Azərbaycanda orta aylıq əmək haqqı 177,6 manatdır
Gələn il orta əmək haqqının 183 manata və yaxud 261 liraya (YTL) çatacağı proqnozlaşdırılır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq əmək haqqı 177,6 manat (253 YTL) təşkil edib. Dövlət statistika komitəsindən verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 28 faiz çoxdur. İndi ölkədə ən çox əmək haqqı alanlar hasilat sənayesi və maliyyə sektorunda işləyənlər, icarə və kommersiya fəaliyyəti ilə məşğul olanlar, həmçinin tikinti şirkətlərinin əməkdaşlarıdır. Qeyd edək ki, Azərbaycan hökuməti 2008-ci ilə kimi ölkədə orta aylıq əmək haqqının 183 manata və yaxud 261 liraya çatacağını proqnozlaşdırır. /ANS TV/