Əsas məzmuna keç
Sayfa 365/461 İlkİlk ... 265315355363364365366367375415 ... SonSon
4610 sonuçtan 3.641 ile 3.650 arası

Azərbaycan Xəbərləri

1. #3641
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İqtisadi inkişaf naziri Heydər Babayev: «Dünya bazarında neftin ucuzlaşması Azərbaycan üçün problem yaratmayacaq»

[b]İqtisadi inkişaf naziri Heydər Babayev: «Dünya bazarında neftin ucuzlaşması Azərbaycan üçün problem yaratmayacaq»[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Dünya bazarında neftin qiymətinin dəyişməsi Azərbaycan üçün heç bir problem yaratmayacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib. Nazirin sözlərinə görə, hazırda dünya bazarında neftin 1 barelinin qiyməti bu ilki dövlət büdcəsində qeyd edilən baza qiymətdən - 70 ABŞ dollarından çoxdur. H.Babayev həmçinin qeyd edib ki, dünya analitiklərinin fikrincə neftin qiyməti 80 dollar/bareldən aşağı düşməyəcək və təxminən 80-90 dollar civarında dəyişəcək: «Buna baxmayaraq, neft və qazın istehsalının azalması neftin qiymətini 90-100 dollar/barel səviyyəsinə kimi artıra bilər».

2. #3642
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rəsul Quliyevin partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə qərar verib

[b]Rəsul Quliyevin partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə qərar verib[b]

Bakı. Elnur Məmmədli - APA. Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin bu gün keçirilən iclasında qarşıdan gələn prezident seçkilərində indiki dövlət başçısı, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləmək barədə qərar qəbul edilib.

APA-nın məlumatına görə, ölkədəki ictimai-siyasi vəziyyətə dair məruzə ilə çıxış edən ACP sədri Akif Şahbazov reallıqları düzgün qiymətləndirdiklərini və İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı ətraflı müzakirə apardıqlarını deyib. O, Azərbaycanda sabitliyin tərəfdarı olduqlarını bildirib: "İlham Əliyevin namizədliyinin dəstəklənməsi qərarı mövcud situasiyaya uyğundur". A. Şahbazov ACP-nin İlham Əliyevin apardığı xarici siyasətə, eləcə də onun Dağlıq Qarabağla bağlı mövqeyinə müxaliflik etmədiyini söyləyib: "Amma bu qərar o demək deyil ki, biz iqtidaryönlü partiya oluruq. ACP müxalifətçilik mövqeyini saxlayacaq". Qeyd edək ki, toplantıya qatılan 68 Ali Məclis üzvünün 66-sı qərarın lehinə, 2-si isə əleyhinə səs verib.

3. #3643
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropanın avtomobil bazarı böhran vəziyyətindədir

[b]Avropanın avtomobil bazarı böhran vəziyyətindədir[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dünya maliyyə böhranı Avropada aparıcı avtomobil istehsalçılarına da təsir edib.

«APA-ECONOMICS»in məlumatına görə, sentyabr ayında Avropada avtomobil satışı 9,2% azalıb, bəzi ölkələrdə isə kəskin azalma müşahidə olunub. Belə ki, İrlandiyada satışın həcmi 62%, İspaniyada - 32,2%, Böyük Britaniyada - 21,2% düşüb. İtaliyada bu göstərici 6,5%, Almaniyada 1,5%-ə bərabər olub, Fransada isə əksinə, 8,4% artıb. «J.D. Power Automotive Forecasting» tədqiqat şirkətinin ekspertlərinin fikrincə, dünya avtomobil bazarı hazırda son 10 ilin minimumuna enib və bu proses hələ 1,5 il davam edəcək.Belə şəraitdə bir sıra avtomobil istehsalçısı müvəqqəti olaraq istehsalın dayandırılmasını bəyan edib. Artıq «General Motors» şirkəti iki «Opel» zavodunun işini dayandırdığını elan edib və «General Motors»a məxsus digər zavodların da dayandırılacağı istisna olunmur. Bundan başqa, «Şkoda» şirkəti də beşgünlük fasilə elan edib. Maliyyə böhranı hətta Gorki avtozavodun (QAZ) istehsalına da təsir edib. Belə ki, GAZ «Gazel» markalı avtomobillərin istehsalının dördgünlük dayandırılması barədə qərar çıxarıb. Qeyd edək ki, avtomobil bazarında belə hadisələrin əsas səbəbi tələbatın, yəni alıcılıq qabiliyyətinin kəskin şəkildə düşməsi ilə bağlıdır. Həmin tendensiyalar artıq Azərbaycanda da özünü göstərir, lakin burada səbəb banklar tərəfindən istehlak kreditlərini dayandırılmasıdır. Nəticədə, yeni avtomobillərin satışının kəskin şəkildə azalmasını proqnozlaşdırmaq olar, təkrar bazarda isə hazırda 5-10% səviyyəsində qiymətlərin enməsi müşahidə olunur.

4. #3644
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda yeni avtomagistralın dizaynı hazırlanıb

[b]Azərbaycanda yeni avtomagistralın dizaynı hazırlanıb[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın Şamaxı və Quba rayonlarını birləşdirəcək avtomobil magistralının dizaynı və ilkin qiymətləndirmə sənədi hazırlanıb. «APA-ECONOMICS»in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.M.Pənahovun sözlərinə görə, hazırda sənədlər müvafiq proseduralardan keçir. Həmçinin, yolun işçi layihəsini hazırlayacaq şirkət müəyyənləşdirilir. «Bu yol dağlıq ərazidən keçdiyi üçün üzərində tunellər və körpülər olacaq. Magistralda hərəkətin pullu olması nəzərdə tutulmur», - deyə nazir müavini vurğulayıb. Şamaxı-Quba avtomobil yolunun texniki-iqtisadi əsaslandırma layihəsini Koreyanın «Pyunghwa Engineering Consultants» şirkəti hazırlayıb. Bu layihənin həyata keçirilməsi nəticəsində Şamaxı ilə Quba arasında 105,4 km-lik yol mövcud yolla müqayisədə məsafəni 150 km-dən çox qısaltmaqla mərkəzi və qərbi regionlar və Gürcüstan vasitəsilə beynəlxalq ticarət axını üzrə vaxt sərfinin və nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Hazırda Quba ilə Şamaxı arasında birbaşa avtomobil yolu olmadığına görə bu məntəqələr arasında sərnişin və yük daşınması mövcud sahilyanı yol ilə Bakıdan keçərək 261 km yolu dolayı gedib dövrə vurmağa məcbur edir.Yeni yol birbaşa Şamaxıdan Qubaya, yəni Qonaqkənd istiqamətindən, Olimpiya Kompleksinin yanından mərkəzi yola birləşəcək, buradan da Rusiya dövlət sərhədinə qədər hərəkət etməyə imkan verəcək. Qeyd edək ki, Şamaxı ilə Quba arasında dərə və çaylar çoxluq təşkil etdiyinə görə, təxminən 24 körpünün tikilməsi nəzərdə tutulur. Körpülərin ümumi uzunluğu təqribən 3 675 metr olacaq. Tikintinin aparılması çətin olan ərazilərdə uzunluğu 2 km, 1 km, 580 m olan 3 tunelin çəkilməsi də planlaşdırılır.Tikintiyə 2009-cu ildə başlanılması və 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur.

5. #3645
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti MDB dövlət başçılarının sammitinə qatılmayacaq

[b]Azərbaycan prezidenti MDB dövlət başçılarının sammitinə qatılmayacaq[b]

Bakı. Laçın Sultanova - APA. Oktyabrın 10-da Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçıları Şurasının iclası keçiriləcək.

APA-nın məlumatına görə, iclasda Azərbaycan prezidenti İlham Əliyev iştirak etməyəcək. Azərbaycanı toplantıda baş nazir Artur Rasizadənin təmsil edəcəyi gözlənilir. Oktyabrın 9-da isə Bişkekdə MDB xarici işlər nazirləri Şurasının toplantısı keçiriləcək. Dövlət başçıları Şurasının gündəliyinə 21, xarici işlər nazirləri Şurasının gündəliyinə isə 26 məsələ daxil edilib. 9 sənəd hər iki iclasda müzakirə olunacaq. MDB-yə sədrlik edən Qırğızıstanın təklifi ilə XİN başçıları Şurasının iclasına Gürcüstanın MDB-də üzvlüyü məsələsi də salınıb.Xatırladaq ki, avqustun 18-də Gürcüstan XİN MDB-dən çıxmaq barədə notasını qurumun İcra Komitəsinə təqdim edib. Sənəddə deyilir ki, ölkə parlamenti Gürcüstanın MDB-nin yaradılması barədə saziş, MDB-nin Nizamnaməsinin qəbul olunması və İqtisadi ittifaqın yaradılması barədə sənədlərdən çıxdığı barədə qərar qəbul edib. Notada vurğulanır ki, bu 3 sənəddən çıxmaqla, Gürcüstan MDB-dən çıxır. MDB-nin Nizamnaməsinə görə isə təşkilata üzvlükdən çıxmaq istəyən dövlət 12 ay əvvəldən müraciət etməlidir. Beləliklə, Gürcüstan MDB-dən 2009-cu il avqustun 18-dən çıxmış sayıla bilər.

6. #3646
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

[b]Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb[b]

Bakı-APA. Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Vladimir Çountulov keçirib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Antal Herdiç və İrci Aberle izləyiblər.

7. #3647
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

MDB Müşahidə Missiyası Qərargahının rəhbəri Naxçıvana gedib

[b]MDB Müşahidə Missiyası Qərargahının rəhbəri Naxçıvana gedib[b]

Naxçıvan. C. Qurbanoğlu—APA Azərbaycanda prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyi (MDB) Müşahidə Missiyası Qərargahının rəhbəri Yevqeni Sloboda seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmaq məqsədi ilə Naxçıvana gedib. APA-nın yerli bürosunun məlumatına görə, regiona ikigünlük səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandıran Y. Sloboda Naxçıvan şəhəri, Babək və Şahbuz rayonları üzrə seçki dairələrində seçki prosesinə hazırlığın vəziyyəti ilə tanış olduğunu bildirib. Seçki dairələri üzrə məntəqələrin yüksək səviyyədə təşkil olunduğunu deyən Y. Sloboda hər hansı ciddi qanun pozuntusunun qeyd olunmadığını qeyd edib. O, seçki məntəqələrinin rəhbərliklərinin də seçkilərin demokratik keçirilməsində maraqlı olduğunu bildirib. Y. Sloboda onu da deyib ki, seçki günü MDB Müşahidəçi Qrupunun tərkibində 7 seçki dairəsinin hər birində 2 müşahidəçi seçki prosesini izləyəcək. Qeyd edək ki, sözügedən müşahidə missiyasının MR-də fəaliyyətinin təmin olunması məqsədilə Naxçıvan MR Mərkəzi Seçki Komissiyasında koordinasiya mərkəzi yaradılıb.

8. #3648
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

2008-ci ildə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

[b]2008-ci ildə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb[b]

Stokholm - APA. Bu gün İsveç Elmlər Akademiyasının binasında keçirilən mətbuat konfransında 2008-ci ildə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. APA-nın məlumatına görə, ən nüfuzlu elmi mükafat üç amerikalı alimə - Osama Simomura, Martin Çalfi və Rocer Tsienə verilib. Mükafatın ümumi məbləği 10 milyon İsveç kronu təşkil edir.

9. #3649
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan ərazisində hava yenidən soyuyacaq, güclü yağışlar yağacaq

[b]Azərbaycan ərazisində hava yenidən soyuyacaq, güclü yağışlar yağacaq[b]

Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan ərazisində hazırda müşahidə olunan nisbətən mülayim hava həftənin son günlərində dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, oktyabrın 9-dan oktyabrın 13-dək qərb rayonlarından başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək. Həmin müddətdə fasilələrlə yağış yağacaq. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, gözlənilən intensiv yağışlarla əlaqəli çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Oktyabrın 9-u axşam saatlarında və 10-da şimal-qərb küləyi güclənəcək, 11-də küləyin mülayimləşməsi, 12-də isə yenidən güclənməsi gözlənilir. Həftənin sonunda bu günlərə nisbətən temperaturlar tədricən 3-5 dərəcə düşəcək.Qeyd edək ki, həftənin əvvəlində qeydə alınan temperaturlar iqlim normasından 2 dərəcə yüksəkdir.

10. #3650
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Beynəlxalq Jurnalistlər Mərkəzi Azərbaycanda prezident seçkilərinə həsr olunmuş forum keçirəcək

[b]Beynəlxalq Jurnalistlər Mərkəzi Azərbaycanda prezident seçkilərinə həsr olunmuş forum keçirəcək[b]

Bakı. Tamara Qriqoryeva-APA. Beynəlxalq Jurnalistlər Mərkəzi Azərbaycanda prezident seçkiləri ərəfəsində bu mövzuya həsr olunmuş forum keçirəcək. APA-nın məlumatına görə, qurumun Bakı nümayəndəliyinin rəhbəri Çarlz Rays bildirib ki, bu forum ilk dəfə olaraq internet vasitəsilə yayımlanacaq, həmçinin telekanallara tədbiri yayımlamaq imkanı yaradılacaq. Forumun məqsədi qarşıdan gələn seçkilərə marağı artırmaq, iqtisadi və siyasi islahatları müzakirə etmək, siyasi plüralizm, mətbuatın durumu və s. mövzularda fikir mübadiləsi aparmaqdır. Foruma MSK nümayəndələri, deputatlar, səfirlər, politoloqlar, media təmsilçiləri və QHT təmsilçiləri qatılacaq. Forum oktyabrın 10-da "Park İnn" otelində keçiriləcək.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.