[b]Azərbaycanın təhsil naziri Türkiyəyə səfər edib[b]
[Ankara. Mayis Əlizadə-APA. Türkiyədə səfərdə olan Azərbaycanın təhsil naziri Misir Mərdanov bu ölkənin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (YÖK) sədri Yusif Ziya Özcanla görüşüb. APA-nın Türkiyə bürosunun məlumatına görə, görüşdə Azərbaycanın Türkiyə Universitetlərinə tələbə qəbulunun artırılması, təhsil sahəsində mütəxəssislərin təcrübə mübadiləsi, ali məktəblərin diplomlarının hər iki ölkədə tanınması və s. məsələlər müzakirə edilib.
Azərbaycan Xəbərləri
Printable View

03-26-2008, 01:36 PMAPAAzərbaycanın təhsil naziri Türkiyəyə səfər edib

03-26-2008, 01:51 PMAPAAzərbaycanlı millət vəkilinin oğlu Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb
[b]Azərbaycanlı millət vəkilinin oğlu Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun oğlu Etimad İsmayılov dünən gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə APA-ya Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü məlumat verib.
[E. Şükürlünün sözlərinə görə, E.İsmayılova hər hansı ittiham irəli sürülməyib: «Əldə etdiyimiz məlumata görə, Etimad İsmayılov rəhbərlik etdiyi şirkətə 1 milyon dollar məbləğində borcu olan iş adamlarının sifarişi əsasında saxlanılıb. Bizdə olan məlumata görə, həmin şəxslər Etimad İsmayılovu bir müddət əvvəl Moskvada qətlə yetirilmiş erməni iş adamının qətlinin sifarişçisi kimi ləkələmək istəyir". -
03-26-2008, 02:01 PMAPAİraqın Bəsrə şəhərində baş verən qarşıdurmada 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb
[b]İraqın Bəsrə şəhərində baş verən qarşıdurmada 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb[b]
[Bəsrə. Rəşad Süleymanov-APA İraqın neft şəhərlərindən olan Bəsrədə qarşıdurmalar şiddətlənib. APA-nın məlumatına görə, İraq polisi ilə radikal şiə lideri Müqtəda Əl Səbriyə bağlı milislər arasında baş verən qarşıdurma nəticəsində 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Ölənlər arasında polis və milislərlə yanaşı, mülki şəxslər də var. Şəhərdə bir neçə gündür davam edən qarşıdurmalardan sonra fövqəladə vəziyyət elan olunub. Polislər Müqtəda Əl Səbrini və onun tərəfdarlarını məhv etmək üçün geniş miqyaslı əməliyyatlar keçirirlər. Qeyd edək ki, Bəsrə şiələrin qalası kimi tanınır. -
03-26-2008, 02:21 PMAPANovruz Məmmədov: "Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən imtina etməsi ilə bağlı rəsmi mövqe yoxdur"
[b]Novruz Məmmədov: "Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən imtina etməsi ilə bağlı rəsmi mövqe yoxdur"[b]
Bakı. Rəşad Süleymanov. Tamara Qriqoryeva-APA. "Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən imtina etməsi ilə bağlı rəsmi mövqe yoxdur". Bunu APA-ya açıqlamasında Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
[Onun sözlərinə görə, Ermənistan tərəfindən belə bir məlumat ortaya atılıb. N. Məmmədov ermənilərin bu məsələdə hansısa məqsəd güddüklərini deyib. Prezident Aparatı rəsmisi həmsədrlərinin indiyə qədər gördüyü işlərin müzakirəsini isə mümkün sayıb.Qeyd edək ki, erməni mətbuatı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın ABŞ-dakı ermənilərin nəşri olan "Armenian Reporter" qəzetinə verdiyi müsahibəyə istinadən Azərbaycanın Minsk qrupu ilə əməkdaşlıqdan imtina etməsi barədə xəbər yayıb. Lakin qəzetin internet saytında müsahibənin qısa xülasəsi yerləşdirilib və orada, ümumiyyətlə, Azərbaycanın Minsk qrupu ilə əməkdaşlığına dair hər hansı sual və ya cavab yoxdur. ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye APA-ya bildirib ki, onun Azərbaycanın Minsk qrupu ilə əməkdaşlıqdan imtina etməsi barədə məsələdən ümumiyyətlə xəbəri yoxdur və bu barədə ilk dəfə eşidir. ATƏT-in Baş Ofisindən də APA-ya onlara Azərbaycanın Minsk qrupunun vasitəçiliyindən imtina etməsi barədə hər hansı məktub daxil olmadığını bildiriblər. Xatırladaq ki, BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" adlı qətnamənin səsverməsi zamanı ATƏT-in Minsk qrupunun təşkil olunduğu ABŞ, Fransa və Rusiya dövlətləri sənədin əleyhinə səs verib. Bu, Azərbaycanda rəsmi və ictimai səviyyədə ciddi etiraza səbəb olub. -
03-26-2008, 02:26 PMAPAAzərbaycanın dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi üçün Yalama, Qobustan və Türkan və Neftçalada radar sistemləri quraşdırılıb
[b]Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi üçün Yalama, Qobustan və Türkan və Neftçalada radar sistemləri quraşdırılıb[b]
Bakı. Rəşad Süleymanov - APA. Ötən il Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinin daha da gücləndirilməsi məqsədi ilə Yalama, Qobustan və Türkan sərhəd məntəqələrində, həmçinin Neftçalada radar sistemləri quraşdırılıb.
[Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.Azərbaycanın quru sərhədlərində isə 17 921 metr məsafədə mühəndis çəpərləri, 1 245 metr maneə zolağı quraşdırılıb, 24 müşahidə qülləsi tikilib. Dövlət sərhədinin müxtəlif istiqamətlərində 55 kompleks, o cümlədən, 32 sərhəd zastavası, 2 sərhəd komendantlığı, 7 ədəd 2 mərtəbəli 16 mənzilli yaşayış binası, 2 ədəd 2 bloklu 12 mərtəbəli 176 mənzilli yaşayış binası, 1 sahil zastavası, 3 sahil məntəqəsi, 1 sərhəd qarnizonu, Səngəçal qəsəbəsində aviadəstənin komanda məntəqəsi və s. tikilərək istifadəyə verilib. Ümumilikdə Sərhəd Qoşunlarının zabit və gizirləri üçün tikilən mənzillərin sayı 596 olub ki, onlardan da 144-ü istismara verilib. Qeyd edək ki, Azərbaycanın sərhədlərin ümumi uzunluğu 3472 kilometrdir (825 km-i su sərhədi). Azərbaycan İranla 765 km, Türkiyə ilə 11 km, Rusiya ilə 391 km, Gürcüstanla 471 km, Ermənistan ilə 1007 km həmsərhəddir. -
03-26-2008, 02:31 PMAPAAzərbaycanın Zaqatala rayonunda meşə zolağından silah-sursat tapılıb
[b]Azərbaycanın Zaqatala rayonunda meşə zolağından silah-sursat tapılıb[b]
[Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunun dağlıq ərazisində, meşə zolağında silah-sursat tapılıb. Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qəbizdərə adlanan dağlıq ərazisində, meşə zolağında 1 ədəd Almaniya istehsalı olan tapança, 3 ədəd fişəng və 86 ədəd avtomat gülləsi aşkar edilərək götürülüb. Tapılmış silah-sursat hər hansı bir cinayət əməlində istifadə olunub-olunmadığı araşdırıldıqdan sonra Daxili İşlər Nazirliyinə silah anbarına təhvil veriləcək. -
03-26-2008, 02:51 PMAPAHəbsdə olan jurnalist Eynulla Fətullayev aclığa başlayıb
[b]Həbsdə olan jurnalist Eynulla Fətullayev aclığa başlayıb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Həbsdə olan jurnalist Eynulla Fətullayev bu gündən aclığa başlayıb. Bu barədə APA-ya məlumat verən jurnalistin atası Emin Fətullayev bildirib ki, oğlu ilə martın 25-də görüşüb. Onun sözlərinə görə, Eynulla Fətullayev həbsdə olan üç jurnalistin azadlığa buraxılması, Avropa Şurası və Avropa Birliyi tərəfindən siyasi məhkumların və vicdan məhkumlarının azadlığa buraxılması mexanizmlərinin Azərbaycan ictimaiyyətinə izah olunması tələbləri ilə aclıq edir. E. Fətullayev oğlunun saxlanma şəraitindən və özünə qarşı rəftardan şikayətçi olmadığın da deyib. Qeyd edək ki, 8 il müddətinə azadlıqdan məhrum edilən Eynulla Fətullayev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. -
03-26-2008, 03:43 PMAPATürkiyədə Azərbaycan və Ermənistanın QHT-lərinin görüşü keçirilir
[b]Türkiyədə Azərbaycan və Ermənistanın QHT-lərinin görüşü keçirilir[b]
İstanbul. Mayis Əlizadə-APA. İstanbulda Qafqaz ölkələrini təmsil edən qeyri-hökumət təşkilatlarının konfransı başlayıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, qapalı keçirilən iclasda Azərbaycan, Ermənistan, Gürcüstan və Şimali Qafqazdan olan QHT təmsilçiləri iştirak edir.
[Avropa fondlarının maddi dəstəyi ilə keçirilən iclasda Qafqazdakı münaqişələrin həllində sülh yolları müzakirə edilir. Əldə edilən məlumata görə, bu səpkili iclaslar Qafqaz xalqlarını sülhə hazırlamaq məqsədi güdür. Qafqaz ölkələrinin təmsilçiləri münaqişələrin son vəziyyəti barədə məruzə edir və toplumları sülhə hazırlamağın yolları barədə təkliflərini verirlər. Bu, eyni proqram çərçivəsində İstanbulda keçirilən dördüncü toplantıdır. Proqrama daxil edilmiş son iki toplantının da iyun və sentyabr aylarında İstanbulda keçirilməsi nəzərdə tutulub. -
03-26-2008, 03:47 PMAPAAraz Əzimov: "Azərbaycan Minsk Qrupu həmsədrlərinin həm ölkə, həm də şəxs olaraq dəyişdirilməsi və geri çağırılması prosedurunu öyrənmək üçün AT
[b]Araz Əzimov: "Azərbaycan Minsk Qrupu həmsədrlərinin həm ölkə, həm də şəxs olaraq dəyişdirilməsi və geri çağırılması prosedurunu öyrənmək üçün ATƏT katibliyinə məktub göndərib"[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinin həm ölkə, həm də şəxs olaraq dəyişdirilməsi və ya geri çağırılması prosedurunu öyrənmək məqsədi ilə ATƏT katibliyinə yazılı müraciət ünvanlayıb.
[APA-nın ATV-yə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. A. Əzimovun sözlərinə görə, Minsk qrupunun həmsədrləri 1994-cü ildə Budapeşt sammitində təyin edilib və onların funksiyaları da aydındır: "Lakin vasitəçilərin şəxs olaraq dəyişdirilməsi məsələsi bir tərəfin iradəsi əsasında həyata keçirilir. Məsələn, ABŞ nümayəndəsi Stiven Mənni Metyu Brayza ilə əvəz edib. Rəsmi Bakını o məqam maraqlandırır ki, əgər sabah Metyu Brayza Minsk qrupunun üzvü olan Azərbaycanı narazı salan addım atarsa və bu qurumda məsələlər də konsensus əsasında həll olunursa, o zaman Azərbaycan necə hərəkət etməlidir? Əgər hər üç şəxs Azərbaycana qarşı düşmənçilik bəyanatları verirsə, Azərbaycanı bədnam edirsə, ölkənin ərazi bütövlüyünə qarşı cəhdlər edirlərsə, bütün bunlardan sonra nə qədər bəyanatlar versələr də bu, narahat edicidir".A. Əzimovun sözlərinə görə, Azərbaycan Minsk Qrupunun formatının dəyişdirilməsinə tərəfdar deyil. Bunu sadəcə Ermənistan və vasitəçilərin uydurması adlandıran nazir müavini Azərbaycan hökumətinin bu çərçivədə müzakirələrin effektiv aparılmasını istədiyini vurğulayıb: «Başqa tərəfdən, həmsədrlər heç vaxt bütövlükdə Minsk Qrupunu təmsil etməyib və edə də bilməz. Onlar Azərbaycan və Ermənistanla aparılan müzakirələrdə Minsk Qrupunu deyil, özlərini təmsil edirlər. Minsk qrupunu adından bəyanat verilmək də həmsədrlərin səlahiyyətində olan məsələ deyil". A. Əzimov vurğulayıb ki, Azərbaycan həmsədr ölkələrlə əməkdaşlığı davam etdirir, lakin eyni zamanda ATƏT katibliyinə vasitəçilərin geri çağırılması və ya başqası ilə əvəzlənməsi mexanizminin öyrənilməsi məqsədilə dəqiqləşdirici məktub ünvanlayıb: " Sadəcə bilmək istəyirik ki, lazım olacağı təqdirdə bunu necə edəcəyik. Çünki Azərbaycan da ABŞ, Rusiya və Fransa kimi Minsk Qrupunun üzvüdür". -
03-27-2008, 11:06 PMAPAOttava Universitetində "Azərbaycanın işğal altında olan ərazilərində dağıdılan mədəni irs və abidələr" adı altında fotosərgi açılıb
[b]Ottava Universitetində "Azərbaycanın işğal altında olan ərazilərində dağıdılan mədəni irs və abidələr" adı altında fotosərgi açılıb[b]
[Ottava. Ülviyyə Əliyeva-APA. Kanadanın Ottava Universitetində "Azərbaycanın işğal altında olan ərazilərində dağıdılan mədəni irs və abidələr" adı altında fotosərgi təşkil olunub. Ottava Azərbaycanlıları İcması tərəfindən təşkil olunan sərgi martın 26-dan aprelin 6-dək davam edəcək. Sərgidə Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan ərazilərində dağıdılmış abidələrin işğaldan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolar nümayiş olunur. Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, sərginin açılış mərasimində çıxış edən icmanın nümayəndəsi Yaşar Muğan hal-hazırda işğal altında olan Azərbaycan torpaqlarında 738 abidənin, 28 muzey və 14 xatirə kompleksinin ermənilər tərəfindən dağıdıldığını bildirib. Onun sözlərinə görə, sərginin təşkilində məqsəd dünya ictimaiyyətinin diqqətini bu barbarlıq faktlarına cəlb etməkdir. Sərginin açılış mərasiminə Kanadanın nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri, dini icmaların liderləri, azərbaycanlı və türk tələbələr qatılıblar.