Əsas məzmuna keç
Sayfa 331/461 İlkİlk ... 231281321329330331332333341381431 ... SonSon
4610 sonuçtan 3.301 ile 3.310 arası

Azərbaycan Xəbərləri

1. #3301
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İstanbuldakı Quştəpə məscidinin minarəsi uçub

[b]İstanbuldakı Quştəpə məscidinin minarəsi uçub[b]

İstanbul - APA. İstanbulun Şişli rayonu ərazisindəki Quştəpə məscidinin minarəsi uçub. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, bu gün İstanbulda başlayan şiddətli külək tarixi məscidin minarəsini uçurub. Şişli bələdiyyəsinin sədri Mustafa Sarıgül hadisə zamanı 3 nəfərin yaralandığını açıqlayıb. Beşiktaşdakı Hamidiyyə məscidinin həyətində cümə namazı qılan insanların üzərinə isə ağac düşüb. Güclü külək 90 illik ağacı kökündən çıxararaq yerə sərib. Ağacın altında qalan 4 nəfər yaralanıb.

2. #3302
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti Saatlı və Sabirabad rayonlarına səfər edib

[b]Azərbaycan prezidenti Saatlı və Sabirabad rayonlarına səfər edib[b]

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Saatlı və Sabirabad rayonlarında səfərdə olub.

APA-nın "AzərTAC" Dövlət İnformasiya Agentliyinə istinadən yaydığı məlumata görə, dövlət başçısı ilk öncə Saatlıda şəhərin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edib. Qeyd edək ki, sahəsi 5,6 hektar olan parkda yaraşıqlı fəvvarə inşa edilib. Parkın ərazisində milli memarlıq üslubunda tikilmiş Heydər Əliyev Muzeyi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının binası, rəsm qalereyası yerləşir. 15 metr hündürlükdə ölkəmizin dövlət bayrağı dalğalanır, genişekranlı monitor qoyulmuş, uşaq əyləncə və istirahət mərkəzi yaradılıb. Daha sonra dövlət başçısı Saatlıda Heydər Əliyev Muzeyinin açılışında iştirak edib. Milli memarlıq üslubunda tikilmiş, sahəsi 223 kvadratmetr olan muzeyin ekspozisiya salonunun 8 bölməsində öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən fotoşəkillər, kitablar, müxtəlif sənədlər toplanıb. Daha sonra prezident İlham Əliyev muzeyin qarşısında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı həmçinin Saatlı rayonunda istifadəyə verilmiş akademik Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkı ilə tanış olub. 2,3 hektar sahəsi olan yeni istirahət guşəsi şəhid ailələri, müharibə əlilləri üçün tikilmiş 32 mənzilli binanın və yaşayış massivinin yaxınlığında yerləşir. Dövlət başçısı parkda akademik Zərifə xanım Əliyevanın abidəsini ziyarət edib. Prezident burada görülmüş işləri yüksək qiymətləndirib və sakinlərin istirahəti üçün gözəl şərait yaradıldığını bildirib. Səfər davam edir.

3. #3303
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Səfər Əbiyev Litvanın Milli Müdafiə Nazirliyinin dövlət katibini qəbul edib

[b]Səfər Əbiyev Litvanın Milli Müdafiə Nazirliyinin dövlət katibini qəbul edib[b]

Bakı-APA. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Litva Respublikasının Milli Müdafiə Nazirliyinin dövlət katibi Curat Raquskieneni qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səfər Əbiyev regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verib. Görüşdə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Naira Şahtaxtinskaya iştirak edib.

4. #3304
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda Tatarıstanın Mədəniyyət Günləri keçiriləcək

[b]Azərbaycanda Tatarıstanın Mədəniyyət Günləri keçiriləcək[b]

Bakı. Ülkər Qasımova-APA. 3-6 oktyabr tarixlərində Azərbaycanda Tatarıstanın Mədəniyyət Günləri keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Səfər çəvçisində nümayəndə heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş, muzeylərə ekskursiyaları təşkil olunacaq. Oktyabrın 4-də Muzey Mərkəzində "Tatarıstanın müasir incəsənəti" adı altında sərginin açılışı olacaq. Oktyabrın 4-də Dövlət Musiqili Komediya Teatrında keçiriləcək mədəniyyət günlərinin açılış mərasimində Tatarıstanın incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər. İncəsənət ustaları eyni konsert proqramını oktyabrın 5-də Xırdalan Mədəniyyət Mərkəzində də nümayiş etdirəcəklər. Tədbirin sonuncu günündə Mirzə Fətəli Axundov adına Milli Kitabxanada görüşün keçirilməsi və qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur.

5. #3305
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyədə həbs olunmuş 6 hərbçidən 2-si buraxılıb

[b]Türkiyədə həbs olunmuş 6 hərbçidən 2-si buraxılıb[b]

İstanbul - APA. Terror təşkilatı olduğu iddia edilən "Ergenekon"la bağlı aparılan istintaq çərçivəsində saxlanılmış 5 leytenantdan 1-i və 1 kursant sərbəst buraxılıb. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul 9-cu növbətçi Ağır Cəza Məhkəməsi qərar qəbul edib. Digər 4 leytenantın buraxılması barədə vəkillərin vəsatəti isə qəbul olunmayıb.

6. #3306
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Nardaran sakinləri ABŞ-ın sabiq səfiri Stenli Eskuderoya məxsus torpaq sahəsində aksiya keçirəcəklər

[b]Nardaran sakinləri ABŞ-ın sabiq səfiri Stenli Eskuderoya məxsus torpaq sahəsində aksiya keçirəcəklər[b]

Bakı. Ramil Məmmədli-APA. Nardaran qəsəbəsinin bir qrup sakini ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Bakıda yaşayan Stenli Eskudero ilə aralarında yaranan torpaq problemi ilə bağlı aksiya keçirəcəklər. Qəsəbə sakinlərinin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə APA-ya bildirib ki, aksiya sentyabrın 27-də qəsəbənin "Səfxani" adlanan ərazisində keçiriləcək. Aksiya iştirakçıları S. Eskudronun ailəsinin onların uzun illərdən bəri əkib becərdiyi 30 hektar torpaq sahəsini ələ keçirməsinə etiraz edəcəklər. Qeyd edək ki, Nardarandakı Səfxani adlanan ərazidəki torpaq sahəsi 2006-cı ildə məhkəmənin qərarı ilə kənd camaatının əlindən alınıb. Sakinlər bu hadisədən 1 il sonra xəbər tuta bilib. Məhkəmə qərarı Cəbrayılov Salman adlı qəsəbə sakinin iddiası əsasında çıxarılıb.

7. #3307
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda hərbi hissələrdən birində öz yoldaşını silahla yaralayaraq qaçan əsgər tutulub

[b]Azərbaycanda hərbi hissələrdən birində öz yoldaşını silahla yaralayaraq qaçan əsgər tutulub[b]

Bakı. Hafiz Heydərov-APA. Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrdən birində əsgər öz xidmət yoldaşını avtomat silahla yaralayaraq hərbi hissənin tərk edib.

APA-nın məlumatına görə, Şərur rayon Hərbi Komissarlığından hərbi ximətə çağırılan Elşən Hüseynov aralarında olan münaqişə zəminində əsgər yoldaşı Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Pirimov İlqar Sabir oğluna avtomat silahdan atəş açıb. Güllələrdən yalnız biri zərərçəkənin qoluna dəyib. Məlumata görə, təcili olaraq Naxçıvan MR Hərbi Hospitalına çatdırılan əsgərin hazırda vəziyyəti normaldır.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu isə APA-ya açıqlamasında hərbi hissəni tərk edən əsgərin tutularaq xidməti yerinə təhvil verildiyini və məsələ ilə əlaqədar təhqiqat aparıldığını söyləyib.

8. #3308
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ədliyyə naziri BQXK-nin nümayəndələrini qəbul edib

[b]Ədliyyə naziri BQXK-nin nümayəndələrini qəbul edib[b]

Bakı-APA. Ədliyyə naziri Fikrət Məmmədov bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan və yeni rəhbərlərini - Martin Amaşeri və Tun Vandenhuvu qəbul edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir görüşdə ölkəmizdə insan haqlarının, o cümlədən məhkumların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyini, bu sahədə beynəlxalq təşkilatlarla, xüsusilə BQXK ilə səmərəli əməkdaşlıq olunduğunu bildirib. F. Məmmədov beynəlxalq təşkilatların nümayəndələrinin, hüquq müdafiəçilərinin penitensiar sistemdə köklü dəyişikliklərin şahidi olduqlarını, islahatlar nəticəsində məhkumların saxlanma şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılaraq beynəlxalq tələbələrə uyğunlaşdırıldığını diqqətə çatdırıb. Görüşdə BQXK nümayəndələrinin mütəmadi olaraq penitensiar müəssisələrə baş çəkməsinin, verilən təkliflərin əhəmiyyəti vurğulanıb. Eyni zamanda məhkumlar arasında vərəmə qarşı mübarizədə digər səylərin çox müsbət nəticələr verdiyi, ölüm hallarının 20 dəfəyə yaxın azaldığı qeyd edilib. Ədliyyə Nazirliyi ilə əməkdaşlıqdan məmnun qaldığını söyləyən M. Amaşer Azərbaycanın penitensiar sistemində aparılan köklü islahatların müsbət nəticələr verdiyini bildirib. O, son vaxtlar vərəmli xəstələrin müalicəsinin yüksək nəticələr verdiyini də diqqətə çatdırıb. Görüşdə qarşılıq əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

9. #3309
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Ayntraxt" klubunun prezidenti Bakıya gəlib

[b]"Ayntraxt" klubunun prezidenti Bakıya gəlib[b]

AFFA Almaniyanın məşhur komandası ilə müqavilə bağlayacaq

Bakı. Aqşin Əliyev - APA-SPORT. Almaniyanın "Ayntraxt" futbol klubunun prezidenti Peter Fişer Bakıya təşrif buyurub. "APA-SPORT"un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, Fişer paytaxtımıza komandanın hüquqşünası Axel Hellmannla birgə gəlib.Qonaqlar bu gün AFFA-nın mənzil-qərargahında assosiasiyanın baş katibi Elxan Məmmədovla görüşüblər. Tərəflər əməkdaşlıqla bağlı geniş söhbətlər aparıblar. Sonda AFFA ilə "Ayntraxt" arasında bu ilin sonunadək müqavilə bağlanması barədə razılıq əldə olunub.Qeyd edək ki, AFFA rəsmiləri almaniyalılarla ilk dəfə bu il Frankfurt şəhərinə səfər edərkən, müzakirələr aparmışdılar.

10. #3310
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu il Azərbaycanda mülkiyyət əleyhinə olan 2367 cinayətin açılması təmin edilib

[b]Bu il Azərbaycanda mülkiyyət əleyhinə olan 2367 cinayətin açılması təmin edilib[b]

Bakı-APA. "Həyata keçirilmiş tədbirlər nəticəsində bu ilin ötən dövrü ərzində mülkiyyət əleyhinə olan 2367 cinayətin açılması təmin edilib". Bu barədə Daxili İşlər Nazirliyində bu gün keçirilən Kollegiya iclasında bildirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda bildirilib ki, həmin cinayətlərə görə 1684 şəxs müəyyən olunub, axtarışda olan 459 nəfər tutulub. İclasda qeyd olunub ki, bununla yanaşı, bəzi şəhər, rayon polis orqanları tərəfindən kriminogen duruma mənfi təsir göstərən amillərin vaxtında qarşısının alınması istiqamətində adekvat tədbirlərin görülməməsi nəticəsində respublika üzrə mülkiyyət əleyhinə törədilən cinayətlər artıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.