Əsas məzmuna keç
Sayfa 348/461 İlkİlk ... 248298338346347348349350358398448 ... SonSon
4610 sonuçtan 3.471 ile 3.480 arası

Azərbaycan Xəbərləri

1. #3471
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Mingəçevir və Yevlax seçiciləri ilə görüş keçirib

[b]Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Mingəçevir və Yevlax seçiciləri ilə görüş keçirib[b]

Bakı. Elnur Məmmədli - APA. Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli bu gün Mingəçevir və Yevlax seçiciləri ilə görüş keçirib. Namizədin seçki qərargahından APA-ya daxil olan məlumata görə, Mingəçevir görüşü rayon mərkəzində yerləşən "Energetiklər Klubu"nda baş tutub. Seçki qərargahının rəhbəri Qorxmaz İbrahimli çıxış edərək seçicilərə Q. Əlibəyli haqqında məlumat verib, onun həyat və fəaliyyəti barədə danışıb. Q. Əlibəyli isə çıxışında namizədliyini irəli sürməsinin səbəbləri, seçki platforması və qarşıya qoyduğu məqsədlərdən bəhs edib. O, hər zaman siyasi qüvvələrin seçkilərdə iştirakının tərəfdarı olduğunu bildirib. Seçki platformasında əsas yerlərdən birini Qarabağ probleminin tutduğunu vurğulayan namizədin sözlərinə görə, hazırda problemin həlli üçün əlverişli geosiyasi şərait yaranıb: "Azərbaycan neft amilindən yararlanaraq sərt mövqe nümayiş etdirməli və öz şərtlərini diktə etməyə çalışmalıdır". Q. Əlibəylinin fikrincə, Azərbaycanda idarəetmə mexanizmi düzgün təşkil olunmayıb, prezidentin əlində həddən artıq səlahiyyət cəmləşib, parlament isə real səlahiyyətə malik olmayan orqandır: "Nazirlər Kabinetinin ümumiyyətlə, səlahiyyəti yoxdur. Prezident seçilsəm, ilk addımlardan biri kimi prezidentin səlahiyyətlərini referendum yolu ilə məhdudlaşdıracağam".Q. Əlibəyli iqtisadiyyat sahəsində də problemlərin həddən artıq çox olduğunu söyləyib: "Bu gün dövlət büdcəsinin 90 faizini neftdən gələn gəlirlər təşkil edir. Neft isə tükənən sərvətdir, 2030-cu ilə qədər Azərbaycan neftinin böyük bir hissəsi tükənə bilər. Ondan sonra Azərbaycan iqtisadiyyatı necə olacaq? Azərbaycan dövləti 10 milyarda yaxın neft pullarının bir hissəsini ən aşağı faizlə iflas təhlükəsi altında olan xarici banklara yerləşdirib. Halbuki daha nüfuzlu, nisbətən yuxarı faiz təklif edən və iflas təhlükəsi olmayan banklar var ki, o pulları həmin banklarda yerləşdirmək olardı. Biz neft gəlirlərini daha çox lazım olmayan yerlərə yönəldirik".Daha sonra Yevlax rayonuna yola düşən Q. Əlibəyli "Karvan" futbol klubunun stadionunda mitinq keçirib. O, çıxışında rüşvətxorluq və korrupsiyanın iqtisadiyyatın inkişafına mane olduğunu deyib: "Bu gün Azərbaycanda biznes fəaliyyəti müxtəlif məmurlar arasında bölünüb. Başqa şəxsin həmin sahəyə daxil olmağa ixtiyarı yoxdur. Sahibkarlıqla, inhisarçılıqla məşğul olan məmurlar barəsində ciddi ölçü götürülməli, rüşvətxorluq aradan qaldırılaraq sahibkarlıq inkişaf etdirilməlidir. Bu da fikrimcə, ilk növbədə regionların hesabına olmalıdır". Q. Əlibəyli çıxışında təhsil və sosial sahələrdə olan problemlərə də toxunub və onların həlli yolları barədə danışıb. Oktyabrın 5-də Q. Əlibəyli Gəncə, Şəmkir və Gədəbəy seçiciləri ilə görüş keçirəcək.

2. #3472
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"ABŞ-Azərbaycan strateji müttəfiqlik əlaqələrinin inkişafında enerji təhlükəsizliyi və diasporun rolu" mövzusunda keçirilən konfrans başa çatıb

[b]"ABŞ-Azərbaycan strateji müttəfiqlik əlaqələrinin inkişafında enerji təhlükəsizliyi və diasporun rolu" mövzusunda keçirilən konfrans başa çatıb[b]

Bakı-APA. Vaşinqtonda ABŞ Azərbaycanlıları Şəbəkəsinin (US Azeris Network-USAN) Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi "ABŞ-Azərbaycan strateji müttəfiqlik əlaqələrinin inkişafında enerji təhlükəsizliyi və diasporun rolu" mövzusunda keçirilən konfrans başa çatıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Corc Vaşinqton Universitetində keçirilən müzakirələrə 300-ə yaxın diaspora nümayəndəsi qatılıb. Konfransın ilk günü ABŞ Konqresinin sabiq üzvləri Robert Livinqston, Qreq Laflin, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov, ABŞ Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov, Azərbaycanşünas professor Tadeuş Svyataxovski çıxış ediblər. "Heritec" Fondunun sabiq Sovet ölkələri üzrə baş tədqiqatçısı Ariel Koen qeyd edib ki, ABŞ-da qarşıdan gələn prezident seçkilərində hansı siyasi partiyanın qalib gəlməsindən asılı olmayaraq, Ağ Ev bölgəmizdə maraqlarının müdafiəsi naminə Azərbaycan kimi müttəfiqləri ilə strateji tərəfdaşlıq əlaqələrini davam etdirəcək. Konfransın ikinci günündə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisin üzvü Asim Mollazadə, ölkəmizin BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Azərbaycan icmasının ölkəmizlə sıx münasibətlər qurmasının əhəmiyyətindən danışıblar. Şəbəkə üzvləri Azərbaycan və türk diasporu təşkilatlarının gündəminə duran prioritet məsələlər, o cümlədən Azadlığa Dəstək Aktının 907-ci maddəsinin tamamilə aradan qaldırılması, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinə ABŞ-ın geniş dəstəyini qazanmaq üzrə səyləri gücləndirərək Konqreslə təmasları artırmaq qərarına gəliblər. Sonda Amerikada yaşayan həmvətənlərimizə, Amerika ictimai təşkilatlarına, dövlət qurumlarına, Konqresə və prezidentliyə namizədlərə müraciətlər qəbul edilib. Müraciətlərdə Azərbaycan gerçəklikləri, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü və bu məsələdə Amerikanın rolunun vacibliyi qeyd olunub.

3. #3473
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda prezident seçkilərini izləmək üçün 574 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

[b]Azərbaycanda prezident seçkilərini izləmək üçün 574 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib[b]

Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) 574 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşahidəçilərin qeydiyyatı səsverməyə 5 gün qalana kimi davam edəcək. MSK-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan 274 nəfər, MDB Parlament Assambleyasından 3 nəfər, MDB Müşahidə Missiyasından 256 nəfər, Latviya MSK-dan 2 nəfər, Rusiya MSK-dan 3 nəfər, Ukrayna MSK-dan 4 nəfər, Beynəlxalq Respublikaçılar İnstitutundan 2 nəfər, Milli Demokratiya İnstitutundan 5 nəfər, İsrail və Fransa səfirliyinin hərəsindən 1 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.

4. #3474
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

MDB müşahidə missiyasının qərargah rəhbəri və ATƏT müşahidə missiyasının rəhbəri arasında görüş olub

[b]MDB müşahidə missiyasının qərargah rəhbəri və ATƏT müşahidə missiyasının rəhbəri arasında görüş olub[b]

Bakı. Laçın Sultanova - APA. Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyi (MDB) müşahidə missiyasının qərargah rəhbəri Yevgeni Sloboda ilə ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun müşahidə missiyasının rəhbəri Boris Frles arasında görüş keçirilib. Y. Sloboda APA-ya açıqlamasında hər iki tərəfin öz iş prinsipləri haqqında məlumat verdiyini deyib. Görüşdə missiya rəhbərləri və ekspertlər səviyyəsində görüşləri davam etdirmək barədə razılığa gəlinib.Qeyd edək ki, MDB müşahidə missiyasının seçkiqabağı mühitlə bağlı ilk aralıq hesabatı gələn həftə açıqlanacaq.

5. #3475
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Qalatasaray" bir milyon avroya qapıçı alır

[b]"Qalatasaray" bir milyon avroya qapıçı alır[b]

Bakı. Mehman Süleymanov - APA-SPORT. Kiyevin "Dinamo" və Ukrayna yığmasının qapıçısı Aleksandr Şovkovski karyerasını Türkiyədə davam etdirə bilər. "APA-SPORT"un məlumatına görə, gənc həmkarı Stanislav Boquşun gəlişindən sonra ehtiyatda qalan 32 yaşlı qapıçı "Qalatasaray" və "Gənclərbirliyi" ilə danışıqlar aparıb. "Dinamo" Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində İstanbulda "Fənərbaxça"nın qonağı olan zamanı boş oturmayan Şovkovski gələcək karyerasını müəyyənləşdirməklə məşğul olub. Türklərin Aleksandrla üç illik müqavilə bağlamaq istədiyi deyilir. Oyun praktikası qazanmaq üçün yeni kluba keçmək istəyən Şovkovskiyə "Qalatasaray" daha yaxşı təklif edib. Belə ki, "cim-bom" onun transferinə görə bir milyon avro ödəməyə hazırdır.

6. #3476
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dağıstanda Azərbaycan vətəndaşının meyiti tapılıb

[b]Dağıstanda Azərbaycan vətəndaşının meyiti tapılıb[b]

Bakı. Hafiz Heydərov-APA. Dağıstanda Zaqatala sakininin meyiti tapılıb. Dağıstanda çalışan Zaqatala sakinlərinin APA-ya verdiyi məlumata görə, sentyabrın 30-da Mahaçqala şəhərinin Separatornı qəsəbəsində üzərində zorakılıq əlamətləri olan, 40-45 yaşlarında kişi meyiti tapılıb. Dağıstan milisinin apardığı araşdırmalar nəticəsində bunun Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakini, 1968-ci il təvəllüdlü Cəbrayıl Qədirovun cəsədi olduğu məlum olub. İlkin araşdırmalar zamanı həmçinin C. Qədirovun öldürüldüyü qeyd edilib. Məlumata görə, bu versiya üzrə Dağıstan milisi tərəfindən araşdırma aparılır.C. Qədirovun meyiti ötən gün doğulduğu Yuxarı Çardaxlar kəndinə gətirilərək torpağa tapşırılıb. Y. Çardaxlar kənd icra nümayəndəsi Məhəmməd Hacıməmmədov isə APA-ya açıqlamasında C. Qədirovun cəsədinin üzərində heç bir zorakılıq əlamətlərinin olmadığını və mərhumun epilepsiyadan əziyyət çəkdiyini bildirib. İcra nümayəndəsinin sözlərinə görə, C. Qədirov məhz bu xəstəlikdən vəfat edib. C. Qədirovun Dağıstana işləmək üçün getdiyi və yaxın qohumları ilə birgə Mahaçqala şəhərində tikinti obyektlərindən birində çalışdığı bildirilir.

7. #3477
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gəncədə silah-sursat aşkarlanıb

[b]Gəncədə silah-sursat aşkarlanıb[b]

Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə Nizami məqbərəsinin yaxınlığında, Gəncə-Bakı yolunun ikinci kilometrliyində yerləşən zibilxanada xeyli miqdarda silah-sursat aşkarlanıb. Gəncə şəhər Polis İdarəsindən APA-nın qərb bürosuna bildirilib ki, həmin ərazidə silah-sursatın olduğu ötən gün Kəpəz rayon Polis Şöbəsinə gələn anonim zəngdən sonra aşkarlanıb. Polis Şöbəsi əməkdaşları əraziyə baxış keçirib və zibilxanada olan dəmir qutunun içərisində xeyli sayda əl qumbarası, sandıqca və patron aşkarlayıblar.

8. #3478
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Kür və Araz çaylarında keçirilən son ekoloji monitorinqin nəticələrini açıqlayıb

[b]Azərbaycan Kür və Araz çaylarında keçirilən son ekoloji monitorinqin nəticələrini açıqlayıb[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın III ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, monitorinq zamanı Kürün Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddinin (YVQH) dəfələrlə keçməsi müşahidə olunub. Kür çayının Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 6, mis birləşmələri 4, Ağstafaçayda fenollar 5, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 6, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Biogen maddələr və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 və Ağstafaçay məntəqələrində YVQH-dən 1,4-1,5 dəfə çoxdur. Buna səbəb isə Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.Ermənistanla transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4 dəfə, I Şahsevən və Bəhramtəpə məntəqələrində isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Horadiz məntəqəsində 1,3, Bəhramtəpədə 1,9, I Şahsevəndə isə 2 dəfə YVQH-ni keçib. Bunun səbəbi isə Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan çirkab sulardır.Suyun oksigen rejimi bütün məntəqələrdə 6,12-8,36 mq/l arasında dəyişərək norma daxilində olub.

9. #3479
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Oktyabrın sonunda Azərbaycanda beynəlxalq bank konfransı keçiriləcək

[b]Oktyabrın sonunda Azərbaycanda beynəlxalq bank konfransı keçiriləcək[b]

Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu ilin oktyabr ayının 25-26-da Bakıda beynəlxalq bank konfransı keçiriləcək. Azərbaycan Banklar Assosiasiyasının (ASA) icraçı direktoru Fərhad Əliyevin «APA-ECONOMICS»ə verdiyi məlumata görə, konfrans MDB və Şərqi Avropa ölkələrinin Banklar Assosiasiyasının Beynəlxalq Bank Şurası tərəfindən təşkil olunur. Tədbirin əsas sponsoru rolunda Azərbaycan Beynəlxalq Bankı (ABB) çıxış edir.F.Əliyevin sözlərinə görə, konfransın keçirilməsində əsas məqsəd ayrı-ayrı ölkələrin bankları arasında yaxın əlaqələrin qurulması, həmçinin banklar assosiasiyaları arasında əməkdaşlığın gücləndirilməsidir. Tədbirə 40-a yaxın ölkənin bank nümayəndələri qatılacaq. Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Quruma 44 bank və 4 qeyri-bank təşkilatı üzv olub.

10. #3480
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda İT-nin tətbiqi ilə əlaqədar sahibkarlara güzəştlər veriləcək

[b]Azərbaycanda İT-nin tətbiqi ilə əlaqədar sahibkarlara güzəştlər veriləcək[b]

Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Azərbaycanda informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar sahibkarlara güzəştlər tətbiq olunmalıdır. «APA-ECONOMICS»in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.Komissiya sədrinin sözlərinə görə, gələcəkdə innovasiyalı iqtisadiyyatın yaradılması ilə əlaqədar olaraq bir sıra güzəştlərin tətbiqi mümkündür. Artıq bununla bağlı dövlət başçısı müvafiq strukturlara tapşırıqlar verib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.