[b]Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının nümayəndəsini qəbul edib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurasının Demokratiya və siyasi məsələlər üzrə Baş Direktorluğunun siyasi məsləhət və əməkdaşlıq üzrə direktoru Klaudiya Luçianini qəbul edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyini, ölkədə insan hüquqlarının təmin edilməsinə yönələn islahatlar uğrunda Avropa Şurasının oynadığı rolu xüsusi vurğulayıb. Avropa Şurasının Azərbaycanda aparılan demokratik islahatları dəstəklədiyini bildirən xanım K. Luçiani, təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini, əlaqələrin genişlənməsinə hazır olduğunu deyib. Görüşdə hüquqşünasların tədrisi, penitensiar sistemdə islahatlara dəstək, habelə korrupsiyaya qarşı mübarizə üzrə birgə layihələrin işlənməsi barədə razılığa gəlinib.
Azərbaycan Xəbərləri
Printable View

06-12-2008, 10:41 AMAPAƏdliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının nümayəndəsini qəbul edib

06-12-2008, 10:51 AMAPABeynəlxalq Əmək Təşkilatı dünyada uşaq əməyindən istifadəyə dair növbəti hesabatı açıqlayıb
[b]Beynəlxalq Əmək Təşkilatı dünyada uşaq əməyindən istifadəyə dair növbəti hesabatı açıqlayıb[b]
Cenevrə-APA. Dünyada 75 milyon uşaq ibtidai təhsil almadan, kiçik yaşlarında əmək fəaliyyətinə başlayır. APA-nın məlumatına görə, bu rəqəm Beynəlxalq Əmək Təşkilatının Uşaq Əməyinə Qarşı Mübarizə Günü münasibətilə yaydığı hesabatda öz əksini tapıb.
[Təşkilatın baş direktoru Xuan Somoviya bildirib ki, hazırda qarşıda duran əsas hədəf uşaqlara keyfiyyətli təhsil vermək, böyüklər üçün layiqli əmək şəraiti yaratmaqdır. BƏT uşaq əməyindən istifadəyə dair 34 ölkədə apardığı tədqiqatların nəticələrini açıqlayıb. Hesabata əsasən, 2006-cı ildə 75 milyon uşaq məktəbə getməyib. 1999-cu ildə bu rəqəm 103 milyon nəfər təşkil edib. Hesabat müəllifləri bəzi Afrika ölkələrində yalnız hər beş uşaqdan birinin məktəbə getdiyini bildirirlər. Uşaq əməyindən istifadə hallarının azaldılmasında təhsilini önəmli rol oynadığı bildirilən hesabatda qeyd olunur ki, bunun üçün dünya ölkələri məktəblərdə təhsil sistemini təkmilləşdirməli, uşaq əməyindən istifadə hallarına qarşı mübarizə aparmalıdır. -
06-12-2008, 11:01 AMAPACorc Buşun impiçmenti haqqında qətnamə layihəsi Konqresin Hüquq Komitəsinə göndərilib
[b]Corc Buşun impiçmenti haqqında qətnamə layihəsi Konqresin Hüquq Komitəsinə göndərilib[b]
Vaşinqton - APA. ABŞ Konqresinin Nümayəndələr Palatası 251 nəfər lehinə, 166 nəfər əleyhinə olmaqla prezident Corc Buşun impiçmenti (vəzifədən kənarlaşdırılması) haqqında qətnamə layihəsini baxılmaq üçün palatanın Hüquq Komitəsinə göndərib.
[APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qətnamə layihəsinin komitədə qəbul olunması gözlənilmir. Komitənin sədri, respublikaçı Con Konyers layihəni müzakirəyə çıxarıb-çıxarmayacaqları haqda heç nə deməyib. Nümayəndələr Palatasının sədri Nensi Pelosinin mətbuat katibi Nadim Elşami isə bildirib ki, Konqres qətnamə layihəsini dəstəkləməyəcək: "Spiker Pelosi hesab edir ki, impiçment fikir ayrılıqları və qarşıdurmalara səbəb olacaq, Konqresin diqqətini Amerika ailələri üçün yeni qanunların qəbulundan yayındıracaq və layihə son nəticədə iflasa məhkumdur". Ağ Ev isə ümumiyyətlə, bu məsələni şərh etməyə lüzum görməyib. Xatırladaq ki, Corc Buşun impiçmentini nəzərdə tutan qətnamə layihəsini demokrat konqresmen Dennis Kusiniç hazırlayıb. -
06-12-2008, 11:21 AMAPAElmar Məmmədyarov Polşaya rəsmi səfərə gedib
[b]Elmar Məmmədyarov Polşaya rəsmi səfərə gedib[b]
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Polşaya iki günlük rəsmi səfərə gedib.
[XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirin Polşanın yüksək rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli münasibətlər, regional və beynəlxalq vəziyyət müzakirə olunacaq. -
06-12-2008, 11:31 AMAPASabir Rüstəmxanlı: "Prezidentliyə namizədliyimi irəli sürməyi düşünürəm"
[b]Sabir Rüstəmxanlı: "Prezidentliyə namizədliyimi irəli sürməyi düşünürəm"[b]
Bakı. Ramil Məmmədli - APA. "Prezidentliyə namizədliyimin irəli sürülməsi barədə düşünürəm". Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.
[O bildirib ki, partiya Ali Məclisinin bu ay keçiriləcək yığıncağında məsələyə münasibət bildiriləcək: "Hələlik seçkidə partiyanın hansı şəkildə iştirak edəcəyi barədə qərar verilməyib. Amma namizədliyimi irəli sürməyi düşünürəm. İstənilən halda qəti qərar verilməzdən öncə ölkədəki bütün proseslər, o cümlədən seçki qanunvericiliyi nəzərə alınacaq. Məsələ partiyada müzakirə olunmalıdır. Elə olmalıdır ki, seçki diaspora fəaliyyətimə problem yaratmasın". -
06-12-2008, 11:41 AMAPAYork şahzadəsi Endryu Bakıya gəlib
[b]York şahzadəsi Endryu Bakıya gəlib[b]
Bakı. Laçın Sultanova - APA. Böyük Britaniya kraliçası II Yelizavetanın kiçik oğlu, York şahzadəsi Endryu Bakıya gəlib.
[APA-nın məlumatına görə, özəl işləri ilə əlaqədar Bakıya gələn şahzadə burada müxtəlif görüşlər keçirəcək. Qeyd edək ki, bu, şahzadənin Bakıya artıq 4-cü səfəridir. Sonuncu dəfə o, ötən il oktyabrın 2-də Bakıda olub, Azərbaycanda iqtisadi mühitin vəziyyəti ilə maraqlanıb, iqtisadi əməkdaşlığın imkanlarını öyrənib. -
06-12-2008, 11:51 AMAPAPaytaxtda daha iki avtomobil yandırılıb
[b]Paytaxtda daha iki avtomobil yandırılıb[b]
[Moskva-APA. Dünən Moskvanın cənubunda daha iki avtomobil yanıb. APA-nın məlumatına görə, ekspertlər maşınların yandırıldığı qənaətinə gəliblər. Maşınların yandırılması aksiyası başladıqdan sonra ilk dəfə olaraq şahidlər cinayətkarları görməyə müvəffəq olublar. Şahidlərin sözlərinə görə, maşınlar bir neçə gənc oğlan tərəfindən yandırılıb. Hazırda şübhəli şəxslərin axtarışı davam edir. -
06-12-2008, 12:01 PMAPAEdvard Nalbandyan: "Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları Madrid təklifləri əsasında davam etdirməyə hazırıq"
[b]Edvard Nalbandyan: "Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları Madrid təklifləri əsasında davam etdirməyə hazırıq"[b]
İrəvan-APA. "Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son görüşü çox konstruktiv və tərəfdaşlıq məcrasında keçib".
[APA-nın məlumatına görə, bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan söyləyib: "Bu, çox ümidverici və kifayət qədər müsbət görüş idi. Görüşdən sonra prezidentlər xarici işlər nazirlərinə danışıqların məhz Madrid prinsipləri əsasında davam etdirilməsi barədə tapşırıq verdilər". XİN başçısı görüşdə çoxsaylı məsələlərin müzakirə olunduğunu, bir çox məsələlərlə bağlı dövlət başçılarının tet-a-tet söhbət etdiyini bildirib: "Əlbəttə ki, biz azərbaycanlılarla bütün məsələləri həll edəcəyik, biz həm də ticarətlə məşğul olmağa hazırıq. Lakin bu gün söhbət ciddi danışıqlardan gedir və Ermənistan danışıqları ATƏT-in Minsk Qrupu həmsədrlərinin Madriddə irəli sürdüyü təkliflər əsasında davam etdirməyə hazırdır". Edvard Nalbandyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin iyunun son həftəsində regiona səfər edəcəyini bildirib. -
06-12-2008, 12:21 PMAPAAtom Enerjisi üzrə Beynəlxalq Agentlik 2009-cu ildə Azərbaycanda çoxüzlü qamma qurğusunun inşasına başlayacaq
[b]Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 2009-cu ildə Azərbaycanda çoxüzlü qamma qurğusunun inşasına başlayacaq[b]
Bakı. Tamara Qriqoryeva-APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 2009-cu ildə Azərbaycanda çoxüzlü qamma qurğusunun inşasına başlayacaq. Bu barədə APA-ya AEBA-nın Azərbaycandakı layihələrinin koordinatoru Andrey Çupov məlumat verib.
[Onun sözlərinə görə, bu layihə AEBA nümayəndə heyətinin Azərbaycana son səfəri zamanı razılaşdırılıb: "Bu qurğunun fəaliyyəti AEBA-nın hesabına maliyyələşdiriləcək. Onun tikintisi 1,5 - 2 milyon dollara başa gələcək. Qurğunun tikintisi üçün yeri Azərbaycan tərəfi ayırmalıdır. Layihənin 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur". Çoxüzlü qamma qurğusu - tibbi və digər preparatların zərərsizləşdirilməsini həyata keçirən sənaye qurğusudur. Çupov həmçinin qeyd edib ki, AEBA nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ölkədə atom reaktorunun tikintisinə dair tədqiqatların aparılması layihəsi razılaşdırılıb: "Mətbuat bizim 2009-cu ildə tikintiyə başlayacağımız barədə məlumat yaymışdı. Bu, düzgün xəbər deyil. 2009-cu ildə tədqiqatlar başlayacaq, 2011-ci ildə isə biz hesabatı Azərbaycan hökumətinə təqdim edəcəyik. Reaktorun tikilib-tikilməməsi ilə bağlı qərarı isə Azərbaycan hökuməti verəcək". Andrey Çupov tikinti prosesinə başlamazdan əvvəl mütəxəssislərin layihəni dərindən öyrənməsinin zəruriliyini vurğulayıb. Qeyd edək ki, bu gün AEBA nümayəndə heyətinin baş nazirin müavini Abid Şərifovla görüşü nəzərdə tutulur. Görüşdə əsasən çoxüzlü qamma qurğusunun inşasına dair məsələlər müzakirə olunacaq. Bundan başqa nümayəndə heyətinin Fövqəladə Hallar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Xarici İşlər Nazirliyi və digər qurumlarda görüşləri nəzərdə tutulur. -
06-12-2008, 01:21 PMAPAYAP sədrinin müavini partiyanın 450 mininci üzvünə vəsiqəni təqdim edib
[b]YAP sədrinin müavini partiyanın 450 mininci üzvünə vəsiqəni təqdim edib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) 450 mininci üzvünə partiya vəsiqəsinin təqdim olunması ilə bağlı mərasim keçirilib. APA-nın məlumatına görə, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov hər il partiyaya 25-30 min nəfərin üzv olduğunu, 2008-ci ilin ilk 5 ayı ərzində isə 16 mindən artıq vətəndaşın partiya qəbul edildiyini bildirib. O, Azərbaycanın iqtisadi inkişafını və prezident İlham Əliyevin yürütdüyü siyasi xəttin uğurunu xüsusi qeyd edib: "YAP-a münasibət İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bu, seçkidə də özünü göstərəcək. İlham Əliyevin yüksək reytinqə malik olduğu heç kəsə sirr deyil". Ə. Əhmədov son illər YAP-a daxil olanlar arasında gənclərin üstünlük təşkil etdiyini də söyləyib. Sonda YAP-ın Nərimanov rayon təşkilatından olan 450 mininci üzvə, Azərbaycan Müəllimlər İnstitutunun 1-ci kurs tələbəsi Şahanə Məmmədcanovaya partiyanın 450 mininci üzvlük vəsiqəsi təqdim edilib.