[b]İsveçdə keçirilən internet sorğunun nəticələrinə görə, Heydər Əliyev son 20 ilin tanınmış siyasətçiləri sırasında 4-cü yerdədir[b]
[Stokholm-APA. İsveçdə internet vasitəsilə "Son 20 ilin ən bacarıqlı və tam mənada siyasətçisi" mövzusunda keçirilən sorğunun nəticələri açıqlanıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir həftə davam edən və 4 minədək isveçlinin qatıldığı virtual sorgunun nəticələrinə görə, Heydər Əliyev dünya miqyaslı 20 tanınmış siyasi xadim arasında 4-cü yerdədir. Siyahıda ABŞ prezidenti Corc Buş və Böyük Britaniyanın sabiq eks baş naziri Toni Bleer Heydər Əliyevdən sonrakı yerləri tutublar. İsveç vətəndaşlarının rəyinə görə, dunyanın ən tanınmış və bacarıqlı siyasətçiləri arasında birinci yeri bu ölkənin baş naziri Fredrik Reinfeldt, ikinci yeri Rusiyanın baş naziri Vladimir Putin, üçüncü yeri isə İsveçin keçmiş baş naziri Qoran Persson tutur. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə 16-cı yerdədir. Qeyd edək ki, internet-sorğunu İsveçin nüfuzlu "SistaDagen" qəzeti keçirir.
Azərbaycan Xəbərləri
Printable View

10-03-2008, 05:30 PMAPAİsveçdə keçirilən internet sorğunun nəticələrinə görə, Heydər Əliyev son 20 ilin tanınmış siyasətçiləri sırasında 4-cü yerdədir

10-03-2008, 05:40 PMAPAAzərbaycanda Ümumdünya Poçt Günü qeyd olunacaq
[b]Azərbaycanda Ümumdünya Poçt Günü qeyd olunacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Oktyabrın 9-da Azərbaycanda dünya üzrə poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü qeyd olunacaq. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu münasibətlə «Azərpoçt» Dövlət Müəssisəsinin bütün şöbə və idarələrində toplantılar keçiriləcək, məruzələr dinləniləcək. Orta məktəb şagirdləri ilə görüşlər keçiriləcək, onlara poçtun yaranma tarixi, poçt xidmətləri və poçtun müasir zamanda rolu barədə məlumat veriləcək. Bayramla əlaqədar zonalar üzrə vətəndaşların irad və təkliflərini dinləmək üçün görüşlər təşkil olunacaq.Oktyabrın 9-da «Azərpoçt» həmçinin poçt markaları sərgisinin təşkili, üç yeni poçt şöbəsinin açılışını, beş poçt şöbəsi üçün tikilmiş yeni binaların istifadəyə verilməsini planlaşdırır. -
10-03-2008, 05:50 PMAPABu gün BBVB-nin valyuta bölməsində 2,73 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 2,73 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8090 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8083 AZN/$1, USD/AZN T+0 aləti üzrə bağlanılan əqdlərin həcmi 420 962 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0007 bənd düşüb və 0,8090 AZN/$1 təşkil edib.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 789 216 AZN, manatın orta məzənnəsi isə 0,8090 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 2,73 mln. dollar və ya 2 210 178 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 682 500 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,14%, ABŞ dolları üzrə isə illik 17,00% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
10-03-2008, 06:00 PMAPA12 ölkənin cüdoçuları Bakıya gələcək
[b]12 ölkənin cüdoçuları Bakıya gələcək[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Oktyabrın 11-12-də Bakı İdman Sarayında keçiriləcək cüdo üzrə kişi və qadınlar arasında Dünya Kubokunda 13 ölkənin iştirakı dəqiqləşib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən "APA-SPORT"a verilən məlumata görə, turnirə yığmamızla yanaşı, Türkiyə, Hollandiya, Rusiya, Polşa, Kanada, Çexiya, Gürcüstan, İsveçrə, Ukrayna, Yunanıstan, Litva və Xorvatiya komandaları qatılacaqlar.İştirakçıların sayının 15-i adlayacağı gözlənilir. Belə ki, Dünya Kubokuna sifariş ərizəsi vermək üçün ayrılan müddətin başa çatmasına hələ bir neçə gün qalıb. Paytaxtımıza Avropa Cüdo İttifaqının da rəsmiləri təşrif buyuracaqlar. Həmçinin, bu qurumun prezidenti Sergey Soloveyçikin də Bakıya səfəri nəzərdə tutulub.Qarşıdakı yarışda Azərbaycan yığması bütün çəkilərdə 4 cüdoçu ilə təmsil olunacaq. Qaydalara əsasən, yalnız meydan sahiblərinə belə hüquq verilir. Milli komandamızın heyətində XXIX Pekin Yay Olimpiya Oyunlarında mübarizə aparmış 6 cüdoçudan cəmi 2-si - Elxan Məmmədovla Kifayət Qasımova tatami üzərinə çıxacaq. Olimpiya çempionu Elnur Məmmədli, Pekindən bürünc mükafatla dönmüş Mövlud Mirəliyev, eləcə də Ramil Qasımov və Mehman Əzizov müxtəlif səbəblərdən Dünya Kubokunu buraxacaqlar. -
10-03-2008, 06:10 PMAPA"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmli inventar məlumat bazası yaradılıb
[b]"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmli inventar məlumat bazası yaradılıb[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Memarlıq və İnşaat Universitetinin və ABŞ-ın Minnesota Universitetinin birgə əməkdaşlığı ilə İçərişəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması həyata keçirilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Layihə Mədəniyyət və Turizm Nazirliyi ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi nəticəsində gerçəkləşib. İçərişəhərin yeni hazırlanan rəqəmli inventar məlumat bazası "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə təqdim edilib. -
10-03-2008, 06:20 PMAPAAzərbaycanda "Kitab-Bilik" festivalı keçiriləcək
[b]Azərbaycanda "Kitab-Bilik" festivalı keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Firudin Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycanda ilk dəfə "Kitab-Bilik" festivalı keçirəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival oktyabrın 6-da Azərbaycan Dövlət Kukla Teatrının qarşısında təşkil olunacaq. Festivalda Dövlət Uşaq Filarmoniyası, Gənc Tamaşaçılar Teatrı, Bülbül adına musiqi məktəbi, "Aysel" qrupu, Səməd Vurğun adına Rus Dram Teatrı, Musiqili Komediya Teatrı və Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzinin kollektivləri səhnəciklər, musiqi və rəqs nömrələri ilə çıxış edəcəklər. Məktəblilərin qatılacağı festivalda ədəbiyyat xadimləri uşaqlar üçün yazılan yeni nümunələr söyləyəcək, nağıl qəhrəmanlarının geyimində yürüş təşkil olunacaq. Tədbirdə həmçinin müxtəlif kitab sərgilərinin, viktorinaların təşkili də nəzərdə tutulub. -
10-03-2008, 06:30 PMAPA"Azad, Şəffaf, Ədalətli Seçkilər" Koalisiyası apardığı monitorinqin nəticələrini açıqlayıb
[b]"Azad, Şəffaf, Ədalətli Seçkilər" Koalisiyası apardığı monitorinqin nəticələrini açıqlayıb[b]
[Bakı. Elnur Məmmədli - APA. "Azad, Şəffaf, Ədalətli Seçkilər" Koalisiyası oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb. Koalisiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, 57 seçki dairəsində aparılan monitorinqin nəticələrinə əsasən seçkiyə hazırlıq prosesi qanunun və beynəlxalq standartların tələblərinə uyğundur. Monitorinq müddətində əsaslı qanun pozuntularına rast gəlinməyib. Bununla yanaşı, seçici siyahılarında bəzi seçicilərin adlarının olmaması, müəyyən hallarda isə vəfat etmiş şəxslərin adlarının hələ də siyahılarda qalması halı müşahidə olunub. Koalisiya xüsusilə 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron seçki dairələrində ciddi problemlərlə qarşılaşıb. Sentyabrın 24-dən oktyabrın 2-dək monitorinqi aparılan yazılı KİV-də seçki mövzusunda 111 material dərc edilib. Yazıların 56-sı birbaşa namizədlərlə bağlı olub. Namizəd İlham Əliyevin lehinə 15, əleyhinə 7, İqbal Ağazadənin lehinə 13, əleyhinə 1, Qüdrət Həsənquliyevin lehinə 6, əleyhinə 1, Qulamhüseyn Əlibəylinin lehinə 6, Fazil Qəzənfəroğlunun lehinə 4, əleyhinə 1, Hafiz Hacıyevin əleyhinə 2 yazı dərc edilib. Digər namizəd Fuad Əliyevlə bağlı isə heç bir yazıya rast gəlinməyib. Qeyd edək ki, "Azad, Şəffaf, Ədalətli Seçkilər" Koalisiyası 5 qeyri-hökumət təşkilatı - "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi, "Demokratik Seçki Mərkəzi", "İntellekt" Araşdırmalar Mərkəzi, "Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi", "Azərbaycanda Regional İnkişaf Mərkəzi" tərəfindən yaradılıb. -
10-03-2008, 07:00 PMAPAPrezidentliyə namizədi Qüdrət Həsənquliyev şimal bölgəsində seçicilərlə görüş keçirib
[b]Prezidentliyə namizədi Qüdrət Həsənquliyev şimal bölgəsində seçicilərlə görüş keçirib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) prezidentliyə namizədi Qüdrət Həsənquliyev şimal rayonlarında seçicilərlə görüş keçirib. Namizədin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli APA-ya bildirib ki, Qusarda rayon İncəsənət Məktəbində keçirilən görüşdə Q. Həsənquliyev seçicilərə öz seçki platforması barədə məlumat verib və regionlarda insanların qarşılaşdığı gündəlik problemlərdən çıxış yolları haqda danışıb. Q. Həsənquliyevin növbəti görüşü isə Xaçmaz seçiciləri ilə olub. Burada namizəd əsasən təhsil və səhiyyə sahəsində həyata keçirmək istədiyi yeniliklərdən bəhs edib. Q. Həsənquliyev prezident seçiləcəyi təqdirdə bölgələrdəki işsizlik probleminin həlli üçün zəruri addımların atılacağını söyləyib. Prezidentliyə namizəd sonda seçiciləri maraqlandıran suallara cavab verib. -
10-03-2008, 07:20 PMAPABu ilin 9 ayında Bakıda baş verən yol qəzalarında 238 nəfər ölüb
[b]Bu ilin 9 ayında Bakıda baş verən yol qəzalarında 238 nəfər ölüb[b]
[Bakı. Hafiz Heydərov-APA. Bu ilin 9 ayı ərzində Azərbaycan paytaxtında baş verən yol qəzalarında 238 nəfər ölüb. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib. V. Əsədovun bildirib ki, yanvar ayının 1-dən sentyabr ayının 27-dək Bakı şəhərində 1048 yol qəza hadisəsi baş verib. Yol qəzaları nəticəsində 238 nəfər ölüb, 1203 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövri ilə müqayisədə yol qəzalarının sayının xeyli azaldığını vurğulayan V. Əsədov bunun DYP əməkdaşlarının apardığı uğurlu əməliyyat tədbirləri nəticəsində mümkün olduğunu bildirib. V. Əsədov həmçinin son bir həftə ərzində Bakı şəhərində 9879 sürücünün qanun pozuntusuna görə saxlanıldığını söyləyib. -
10-03-2008, 07:50 PMAPAMir Cəlal Paşayevin 100 illiyinə həsr olunan tədbir keçirilib
[b]Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunan tədbir keçirilib[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunan tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə ədibin nəvəsi, professor Nərgiz Paşayeva, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, görkəmli, elm və ədəbiyyat xadimləri iştirak edib. Tədbirdə bəstəkar Fikrət Əmirovun "Mir Cəlalı yad edərkən" əsəri ilk dəfə ifa olunub. Daha sonra Mir Cəlal Paşayevin həyatını əks etdirən fotosessiya nümayiş olunub. Aktyorların ifasında ədəbiyyat xadimlərinin ədibin xatirəsinə həsr etdiyi şerlər, fikirlər səslənib.