Qadın həndbolçularımız daha bir uğur qazanıblar
İdmançılarımız Xorvatiyanın Tvin komandasına 28-13 hesabı ilə qalib gəliblər
Azərbaycanın qadınlardan ibarət ABU həndbol klubu avrokuboklara uğurla başlayıb. Xorvatiya həndbolunun təmsilçisi ikinci oyunda da torunun toxunulmazlığını təmin edə bilməyib. Qadın həndbolçularımız fasiləyə qədər rəqibin qapısından 13 top keçirib. Rəqib komandanın oyunçuları isə cavab olaraq 5 topa qane olublar. Gəlmələr fasilədən sonra da oyunun gedişində dönüş yarada bilməyiblər. İkinci yarışda ABU Tvinin 8 qoluna 15 dəqiq zərbə ilə cavab verib. Təkrar oyunda 28-13 hesabıyla qalib gələn ABU növbəti mərhələyə vəsiqə qazanıb.
Xatırladaq ki, Georgi Voronovun yetirmələri ilk oyunda Tvini 34-16 hesabıyla məğlub etmişdi. /
ANS Press
Azərbaycan Xəbərləri
Printable View
-
11-05-2007, 02:03 PMyeshuQadın həndbolçularımız daha bir uğur qazanıblar
-
11-05-2007, 02:05 PMyeshuAzərbaycan «yapışqan vizalar» sisteminə keçir
Azərbaycan «yapışqan vizalar» sisteminə keçir
Azərbaycanın «yapışqan vizalar» sisteminə keçməyə qərar verib. Bundan sonra ölkəyə gələn əcnəbilərin pasportlarına əvvəlki kimi möhür vurulmayacaq, beynəlxalq təcrübədə tətbiq olunan yapışqan vizalardan istifadə ediləcək.
XİN mətbuat katibi Xəzər İbrahim artıq yeni vizaların hazırlanması üçün tender elan edildiyini deyib. Yaxın günlərdə qalibin adı açıqlanacaq.
Azadlıq -
11-05-2007, 02:07 PMyeshu«Azərbaycan «PKK»nı terrorçu qrup kimi tanıyır»
«Azərbaycan «PKK»nı terrorçu qrup kimi tanıyır»
«Azərbaycan «PKK»nı terrorçu qrup kimi tanıyır». Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim noyabrın 5-də bəyan edib.
Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri ərəfəsində bu ölkənin siyasətçiləri bildiriblər ki, Azərbaycanın terrorçu qrupları tanımasını ifadə edən siyahısı yoxdur. Buna görə də Ankara Bakının qarşısında «PKK»nı rəsmən tanıması barədə tələb qaldıra bilməyəcək.
X.İbrahim isə deyir ki, əsas məsələ siyahı deyil. «Azərbaycan özü də terrora məruz qalmış ölkədir. Əsas məsələ terrorçu qrupların dəqiq adlandırılmasıdır və Bakı bəyan edib ki, «PKK»nı terrorçu kimi tanıyır. Digər prosedur məsələlər barədə isə müvafiq dövlət qurumları addım atmalıdırlar».
İbrahim onu da vurğulayıb ki, Azərbaycan beynəlxalq antiterror əməliyyatlarının fəal üzvü kimi BMT-nin 12 konvensiyasına qoşulub və hər il bununla bağlı Nyu-Yorka hesabat göndərir.
XİN rəsmisi Azərbaycanda bəzi dini qrupların xaricdən idarə olunması barədə səslənən rəsmi bəyanatlara da münasibət açıqlayıb. XİN hesab edir ki, belə məlumatlar təsdiqlənsə, «çox böyük təhlükədən» xəbər verəcək.
Azadlıq -
11-05-2007, 02:24 PMyeshuHər il 200 min azərbaycanlı miqrant xarici ölkələrə üz tutur
Hər il 200 min azərbaycanlı miqrant xarici ölkələrə üz tutur
QEYRİ-LEQAL ŞƏKİLDƏ ÖLKƏYƏ GƏLƏN 3 MİN NƏFƏR QAÇQIN STATUSU ALMAQ İSTƏYİR. Hazırda qeyri-leqal şəkildə Azərbaycana gəlmiş və qaçqın statusu almaq istəyən miqrantların sayı 3 min nəfərdir. Əvvəllər üçüncü ölkədən gələrək respublikada qaçqın statusu almaq niyyətində olan şəxslərin ümumi sayı 11 min nəfər təşkil edirdi. Son illərdə isə onların sayı digər ölkələrə köçüb getmələri ilə əlaqədar azalıb. Azərbaycanda qaçqın statusu almaq niyyətində olanlar əsasən Əfqanıstandan, Pakistandan, Fələstindən və Rusiyadan olanlardır.
Hazırda Rusiya Federasiyasında Azərbaycanın 500 min nəfərdən artıq miqrantı var.
Q.Sadıqov qeyd edib ki: "Azərbaycandan hər il 200 min nəfərə qədər xarici ölkələrə üz tutan əməkçi miqrantlar və ya digər formada gedən şəxslər var..." -
11-05-2007, 02:28 PMyeshuİRƏVAN D.A. DRAM TEATRININ KOLLEKTİVİ TÜRKİYƏYƏ SƏFƏRİNƏ HAZIRLAŞIR
İRƏVAN DÖVLƏT AZƏRBAYCAN DRAM TEATRININ KOLLEKTİVİ TÜRKİYƏYƏ QASTROL SƏFƏRİNƏ HAZIRLAŞIR
AzərTAc xəbər verir ki, noyabrın 18-dən 25-dək İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Türkiyədə qastrol səfərində olacaqdır.
Teatrın direktoru İftixar Piriyev bildirmişdir ki, gənc aktyorlardan ibarət truppa Türkiyənin Niğdə şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışında iştirak edəcəkdir.
Sonra teatrın kollektivi Manisa və İzmir şəhərlərində Ü. Hacıbəyovun “O olmasın, bu olsun” tamaşasını və “Arşın mal alan” tamaşasından parçalar ifa edəcəkdir.
Truppanın tərkibinə əməkdar artist Tünzalə Əliyeva, aktyorlar Elnarə Heydərova, Aslan Məmmədov və Samir Bayramov və başqaları daxildir.
Azertag -
11-06-2007, 11:51 AMyeshuTürk kəşfiyyatı Bakıda əməliyyat keçirir
Türk kəşfiyyatı Bakıda əməliyyat keçirir
MIT və MTN-in Bakı əməliyyatı barədə siyasi razılıq əldə edildiyi bildirilir.
Dünən əldə etdiyimiz xəbərdə bildirilir ki, bir neçə gündür, Bakı şəhərində PKK elementlərinə qarşı xüsusi əməliyyat keçirilir. Xəbəri redaksiyaya verən mənbənin bildirdiyinə görə, əməliyyat Türkiyənin Milli Istihparat Təşkilatının (MIT) əməliyyat qrupunun üzvləri ilə birgə həyata keçirilir.
Mənbənin bildirdiyinə görə, bu əməliyyatın həyata keçirilməsi uzun sürən siyasi-diplomatik danışıqların nəticəsində mümkün olub. Əvvəllər Azərbaycan tərəfi özü belə bir əməliyyatı təkbaşına həyata keçirə biləcəyində israr edib. Amma Türkiyə tərəfinin ciddi israrlarından və inandırıcı dəlillərindən sonra birgə əməliyyatın keçirilməsi, nəhayət ki, mümkün hesab edilib.
Xəbərə görə, MIT əməliyyatçılarının Bakıdakı PKK üzvləri, onların fəaliyyət və yaşayış ünvanları barədə məlumatları heyrətləndirici dərəcədə dəqiqdir. Birgə əməliyyat qrupunun üzvləri isə hələ ki, MIT-in informasiyaları əsasında hərəkət edir: “Onların əllərində konkret adlar, mənzil və ya ofis ünvanları var. Qruplar bu ünvanlar üzrə hərəkət edir, göstərilən adamları götürür”.
Bu xəbərin dəqiqliyinə inansaq, təəccüblü bir şey də yoxdur. Belə ki, Azərbaycanda PKK-nın hansısa dayaqlarının olması barədə Türkiyə rəsmiləri müxtəlif zamanlarda eyhamlar vurublar, bəyanatlar veriblər. Indi həbsdə olan terrorbaşı Abdullah Öcalandan alınmış informasiyaların üstünə PKK daxilindəki agentura məlumatlarını da əlavə etsək, təkcə Bakıda yox, ümumiyyətlə bütün dünyada bu terror təşkilatının koordinatlarını öyrənmək çətin deyil.
Baybak -
11-06-2007, 11:56 AMyeshuMövqelərimiz atəşə tutulub
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub
Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən noyabrın 5-də saat 21.45-dən noyabrın 6-sı saat 05.30-dək fasilələrlə Ağdam rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən, noyabrın 6-sı saat 00.30-dan 00.45-dək isə Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
APA -
11-06-2007, 12:00 PMyeshu2009-cu ildə inflyasiya birrəqəmli...
Azərbaycan 2009-cu ildən inflyasiyanın birrəqəmli səviyyədə olacağını proqnozlaşdırır
İqtisadi İnkişaf Nazirliyi 2009-cu ildən Azərbaycanda inflyasiyanın birrəqəmli səviyyəyə kimi azalacağını proqnozlaşdırır. Bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev parlamentin 5 komissiyasının 2008-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında bildirib.
“Hazırda Azərbaycanda inflyasiya 16% təşkil edir. Gələn il biz inflyasiyanı 12-14% səviyyəsində proqnozlaşdırırıq. Ancaq hesab edirik ki, 2009-2011-ci illərdə inflyasiya birrəqəmli olacaq”,-deyə H.Babayev vurğulayıb.
O qeyd edib ki, hökumət ən azı həftədə bir dəfə inflyasiyanın qarşısını almaq üçün xüsusi müzakirələr keçirir.
....
Azərbaycanda inflyasiya 2007-ci ildə 9% səviyyəsində proqnozlaşdırılıb. Ancaq hökumətin proqnozlarına görə, 16%-dən az olmayacaq.
İnterfax -
11-06-2007, 12:05 PMyeshuAZƏRBAYCAN, ƏLİLLƏRİN FUTZAL ÜZRƏ DÜNYA ÇEMPİONATINDA
ƏLİLLƏRİN FUTZAL ÜZRƏ DÜNYA ÇEMPİONATINDA AZƏRBAYCAN DA TƏMSİL OLUNACAQ
AzərTAc xəbər verir ki, noyabrın 8-dən 18-dək Bolqarıstanda eşitmə qüsurlu əlillər arasında futzal üzrə dünya çempionatı keçiriləcəkdir.
Ölkəmizi bu yarışda Azərbaycan Əlillər Futbolu Federasiyasının vitse-prezidenti Şaiq Həmidovun rəhbərliyi ilə eşitmə qüsurlu əlillərdən ibarət milli yığma komanda təmsil edəcəkdir.
Azertag -
11-06-2007, 12:10 PMyeshuAzərbaycan hökuməti İraq türkmənlərinə yardım edəcək
Azərbaycan hökuməti İraq türkmənlərinə yardım edəcək
Azərbaycanın dövlət qurumları İraq türkmənlərinə dəstək verəcək. Bu barədə APA-ya Asiya Dialoqu İctimai Birliyindən (ADİB) bildirilib. Bu ilin sentyabrında birliyin təşəbbüsü ilə İraq Türkmən Cəbhəsi liderlərinin Azərbaycana səfəri zamanı ölkəmizdən İraq türkmənlərinə ciddi dəstək olacağı barədə verilən vədlərin gerçəkləşdirilməsi istiqamətində addımlar atmağa başlanıb. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun imzası ilə ADİB-ə daxil olan məktubda bildirilib ki, nazirlik İraq türkmənləri ilə bağlı Təhsil və Mədəniyyət və Turizm nazirliklərinə rəsmi sorğu göndərərək müvafiq cavablar alıb: "Təhsil Nazirliyinin cavab məktubunda deyilir ki, Azərbaycan hökuməti İraq Türkmən Cəbhəsi üçün türkmənlərin Azərbaycan ali məktəblərində təhsil alması məqsədilə dövlət hesabına lazımi miqdarda kvotalar ayıra bilər. Cavabda bildirilib ki, bu məsələ müsbət həll olunacağı təqdirdə, nazirlik müvafiq tədbirləri həyata keçirə bilər". Mədəniyyət və Turizm Nazirliyi isə İraq türkmənlərinə çap məhsullarının istehsalı, İraq ərazisində yerləşən türk mədəni irsinin siyahıya alınması və inventarlaşdırılması, silahlı münaqişə dövründən sonra abidələrin bərpası, birgə etnoqrafik, mədəni, tarixi, elmi əsərlərin hazırlanması, nəşri, Azərbaycanın turizm üzrə təhsil müəssisələrində İraq türkmənlərinin təhsil alması və s. sahələrdə yardım göstərə biləcəyini bəyan edib.
525-ci Qazət
