[b]Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayır[b]
Bakı. Laçın Sultanova, Fuad Qulubəyli - APA. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası öz işinə başlayır. APA-nın Avropa bürosunun məlumatına görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti artıq Strasburqdadır.
[Sessiyada Ermənistanda demokratik institutlarının fəaliyyətinə dair məsələ növbədənkənar məsələ kimi gündəliyə salınıb. Avropada təhlükəsiz və leqal abortların həyata keçirilməsi, müsəlman icmalarının ekstremizmə qarşı səyləri, Avropada uşaq və yeniyetmələr arasında sui-qəsd halları, Avropa ədəbiyyatının tədrisi məsələləri isə gündəliyə əvvəlcədən daxil edilib. Sessiya çərçivəsində "Olimpiya oyunları ərəfəsində Çində vəziyyət" mövzusunda dinləmələr keçiriləcək. Dinləmələrə Çin rəsmiləri, Tibetin dini lideri Dalay-Lamanın nümayəndəsi və hüquq-müdafiə təşkilatlarının təmsilçiləri də dəvət olunublar. Sessiyanın fəxri qonaqları qismində isə Almaniyanın federal kansleri Angela Merkel, Slovakiya prezidenti İvan Qasparoviç, Ukraynanın baş naziri Yuliya Timoşenko, Fransanın xarici işlər naziri Bernar Kuşner iştirak edəcəklər. Assambleya bu gün Ermənistan, Monako, Rusiya, Serbiya və Monteneqroda keçirilmiş seçkiləri müzakirə edəcək, Slovakiya prezidentini dinləyəcək. Azərbaycana birbaşa aidiyyəti olan məsələ - hakimlərin seçilməsinə isə sabah baxılacaq. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sessiyadakı prioritet məsələlərdən danışaraq deyib ki, gündəmdəki bütün məsələlər Azərbaycan üçün prioritetdir: "Avropa Şurasında müşahidə olunan tendensiyalar bizi narahat etməyə bilməz. Ermənistanda keçirilmiş prezident seçkilərinə ikili standart nöqteyi-nəzərindən yanaşılması və Azərbaycana qarşı bəzi qeyri-obyektiv mövqelər bizim tərəfimizdən vurğulanacaq. Heç kim Azərbaycanda problemlərin olduğunu inkar etmir. Keçid dövrüdür, bütün ölkələrdə bu tip problemlər mövcuddur, ancaq məhz Azərbaycanla bağlı hansısa problemi qabarıq formada gündəmə gətirmək düzgün deyil. Biz konstruktiv dialoqa hazırıq, ancaq konstruktivlik hər iki tərəfdən olmalıdır. Məsələn, Venesiya Komissiyası ilə münasibətlər normal şəkildə gedir. Niyə? Çünki hər iki tərəf konstruktivlik göstərir - Venesiya Komissiyası Azərbaycanın maraqlarını, Azərbaycan tərəfi isə beynəlxalq təşkilatın prinsiplərini nəzərə almaya bilməz. Ancaq birtərəfli, təzyiq formasında qaldırılan məsələlər təbii ki, Azərbaycan üçün qəbulolunmazdır". S. Seyidov sessiya çərçivəsində GUAM ölkələri nümayəndə heyətlərinin ənənəvi görüşünün keçiriləcəyini də söyləyib. Dağlıq Qarabağ üzrə alt komitənin iclasının keçirilməsi isə qurumun rəhbəri Lord Rassel Constonun sessiyanın işində iştirak edib-etməyəcəyindən asılıdır. Son aylar deputatın səhhətində problemlər yaranıb. Qeyd edək ki, AŞ PA-nın yaz sessiyası aprelin 18-də yekunlaşacaq.
Azərbaycan Xəbərləri
Printable View

04-14-2008, 12:01 PMAPAAvropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayır

04-14-2008, 02:11 PMAPAFuad Ələsgərov: "Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə hakim vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi prosesi tam şəffaf olub"
[b]Fuad Ələsgərov: "Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə hakim vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi prosesi tam şəffaf olub"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bürosunda Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə hakimin seçilməsi məsələsinə baxılacaq.
[APA-nın məlumatına görə, Prezident Aparatı hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin müdiri Fuad Ələsgərov jurnalistlərə açıqlamasında bildirib ki, AŞ PA tərəfindən Azərbaycandan namizədliyi irəli sürülən 3 hakimdən 1-i bu vəzifəyə təyin olunacaq: "Hesab edirəm ki, namizədlərin müəyyənləşdirilməsi prosesi tam şəffaf olub, AŞ PA-nın tövsiyə və tələbləri nəzərə alınıb". -
04-14-2008, 02:16 PMAPAXəzər İbrahim: "İranın dinc nüvə proqramını beynəlxalq öhdəliklər çərçivəsində həyata keçirməsi sülh və sabitliyə xidmət edə bilər"
[b]Xəzər İbrahim: "İranın dinc nüvə proqramını beynəlxalq öhdəliklər çərçivəsində həyata keçirməsi sülh və sabitliyə xidmət edə bilər"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır və heç bir yeni gərginliyin yaranmasını istəmir. APA-nın məlumatına görə, bu barədə Bakıda keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib. O, həmçinin bildirib ki, İranın dinc nüvə proqramına nail olması və bu proqramı beynəlxalq öhdəliklər çərçivəsində həyata keçirməsi sülh və sabitliyə xidmət edə bilər. -
04-14-2008, 02:21 PMAPAAzərbaycan Müdafiə Nazirliyi əsgərin əsir düşməsi ilə bağlı faktı araşdırır
[b]Azərbaycan Müdafiə Nazirliyi əsgərin əsir düşməsi ilə bağlı faktı araşdırır[b]
Bakı. Teymur Quliyev-APA. "Azərbaycan Ordusunun əsgəri Vüsal Heybətovun əsir düşməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Bizdə belə bir məlumat yoxdur və bu istiqamətdə araşdırmalar aparırıq". Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.
[Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov da APA-ya deyib ki. onlarda əsgərin əsir düşməsi ilə bağlı məlumat yoxdur: "Biz hazırda bu məlumatı Beynəlxalq Qırmızı Xaş Komitəsi ilə birlikdə araşdırırıq".Qeyd edək kii, Ermənistanın "Novosti-Armeniya" agentliyi aprelin 11-də Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vüsal Şirsultan oğlu Heybətovun ermənilər tərəfindən əsri götürülməsi barədə xəbər yayıb. Agentlik bu məlumatı separatçıların əsir və itkin düşmüş şəxslərlə bağlı komissiyasına istinadən yayıb. Əsgərin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb. Onun 1989-cu il təvəllüdlü olduğu və Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırıldığı müəyyənləşdirilib. Erməni tərəfi hadisə barədə ATƏT-in və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağdakı ofislərinin məlumatlandırıldığını bildirir. -
04-14-2008, 02:26 PMAPAAŞPA Bürosu Avropa İnsan Haqları Məhkəməsinin hakimliyinə Azərbaycandan olan namizədlərin siyahısını təsdiqləyib
[b]AŞPA Bürosu Avropa İnsan Haqları Məhkəməsinin hakimliyinə Azərbaycandan olan namizədlərin siyahısını təsdiqləyib[b]
Strasburq-Fuad Qulubəyli-APA. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi Bürosunun iclasında Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycandan olan hakimi ilə bağlı Hakimlərin Seçilməsi üzrə Alt Komitənin qərarı təsdiqlənib.
[Bu barədə APA-nın Avropa bürosuna eksklüziv açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Onun sözləri nə görə, büro Azərbaycandan olan hakimlərlə bağlı siyahını təsdiqləyib. S. Seyidov onu da deyib ki, alt komitənin də qərarı əsasında büro iştirakçıları Xanlar Hacıyevi ən təcrübəli və qəbul olunacaq namizəd kimi gördüklərini deyiblər. Azərbaycanın Avropa Məhkəməsinə hakiminin təsdiqlənməsi ilə bağlı səsvermə sabah AŞ PA sessiyasında keçiriləcək. Qeyd edək ki, bu il martın 13-də Avropa İnsan Hüquqları Məhkəməsinin Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində Azərbaycandan bu quruma hakimliyə namizəd göstərilən üç nəfərlə bağlı müsahibə keçirilib. Müsahibə tam konfidensial şəraitdə keçib. Alt Komitə müsahibənin yekunu kimi hakimliyə namizədlər haqqında rəy hazırlayaraq AŞ PA Bürosuna təqdim edib. Keçirilən müsahibədə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsi hakimi postuna namizəd göstərilmiş üç hakim - Xanlar Hacıyev, Rəşad Həsənov, Aygün Abdullayeva iştirak ediblər. Onlardan biri Azərbaycanı AİHM-də təmsil etmək hüququ qazanacaq. -
04-14-2008, 02:31 PMAPAPrezident Aparatının şöbə müdiri Fuad Ələsgərov: "Mikolaş Haraşti emosiyalara qapıldı"
[b]Prezident Aparatının şöbə müdiri Fuad Ələsgərov: "Mikolaş Haraşti emosiyalara qapıldı"[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. "ATƏT-in media məsələləri üzrə komissarı Mikolaş Haraşti emosiyaya qapıldı". APA-nın xəbərinə görə, bu fikirləri Prezident Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Mikolaş Haraştinin "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə bağlı Baş Prokurorluğunun məlumatı barədə söylədiyi fikirlərə münasibət bildirərkən deyib: "ATƏT nümayəndəsi emosiyalardan uzaq olmalıdır. Çünki onun hər bir hesabatı balanslaşdırılmalı, ölçülüb-biçilməlidir. İnsan emosiyalara qapılanda səhvə yol verir. Bu hal Haraşti ilə bağı baş verdi. O emosiyalara qapıldı. O gərək Azərbaycanın prokurorluq sisteminin topladığı sübutlara, araşdırmalara hörmətlə yanaşaydı. Hər halda son qərarı məhkəmə verəcək". -
04-14-2008, 02:36 PMAPAAzərbaycanın NATO ilə həyata keçirdiyi Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının yenilənmiş variantının məzmunu açıqlanıb
[b]Azərbaycanın NATO ilə həyata keçirdiyi Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının yenilənmiş variantının məzmunu açıqlanıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. 2008-ci il martın 7-də Azərbaycanın NATO ilə həyata keçirdiyi Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (İPAP) yenilənmiş variantı NATO-nun ali qərar orqanı olan Şimali Atlantika Şurası tərəfindən bəyənilib.
[APA-nın Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sənəd struktur etibarilə 4 fəsildən ibarətdir. "Siyasi və təhlükəsizlik məsələləri" adlanan I fəsildə Xarici siyasət strategiyası, Hərbi doktrina, Böhranların idarə edilməsi üzrə milli konsepsiya və Milli dəniz təhlükəsizliyi strategiyası kimi strateji planlaşdırma məqsədi daşıyan sənədlərin hazırlanması, regional təhlükəsizlik məsələləri və Azərbaycanın təhlükəsizlik siyasəti barədə NATO ilə məsləhətləşmələr aparması nəzərdə tutulub. "Müdafiə və hərbi məsələlər" adlanan II fəsildə Strateji müdafiə icmalının hazırlanması, Silahlı Qüvvələrdə müdafiə planlaşdırmasının inkişafı, maddi-texniki təminat və təchizat, habelə kadr və şəxsi heyət sistemlərinin təkmilləşdirilməsi, hərbi təlim və tədris sisteminin və Silahlı Qüvvələrin qərargah strukturlarının NATO standartlarına uyğunlaşdırılmasının davam etdirilməsi, sülhməramlı əməliyyatlar üçün cəlb edilən taburun tam komplektləşdirilməsi, Müdafiə Nazirliyinə mülki mütəxəssislərin cəlb edilməsi, Hərbi-Dəniz Qüvvələrinin imkanlarının artırılması kimi məqsədlər qarşıya qoyulub. "İctimai məlumatlandırma, mülki fövqəladə planlaşdırma, elm və ətraf mühit" adlanan III fəsildə NATO Etimad fondu layihəsi çərçivəsində Ağstafa rayonunun Saloğlu kəndinin mərmi və partlamamış sursatlardan təmizlənməsi, Avroatlantik inteqrasiya məsələləri üzrə ictimai məlumatlandırma strategiyasının hazırlanması, "NATO həftələri"nin keçirilməsi, Azərbaycanda NATO Beynəlxalq Məktəbinin inkişaf etdirilməsi, avroatlantik mərkəzlərin yaradılması kimi məqsədlər qarşıya qoyulub. "İnzibati məsələlər, informasiya təhlükəsizliyi, resurslar və hüquqi məsələlər" adlanan IV fəsildə informasiya təhlükəsizliyini gücləndirəcək təhlükəsiz rabitə sistemlərinin qurulması, informasiya təhlükəsizliyinin müxtəlif aspektləri üzrə kadrların hazırlanması və s. məqsədlər nəzərdə tutulub. -
04-14-2008, 02:41 PMAPAAzərbaycanın hərbi prokuroru: "Samir Məmmədov nə vaxtsa Azərbaycana gətiriləcək"
[b]Azərbaycanın hərbi prokuroru: "Samir Məmmədov nə vaxtsa Azərbaycana gətiriləcək"[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. "Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən və sonradan üçüncü ölkəyə təhvil verilən əsgəri Samir Məmmədovun hazırda harada olması barədə məlumatlı deyiləm". APA-nın xəbərinə görə, bu barədə jurnalistlərin sualına cavab olaraq Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib. Xanlar Vəliyev təəssüflə qeyd edib ki, Samir Məmmədov özü Azərbaycana qayıtmaqdan imtina edib: "Hər bir halda mən zənn edirəm ki, o, sonda Azərbaycana gətiriləcək". -
04-14-2008, 04:01 PMAPAAŞ PA-da Ermənistanda keçirilən prezident seçkisi və demokratik institutların fəaliyyəti ilə bağlı müzakirələr aparılacaq
[b]AŞ PA-da Ermənistanda keçirilən prezident seçkisi və demokratik institutların fəaliyyəti ilə bağlı müzakirələr aparılacaq[b]
Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Bürosu Parlament Assambleyasının (AŞ PA) Siyasi Bürosunda Ermənistanda keçirilən prezident seçkisi ilə bağlı müzakirələr aparılması gözlənilir.
[APA-nın Avropa bürosunun məlumatına görə, bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. Onun sözlərinə görə, büroda həmçinin, Ermənistanda demokratik institutların fəaliyyətinə dair müzakirələrin aparılması barədə qərar qəbul edilib: "Biz seçkidən sonra baş verən hadisələr nəticəsində 28 nəfərin ölməsi, aksiya iştirakçılarına qarşı odlu silahlardan istifadə olunması və digər məsələlərlə bağlı məlumatları çatdırdıq. Bildirdik ki, Ermənistan nümayəndə heyətinin səsvermə hüququnun əlindən alınması məsələsini qaldırmaq lazımdır. Əgər bu sessiyada müvafiq qərar qəbul olunmasa, məsələni iyun sessiyasında yenidən qaldırmaq lazım gələcək. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə reaksiya göstərilmədi. İndi isə Ermənistan rəhbərliyi öz vətəndaşlarına qarşı belə siyasət yürüdür. Ermənistanla bağlı məsələnin müzakirəyə çıxarılması müsbət haldır". -
04-14-2008, 04:06 PMAPAEldar Mahmudov: "Ermənilər əsir və girovluqda olan azərbaycanlılar haqqında məlumatları gizlədirlər"
[b]Eldar Mahmudov: "Ermənilər əsir və girovluqda olan azərbaycanlılar haqqında məlumatları gizlədirlər"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 50 min insan sağlamlığını, 20 minə yaxın insan həyatını itirib. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında bu günə olan məlumata görə, 4360 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və axtarışdadır".
[APA-nın xəbərinə görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında bu gün çərçivə sazişinin imzalanması mərasimində çıxış edən komissiyanın sədri, Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov bildirib. Komissiya sədri erməni tərəfinin hərbi əməliyyatların gedişində əsir, girov götürülməsi, saxlanması ilə bağlı barələrində şahid ifadələri olan azərbaycanlılar barədə məlumatları gizlətməkdə davam etdiyini açıqlayıb. Nazir Ermənistanın əsir, itkin və girovlarla bağlı fəaliyyət göstərən dövlət komissiyasının çox zaman destruktiv mövqe nümayiş etdirdiyini də deyib. Onun sözlərinə görə, faktlar sübut edir ki, Ermənistan, separatçı rejim əsir və girovlara münasibətdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. E. Mahmudov Ermənistanın Azərbaycana təcavüzü nəticəsində beynəlxalq hüquqa zidd olaraq azərbaycanlı mülki şəxslərin - qadın, qoca və uşaqların girov götürüldüyünü diqqətə çatdırıb: "Onlar uzun müddət qeyri-insani şəraitdə saxlanılıb, işgəncələrə məruz qalıblar, yaralı və xəstələrə heç bir tibbi yardım göstərilməyib. Bir çox halda isə girov götürülən mülki əhali kütləvi şəkildə qətlə yetirilib". Nazir qeyd edib ki, Ermənistan tərəfi Azərbaycana 414 ermənin itkin düşməsi barədə BQXK vasitəsi ilə məlumat çatdırıb: "Onlardan bəzilərinin guya Azərbaycanda saxlanması barədə yalan məlumatlar yayıblar. Biz Beynəlxalq Qızıl Xaç Komitəsinin təqdim etdiyi itkin ermənilərin siyahısı üzrə zəruri araşdırma və təhlil aparmışıq. Həmin siyahıda adları olan şəxslərdən 197 nəfəri Ermənistan, 211 nəfər isə erməni millətindən olan Azərbaycan vətəndaşıdır. Onların axtarışı istiqamətində gördüyümüz işlər barədə komitəyə dolğun məlumatlar vermişik. Bizdə olan məlumatlara görə, Ermənistan heç öz vətəndaşlarının axtarışı istiqamətində ilkin tədbirləri belə görməyib".