu qərara gəlməsinin səbəblərini açıqlamayıb: "Səbəbləri məhkəmədə açıqlayacağıq. Məhkəməyə müraciət edən mən olmuşam. Bu yaxınlarda rəsmi şəkildə boşanacağıq". Məsələ ilə bağlı müğənninin həyat yoldaşı Təranə Səmədova məhkəməyə qədər danışmayacağını bildirib: "Mən bütün suallara məhkəmədə cavab verəcəyəm".

09-23-2008, 03:20 PM #3160Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
BMT Azərbaycana Mərakeş çəyirtkəsi ilə mübarizə aparmağa kömək edəcək
[b]BMT Azərbaycana Mərakeş çəyirtkəsi ilə mübarizə aparmağa kömək edəcək[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Gürcüstanla sərhəddə Mərakeş çəyirtkəsinə qarşı mübarizə aparmaq üçün Azərbaycana yardım göstərəcək. «APA-ECONOMICS»in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Məmmədəli Dünyamalıyev bildirib.Xidmət rəisinin sözlərinə görə, bu ilin əvvəlində Mərakeş çəyirtkələri Azərbaycanın Gürcüstanla sərhədi yaxınlığındakı əkin sahələrinə xeyli ziyan vurub. Azərbaycandan fərqli olaraq, bu ziyanvericilərə qarşı Gürcüstan tərəfdə mübarizə tədbirləri həyata keçirilmədiyindən problem hələ də həll olunmayıb. M.Dünyamalıyev Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında ermənilərin işğalı altında olan Azərbaycan ərazilərində fitosanitar vəziyyətin pozulması və bu sahədə müvafiq tədbirlərin görülməsinə dair məsələ qaldırdığını da vurğulayıb.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
APA-nın məlumatına görə, vasitəçilər Nyu-Yorka BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak edən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş təşkil etmək məqsədi ilə gediblər. Vasitəçilər hal-hazırda nazirlərin iş qrafikini öyrənirlər. Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının ilə bağlı aparılan danışıqların Nyu-York raunduna Türkiyə XİN başçısı Ali Babacanın da qatılacağı gözlənilir.

Yer imleri