Əsas məzmuna keç
Sayfa 405/461 İlkİlk ... 305355395403404405406407415455 ... SonSon
4610 sonuçtan 4.041 ile 4.050 arası

Azərbaycan Xəbərləri

1. #4041
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub

[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub[b]

Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 18-də saat 02.10-dan 02.17-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

2. #4042
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı DSK-lar yekun protokolları MSK-ya təhvil verib

[b]Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı DSK-lar yekun protokolları MSK-ya təhvil verib[b]

Bakı. Elnur Məmmədli - APA. Prezident seçkilərinin nəticələri ilə bağlı Dairə Seçki Komissiyalarından yekun protokolların Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil verilməsi başa çatıb.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, qanunda nəzərdə tutulduğu kimi, səsvermədən 48 saat müddətində 125 DSK yekun protokollarını MSK-ya təhvil verib. A. Sarıyev bildirib ki, hazırda protokolların araşdırılması prosesi gedir. O bu prosesin nə zaman yekunlaşacağı ilə bağlı əvvəlcədən konkret vaxt söyləməyin mümkün olmadığını qeyd edib: "Seçki Məcəlləsinin 203.1-ci maddəsinə görə, səsvermədən sonra ən uzağı 10 gün müddətinə MSK rəsmi nəticələri açıqlamalıdır. Protokolların araşdırılması tez başa çatsa, yekun nəticə daha tez açıqlana bilər".

3. #4043
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyənin Azərbaycandakı səfiri: "Biz İlham Əliyevin yenidən prezident seçilməsindən məmnunuq"

[b]Türkiyənin Azərbaycandakı səfiri: "Biz İlham Əliyevin yenidən prezident seçilməsindən məmnunuq"[b]

Bakı. Laçın Sultanova - APA. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç "Women’s Media Watch" Azərbaycan Qadın Jurnalistlər Birliyində olub.

Birlikdən APA-ya verilən məlumata görə, təşkilatın sədri Sevinc Osmanqızı rəhbərlik etdiyi qurumun Azərbaycanda etik jurnalistika, mətbuat azadlığı, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi sahəsində gördüyü işlər barədə məlumat verib. Türkiyəli diplomat seçkiləri izləmək üçün Bakıya gəlmiş türk jurnalistin qəfil ölümü ilə bağlı seçki məntəqələrinə gedə bilməsə də, seçkilərin sakit və demokratik şəraitdə keçdiyi qənaətində olduğunu deyib. "Biz hazırkı dövlət başçısının yenidən prezident seçilməsindən məmnunuq. Çünki Türkiyə Azərbaycanda sabitliyin olmasına böyük əhəmiyyət verir. Sabitlik olarsa, inkişaf və barış olar".

4. #4044
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, həmçinin Rumıniya və Polşa prezidentləri İlham Əliyevi təbrik ediblər

[b]Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, həmçinin Rumıniya və Polşa prezidentləri İlham Əliyevi təbrik ediblər[b]

Bakı - APA. Oktyabrın 17-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Baş Qərargah rəisi dövlət başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, dost və qardaş Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətində ona uğurlar arzulayıb. Prezident İ. Əliyev təbrikə görə minnətdarlığını bildirib. Rumıniya prezidenti Trayan Basesku və Polşa prezidenti Lex Kaçinski də prezident seçkilərində uğur qazanması münasibətilə İlham Əliyevi təbrik ediblər.

5. #4045
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Levon Ter-Petrosyan: "Serj Sarkisyan Qarabağı qurban verir"

[b]Levon Ter-Petrosyan: "Serj Sarkisyan Qarabağı qurban verir"[b]

İrəvan - APA. Ermənistan müxalifəti kütləvi etiraz aksiyalarını müvəqqəti dayandırmaq qərarına gəlib. APA-nın "Armtoday" saytına istinadən verdiyi məlumata görə, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bunu oktyabrın 17-də keçirilən mitinqdə bəyan edib. O, Qarabağin təhlükədə olduğunu vurğulayaraq tərəfdarlarını mitinqləri müvəqqəti olaraq dayandırmağa çağırıb. Sabiq prezidentin fikrincə, hakimiyyətin mövcud siyasəti Ermənistanın maraqlarını təhlükə altında qoyur. L. Ter-Petrosyan bildirib ki, Serj Sarkisyanın öz legitimliyini sübut etmək üçün Qərbin qoynuna atıldığı və onların siyasətinə uyğun olaraq Rusiyanı danışıqlar prosesindən sıxışdırmağa çalışdığı bir vaxtda Qərb bu imkanı əldən verməyərək tez bir zamanda münaqişəni həll edəcək. Rusiyayönümlü siyasətçinin öz orientasiyasını qəflətən dəyişməsinin səbəbini açıqlayan müxalifət lideri deyib ki, S. Sarkisyanın artıq Rusiyadan gözləntiləri yoxdur və onun əsas məqsədi Qərbin dəstəyini qazanmaqdır: "Sarkisyan Qərbə nə təklif edə bilər? Axı Ermənistan təbii sərvətlərə malik deyil! Bizim dövlət maraqlarından başqa heç nəyimiz yoxdur. Prezident də məhz bu yolu - dövlət maraqlarının qurban verilməsini seçib. Bütün bu dediklərim, eləcə də Abxaziya və Cənubi Osetiyanın tanınmasından sonra Rusiyanın Qafqazda təsirinin azalması Qarabağ münaqişəsinin tezliklə Ermənistanın ziyanına həll olunacağını göstərir". L. Ter-Petrosyan S. Sarkisyana Qarabağa dair vədlərini yerinə yetirmək üçün AŞ PA-nın yanvar sessiyasına qədər vaxt verildiyini söyləyib. Müxalifət lideri kütləvi aksiyalara verilən fasilənin uzun olmayacağını, Qarabağ düyününün 2-3 aya çözüləcəyini bəyan edib. Milli Konqresin lideri aksiyaların dayandırılmasının məntiqini belə izah edib ki, müxalif hərəkatın fəallığı Serj Sarkisyanın mövqelərini zəiflədir və Qərbin hakimiyyətə təzyiqlərini artırmasına səbəb olur, beləliklə də, müxalifət özü də istəmədən Qərbin əlində alətə çevrilir.

6. #4046
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyə PKK-nın İraqın Qəndil dağındakı bazalarını bombardman edib

[b]Türkiyə PKK-nın İraqın Qəndil dağındakı bazalarını bombardman edib[b]

Ankara - APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PKK terror təşkilatının İraqın Qəndil dağındakı bazalarını bombardman ediblər. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqın şimalında, Qəndil dağı bölgəsində müəyyənləşdirilən PKK hədəflərinə zərbələr endirildiyini açıqlayıb. Açıqlamada əməliyyatın uğurlu keçdiyi və bölgədəki dinc əhalinin zərər çəkmədiyi bildirilib.

7. #4047
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiya prezidenti MDB işləri üzrə Agentliyə rəhbər təyin edib

[b]Rusiya prezidenti MDB işləri üzrə Agentliyə rəhbər təyin edib[b]

Bakı. Laçın Sultanova - APA. Rusiya prezidenti Dmitri Medvedyev yeni yaradılmış MDB, Xaricdə Yaşayan Soydaşlar və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Agentliyə rəhbər təyin edib. APA-nın Rusiya prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin fərmanı ilə bu vəzifəyə Fərid Muxametşin təyin olunub. Prezidentin digər fərmanı ilə F. Muxametşin Rusiyanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. Qeyd edək ki, yeni yaradılmış agentliyin məqsədi Rusiya siyasətinin MDB-də aktivləşməsi məqsədini güdür.

8. #4048
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mərkəzi Ordu İdman Klubuna sponsor tapıldı

[b]Mərkəzi Ordu İdman Klubuna sponsor tapıldı[b]

Natiq Əliyev: "Bizə söz verilib ki, klubumuz hər hansı maliyyə problemi yaşamayacaq"

Bakı - APA-SPORT. Azərbaycan Premyer Liqasının debütantı Mərkəzi Ordu İdman Klubuna (MOİK) sponsor tapılıb. Bu haqda "APA-SPORT"a məlumat verən MOİK-in rəisi, polkovnik Natiq Əliyevin sözlərinə görə, komandaya Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sponsorluq edəcək."Bununla bağlı artıq rəsmi müqavilə imzalanıb. Şirkət rəhbərliyi tərəfindən söz verilib ki, klubumuzun maliyyə ilə əlaqədar hər hansı problem yaşamayacaq. Bu köməkliyə görə, Dövlət Neft Şirkətinin rəhbərliyinə təşəkkür edirəm" - deyə Əliyev vurğulayıb.Həmçinin, MOİK rəisi komandanın çıxışından razı qalmadığını bildirib. Əliyev deyib ki, gələcəkdə uğurlu nəticə qazanmaq üçün hərbi xidmətə futbolçu çağırılmayacaq: "Biz peşəkar komanda yaratmaq istəyirik. Ancaq əsgərlərlə buna nail olmaq mümkün deyil. İl ərzində 4 dəfə hərbi çağırış olduğundan heyəti sabit saxlamaq olmur. Gələcəkdə komandaya peşəkar futbolçular dəvət edib, onlarla 2-3 illik müqavilə bağlayacağıq".Qeyd edək ki, hazırda MOİK 3 xalla 14 kollektiv arasında 12-ci pillədə qərarlaşıb. Cari mövsümdə keçirdiyi 6 oyunda cəmi 1 qələbə qazanan "hərbçilər" birinci diviziona düşməyə real namizəd sayılırlar.

9. #4049
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sərdar Cəlaloğlu: "İlham Əliyev seçkidə böyük üstünlüklə qalib gəlib"

[b]Sərdar Cəlaloğlu: "İlham Əliyev seçkidə böyük üstünlüklə qalib gəlib"[b]

Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə birmənalı qiymət vermək fikrində deyil. Partiyanın sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, onlar seçkilərdə iştirak etməyiblər və seçkilərlə bağlı əllərində konkret fakt yoxdur. Seçkilərdən əvvəlki şərait, Seçki Məcəlləsi ilə bağlı mövqelərinin cəmiyyətə bəlli olduğunu bildirən S. Cəlaloğlu seçkidən sonra namizədlərin ziddiyyətli açıqlamalar verdiklərini qeyd edib.Onun sözlərinə görə, seçkiyə qatılan bəzi namizədlər MSK-nın elan etdiyi nəticələrdən çox səs topladıqlarını iddia edirlər: "Onların verdikləri bəyanatlardan belə çıxır ki, seçkilər 50-60 faiz saxtalaşdırma olub. Mən şəxsən bu mövqe ilə qətiyyən razılaşmıram. Belə hesab edirəm ki, bu şərtlərlə keçirilən seçkilərdə İlham Əliyev həmin namizədlərin hamısına böyük üstünlüklə qalib gələ bilərdi və seçkilərin faktiki nəticəsində elə belə də olub. Bizim partiyada belə bir fikir var ki, biz seçkilərin formal tərəfindən daha çox faktiki vəziyyətə üstünlük verməliyik". Partiya sədri Azərbaycanda siyasi inkişafa nail olunması və iqtidarla müxalifət arasında yeni münasibətlərin qurulması, həmçinin digər milli məsələlərlə bağlı reallığa uyğun addımların atılmasına tərəfdardır: "Biz seçkilərdə iştirak etməyən partiyaları da çağırırıq ki, seçkinin nəticələrini formal qiymətləndirməkdən daha çox, faktiki vəziyyətə qiymət versinlər. Azərbaycanda bundan sonrakı seçkilərin sözün həqiqi mənasında azad və ədalətli keçirilməsi üçün iqtidarla birgə əməkdaşlıq aparılsın və cəmiyyəti siyasi baxımdan inkişaf etdirsin. Bizim konkret mövqeyimiz budur. Partiyada seçkilərə birmənalı qiymət verilməsinin tərəfdarları olanlar da var. Onlar belə hesab edirlər ki, biz ATƏT və Avropa Şurasının yekun rəyini gözləyib seçkilərə münasibət bildirməliyik".

10. #4050
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini alqışlayır

[b]Azərbaycan Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini alqışlayır[b]

Bakı. Laçın Sultanova - APA. "Türkiyə beynəlxalq aləmin ən məsuliyyətli üzvlərindən biri kimi regional təhlükəsizlik və əməkdaşlıqda, eyni zamanda önəmli beynəlxalq məsələlərdə böyük rol oynayır.

Türkiyənin BMT Təhlükəsizlik Şurasında yer alması beynəlxalq münasibətlər baxımından çox mühüm hadisədir". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O, Türkiyənin Azərbaycana qardaş ölkə olduğunu xatırladaraq bu dövlətin BMT TŞ-yə üzv seçilməsini səmimi qəlbdən alqışladıqlarını bəyan edib: "İnanırıq ki, Türkiyə beynəlxalq münasibətlərə böyük töhfə verəcək".Xatırladaq ki, BMT TŞ-nın 15 üzvü var. Onlardan 5-i daimi, 10-u isə müvəqqəti üzvlərdir. Müvəqqəti üzvlər 2 il müddətinə seçilir və hər il onlardan 5-i dəyişir.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.