[b]Moldovanın xarici işlər naziri: "Moldova GUAM-ı tərk etməyəcək"[b]
Kişinyov-APA. "Moldovanın GUAM-da iştirakı regional əməkdaşlığın xeyrinədir". APA-nın məlumatına görə, bu bəyanatla Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Valeriu Ostalep çıxış edib.
[O bildirib ki, Moldova GUAM-ı tərk etməyə hazırlaşmır: "Moldovanın bütün sakinlərinin GUAM-ın münasib aspektlərindən yararlanması lazımdır. Heç kəs şübhə etməsin ki, biz bu strukturda iştirakımızı davam etdirəcəyik". GAUM-ın baş katibi Valeri Çeçelaşvili isə qurumun daim tənqidlərə məruz qaldığını xatırladıb: "Hədəfə çevrilməyimiz gücümüzün göstəricisidir. GUAM - nüfuzlu strukturdur, buna görə də təşkilat barədə tez-tez şayiələr yayırlar. Zaman geçdikcə biz daha güclü və nüfuzlu olacağıq".
Azərbaycan Xəbərləri
Printable View

06-18-2008, 12:01 PMAPAMoldovanın xarici işlər naziri: "Moldova GUAM-ı tərk etməyəcək"

06-18-2008, 12:11 PMAPABarak Obama: "1915-1923-ci illər arasında Osmanlı İmperiyasında baş verənlər soyqırım kimi tanınmalıdır"
[b]Barak Obama: "1915-1923-ci illər arasında Osmanlı İmperiyasında baş verənlər soyqırım kimi tanınmalıdır"[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. İyunun 19-da Senatda ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Marie Yovanoviçin təyinatı ilə bağlı dinləmə keçiriləcək.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, Senatın üzvü olan prezidentliyə namizəd Barak Obama dinləmələr ərəfəsində Amerika Erməni Milli Komitəsinin rəhbəri Ken Haçikyana məktub göndərib. Məktubda deyilir: "Mən sizinlə razıyam ki, 1915-1923-ci illər arasında Osmanlı İmperiyasında baş verənlər soyqırım kimi tanınmalıdır. Biz bu faciəvi hadisələri tanımalıyıq. Buş administrasiyasının bunu etməməsinin heç bir əsası yoxdur və biz administrasiyanın mövqeyini dəyişmək üçün işlərimizi davam etdirəcəyik". Qeyd edək ki, B. Obama 2006-cı ildə Con Evansın ABŞ-ın Ermənistandakı səfiri vəzifəsindən çıxarılmasını da pisləmişdi. Xatırladaq ki, C. Evans səfir işlədiyi dövrdə uydurma "erməni soyqırımı"nı tanıması barədə bəyanat vermişdi. -
06-18-2008, 12:31 PMAPAFuad Ələsgərov: "Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbus məsələsindən alver predmeti kimi istifadə etməyə cəhd göstərir"
[b]Fuad Ələsgərov: "Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbus məsələsindən alver predmeti kimi istifadə etməyə cəhd göstərir"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı siyasi məhbus üzrə məruzəçisinin təyin olunması məsələsi uzun illərdir, müzakirə edilir. Hesab edirəm ki, bu məsələ gündəlikdən çıxarılmalıdır".
[APA-nın məlumatına görə, bunu Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov söyləyib. Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə, siyasi məhbus anlayışı mövcud deyil və heç bir ölkədə siyasi məhbuslar yoxdur: "İbtidai istintaq və məhkəmə zamanı hüquqları pozulan hər bir insan bütün məhkəmə instansiyalarını keçəndən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər. Bizdə də bu mexanizmdən istifadə edənlər var. Azərbaycan üçün siyasi məhbus məsələsi həssas məsələdir. Bəzi beynəlxalq təşkilatlar bundan alver predmeti kimi istifadə etməyə cəhd göstərir. Bu məsələni bağlamaq lazımdır. Beynəlxalq təşkilatlara məsləhət görərdim ki, bu məsələdən Azərbaycan təzyiq kimi istifadə olunmasın. Adları siyasi məhbus siyahısında olanlardan iki məhbus İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə məhkum edilib. Onların adının siyahıya düşməsi təəccüb doğurur". -
06-18-2008, 02:11 PMAPAABŞ-da yaşayan müsəlmanların siyahıyaalınması aparılacaq
[b]ABŞ-da yaşayan müsəlmanların siyahıyaalınması aparılacaq[b]
[Bakı. Laçın Sultanova - APA. ABŞ-ın bir sıra hüquq-müdafiə və statistika təşkilatları ölkədə yaşayan müsəlmanların siyahıyaalınmasını həyata keçirəcəklər. APA-nın "USA Today" qəzetinə istinadən yaydığı məlumata görə, bu kampaniyanın təşkilatçıları hesab edirlər ki, yeni tədqiqat amerikalı müsəlmanların sayı və etnik mənsubiyyəti haqqında daha dəqiq informasiya əldə etməyə imkan verəcək. Tədqiqatın nəticələri 2009-cu ilin əvvəlində açıqlanacaq. Qəzet yazır ki, 2001-ci ildə Amerika-İslam Münasibətləri Şurasının (The Council on American Islamic Relations - CAIR) apardığı tədqiqata əsasən ABŞ-da 6-7 milyon müsəlman yaşayır. Onların 33 faizi Cənubi Asiya əsilli, 30 faizi - afrikalı, 25 faizi isə ərəbdir. -
06-18-2008, 04:11 PMAPA"Elçibəy aydınların gözü ilə" mövzusunda dəyirmi masa keçirilib
[b]"Elçibəy aydınların gözü ilə" mövzusunda dəyirmi masa keçirilib[b]
[Bakı. Elnur Məmmədli - APA. Bütöv Azərbaycan Birliyi (BAB) Əbülfəz Elçibəyin 70 illik yubileyi münasibətilə "Elçibəy aydınların gözü ilə" mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə siyasi partiya rəhbərləri, millət vəkilləri, şair və yazıçılar iştirak edib. BAB Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli Elçibəyin həyat və fəaliyyəti, xalq hərəkatındakı rolu barədə danışıb. Şair Ramiz Rövşən bildirib ki, Elçibəy sağ olarkən xalq hərəkatının bütün nümayəndələrini bir yerə topladığı kimi, indi də həmin insanlar onun adı ətrafına toplaşır. O, tədbirdə iştirak edən Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimliyə müraciətə edərək onları bir-birlərinə qarşı apardıqları təbliğatı dayandırmağa çağırıb. Müsavat başqanı İsa Qəmbər isə bu mövzuda diskussiya aparmaq fikrində olmadığını deyib. O, Elçibəyin Azərbaycanda demokratik yolla prezident seçilən ilk şəxs olduğuna diqqət çəkib: "Elçibəy Azərbaycanın müstəqilliyini elə yüksək səviyyədə gerçəkləşdirib ki, onun müəyyənləşdirdiyi meyarlardan uzaqlaşmaq mümkün deyil. Elçibəy hakimiyyətinin süqutu həmin hakimiyyətin səhvləri yox, uğurları ilə bağlı idi". AXCP sədri Əli Kərimli isə Elçibəylə bağlı bu gün də müəyyən dairələrdə təftiş aparıldığını, lakin bunun mənasız iş olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın müstəqillik hərəkatına Elçibəy rəhbərlik edib və bu tarixi dəyişmək mümkün deyil. AMİP lideri Etibar Məmmədov Elçibəyin xalq hərəkatının ideoloqu olduğunu və eyni zamanda irəli sürdüyü ideyaların icraçısı rolunda çıxış etdiyini söyləyib. O bildirib ki, Elçibəyin komandası hərəkatın birinci mərhələsində öz işini uğurla başa çatdırdı, lakin ikinci mərhələdə - hakimiyyət mərhələsində bunu yerinə yetirə bilmədi. Tədbirdə millət vəkili Pənah Hüseyn, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, şair Vaqif Bayatlı və digər şəxslər də çıxış ediblər. -
06-18-2008, 04:21 PMAPAAzərbaycanlı kinorejissor və kinoaktyorlarının Moskvada saxlanan foto arxivləri Dövlət Film Fonduna təhvil verilib
[b]Azərbaycanlı kinorejissor və kinoaktyorlarının Moskvada saxlanan foto arxivləri Dövlət Film Fonduna təhvil verilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Kinorejissorlar Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, aktyorlar Şəmsi Bədəlbəyli, Mərziyə Davudova və kinodramaturq Sabit Rəhmanın Moskva arxivlərində qorunan foto arxivləri Dövlət Film Fonduna təqdim olunub. Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya deyib ki, bu fotolar bu günə kimi heç bir yerdə nümayiş olunmayıb. Bundan başqa, 1953-cü ildə istehsal olunmuş "Xəzər dənizçiləri haqqında hekayə" sənədli filminin rəngli nüsxəsi Dövlət Film Fonduna verilib. C. Quliyev bildirib ki, filmin rejissoru Raman Karmen, bəstəkarı Qara Qarayev, operatoru isə Cavanşir Məmmədovdur. Bu film vaxtilə Lenin mükafatına da layiq görülüb. -
06-18-2008, 04:31 PMAPAƏli Əhmədov: "Xarici təsirlər nəticəsində ölkədə hər hansı xoşagəlməz addımların atılmasına yol verilməyəcək"
[b]Əli Əhmədov: "Xarici təsirlər nəticəsində ölkədə hər hansı xoşagəlməz addımların atılmasına yol verilməyəcək"[b]
[Bakı. Ramil Məmmədli-APA. "Təcrübə göstərir ki, kənardan müdaxilə ilə nə demokratiyanı inkişaf etdirmək, nə də ölkənin bu və ya digər sahəsindəki problemlərini həll etmək mümkün olub. Azərbaycanın inkişafı Heydər Əliyevin strategiyasına əsaslanır və xarici təsir, o cümlədən də dəstək Azərbaycanın inkişafında heç bir rol oynamır. Demokratiyanın inkişafı da xalqın daxili ehtiyaclarından qaynaqlanır. İstənilən halda isə kənardan dəstək çoxlu suallar yaradır". APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, ABŞ hökumətinin Azərbaycanda keçiriləcək prezident seçkisi öncəsi ölkədə demokratiyanın dəstəklənməsi üçün 3,2 milyon ABŞ dolları ayıracağı ilə bağlı informasiya araşdırılıb. "Biz bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə söhbət aparmışıq və onlara öz suallarımızı ünvanlamışıq ki, ayrılan məbləğ hansı məqsədlər üçün istifadə ediləcək? Eyni zamanda hansı təşkilatlar bu məbləğdən istifadə etmək imkanına malik olacaqlar? Onlar isə Azərbaycanda bu və ya digər QHT-lərin layihələrini maliyyələşdirməklə demokratiyanın inkişafına dəstək vermək niyyətində olduqlarını deyiblər. Deyilənlərin nə qədər həqiqətəuyğun və səmimi olduğunu bilmirəm". Ə. Əhmədovun sözlərinə görə, Azərbaycandakı siyasi layihələrə istənilən kənar maliyyə yardımı arzuolunmazdır. "Hər bir dövlət həm demokratiyanın, həm də həyatın digər sahələrinin inkişafı üçün daxili imkanlardan istifadə etsə, yaxşı olar. Ona görə ki, bütün məsələlər Azərbaycan vətəndaşları ilə bağlıdır və daxili resurslardan istifadə etməklə həyata keçirilməlidir. Təəssüf edirəm ki, bəzi QHT-lər xaricdən vəsaitlərin cəlb edilməsinə maraq göstərirlər. Bəzi hallarda bu maraq şübhəli şəkildə qavranılır". Ə. Əhmədov bildirib ki, xarici təsirlər nəticəsində ölkədə hər hansı xoşagəlməz addımların atılmasına imkan verilməyəcək. -
06-18-2008, 04:41 PMAPADəhşətli zəlzələ Çinə 70 milyard dollardan çox ziyan vurub
[b]Dəhşətli zəlzələ Çinə 70 milyard dollardan çox ziyan vurub[b]
[Çin - APA. Mayın 12-də Sıçuan əyalətində baş vermiş dəhşətli zəlzələ nəticəsində Çin iqtisadiyyatına dəyən birbaşa ziyanın miqdarı 58-73 milyard dollardır. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu rəqəmi Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi açıqlayıb. Komitə bildirib ki, bu zərər ölkə iqtisadiyyatının inkişafına ciddi təsir göstərməyəcək. İlkin hesablamalara əsasən zəlzələ Ümumi Daxili Məhsulun artım tempini 0,1% zəiflədə bilər. 2007-ci ildə Çində Ümumi Daxili Məhsul 11,4% artaraq 3,46 trilyon dollar təşkil edib. Xatırladaq ki, mayın 12-də baş verən 8 bal gücündə zəlzələ 70 mindən çox adamın həyatına son qoyub. -
06-18-2008, 04:51 PMAPAAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Şirvan bölgəsində qastrolda olacaq
[b]Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Şirvan bölgəsində qastrolda olacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iyunun 19-dan 24-dək Göyçay, Ağdaş, Şamaxı, Ucar, Zərdab və İsmayıllı rayonunda qastrol səfərində olacaqlar. Teatrdan APA-ya bildirilib ki, kollektiv bölgə tamaşçıalrı qarşısında Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır" komediyasını nümayiş etdirəcək. Tamaşada rollarda xalq artisti Yasin Qarayev, əməkdar artist Naibə Allahverdiyeva, artistlər Atabala Səfərov, Vahid Əliyev, Elnur Hüseynov, Günel Məmmədova və başqaları çıxış edəcəklər. -
06-18-2008, 05:01 PMAPAAzərbaycan Jurnalistlərinin V Qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin sonuncu iclası olub
[b]Azərbaycan Jurnalistlərinin V Qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin sonuncu iclası olub[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Jurnalistlərinin V Qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin sonuncu iclası olub.
[Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Təşkilat Komitəsinin sədri Əflatun Amaşov Şuranın 128 təsisçisinin qurultaya hazırlıq üzrə İşçi Qrupuna qurultayda iştirak edəcək nümayəndələrinin adları yazılmış məktubları və prosedur qaydalara uyğun olaraq içərisində gizli səsvermə bülletenləri olan möhürlənmiş zərfləri təqdim etdiklərini bildirib. Onun sözlərinə görə, 10 təsisçi Mətbuat Şurasının məktubuna cavab verməyib. Müxtəlif KİV-lərin təqdim etdikləri blanklarda 123 jurnalist, 132 ictimaiyyət nümayəndəsi İdarə Heyətinə namizəd kimi göstərilib. Qrup Təşkilat Komitəsinə onlardan ən çox səs toplayanların adlarının qurultayın səsvermə bülletenlərinə daxil edilməsi barədə təqdimat ünvanlayıb. İclasda İşçi Qrupun təqdimatı Təşkilat Komitəsinin üzvləri tərəfindən müzakirə olunaraq təsdiqlənib. Qrupa 27 jurnalist və 18 ictimaiyyət nümayəndəsinin adı qeyd edilmiş müvafiq blanklar hazırlamaq tapşırığı verilib. İclasda qurultayın iş planının layihəsi ətrafında da müzakirələr aparılıb. Təkliflər əsasında sənədin tərtib olunması barədə razılığa gəlinib. Plana əsasən, qurultay iyun 20-də saat 10.00-da başlayacaq. Təbrik çıxışlarından sonra qurultayda Mətbuat Şurası sədrinin, Nəzarət-Təftiş Komissiyasının hesabatları dinlənəcək, məruzə və hesabat ətrafında müzakirələr keçiriləcək. Daha sonra Mətbuat Şurası Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi ətrafında müzakirələr aparılacaq, İdarə Heyətinin və NTK-nın yeni tərkibinin və MŞ sədrinin seçkisi keçiriləcək.