[b]Səməd Seyidov: "Ermənistanda insanlar öldürülüb, yüzlərlə adam həbs edilib, bütün bunlar nə vaxtdan Avropa Şurasının standartlarına daxildir?"[b]
Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində Rusiya, Serbiya və Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı ümumi müzakirələr keçirilib.
[APA-nın Avropa bürosunun məlumatına görə, müzakirələrdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib. S. Seyidov AŞ PA-nın Ermənistandakı prezident seçkilərini izləmiş missiyasına, habelə seçkilərdən sonra baş verənləri araşdırmaq üçün bu ölkəyə göndərdiyi missiyaya rəhbərlik etmiş məruzəşi Con Preskotun hazırladığı məruzə ilə razılaşmadığını deyib. Azərbaycanlı millət vəkili bildirib ki, Ermənistanda totalitar rejim hökm sürür: "Ermənistanda, ümumiyyətlə, seçki deyilən nəsə keçirilmədi. Bəlkə də Avropa Şurasının tarixində bu quruma üzv olan heç bir ölkədə orda baş verənlərə bənzər hadisələrə rast gəlinməyib. Biz Ermənistanda demokratik institutların fəaliyyətini müzakirə edəcəyik, amma bu müzakirənin adını Ermənistanda demokratik institutların fəaliyyətsizliyi adlandırsaq, daha yaxşı olar. Mən cənab Preskotun bu seçkilərlə bağlı hesabatını oxuduqdan sonra istərdim ki, əsasən seçkilərdən danışım. Cənab Preskot hesabatında belə yekun qənaətə gəlib ki, seçkilər Avropa Şurasının standartlarına uyğun keçirilib. Bu nə deməkdir, bu hansı standartlardır? Ermənistanda insanlar öldürülüb, yüzlərlə adam həbs edilib, bütün bu baş verənlər nə vaxtdan Avropa Şurasının standartlarına daxildir? Bəlkə Avropada yeni standartlar peyda olub, bizim xəbərimiz yoxdur? Bütün bunlarla yanaşı, həm də Avropa Şurasına heç olmasa bu müzakirələri təşkil etdiyi üçün təşəkkür edirəm. Mən hələ də başa düşə bilmirəm ki, Tibetdə bir neçə nəfər həlak olanda ayağa qalxan dünya Ermənistandakı bu qədər qəddar vəziyyətə niyə göz yumur? Biz elə etməliyik ki, bütün dünyanın Ermənistanda baş verənlərdən xəbəri olsun".
Azərbaycan Xəbərləri
Printable View

04-14-2008, 08:11 PMAPASəməd Seyidov: "Ermənistanda insanlar öldürülüb, yüzlərlə adam həbs edilib, bütün bunlar nə vaxtdan Avropa Şurasının standartlarına daxildir?"

04-14-2008, 10:21 PMAPAQənirə Paşayeva Ermənistanın addımlarının bölgədə vəziyyəti gərginləşdirməyə yönəldiyini bəyan edib
[b]Qənirə Paşayeva Ermənistanın addımlarının bölgədə vəziyyəti gərginləşdirməyə yönəldiyini bəyan edib[b]
[Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Kosovo, Rusiya və Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı ümumi müzakirələrdə azərbaycanlı millət vəkili Qənirə Paşayeva da çıxış edib. APA-nın Avropa bürosunun məlumatına görə, millət vəkili Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb, Ermənistanın BMT və AŞPA-nın qətnamələrinə məhəl qolmayaraq, işğal etdiyi Azərbaycan ərazilərini azad etmədiyini xatırladıb: "Qonşu Ermənistanda keçirilən son seçkilər, bu seçkilər ərəfəsində və seçkilərdən sonra baş verən proseslər Avropa Şurası, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarını narahat etməklə yanaşı, Cənubi Qafqaz bölgəsində gərginliyi artırıb. Bugünkü Ermənistan prezident Serc Sarkisyan seçki təbliğatı kampaniyasında və innaqurasiya mərasimində ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə davam edən danışıqlar prosesinə zərbə vuran çoxsaylı açıqlamalar verib. Ən dəhşətlisi odur ki, rəsmi İrəvan Ermənistan prezidentinin seçkilərini işğal etdiyi Azərbaycan ərazilərində, Dağlıq Qarabağda, Laçın və Kəlbəcər rayonlarında keçirib. Bununla da rəsmi İrəvan beynəlxalq hüquq normalarını növbəti dəfə pozub, eyni zamanda münaqişənin dinc yolla nizamlanmasına dair Avropa Şurası qarşısındakı öhdəliyə əməl etmədiyini bir daha göstərib. Ermənistan rəhbərliyi seçkilərdən dərhal sonra ölkədə elan etdiyi fövqaladə vəziyyət rejiminə qarşı beynəlxalq təşkitlatların və ölkə ictimaiyyətin sərt reaksiyasını gördükdən sonra beynəlxalq təşkilatların və əhalinin diqqətini başqa istiqamətdə yönəltmək üçün bütün bölgə üçün təhlükəli olan təxribat xarakterli addımlara əl atıb. Martın 4-də Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq işğal etdikləri Azərbaycan ərazilərində qurduqları hərbi mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinə və dinc sakinlərə hücum ediblər. Ölən və yaralananlar olub. Ermənistan Silahlı Qüvvələrinin hücumunun qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınsa da, gərginlik bu gün də davam edir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qurduğu mövqelərindən atəşkəs rejimini tez-tez pozaraq, snayperlərlə öz həyətlərində, əkin sahələrində işləyən dinc sakinləri hədəfə alır. Bu isə bölgədə vəziyyəti gərginləşdirir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə zərbə vurur. Avropa Şurası Parlament Asambleyası Ermənistan rəhbərliyindən bölgədə vəziyyəti gərginləşdirən addımları dayandırmağı və 1416 saylı qətnamənin yerinə yetirilməsini tələb etməlidir. Əks halda, bölgədə vəziyyət daha da gərginləşəcək". Q. Paşayeva AŞ PA rəhbərliyini bu günlərdə Ermənistan parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş sənədlə tanış olamağa çağırıb. Onun sözlərinə görə, bu sənəd münaqişə ətrafında bölgədə vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Q. Paşayeva BMT- Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamənin qəbul olunduğunu, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünün bir daha təsdiqləndiyini, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməyə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarını qayıtmasına imkan verməyə çağırıldığını vurğulayıb: "Amma Ermənistan parlamentində müzakirə olunan sənəddə və çıxışlarda Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməsinin və bununlada bölgədə davamlı sülh və sabitliyin yaranmasının vacibliyi barədə bir cümlə də yoxdur. Əksinə, parlamentdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə erməniləri surətlə məskunlaşdırmağın vacibliyi vurğulanıb. Onların fikrincə, işğal etdikləri Azərbaycan ərazilərinə erməniləri surətlə köçürməklə danışıqlar prosesində rəsmi Bakını çətin vəziyyətdə qoya bilərlər. Ermənistan parlamentindəki müzakirələrdə deyilir ki, Dağlıq Qarabağ münaqişəsi ya Dağlıq Qarabağın müstəqilliyi, yaxud Ermənistana birləşdirilməsi yolu ilə öz həllini tapa bilər. Bu isə Ermənistanın ölkələrin ərazi bütövlüyü kimi beynəlxalq hüquq prinsiplərinə, BMT, AŞPA-nın və digər beynəlxalq təşkilatların qətnamələrinə, AŞ qarşısında üzərinə götürdüyü öhdəliyə məhəl qoymadığını bir daha aydın şəkildə göstərir. Eyni zamanda danışıqlar prosesini zərbə altına qoyur". Ermənistandakı prezident seçkilərinə yanaşmadan danışan millət vəkili qeyd edib ki, demokratik və azad seçkilər, insan haqları və qanun aliliyinin qorunması və.s kimi Avropa Şurasının təməl sütunları olan dəyər və prinsiplərə yanaşmada ikili standartlara yol verilməməlidir: "Biz bir ölkədə bu sahədə baş verən pozuntulara loyal, digərinə kəskin münasibət bildirməklə Avropa məkanı insanları arasında təşkilata olan inamı və etimadı ciddi sarsıtmış oluruq. Ermənistan dövləti də Avropa Şurasının üzvü kimi qurumun norma və prinsiplərinə sadiq qalmalı, üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir". -
04-15-2008, 10:21 AMAPAErmənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozublar
[b]Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozublar[b]
Dağlıq Qarabağ-APA. Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə atəşkəs rejimini növbəti dəfə pozublar.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 14-də saat 18.30-dan bu gün saat 03.00-dək ara-sıra Ermənistan Respublikası Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları sahəsindəki mövqelərini atəşə tutublar. Bundan başqa ermənilər saat 15.40-dan gecə saat 02.45-dək fasilələrlə Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, o cümlədən Aşağı Veysəlli və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21.50-dən 23.50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.40-dan bu gün saat 01.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, bu gün saat 01.25-dən 01.35-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
04-15-2008, 10:36 AMAPAİtaliyada keçirilən parlament seçkilərində Silvio Berluskoninin partiyası qalib gəlib
[b]İtaliyada keçirilən parlament seçkilərində Silvio Berluskoninin partiyası qalib gəlib[b]
[Roma - APA. İtaliya parlamentinə keçirilən növbədənkənar seçkilərdə Silvio Berluskoninin rəhbərlik etdiyi sağ-mərkəzçi "Azadlıq xalqı" partiyası qalib gəlib. APA-nın məlumatına görə, İtaliya Daxili İşlər Nazirliyi artıq seçkilərin ilkin nəticələrini açıqlayıb. İlkin hesablamalara görə, Silvio Berluskoninin partiyası Senata keçirilən seçkilərdə 47,1 faiz, aşağı palataya keçirilən seçkilərdə isə 45,2 faiz səs toplayıb. Onun əsas rəqibi Valter Vetroninin Demokrat Partiyası isə müvafiq olaraq 37,9 faiz və 39,1 faiz səs toplayıb. Demokrat Partiyasının seçki qərargahında çıxış edən Valter Vetroni rəqibini qalib gəlməsi münasibətilə təbrik edib. Sağ-mərkəzçi partiyanın seçkilərdə qalib gəlməsi rəsmiləşdikdən sonra Silvio Berluskoni artıq üçüncü dəfə İtaliya hökumətinə rəhbərlik etmək imkanı qazanacaq. Xatırladaq ki, 72 yaşlı Silvio Berluskoni buna qədər 1994 və 2001-2006-cı illərdə İtaliya hökumətinə rəhbərlik edib. İtaliyanın ən varlı şəxsi olan Berluskoninin rəhbərlik etdiyi "Fininvest" holdinqi özündə 150-dən artıq şirkəti birləşdirir. Silvio Berluskoni həmçinin "Milan" futbol klubunun prezidentidir. "Forbes" jurnalının versiyasına görə, İtaliyanın keçmiş və gələcək baş naziri dünyanın 25 ən varlı adamından biridir. -
04-15-2008, 10:51 AMAPAŞuşada doğulmuş və Bakıda hərbi təhsil almış Seyran Ohanyan Ermənistanın müdafiə naziri təyin olunub
[b]Şuşada doğulmuş və Bakıda hərbi təhsil almış Seyran Ohanyan Ermənistanın müdafiə naziri təyin olunub[b]
İrəvan - APA. Prezident Serj Sarkisyanın fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyran Ohanyan müdafiə naziri təyin olunub. APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, S. Sarkisyanın digər fərmanı ilə Fransadakı səfir Eduard Nalbandyan xarici işlər naziri vəzifəsinə gətirilib.
[S. Ohanyan 1962-ci ildə qədim Azərbaycan şəhəri Şuşada anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Almaniya Demokratik Respublikasında dislokasiya olunmuş sovet qoşunlarında xidmət edib, 1988-ci ildə Zaqafqaziya hərbi dairəsinə göndərilib. 1992-ci ilin aprelinə qədər Xankəndindəki 366-cı motoatıcı alayın tərkibində batalyon komandiri olub və Xocalı soyqırımının törədilməsində fəal iştirak edib. 1992-ci ilin sentyabrında döyüşlərdə ağır yaralanıb. 2007-ci ilin mayında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunub. Yeni xarici işlər naziri E. Nalbandyan isə 1956-cı ildə Ermənistanda doğulub. 1978-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, 1988-ci ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. 1978-1983-cü illərdə SSRİ-nin Liviyadakı səfirliyində, 1983-1986-cı ildə SSRİ XİN aparatında çalışıb, 1986-1992-ci illərdə SSRİ-nin, sonra Rusiyanın Misirdəki səfirliyinin müşaviri, 1992-1993-cü illərdə Ermənistanın Misir, Mərakeş və Omandakı müvəqqəti işlər vəkili olub. 1999-cu ildən indiyədək Ermənistanın Fransadakı səfiri vəzifəsində çalışıb. Fransız, ingilis, ərəb dillərini bilir. -
04-15-2008, 11:16 AMAPAÇeçenistan prezidenti və "Şərq" xüsusi batalyonunun komandirinin mühafizəçiləri arasında atışma baş verib
[b]Çeçenistan prezidenti və "Şərq" xüsusi batalyonunun komandirinin mühafizəçiləri arasında atışma baş verib[b]
[Çeçenistan - APA. Aprelin 14-də Çeçenistanın Qudermes şəhərində prezident Ramzan Kadırov və "Şərq" xüsusi batalyonunun komandiri Sulim Yamadayevin mühafizəçiləri arasında atışma baş verib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, atışmaya mühafizəçilərdən ibarət avtomobil kortejlərinin bir-birinə yol verməməsi səbəb olub. Hadisə zamanı ölən və yaralananların olmadığı bildirilir. Olaydan sonra şəhərdə gərgin vəziyyət yaranıb, küçələrə hərbi qüvvə yeridilib, əlavə milis postları qoyulub. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqata başlayıb. -
04-15-2008, 11:21 AMAPAAraz Əzimov: "Ermənistan prezidenti əvvəlki kursu davam etdirərsə, heç bir nəticə olmayacaq"
[b]Araz Əzimov: "Ermənistan prezidenti əvvəlki kursu davam etdirərsə, heç bir nəticə olmayacaq"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Bu gün Vyanada keçiriləcək görüş işçi xarakter daşıyan görüşdür. Minsk Qrupunun həmsədrləri son aylarda baş verənləri öz aralarında müzakirə edib ATƏT sədrinə məruzə edəcəklər. Onlar hansısa addımlar təklif etməlidirlər. Çünki Buxarestdə onlardan müxtəlif məsələlərin aydınlaşdırılması tələb olunub".
[APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk Qrupunun bu gün Vyanada keçiriləcək toplantısı ilə bağlı açıqlamasında deyib. O, Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilməsinin dövlət başçılarının öz qərarlarından asılı olduğunu söyləyib: "Metyu Brayza görüşün olacağını deyirsə, ya nəsə bilir, ya da bu, onun istəyidir. Danışıqlar üçün əsas yarandıqda biz bundan heç vaxt çəkinmirik. Amma Ermənistan prezidenti əvvəlki kursu davam etdirərsə, heç bir nəticə olmayacaq". GUAM ölkələri ərazisindəki münaqişələrlə bağı BMT-yə təqdim olunmuş qətnaməyə toxunan A. Əzimov Azərbaycanın bu məsələdə ilk addımı atdığını xatırladıb: "Bu, GUAM-ın qətnaməsinin irəli sürülməsi və səsə qoyulması üçün əlavə əsas olacaq". Nazir müavini Azərbaycanın həmsədrlərin dəyişdirilməsi proseduru barədə ATƏT-ə göndərdiyi sorğuya hələ cavab verilmədiyini də bildirib. -
04-15-2008, 11:26 AMAPAAzərbaycanda həbs edilmiş Böyük Britaniya vətəndaşı məhkəmə zalından azadlığa buraxılıb
[b]Azərbaycanda həbs edilmiş Böyük Britaniya vətəndaşı məhkəmə zalından azadlığa buraxılıb[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda həbs edilmiş Böyük Britaniya vətəndaşı Patrik O`Brayan bu gün məhkəmə zalından azadlığa buraxılıb.
[APA-nın məlumatına görə, bu barədə qərar bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mehdi Əsədovun sədrliyi ilə keçirilmiş prosesdə qəbul olunub. Qərar Azərbaycan qanunvericiliyinə əsasən qəbul olunub. Törədilmiş cinayətin üstündən 15 il keçibsə, qanunvericilik həmin şəxsin həbsinə icazə vermir. Məhkəmə məhz bu müddəanı əsas götürərək, Böyük Britaniya vətəndaşının həbsdən azad edilməsinə qərar verib. Həmçinin məhkəmədə Patrik O`Brayanın ittiham olunduğu cinayəti törətməsi sübuta yetirilməyib. Qeyd edək ki, Böyük Britaniya vətəndaşının 1975-77-ci illərdə öz ölkəsində seksual xarakterli hərəkətlər etdiyi, buna görə də İnterpol vasitəsilə axtarışda olduğu bildirilib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə diplomatik kanallar vasitəsilə Böyük Britaniyada cinayət törətməkdə təqsirləndirilən Patrik O`Brayanın həbsinə dair səlahiyyətli məhkəmənin qərarı və onun təslim edilməsi barədə sorğu daxil olub. Bundan sonra P. O`Brayan bu ilin fevralında Bakıda saxlanılıb və barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. -
04-15-2008, 11:31 AMAPAABŞ-dakı Azərbaycan diaspora təşkilatlarının rəhbərləri Kolumbiya Universitetində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı təqdimat keçiri
[b]ABŞ-dakı Azərbaycan diaspora təşkilatlarının rəhbərləri Kolumbiya Universitetində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı təqdimat keçiriblər[b]
Nyu-York. Hüsniyyə Həsənova - APA. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporasının rəhbərləri Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin hər il keçirdiyi "Millətlərin Araşdırılması üzrə Ümumdünya Assosiasiyası"nın ("World Convention of the Association for the Study of Nationalities") 13-cü toplantısında çıxışlar ediblər.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Azərbaycan Amerika Şurasının sədri Cavid Hüseynov, Amerika Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Adil Bağırov, Azərbaycan Diplomatik Akademiyasının nümayəndələri Fariz İsmayılzadə, Taleh Ziyadov və digər diaspora fəalları Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı təqdimat keçiriblər. Onlar toplantının Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş hissəsində regionda ermənilərlə azərbaycanlılar arasında qarşıdurmanın Rusiya İmperiyasının ərazini ələ keçirməsindən sonra başladığını bildiriblər. Erməni alimləri isə Ermənistan siyasi elitasının Rusiyadan çox asılı olduğunu və güzəştə gedən istənilən qüvvənin siyasi səhnədən uzaqlaşdırıldığını söyləyiblər. Türkiyədə yaşayan milli azlıqların vəziyyəti ilə bağlı dinləmələr isə kəskin bəyanatlarla yadda qalıb. Erməni alimi Alla Mirzoyan Ankaranın Azərbaycana dəstək verməsini səhv adlandıraraq Ermənistanla Türkiyə arasındakı sərhədlərin açılmasının vacibliyini vurğulayıb. A. Mirzoyan uydurma "erməni soyqırımı"nın tanınması istiqamətində erməni diasporasının apardığı mübarizənin Türkiyənin ərazi bütövlüyünə qarşı yönəlmədiyini deyib. Buna cavab olaraq Azərbaycan Amerika Şurasının sədri Cavid Hüseynov ermənilərin Dağlıq Qarabağı işğal edərək Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədləri kobud surətdə pozduğunu bəyan edib. Onun qondarma "erməni soyqırımı" bəhanəsindən istifadə edərək Türkiyəyə qarşı da eyni addımın atılmasının niyə mümkünsüz olduğu barədə sualına erməni alimi cavab verə bilməyib. Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov isə Türkiyədə erməni jurnalisti Qrant Dinkin dəfn mərasiminə 100 min insanın qatıldığını misal göstərərək hər hansı erməninin qətlə yetirilmiş türkün və azərbaycanlının dəfn mərasiminə qatılmasının mümkünsüz olduğunu söyləyib. -
04-15-2008, 11:56 AMAPAMəşhur amerikalı nəzəriyyəçi-fizik Con Arçibald Uiler vəfat edib
[b]Məşhur amerikalı nəzəriyyəçi-fizik Con Arçibald Uiler vəfat edib[b]
[Vaşinqton - APA. Məşhur amerikalı nəzəriyyəçi-fizik, Prinston Universitetinin professoru Con Arçibald Uiler 96 yaşında vəfat edib. APA-nın məlumatına görə, ABŞ-da atom silahının yaradılmasında xüsusi rol oynayan və elmə "qara dəliklər" anlayışını gətirən alim pnevmoniyadan əziyyət çəkirmiş. 1911-ci ildə ABŞ-ın Ceksonvill şəhərində dünyaya gələn C. A. Uiler 21 yaşında Con Hopkins Universitetində fizika üzrə doktorluq dissertasiyası müdafiə edib. 30-cu illərin ortalarında Danimarkaya gedərək görkəmli alim Nilson Borla birlikdə çalışıb. 1939-cu ildə N. Bor ABŞ-a köçüb və alman alimlərinin atom nüvəsinin parçalanmasında uğur əldə etdiklərini xəbər verib. Bir müddət sonra N. Bor və C. A. Uiler ABŞ-da atom nüvəsinin parçalanması nəzəriyyəsini işləyib hazırlayıblar. İkinci Dünya Müharibəsi illərində C. A. Uiler atom bombası yaradılması məqsədi güdən "Manhattan Projekt" layihəsində çalışıb. O, 1967-ci ilin dekabrında keçirilən elmi konfransda ilk dəfə olaraq zaman və məkanda "qara dəliklər" terminini işlədib.