[b]Arif Qazıyev "Şöhrət" ordeni ilə təltif olunub[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Arif Qazıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, A. Qazıyev Azərbaycan muğam sənətinin təbliğində səmərəli fəaliyyətinə görə təltif olunub.
Azərbaycan Xəbərləri
Printable View

06-02-2008, 06:41 PMAPAArif Qazıyev "Şöhrət" ordeni ilə təltif olunub

06-02-2008, 06:51 PMAPAMüasir Müsavat Partiyasının "Yeni Müsavat" qəzetinə qarşı apellyasiya şikayəti təmin edilməyib
[b]Müasir Müsavat Partiyasının "Yeni Müsavat" qəzetinə qarşı apellyasiya şikayəti təmin edilməyib[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Rəhman Mirzəyevin sədrliyi ilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin "Yeni Müsavat" qəzetinin baş redaktor əvəzi Azər Ayxana və qəzetin Cahangir adlı əməkdaşına qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə Binəqədi Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə H. Hacıyevin şikayəti təmin edilməyib.Qeyd edək ki, H. Hacıyev "Yeni Müsavat" qəzetində Cahangir imzası ilə ""Balıq Hafiz"in kürəkəni həbs olunub" başlıqlı məqaləyə ilə bağlı məhkəməyə müraciət edib. O, A. Ayxan və Cahangirin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini istəyib. Məhkəmə isə onun şikayətinə baxmaqdan imtina edib. -
06-02-2008, 07:01 PMAPAADP növbəti dəfə Azərbaycan hakimiyyətini siyasi dialoqa çağırıb
[b]ADP növbəti dəfə Azərbaycan hakimiyyətini siyasi dialoqa çağırıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) növbəti dəfə hakimiyyəti siyasi dialoqa çağırıb. Partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında ölkədə iqtisadi-sosial vəziyyətin ağır olduğu, siyasi münasibətlərin kəskinləşdiyi bildirilib, partiya bir sıra nöqsanların aradan qaldırılması üçün siyasi dialoqun vacib olduğunu qeyd edib. ADP problemlərin yeganə həll yolunu məhz dialoqda gördüyünü bəyan edib. İdarə Heyətində, həmçinin "Azadlıq" blokunun prezident seçkilərini boykot qərarı müzakirə edilib. Seçkilərdə iştirakın vacibliyi qənaətinə gələn partiya seçkilərlə bağlı işin aparılmasını məqsədə uyğun hesab edib. -
06-02-2008, 07:11 PMAPAHelsinkidə ATƏT məkanındakı münaqişələr müzakirə edilib
[b]Helsinkidə ATƏT məkanındakı münaqişələr müzakirə edilib[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Helsinkidə ATƏT-in hazırkı sədri Finlandiya, ötən il quruma sədrlik etmiş İspaniya, eləcə də 2009, 2010, 2011-ci illərdə təşkilata sədrlik edəcək Yunanıstan, Qazaxıstan və Litva nümayəndələrinin görüşü keçirilib. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən qurumun hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb ATƏT məkanındakı əsas problemlər sırasında həll olunmamış münaqişələri də göstərib. İştirakçılar münaqişələrin qarşısının alınmasında və həllində ATƏT-in rolunun kifayət qədər böyük olduğunu vurğulayıblar. Bundan başqa, toplantıda terrorçuluqla mübarizə, gender bərabərliyi, insan alveri, insan hüquqlarının müdafiəsi, demokratiyanın təmin edilməsi və digər problemlər də müzakirə olunub. -
06-02-2008, 07:21 PMAPASəfər Əbiyev: "Azərbaycan Ukraynaya həmişə yaxın dost və strateji tərəfdaş kimi baxıb"
[b]Səfər Əbiyev: "Azərbaycan Ukraynaya həmişə yaxın dost və strateji tərəfdaş kimi baxıb"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Ukraynanın müdafiə naziri Yuri Yexanurov Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Bakıya iki günlük rəsmi səfərə gəlib.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün Azərbaycan Müdafiə Nazirliyində əvvəlcə müdafiə nazirlərinin təkbətək, sonra isə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olub.S. Əbiyev bildirib ki, Azərbaycan və Ukrayna arasında müxtəlif istiqamətlər üzrə geniş əlaqələr var, xüsusilə iqtisadi sahədə mövcud əlaqələr iki ölkənin bir-birinə yaxınlaşmasına daha böyük təkan verib. Azərbaycan prezidentinin bir müddət əvvəl Ukraynaya səfəri zamanı imzalanan sənədlərin münasibətlərin dərinləşməsi üçün geniş imkanlar açdığını qeyd edən nazir Azərbaycanın Ukraynaya həmişə yaxın dost və strateji tərəfdaş ölkə kimi baxdığını vurğulayıb: "Birləşmiş Millətlər Təşkilatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə edilərkən Ukraynanın ədalətli mövqe tutaraq Azərbaycanın mövqeyini dəstəkləməsi də buna əyani sübutdur". Azərbaycanın müdafiə naziri Ermənistanın işğalçı siyasət yürütməsi nəticəsində regionda vəziyyətin gərgin hal aldığını ukraynalı həmkarının diqqətinə çatdırıb. Nazirin sözlərinə görə, bu günə qədər beynəlxalq təşkilatların vasitəsilə aparılan danışıqlar da heç bir səmərə verməyib. S. Əbiyev münaqişənin sülh yolu ilə həll edilmədiyi halda, digər vasitələrdən istifadə ediləcəyini istisna etməyib. Görüşdə tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. -
06-02-2008, 07:31 PMAPAErməni hərbçiləri Azərbaycanın Ağdam rayonunun işğalda olan ərazilərinə od vurublar
[b]Erməni hərbçiləri Azərbaycanın Ağdam rayonunun işğalda olan ərazilərinə od vurublar[b]
Ağdam. Teymur Zahidoğlu-APA. Erməni hərbçiləri işğal olunan Azərbaycan torpaqlarında yanğınlar törətməkdə davam edirlər.
[APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilər bu gün Ağdamın işğal altında olan Novruzlu və İsmayılbəyli kəndlərinin ərazilərinə od vurublar. Ətraf kəndlərdən müşahidə olunan yanğının miqyası getdikcə genişlənir. Yanğın hazırda davam edir. -
06-02-2008, 07:41 PMAPAATƏT ölkələrinin Bakıdakı səfirləri Azərbaycanın yeni qəbul olunmuş Seçki Məcəlləsini müzakirə ediblər
[b]ATƏT ölkələrinin Bakıdakı səfirləri Azərbaycanın yeni qəbul olunmuş Seçki Məcəlləsini müzakirə ediblər[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT ölkələrinin Azərbaycan akkreditə olunmuş səfirləri təşkilatın Bakı Ofisində bu gün bir araya gəliblər.
[ATƏT-in Bakı Ofisinin demokratikləşmə məsələləri üzrə rəhbəri Culiane Markard-Narten APA-ya bildirib ki, səfirlər bu gün Milli Məclisdə qəbul olunmuş Seçki Məcəlləsini müzakirə ediblər. Onun sözlərinə görə, müzakirələrə MSK sədri Məzahir Pənahov da qatılıb. Səfirlər həmçinin Azərbaycanda seçkilərə hazırlıq və demokratik islahatlar məsələsini də müzakirə ediblər. -
06-02-2008, 07:51 PMAPABakıda "İmam Xomeyni: təfəkkürdə yeniçilik" mövzusunda elmi konfrans keçirilib
[b]Bakıda "İmam Xomeyni: təfəkkürdə yeniçilik" mövzusunda elmi konfrans keçirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu gün Bakıda İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "İmam Xomeyni: təfəkkürdə yeniçilik" mövzusunda elmi konfrans keçirilib. APA-nın məlumatına görə, İmam Xomeyninin vəfatının 19-cu ildönümü ilə bağlı təşkil edilən tədbirdə İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib ki, İran İslam İnqilabı ölkənin inkişafına təkan verib. Hazırda İranın regionun inkişaf etmiş dövlətlərdən bir olduğunu söyləyən səfir qeyd edib ki, ölkəsinin qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini bildirib. İlahiyyatçı-alim Vasim Məmmədəliyev, Mədəniyyət Mərkəzinin rəhbəri Seyid Ocaqnejat İmam Xomeyninin həyat və fəaliyyəti, gördüyü işlər haqqında danışıblar. -
06-02-2008, 08:01 PMAPANizami rayon sakininin evindən xeyli pul və qızıl-zinət əşyaları oğurlanıb
[b]Nizami rayon sakininin evindən xeyli pul və qızıl-zinət əşyaları oğurlanıb[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün naməlum şəxslər Bakının Nizami rayonu, Əli Vəliyev küçəsində yaşayan İsa Vəliyevin mənzilindən oğurluq ediblər. Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən məlumat verilib. Naməlum şəxslər evdən 10 min manat, 6 min ABŞ dolları və qızıl-zinət əşyaları aparıblar. Hələlik hadisəni törədənlərin şəxsiyyəti müəyyənləşdirilməyib, əməliyyat-axtarış tədbirləri görülür. -
06-02-2008, 08:11 PMAPAAzərbaycan prezidenti Ukraynanın müdafiə nazirini qəbul edib
[b]Azərbaycan prezidenti Ukraynanın müdafiə nazirini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Ukraynanın müdafiə naziri Yuri Yexanurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Ukrayna arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu səfərin iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.