[b]Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib[b]
[Bakı-APA. Ağdam rayonunun Dördyol-1 qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, qəsəbə sakini Telman Məmmədov münaqişə zəminində həmyerliləri İlyas Cəfərova və onun oğlu Xəyala bıçaqla xəsarət yetirib. Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T. Məmmədov tutulub.
Azərbaycan Xəbərləri
Printable View

09-27-2008, 01:50 PMAPAAğdam rayonunda bıçaqlanma hadisəsi baş verib

09-27-2008, 02:00 PMAPAAvropa Komissiyasının Bakıdakı nümayəndəliyi yeni ofisə köçüb
[b]Avropa Komissiyasının Bakıdakı nümayəndəliyi yeni ofisə köçüb[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Avropa Komissiyasının Bakıdakı nümayəndəliyi yeni ofisə köçüb. APA-nın məlumatına görə, bununla əlaqədar nümayəndəliyin rəhbəri Alan Vaddams köhnə ofislə vida mərasimi təşkil edib. Səfir bildirib ki, Avropa İttifaqının Azərbaycanda aktiv fəaliyyətini davam etdirəcəyinə inanır. Qeyd edək ki, Avropa İttifaqının Bakı nümayəndəliyinin yeni ofisi "Landmark"ın üçüncü binasında yerləşəcək. -
09-27-2008, 02:10 PMAPAAzərbaycanın 230 orta məktəbində USAID-in dəstəyi ilə iqtisadiyyat tədris olunacaq
[b]Azərbaycanın 230 orta məktəbində USAID-in dəstəyi ilə iqtisadiyyat tədris olunacaq[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu gün Bakıda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), «StatoilHydro» və «Chevron Khazar» şirkəti arasında anlaşma memorandumu imzalanıb. «APA-ECONOMICS»in məlumatına görə, memoranduma əsasən, 2008-2010-cu illər ərzində «Junior Achievement Azərbaycan» (JAA) təşkilatı tərəfindən Azərbaycanın 230 orta məktəbində Məktəblərdə iqtisadiyyatın tədrisi Proqramı həyata keçiriləcək.İmzalanma mərasimində çıxış edən USAİD-in Azərbaycan üzrə koordinatoru Skot Teylor bildirib ki, proqram praktiki fəaliyyət vasitəsi ilə sahibkarlıq, işə hazırlıq bacarıqları və maliyyə savadı üzrə təlimləri əhatə edəcək: «Proqramdan ölkə üzrə 300 müəllim və minlərlə şagird faydalanacaq. İştirakçı şagirdlərə iqtisadiyyat fənni vasitəsi ilə beynəlxalq, həmçinin «Məktəbli şirkətlər» layihəsində biznes idarəçiliyinə yiyələnmək, biznesdə etikanın rolunu tədqiq etmək və Â«İşə hazırlıq» proqramında həqiqi iş təcrübəsini əldə etmək imkanı veriləcək». S.Teylorun sözlərinə görə, proqramın icrası üçün ümumilikdə 209 631 ABŞ dolları həcmində vəsait ayrılıb ki, bunun da 72 631 dolları USAİD-in, 87 min dolları «StatoilHydro», 50 min doları isə «Chevron Khazar» şirkətinin payına düşür. Qeyd edək ki, USAİD 1992-ci ildən indiyə kimi Azərbaycana 284 mln. dollar məbləğində yardım göstərib. -
09-27-2008, 02:20 PMAPAElçin Behbudov Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb
[b]Elçin Behbudov Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb[b]
[Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə APA-ya hüquq müdafiəçisi özü məlumat verib. E. Behbudovun sözlərinə görə, Polis İdarəsinə çağrılması bu ilin iyul ayında avtomobilindən külli miqdarda pulun oğurlanması üzrə aparılan istintaqla əlaqədar olub. Polis İdarəsinin istintaq şöbəsinin rəisi Yaşar Haqverdiyev tərəfindən qəbul olunduğunu bildirən komitə sədri deyib ki, görüşdə qarətçilərin hələ də tapılmamasına görə narahatlığını ifadə edib: "İdarədə mənə oğurluq hadisəsinin üstünün tezliklə açılacağını bildirdilər".Xatırladaq ki, bu il iyulun 14-də Nizami metro stansiyasının yaxınlığında Elçin Behbudovun şəxsi avtomobilindən 30 min manat oğurlanıb. -
09-27-2008, 02:40 PMAPAAzərbaycan paytaxtında boş qalmış avtobus marşrut xətləri digər sahibkarlara verilə bilər
[b]Azərbaycan paytaxtında boş qalmış avtobus marşrut xətləri digər sahibkarlara verilə bilər[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bakı şəhərinin sərnişindaşıma sistemində plansız islahatların aparılması, kiçik tutumlu avtobusların iriləri ilə əvəzlənmədən xətdən çıxarılması vətəndaşları ikiqat xərcə salır.
[Bunu son günlər ərzində paytaxtın sərnişindaşıma sistemində Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən islahatları «APA-ECONOMICS»ə şərh edən «Nəqliyyatçılara Hüquqi Yardım» İctimai Birliyinin sədri Məzahir Rüstəmov bildirib.M.Rüstəmovun sözlərinə görə, nazirlik kiçik avtobusları xətdən çıxarmazdan əvvəl bunun sonrakı nəticələrini və əhalinin maddi vəziyyətinə təsirini araşdıraraq qərar verməli idi.«Nəqliyyat Nazirliyi bu işləri plansız şəkildə həyata keçirir. Əhalinin güzəranı, maddi vəziyyəti düşünülmür. Təsəvvür edin, bir nəfər şəhərin mərkəzinə gəlmək üçün 2 avtobus dəyişir, yəni ikiqat xərcə düşür», - deyə təşkilat rəhbəri vurğulayıb.Qeyd edək ki, artıq Nəqliyyat Nazirliyi paytaxtın mərkəzi hissəsinə kiçik tutumlu avtobusların girişini qadağan edib. Nazirlik 40-dək marşrutdan kiçik tutumlu avtobusları çıxarıb. Bunların arasında 39, 177, 207, 215, 268, 331 və s. marşrutlar var.M.Rüstəmov marşrutlardakı kiçik tutumlu avtobusların iritutumlu avtobuslarla əvəz edilməsi barədə sahibkarlara əvvəlcədən bir neçə dəfə xəbərdarlıq olunduğunu da qeyd edib. Bununla belə, ekspert hesab edir ki, indiyədək sahibkarlar tərəfindən kütləvi şəkildə iritutumlu avtobusların Bakıya gətirilməməsinin bir neçə səbəbi var: «Məsələn, sahibkarların zəmanətli lisenziyaları və müqavilələri yoxdur. Beş illiyə lisenziyanı alırlar, 3 aydan sonra nazirlik hansısa səbəbi əsas gətirərək lisenziyanı geri çağırır və s.».Xatırladaq ki, Nəqliyyat Nazirliyi 2006-cı ildə sahibkarlara 2009-cu ilədək bütün marşrutlarda kiçik tutumlu avtobusları iritutumlu avtobuslarla əvəz etmək barədə göstəriş verib.Nəqliyyat Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hazırda Bakı şəhərində orta və iritutumlu 1000-dən bir qədər artıq avtobusa ehtiyac var. Halbuki paytaxtın mərkəzi və ətraf yaşayış məntəqələrinə 5 minə yaxın müxtəlif tutumlu avtobus işləyir.Təşkilat rəhbəri M.Rüstəmov isə bildirib ki, Nəqliyyat Nazirliyinin son addımları paytaxtın sərnişindaşıma sistemində anlaşılmaz vəziyyət yaratmaqla bərabər, Bakı Metropolitenində sıxlığın artmasına səbəb olub. Bu da milyonlarla sərnişinin istifadə etdiyi metropolitendə təhlükəsizlik tədbirlərinin çətinləşməsi deməkdir.Nəqliyyat Nazirliyindən verilən məlumata görə, yaxın günlərdə Bakıya 50 ədəd «Daewoo», həmçinin xeyli sayda Almaniya istehsalı olan «MAN» və digər iritutumlu avtobuslar gətiriləcək.Qeyd edək ki, bu günədək Bakı şəhərinə 200 ədəd «Daewoo», 40 ədəd «MAN», 20 ədəd «MAZ», həmçinin 350 ədəd müxtəlif markalı iritutumlu avtobus gətirilərək xətlərə buraxılıb.Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov isə «APA-ECONOMICS»ə açıqlamasında ekspertin fikirləri ilə razılaşmadığını vurğulayıb. N.Həsənovun sözlərinə görə, sahibkarlara lisenziya verilərkən onların qarşısına 2009-cu ilə qədər xətdəki kiçik tutumlu avtobuslarını iritutumluları ilə əvəz edilməsi barədə tələb qoyulub: «Sahibkar da bu tələblərə əməl edib yeni avtobuslar gətirməlidir. Biz bu gün bütün marşrutlarda monitorinq keçiririk və tələblərə cavab verməyən avtobuslar xətdən çıxarılır».Sərnişinlərin son günlər üzləşdiyi problemlərə gəlincə nazirlik rəsmisi bunun müvəqqəti olduğunu vurğulayıb: «Xətlərə iri avtobuslar salınana qədər bir müddət problem olacaq. Əhali digər marşrutlardan istifadə etsin».N.Həsənov əlavə edib ki, sərnişindaşımada problemlərin yaranmaması üçün boş qalmış marşrut xətlərinin başqa sahibkarlara verilməsi məsələsinə baxıla bilər. -
09-27-2008, 02:50 PMAPAAbdullah Gül BMT baş katibindən Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması təşəbbüsünə dəstək verməsini xahiş edib
[b]Abdullah Gül BMT baş katibindən Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması təşəbbüsünə dəstək verməsini xahiş edib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Türkiyə prezidenti Abdullah Gül BMT baş katibi Pan Gi Mundan Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması təşəbbüsünə dəstək verməsini xahiş edib. APA-nın məlumatına görə, prezident və baş katibin görüşündə Qafqazda durum və Kipr məsələsi diqqət mərkəzində olub. Abdullah Gül bildirib ki, bu platforma regionda problemlərin həllinə kömək edə bilər. Tərəflər həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ətrafında da müzakirələr aparıblar. -
09-27-2008, 03:00 PMAPAAzərbaycan prezidenti ölkənin yəhudi icmasını təbrik edib
[b]Azərbaycan prezidenti ölkənin yəhudi icmasını təbrik edib[b]
[Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev ölkənin yəhudi icmasını Roş-Ha-Şana - Yeni il bayramı münasibətilə təbrik edib. APA-nın xəbərinə görə, təbrikdə bildirilib ki, əsrlərdən bəri ölkəmizdə məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudilər Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmayıb, tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil və mədəniyyətini, milli-mənəvi adət-ənənələrini günümüzəcən qoruyub saxlayıblar: " Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, yəhudi icması bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir. Hər il təntənə ilə qeyd etdiyiniz Roş-Ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə sevinc və səadət arzulayıram". -
09-27-2008, 03:20 PMAPAFövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin açılışı olub
[b]Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin açılışı olub[b]
[Qəbələ. Şahnəzər Bəşirov-APA. Bu gün Qəbələ rayonunda akademik Zərifə Əliyevanın büstünün, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin inzibati binalarının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 16 mənzilli yaşayış binasının və Qəmərvan kənd orta məktəbinin açılış mərasimləri keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, akademik Zərifə Əliyevanın büstü rayon mərkəzində onun adını daşıyan parkda qoyulub. Bu gün rayonda büstün açılışı keçirilib. FHN-in Şimal-Qərb Regional Mərkəzinin açılışında isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib. Mərkəzin 3 mərtəbəli binasının tikintisinə 2006-cı ildə başlanıb. Mərkəz Azərbaycanın Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarını əhatə edir. Regional mərkəz iki idarə, 15 şöbə və bölmədən, xilasetmə hissəsindən ibarətdir. Mərkəzdə istifadə olunacaq texnikalar Almaniya, Fransa, Yaponiya, Rusiya, Belarus, Koreya və Türkiyə istehsalıdır.Mərkəzin şəxsi heyətinin və işçilərinin sayı 162 nəfərdir. Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin inzibati binasının açılış mərasimində isə təhsil naziri Misir Mərdanov iştirak edib. Mərkəzin tikintisinə 2006-cı ildə başlanıb. Mərkəzdə yeməkxana, yataqxana, kompüter laboratoriyası, xarici dil otağı, emalatxana, hotel , idman zalı fəaliyyət göstərir. Təhsil Nazirliyinin vəsaiti hesabına tikilən tədris mərkəzində 13 ixtisas tədris olunacaq. Təhsil naziri bu gün 360 yerlik Qəmərvan kənd orta məktəbinin açılışında da iştirak edib. Dövlət büdcəsi hesabına tikilən məktəbin inşasına 754 min manat vəsait ayrılıb.Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının tikintisinə 443 min manat vəsait xərcləndiyi qeyd olunub. Binanın açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da iştirak edib. -
09-27-2008, 03:30 PMAPANaci Şensoy istefa verdi
[b]Naci Şensoy istefa verdi[b]
"Prezidentin həbsindən sonra "Belasitsa"da nə işim var?"
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Vaxtilə Tovuzun "Turan" klubunu çalışdıran Naci Şensoy yenə işsiz qalıb. "APA-SPORT"un məlumatına görə, Bolqarıstanın güclülər dəstəsində çıxış edən "Belasitsa" komandasının baş məşqçisi postundan istefa verən türkiyəli çalışdırıcı qərarını telefonla açıqlayıb. İstanbuldan klub rəhbərliyinə zəng vuran Şensoy vəzifəsindən ayrıldığını bəyan edib. Onu əvəzləyəcək köməkçisi Dobromir Mitova uğurlar arzulayan Naci bəy istefasının səbəbini açıqlayıb: "Ailəmlə birlikdə hər şeyi yaxşı ölçüb-biçdik. Belə nəticəyə gəldik ki, bundan sonra "Belasitsa"da qalmaq mənasızdır. Vitse-prezident Qoran Petrovla telefon əlaqəsi yaradaraq qərarımı açıqladım. O isə bununla razılaşmadı. Klubumuzun prezidenti Kostadin Hacivanovun həbsindən sonra orada nə işim vardı? Ancaq qərarımın düzgün olduğuna əminəm. Prezidentimiz səviyyəli oyunçuları transfer etməsə də, məndən ilk "altılığ"a düşməyi qarşımıza məqsəd qoymuşdu"Qeyd edək ki, Şensoyun rəhbərliyi altında 6 çempionat oyununda 1 qol vurub 8-ni buraxan "Belasitsa" 16 komanda arasında sonuncu pillədə qərarlaşıb. -
09-27-2008, 03:40 PMAPAAzərbaycanda Ramazan bayramı ilə əlaqədar ən çox istifadə olan mal və məhsulların qiymətləri üzrə monitorinq keçirilir
[b]Azərbaycanda Ramazan bayramı ilə əlaqədar ən çox istifadə olan mal və məhsulların qiymətləri üzrə monitorinq keçirilir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti Ramazan bayramında ən çox istifadə olunan mallar üzrə monitorinqə başlayıb. Bu barədə «APA-ECONOMICS»ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.Nazirlikdən bildirilib ki, monitorinqdə əsas məqsəd bayram günləri ən çox istifadə olan mal və məhsulların qiymətlərinin süni artımının qarşısını almaqdır. Monitorinq Ramazan bayramı bitənədək davam edəcək.