Sayfa 15/461 İlkİlk ... 513141516172565115 ... SonSon
4610 sonuçtan 141 ile 150 arası

Azərbaycan Xəbərləri

1. #141
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçirilib

[b]Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçirilib[b]

Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçirilib. Komissiyadan APA-ya daxil olan məlumata görə, iclasda əfvlə bağlı daxil olan müraciətlərə baxılıb.

Əfvlə bağlı müraciətlər çoxluq təşkil etdiyindən komissiya üzvləri iclasları intensiv keçirməyi qərara alıblar. Məlumata görə, yaxın günlərdə komissiyada jurnalistlərin əfv olunması ilə bağlı məsələ də müzakirə olunacaq. Komissiya Novruz bayramına qədər iclasları yekunlaşdıraraq, siyahını Prezident Aparatına təqdim edəcək.

2. #142
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiya XİN Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş insidentlə bağlı bəyanat yayıb

[b]Rusiya XİN Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş insidentlə bağlı bəyanat yayıb[b]

Moskva – APA. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş insidentlə bağlı bəyanatla çıxış edib.

APA-nın ""RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya XİN-in Mətbuat və informasiya idarəsinin bəyanatında bildirilir ki, Moskva martın 4-nə keçən gecədən başlayaraq təmas xəttinin şimal hissəsində, Tərtər çayı ətrafında ağır silahlardan istifadə etməklə baş verən toqquşmanı dərin narahatlıqla öyrənib: "Hazırda əsas məsələ bu toqquşmanın iri miqyaslı hərbi əməliyyatlara çevrilməsinə və təmas xəttinin digər sahələrinə yayılmasına yol verməməkdir". Rusiya XİN bütün tərəfləri tezliklə status-kvo vəziyyətinə qayıtmağa çağırıb: "Bunun üçün 1995-ci il fevralın 4-də imzalanmış və atəşkəs rejiminin möhkəmləndirilməsini nəzərdə tutan razılaşmanın bütün imkanlarından istifadə olunmalıdır".

3. #143
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elmar Məmmədyarov NATO Parlament Assembleyasının prezidentini qəbul edib

[b]Elmar Məmmədyarov NATO Parlament Assembleyasının prezidentini qəbul edib[b]

Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan NATO Parlament Assembleyasının prezidenti Joze Lellonu qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. NATO Parlament Assambleyasının prezidenti qəbula görə təşəkkür edib və səfərin regionda baş verən hadisələrlə yaxından tanış olmaq və daha geniş əməkdaşlıq münasibətlərini müzakirə etmək məqsədi daşıdığını bildirib. Qonaq hərbi alyans ilə ölkəmiz arasındakı münasibətlərin genişlənməsində NATO Parlament Assambleyası ilə Azərbaycan parlamenti arasındakı qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi töhfə verəcəyinə əminliyini bildirib. Öz növbəsində nazir Elmar Məmmədyarov Avropa və Avroatlantik strukturlara inteqrasiyanın ölkəmizin xarici siyasətinin mühüm elementi olduğunu qonağın diqqətinə çatdırıb və bu istiqamətdə bundan sonra da ardıcıl siyasət yeridiləcəyini qeyd edib. NATO ilə həyata keçirilən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının uğurla həyata keçirildiyi və qarşıya qoyulmuş məqsədlərin yerinə yetirildiyi qonağın nəzərinə çatdırılıb. Nazir hazırda ölkəmizin qarşısında duran ən əsas problemin Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzadılması olduğunu və münaqişənin bütövlükdə regionda sülh və sabitliyin həllinə ciddi təhlükə təşkil etdiyini bildirib. Görüşdə ortaq maraq kəsb edən bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

4. #144
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin yeni sədri seçilib

[b]Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin yeni sədri seçilib[b]

Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin martın 4-də keçirilmiş toplantısında DAK sədri Qulamrza Səbri Təbriziyə etimadsızlıq göstərilib, bu vəzifəyə millət vəkili Sabir Rüstəmxanlı seçilib.

DAK sədrinin vəzifəsini icra edən Sabir Rüstəmxanlı APA-ya bildirib ki, İdarə Heyətinin poltak vasitəsilə keçirilən yığıncağında bu qərarın əleyhinə səs versə də, İH-nin təkidi ilə bu vəzifəni tutmaq məcburiyyətində qalıb. O bu postda DAK-ın yayda keçiriləcək qurultayına qədər qalacağını deyib: "Heç vaxt DAK sədri olmaq istəyində olmamışam. Amma bu vəziyyətdə imtina edə bilmədim. DAK-ın Demokratik Dünya Azərbaycanlıları Konqresi ilə birlik qurultayı da təxirə salınmayıb. Bu barədə Demokratik Dünya Azərbaycanlıları Konqresinin sədri Əhməd Obalı ilə də danışmışam". DAK sədri Qulamrza Səbri Təbrizi isə APA-ya açıqlamasında baş verənləri xarici dövlətlərin və maraqlı şəxslərin fitnəsi adlandırıb: "Deyilən toplantıya dəvət edilməmişəm. Ümumiyyətlə, belə dezinformasiyalar bir neçə dəfə yayılıb. DAK İdarə Heyətinin üzvləri Eldar Qaradağlı, Adil Minbaşı, Səməd Fərtaş, Məmməd Əlizadə və Cavad Derəxti bu məsələdə maraqlıdırlar. Lakin onlar Qulamrza Səbri Təbrizini saxta yolla qurumun sədri vəzifəsindən uzaqlaşdıra bilməyəcəklər. Sabir Rüstəmxanlı da mənim bu postdan getməyimin əleyhinədir". DAK-ın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, martın 4-də Bakı vaxtı ilə saat 22.00-da DAK İdarə Heyətinin 17 üzvündən 11-nin iştirakı ilə poltak vasitəsilə toplantısı keçirilib. Yığıncaqda təşkilat sədrinə etimad məsələsi müzakirəyə çıxarılıb. Q. S. Təbrizi səs çoxluğu ilə qurumun rəhbəri vəzifəsindən kənarlaşdırılıb.

5. #145
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İngilis jurnalist Tomas de Vaalın Azərbaycan dilində nəşr olunmuş "Qarabağ" kitabının təqdimatı keçirilib

[b]İngilis jurnalist Tomas de Vaalın Azərbaycan dilində nəşr olunmuş "Qarabağ" kitabının təqdimatı keçirilib[b]

Bakı. Tamara Qriqoriyeva-APA. Bu gün Böyük Britaniya jurnalisti Tomas de Vaalın Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan dilində nəşr olunmuş "Qarabağ" kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, kitab ingilis dilində 2005-ci ildə çap olunub, daha sonra əsər rus dilinə tərcümə edilib. Bu yaxınlarda isə ABÅ

6. #146
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]

Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 5-də saat 19.10-dan martın 6-sı saat 06.25-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Alxanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, martın 5-də saat 20.40-dan 21.30-dək fasilələrlə Tərtər rayonunun Seysulan və Qızıl Oba kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, martın 6-da saat 00.10-dan 02.55-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 02.05-dən 02.50-dək Ağdam rayonunun Å

7. #147
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatından 53 il ötür

[b]Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatından 53 il ötür[b]

Bakı-APA. Bu gün XX əsrin görkəmli siyasi xadimlərindən biri, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatından 53 il ötür.

APA-nın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin yanvarın 31-də Bakıda anadan olub. 1918-ci il mayın 28-də Rəsulzadənin sədri olduğu Milli Å

8. #148
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABÅ

[b]ABÅ

9. #149
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABÅ

[b]ABÅ

10. #150
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT sədri İlkka Kanerva: "Bu şərtlər altında münaqişənin həlli yolunu tapmaq qeyri-mümkundür"

[b]ATƏT sədri İlkka Kanerva: "Bu şərtlər altında münaqişənin həlli yolunu tapmaq qeyri-mümkundür"[b]

Bakı. Ülviyyə Əliyeva - APA. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva martın 4-də Dağlıq Qarabağda atəşkəsin pozulmasından ciddi narahat olduğunu bildirib.

APA-nın məlumatına görə, İ. Kanerva tərəfləri maksimum təmkin nümayiş etdirməyə və atəşkəs rejimini qoruyub saxlamağa çağırıb: "Bu şərtlər altında münaqişənin həlli yolunu tapmaq qeyri-mümkundür. Sərhəddə baş verən hər hansı neqativ hadisə danışıqlar prosesinə ciddi zərər vura bilar. Mən hər iki tərəfi israrla insan itkisinə yol acan silahlı müdaxiləni dayandırmağa səsləyirəm". İ. Kanerva onu da əlavə edib ki, ötən həftə regiona səfəri zamanı sabitliyin qorunmasının vacibliyi ilə bağlı fikrini Azərbaycan və Ermənistan rəhbərliyinə çatdırıb: "Hazırda mənim münaqişə ilə bağlı şəxsi nümayəndəm Anjey Kaspşik regiondadır və tərəflərlə əlaqə saxlayır".

Sayfa 15/461 İlkİlk ... 513141516172565115 ... SonSon

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.