[b]Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanla Türkiyə arasında imzalanan ikitərəfli əməkdaşlıq proqramına uyğun olaraq, bu gün Ankara şəhərində "Zədələnmələr üzrə" kurs başlanacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kurs iyunun 13-də yekunlaşacaq. Bu gün, həmçinin Azərbaycanla Pakistan arasında imzalanan ikitərəfli əməkdaşlıq proqramına uyğun olaraq, Pakistanın Pişavar şəhərində "Təməl hava desant" kursu da start götürəcək. Tədbir iyunun 21-dək davam edəcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
Azərbaycan Xəbərləri
Printable View

05-26-2008, 12:01 PMAPAAzərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər

05-26-2008, 12:11 PMAPAGürcüstanda Azərbaycan Demokratik Respublikasının yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilib
[b]Gürcüstanda Azərbaycan Demokratik Respublikasının yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilib[b]
Bakı. Laçın Sultanova - APA. Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında Azərbaycan Demokratik Respublikasının 90 illiyi və Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib.
[APA-nın məlumatına görə, tədbirlər çərçivəsində Bolnisinin 4 böyük kəndində gürcü dili və kompüter kurslarının açılış mərasimi keçirilib. Heydər Əliyev Fondu və Azərbaycan Dövlət Neft Şirkəti kursları lazımi avadanlıqlarla təmin edib. Marneulidə fəaliyyət göstərən Mədəniyyət Mərkəzində isə Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun rəhbəri Qənirə Paşayevanın, Gürcüstan parlamentinə yeni seçilmiş azərbaycanlı deputatlar Azər Süleymanov və Ramin Bayramovun, müxtəlif universitetlərdə təhsil alan tələbələrin, ziyalıların iştirakı ilə yubiley tədbiri keçirilib. Q. Paşayeva şərqdə yaradılmış ilk respublika və parlamentin tarixi əhəmiyyətindən danışıb. Paytaxt Tiflisdə keçirilən tədbirlər çərçivəsində isə Heydər Əliyevin büstü, Azərbaycan Demokratik Respublikasının yaradıcıları Fətəli Xan Xoyski və Həsən bəy Ağayevin məzarları ziyarət edilib. -
05-26-2008, 12:31 PMAPAFlora Kərimova: "Röyanın göstərdiyi efir striptizləri rəzalətdir"
[b]Flora Kərimova: "Röyanın göstərdiyi efir striptizləri rəzalətdir"[b]
"Məndən tarixdə külliyyat qalacaq, Röyadan nə qalacaq, soyunmaq?"Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Flora Kərimovanın APA-ya müsahibəsi
[- Bir vaxtlar Siz müğənni Röyanın müdafiəçilərindən biri olmusunuz. İndi isə aranızda ciddi problemlər yaranıb...- Əvvəllər mən Röyaya inanırdım, daha doğrusu, etirafına inanırdım. Axı o, tez-tez "bilmədim, bu işi gördüm, daha olmayacaq" deyirdi. Mən bu səmimiliyin nəticəsini görmək istəyirdim və düşünürdüm ki, bir-iki düşünülməmiş addıma görə insanı kökündən vurmaq olmaz. Düşünürdüm ki, bu qızın gələcəyi var, söhbətləri bu şəkildə qabartmağa, onun mahnılarına rəğbət bəsləyənləri ayıltmağa, onu gözdən salmağa ehtiyac yoxdur. Hər qızın ailə, ana perspektivi olmalıdır və mən məhz o perspektivləri qoruyurdum. Həm də Röya sənətdə elə bir insan tərəfindən təhqir olunurdu ki, onun özünün haqqı yox idi Röya haqqında bu sözləri deməyə. Ona mən demişdim ki, əl çəkin, bu cavanlardan. Mən mesaj göndərdim ki, onun hədəfində Röya və ya hansısa bir gənc olacaqsa, qarşısında məni görəcək. İnanmaq istəyirdim ki, bu insan ayrı cürə ola bilər. Olmaq istəyir, indi oldu da belə. Sonra mən başa düşdüm ki, bu Röyanın bir üsuludur, Röyanın irsindən gələn xasiyyətidir. Röya hər halda özü də bilməsə, anası, ailəsi onun soyunun kim olduğunu bilir. Ona görə də mən onun bugünkü varlığına irsi məzmunu kimi baxıram. - Münasibətlərinizin kəskinləşməsinin səbəbi nədir? - Bu məsələ "Xalq Parad" verilişində başladı. Bu verilişin aparıcısı qonağı haqqında ənənəvi olaraq rəy sorğusu keçirirdi. Mənim fikrimi də bilmək istədi. Açığı, əvvəl tərəddüd elədim. Düşündüm ki, nə deyim? Deyim ki, gənc bir qız, xoşagəlməz pozada hamının gözü qabağında klip çəkdirdiyi rejissorun atasına sataşaraq, biabırçı halda, yarı sərxoş, yarı hallı vəziyyətdə Azərbaycan qızını təmsil edir? Oxuduğu "Yağış" mahnısının sədaları altında bədən naxışları ilə öyünən Röya Azərbaycanın ismət rəmzidir, bunu deyim? Onun bu görüntüləri bir müddət teleekranlarda və telefonlarda insanların əyləncə predmeti olmuşdu. Həmin verilişdə Röyanı biabır edib bu sözləri demək istəmirdim. Orada əvvəl ona müraciət etdim və bildirdim ki, mən onun analığını, abrını qorumaq istəyirəm. Mən Azərbaycanın abrını qorumaq istəyirəm, çünki bizi təmsil edən hər bir insanın simasında Azərbaycan görünür. Avropanın 43 ölkəsinin təmsil olunduğu "Eurovision" yarışmasında Azərbaycan alnıaçıq çıxış etdi. Hər bir Azərbaycan vətəndaşı dedi ki, bizim başımız ucaldı. Amma Röyanın göstərdiyi efir striptizləri rəzalətdir, xəcalətimizdir. Mən bunu ona başa salmaq istəyirdim, amma o, nə etdi? O mənim meydanlarda olmağımı başıma qaxdı. Mən meydanlarda vətəndaş adını qazanmışam və xalqımın yanında olmuşam. Buna görə çox şeyləri itirmişəm. Bilirsiniz, namus alverə çevriləndə, namusun başında pul dayananda? yazıq o Vətən, yazıq o insan, yazıq o xalq, yazıq o millətə olur... Mənim bütün dediklərim bu nəsihətdən ibarət idi. Bunu bir çox sənətkardan fərqli olaraq dilimə gətirib düşmən qazandım. Röya qıcıqlanır, çünki bunları düşünsə? qazancından olar. Hətta o verilişin aparıcısı da bilir ki, mən bu danışığa bir neçə dəfədən sonra razılıq verdim. Bunun da səbəbi o idi ki, Röyayla görüşəndə üç-dörd dəfə onu başa salmağa çalışdım ki, bu yolla qazandığın çörəyin bərəkəti yoxdur. Ona dəfələrlə "eləmə bunu" dedim. Özünü "krutoy" kimi göstərir. Neçə dəfə yalançı-"krutoy" İlhamənin tərəfindən, həmçinin qəzetlərdə, jurnallarda "krutoy"luğu sındırılan Röya, bu təndiqlərlə barışıb, İlhamənin dilindən qorxaraq onunla sürünə-sürünə sülhə getmişdi. Sənə ağıl öyrədən İlhamə mənimlə savaşda nə qazandı ki, sən də nə qazanasan?! Sənin haran "krutoy"dur? Onun "krutoylar" arasında məxsusi adı var. Bax, budur mənə təsir edən. Mənim övladım Röya yaşındadır. İndiyə kimi övladım haqqında bir adam bir kəlmə deyə bilməz. Alnıaçıq yaşadı, hamı da bilir, hətta düşmənlərim də bunu bilirlər, alnıaçıq da ailə qurdu. Hətta insafsız düşmənlərim mənim ailəmə, mənim üstümə tənə etmək istəyəndə bir barmaq yeri tapmadılar. Qızım dörd il institutda oxudu, heç kim bilmədi ki, o mənim qızımdır. Mən anayam, ona da bir ana kimi "dur, dayan belə eləmə, sən bilərəkdən İlhamənin həyatını təkrar edirsən, mən istəmirəm onun həyatını yaşayasan" dedim. - Flora xanım, Röya jurnalındakı yazısında bildirib ki, Flora Kərimovanın səsi yoxdur və bağırmaqla hamını aldadır...- O mənim sənətkarlığımı şübhə altına alıb. Mən ona Bəxtiyar Vahabzadənin sözləri ilə cavab vermək istəyirəm. Hələ 30-40 il qabaq Bəxtiyar Vahabzadə demişdi ki, "50 il Azərbaycana belə səs gəlməyəcək". 50 il ötüb keçir, ancaq Azərbaycana hələ də bu səs gəlməyib. 50 il əvvəl Bəxtiyar müəllimin dediyi sözləri millət də deyir. O mənim haqqımda deyir ki, bir filmlə yadda qalmışam. O filmin birinci notundan tutmuş, eyvanda oxuduğum nota qədər bir musiqi dünyasıdır, musiqi tarixidir. Elə təkcə "Qayınana" filmi bütün dünyanı gəzdi. O bədbəxt isə ömrü boyu oxusa da, mənim bir notumu belə təkrar edə bilməyəcək. Bundan belə 50 il yaşayıb, yaratdığı, düşündüyü mahnıları mənim "Qayınana" filmində eyvanda oxuduğum "Dilbərim" ariyasına, elə sonuncu oxuduğum "Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış" mahnısına bərabər olmayacaq. Məndən tarixdə külliyyat qalacaq, ondan nə qalacaq, soyunmaq? Müğənni kimi o, səsi və ifası haqqında ali savadlı sənətkarın rəyini eşitmək məcburiyyətindədir. Mən ona deyirəm ki, artıq səsi laxlayıb, xüsusən musiqi cümlələrini uzadanda. 40 yaşına çatanda o bu səslə nə edəcək? Laxlayan səs sənətdə qəbul olunmayan və bərbad səs sayılır. Düzdür, Röya monoton oxuyur, ancaq ürəklə oxuyur. Röyanın səsi belədir, bir az sonra o, səsini cilovlayıb ona sahib ola bilməyəcək. O mənim oxumağımı bağırmaq adlandırıb, axı bağırmağa onun heç musiqi imkanı yoxdur. Ağılı bunu anlayan insanlara verərlər, onun kimi ağılsızlara ağıl öyrətmək əbəsdir. O, qadın, insan, övlad kimi artıq gözdən düşüb, müğənni kimi də gözdən düşəcək. O, Azərbaycanın namusuna meydan oxuyur? Röya bir vaxtlar tənhalıqda dizlərini qucaqlayıb hönkür-hönkür ağlayanda, mənim bu gün dediklərimi yadına salacaq. Amma onda gec olacaq. Çox heyiflər olsun ki, mən musiqi taleyimi onun kimilərə qurban verdim. - Röya Sizi 5 dəfə rəsmi ailə həyatı qurmaqda da ittiham edib...- Röyanın riyaziyyatda heç ibtidai səviyyədə də savadı yoxdur. Hər qadını lap onun dediyi kimi 5 kişi qanuni olaraq özünə həyat yoldaşı, övladlarına ana eləmir. Amma o, bir dəfə də kiminsə evinin xanımı ola bilməyəcək. 27 yaşına çatıb, ancaq onun qeyri-rəsmi münasibətlərini sayıb qurtarmaq olmur, mən hələ özünün sadaladıqlarını nəzərdə tuturam. Onun ailə üzvləri guya bilmirlər ki, bu çörək necə qazanılır? İçir, ya da hansısa zəhrimarı qəbul edir, özündən xəbəri olmur, sonra da biabırçı pozalarda şəklini çəkən insanları məhkəməyə verir. O vəziyyətə düşmə, şəklini də çəkməsinlər. Birinci addımından sənətkarlar sırasında səhnəyə çıxan mən buna necə dözüm? Mən Şövkət Ələkbərova, Rəşid Behbudov, Bülbüllə birgə səhnəyə çıxmışam. Röya neyləyib? Məni bir müğənni kimi sevib-sevməmək olar, ancaq ondan başqa kimsəni görmədim ki, mənim sənətimi inkar edəcək qədər şərəfsiz olsun, hətta düşmənlərim belə...- Sizcə, bu nəsillər arasında əzəli, əbədi mövcud olan anlaşılmazlıq, qısqanclıq deyil ki?..- Röya dəyişə bilərdi. Amma bu imkanı itirdi. Azərbaycan hər bir insanın, o cümlədən mənim namusumdur və mən erməni saytlarında Röyanın biabırçı şəkillərini görəndə və ona yazılan şərhləri oxuyanda, bağrım çatlayır. Bəlkə də bütün mübarizə dövrümdə basqılar altında olanda, bu boyda əziyyət çəkmirdim. Düşünürəm və düz də düşünürəm ki, bu bəladır, bu yoluxucu xəstəlikdir. Hələ tam formalaşmamış cavanları yoluxdurmaq təxribatıdır. Cavan insan bu gün özünü açıbsa və açıq-saçıq bir qadına meyl bəsləyirsə, bunlardan nə vətəndaş, nə döyüşçü olacaq? Mən bu işə qlobal baxıram. Nə vaxtsa belə hərəkətlər media, teleşirkətlər, hakimiyyət tərəfindən sükutla qarşılanırdısa, pul naminə təbliğ olunurdusa, indi artıq belə deyil, yetərincə qadağalar qoyulur. Röya və onun simasında bu yola əl atan qadınların bu hərəkətindən tək mən yox, sənətkarlar, insanlar, vətəndaşlar narahatdır. Röyanın lüt bədənini millətdən, ailə üzvlərindən, övladlarından utanmayaraq tərifləyənlər də, elə onun qədər nifrət qazanırlar. -
05-26-2008, 12:51 PMAPAQüdrət Həsənquliyev NATO Parlament Assambleyası Siyasi Komitəsinin iclasında İrandakı azərbaycanlıların problemlərini gündəmə gətirib
[b]Qüdrət Həsənquliyev NATO Parlament Assambleyası Siyasi Komitəsinin iclasında İrandakı azərbaycanlıların problemlərini gündəmə gətirib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. NATO Parlament Asssambleyasının Siyasi Komitəsinin mayın 24-də keçirilən iclasında İranla bağlı aparılan müzakirələrdə həmin ölkədə yaşayan azərbaycanlıların problemləri də diqqət mərkəzinə gətirilib.
[Bu barədə APA-ya Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib. O, komitədə İran haqqında hazırlanan məruzədə azərbaycanlıların problemlərinin əksini tapmadığını bildirib: "Mən bunu amerikalı məruzəçinin nəzərinə çatdıraraq dedim ki, Qərb, o cümlədən ABŞ, NATO İrandakı demokratik proseslərə lazımi diqqət yetirmir və dəstək vermir. Qeyd etdim ki, İranda yaşayan 30 milyondan çox azərbaycanlı öz elementar hüquqlarından məhrumdur, onların ən azı milli-mədəni muxtariyyətləri təmin olunmalıdır". Q. Həsənquliyev müzakirə zamanı İranın Azərbaycan üçün təhlükə olduğunu, Azərbaycanın ərazi bütövlüyünün pozulmasında Rusiya ilə yanaşı, İranın da rolunun olduğunu söyləyib.O, mayın 25-də NATO PA-nın Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində "Qara dəniz hövzəsində din və dövlət" mövzusunda müzakirələr aparıldığını, bu müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun çıxış etdiyini deyib. Z. Əsgərov məruzəçinin Azərbaycanda radikal dini qruplaşmalara qarşı repressiv metodlardan istifadə olunması fikrinə etirazını bildirib. O, Azərbaycanda tolerantlığın hökm sürdüyünü vurğulayaraq islam dininə aidiyyəti olmayan 30-dan çox dini təşkilatın qeydiyyatdan keçdiyinə diqqət çəkib. Bu iraddan sonra məruzəçi Azərbaycanda dini tolerantlığın mövcud olduğunu etiraf edib. Q. Həsənquliyevin sözlərinə görə, bu zaman Ermənistandan olan deputatlardan biri Azərbaycanda erməni kilsəsinə qarşı dözümsüzlük olduğunu iddia edib: "Mən isə iştirakçıların nəzərinə çatdırdım ki, erməni nümayəndənin dedikləri həqiqətə uyğun deyil. Bakının mərkəzində erməni kilsəsi var və oradakı kitabxana da qorunub saxlanır. Hətta Bakıya gələn erməni ziyalıları orada olublar". Qeyd edək ki, mayın 27-də NATO PA-nın plenar iclası keçiriləcək. Müzakirələrdə NATO PA-nın prezidentinin və NATO baş katibinin çıxışları nəzərdə tutulub. Sentyabr ayında isə NATO PA-nın Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsinin üzvləri Azərbaycana səfər edəcəklər. -
05-26-2008, 01:01 PMAPADağıstan paytaxtında enerji böhranı yaranıb
[b]Dağıstan paytaxtında enerji böhranı yaranıb[b]
[Mahaçqala. İslam Kərimov-APA. Son aylar Mahaçqalanın müxtəlif rayonlarına elektrik enerjisinin fasilələrlə verilməsi sakinlər arasında böyük narazılıq yaradıb. Paytaxt küçələrində bir neçə dəfə piket keçirən əhali vəziyyət belə davam edəcəyi təqdirdə daha ciddi aksiyalara əl atmaq fikrindədir. Energetiklər isə baş verənlərdə dövlət müəssisələrini, özəl şirkətləri və sakinləri günahlandırırlar. Mahaçqala şəhər elektrik şəbəkələri idarəsindən APA-nın Dağıstan bürosuna verilən məlumata görə, böhranın yaranmasının əsas səbəbi abonentlərin enerji pulunu ödənməməsidir. Hazırda şəhər üzrə elektrik enerjisinin istehlakına görə yaranmış borc 650 milyon rublu ötüb. Dağıstan Respublikası Prezident Aparatı isə baş verənlərdə paytaxt meriyasını ittiham edib. Ali icra orqanının mətbuat xidmətindən APA-nın Dağıstan bürosuna verilən məlumata görə, paytaxtdakı yeraltı və yerüstü elektrik naqillərinin çoxu köhnələrək sıradan çıxıb. Onların yeniləri ilə əvəz olunması üçün vəsait ayrılsa da, təmir işləri ləng gedir. Dağıstan prokurorluğu prosesə müdaxilə edərək şəhər təsərrüfatında ciddi yoxlamalar aparıb və mənimsəmə faktları aşkarlayaraq materialları məhkəməyə təqdim edib. Görülən bütün tədbirlərə baxmayaraq, hələlik enerji böhranını aradan qaldırmaq mümkün olmayıb. Qeyd edək ki, Dağıstan paytaxtında ən ciddi enerji böhranı Yeni il ərəfəsində baş verib. Yaranmış vəziyyətə etiraz edərək küçələrə çıxan sakinlərlə milis arasında toqquşmalar qeydə alınıb. -
05-26-2008, 01:11 PMAPADövlət Akademik Milli Dram Teatrı iyunun 1-dən Dənizçilər Evində fəaliyyət göstərəcək
[b]Dövlət Akademik Milli Dram Teatrı iyunun 1-dən Dənizçilər Evində fəaliyyət göstərəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. İyunun 1-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında əsaslı təmir işlərinə başlanılacaq. Teatrın direktoru Maqbet Bünyadov APA-ya deyib ki, təmir müddətində teatrın yaradıcı heyəti Dənizçilər Evində fəaliyyət göstərəcək. Onun sözlərinə görə, artıq teatrda əsaslı təmirə hazırlıq işləri başlanılıb: "Teatrın texniki personalının isə əsaslı təmir müddətində Mirzağa Əliyev küçəsində yerləşən 70 saylı bağçada fəaliyyətini davam etdirməsi nəzərdə tutulur. Hazırda bununla bağlı danışıqlar gedir". Teatr rəhbərinin sözlərinə görə, teatr binası Avstriya və Almaniyanın layihələri əsasında əsaslı təmir olunacaq. Fransa və İtaliya mütəxəssislərinin də işə cəlb olunacağını bildirən M. Bünyadov binanın kosmetik təmirində yerli mütəxəssislərinin də iştirak edəcəyini vurğulayıb. O bildirib ki, yay aylarında yaradıcı kollektivinin Türkiyə, Naxçıvan və Gəncəyə səfəri gözlənilir. -
05-26-2008, 02:01 PMAPAElmar Məmmədyarov Finlandiyanın Azərbaycandakı səfirinin etimadnaməsinin surətini qəbul edib
[b]Elmar Məmmədyarov Finlandiyanın Azərbaycandakı səfirinin etimadnaməsinin surətini qəbul edib[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyanın Azərbaycanda yeni səfiri Petri Salonun etimadnaməsinin surətini qəbul edib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib. Qeyd edək ki, Petri Salo Finlandiyanın Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistanda da səfiri missiyasını həyata keçirir. Nazir və səfir görüşdə ikitərəfli münasibətləri, Avropa və Avroatlantik məkana inteqrasiya mövzularını müzakirə ediblər. -
05-26-2008, 02:11 PMAPAQazaxıstan Senatının sədri Azərbaycana gələcək
[b]Qazaxıstan Senatının sədri Azərbaycana gələcək[b]
[Bakı. Tamara Qriqpryeva - APA. İyun ayında Qazaxıstan Senatının sədri Nurtay Abıkayev Azərbaycana gələcək. Bu barədə APA-ya Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov məlumat verib. O bildirib ki, N. Abıkayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan parlamentinin 90 illiyi ilə bağlı Bakıda keçiriləcək bayram tədbirlərinə qatılacaq. -
05-26-2008, 02:21 PMAPAAzərbaycanda sabiq İcra Hakimiyyəti başçısının qardaşının ölümü ilə bağlı Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi başlanıl
[b]Azərbaycanda sabiq İcra Hakimiyyəti başçısının qardaşının ölümü ilə bağlı Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi başlanılıb[b]
Mingəçevir. Teymur Zahidoğlu - APA. Mayın 25-də Mingəçevirdə şəhər Polis Şöbəsinin (ŞPŞ) yaxınlığında baş verən qəza ilə bağlı üç nəfər - 1976-cı il təvəllüdlü Saleh Vəliş oğlu Əliyev, 1961-ci il təvəllüdlü İlham Miribrahim oğlu Seyidov və 1960-cı il təvəllüdlü Səfər Yolçu oğlu Rzayev saxlanılıblar.
[Bu barədə APA-nın Qarabağ bürosuna ŞPŞ-dən bildirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) də məlumat yayıb. DİN mətbuat xidmətindən APA-ya bildirilib ki, mayın 25-də saat 17.15 radələrində Mingəçevir şəhərində, Yevlax rayon sakini Səfər Rzayevin idarə etdiyi "BMW" markalı avtomaşınla həmyerlisi Şaiq Məmmədovun idarə etdiyi "Nissan-Maxima" markalı avtomaşını təqib edərək onu arxadan vurub. Nəticədə "Nissan-Maxima"nın sərnişini, Gəncə şəhər sakini Feyruz Nəsibov ölüb. S. Rzayev və "BMW"-nin sərnişinləri, Yevlax rayon sakini İlham Seyidov və Bərdə rayon sakini Saleh Əliyev hadisə yerindən qaçmağa cəhd göstəriblər, amma ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulublar. Hadisə yerinin yaxınlığından S. Rzayev tərəfindən atılmış "ME-38 Kompakt" markalı tapança aşkarlanaraq götürülüb, araşdırmalar aparılır.Qeyd edək ki, mərhum F. Nəsibov Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rafiq Nəsibovun qardaşıdır. Saxlanılan İ. Seyidovun Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Yevlax rayon şöbəsinin sədri olduğu bildirilir. -
05-26-2008, 02:31 PMAPANyu-Yorkdan olan konqresmen Azərbaycanın Respublika Günü münasibətilə Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə müraciət edib
[b]Nyu-Yorkdan olan konqresmen Azərbaycanın Respublika Günü münasibətilə Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə müraciət edib[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. Nyu-York ştatından olan konqresmen Edolfus Tovns 28 May - Azərbaycanın Respublika Günü münasibətilə Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə müraciət edib.
[APA-nın ABŞ bürosunun məlumatına görə, Konqresin Aşağı Palatasının spikerinə müraciətində E. Tovns bildirib ki, iki il mövcud olmuş Azərbaycan Demokratik Respublikası təhsil və siyasi islahatlar sahəsində Şərqin ilk ölkəsi olub. Konqresmen Azərbaycanın Qərb demokratiyasını qabaqlayaraq, qadınlara səsvermə hüququnu təmin etdiyini də xatırladıb. Müraciətdə bildirilir ki, müstəqillik əldə etmək istəyən Azərbaycan 20 Yanvar faciəsi ilə üzləşib və bu gün ABŞ-la strateji əməkdaşlıq həyata keçirərək demokratiya prinsiplərinə sadiqliyini sübut edir. Konqresmen Bakının GUAM-ın təşəbbüslərində oynadığı aktiv rola xüsusi diqqət yönəldib. Qeyd edək ki, konqresmen E. Tovns diaspor fəalları Nəimi və Nailə Əmirəliyevlərlə görüşdən sonra Konqresin Azərbaycan üzrə İşçi Qrupuna daxil olub.