Əsas məzmuna keç
Sayfa 91/461 İlkİlk ... 41818990919293101141191 ... SonSon
4610 sonuçtan 901 ile 910 arası

Azərbaycan Xəbərləri

1. #901
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Mətbuat Şurası jurnalistləri aclıq aksiyasını dayandırmağa çağırıb

[b]Azərbaycan Mətbuat Şurası jurnalistləri aclıq aksiyasını dayandırmağa çağırıb[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) üzvləri növbəti dəfə aclıq aksiyası keçirən jurnalistlərə baş çəkiblər. Bu barədə APA-ya görüşdə iştirak edən MŞ-nın icra katibi Rəhim Hüseynzadə bildirib. Şura nümayəndəsi bu gün "Yeni Müsavat" qəzetinin redaksiyasında aclıq aksiyası keçirən jurnalistlərə baş çəkdiklərini deyib. R. Hüseynzadə həmkarlarını bir daha aksiyanı dayandırma çağırdıqlarını bildirib: "Mətbuat Şurası aksiya keçirən jurnalistlərə diqqətlə yanaşır".

2. #902
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planının yerinə yetirilməsi vəziyyətinə dair hesabat

[b]Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planının yerinə yetirilməsi vəziyyətinə dair hesabat açıqlanıb[b]

Bakı. Tamara Qriqoryeva - APA. Avropa Komissiyasının xarici işlər komissarlığı Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində imzalanmış Fəaliyyət Planını yerinə yetirməsinin vəziyyətinə dair hesabatı dərc edib.

Aİ xarici işlər komissarı Benita Ferrero-Valdnerin spikeri Kristian Xomanın APA-nın verdiyi məlumata görə, bu gün həmçinin Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Livan, İordaniya və İsraillə bağlı müvafiq hesabatlar da dərc olunub. Azərbaycanla bağlı hesabatda Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, birgə həyata keçirilən layihələr, siyasi və iqtisadi dialoqun vəziyyəti barədə materiallar öz əksini tapıb. Hesabat müəllifləri qeyd ediblər ki, 1992-ci ildən başlayaraq Avropa Komissiyası Azərbaycana 409 milyon avro dəyərində qrant ayırıb. Hesabatda 2003-cü ildə keçirilən prezident seçkilərində müəyyən irəliləyişlər qeydə alındığı, lakin beynəlxalq təşkilatların bəzi problemlər aşkarladığı bildirilir. Müəlliflər həmçinin məhkəmə sistemi, bələdiyyə özünüidarəetməsi, vətəndaşların hərbi xidmət keçməsi sahəsində islahatlar keçirildiyini xüsusi qeyd ediblər. Avropa İttifaqı hesab edir ki, Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizəyə dair Dövlət Proqramı qəbul etsə də, bu problem hələ də qalmaqdadır. Azərbaycanda söz azadlığı sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunduğunu deyən hesabat müəllifləri medianın iqtisadi problemlərinin hələ də həllini tapmadığını və müxalifət mətbuatına təzyiqlərin olduğunu vurğulayıblar: "Ölkədə qeyri-hökumət təşkilatlarına münasibətdə də problemlər qalmaqdadır. Həbsxanalarla bağlı problemlər də həllini tam şəkildə tapmayıb, cəzaçəkmə müəssisələrində məhkumların işgəncələrə məruz qalması faktlarına rast gəlinir. Bunun müqabilində siyasi məhbuslar probleminin həllində əhəmiyyətli irəliləyişlər qeydə alınıb. Azərbaycan qadınların, uşaqların və etnik azlıqların hüquqlarının müdafiəsi məsələsi istiqamətində də əhəmiyyətli işlər görməyi bacarıb". Hesabatda qeyd olunur ki, Azərbaycan Rusiya, ABŞ, Türkiyə, Gürcüstan və Avropa İttifaqı ilə münasibətləri aktiv inkişaf etdirir. Dağlıq Qarabağ münaqişəsinə toxunan hesabat müəllifləri problemin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun səylərinin dəstəklədiklərini bəyan ediblər: "Bununla belə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri hələ də tam həllin tapmayıb". Azərbaycanın narkotik maddələr daşınan tranzit yolların üzərində yerləşdiyini qeyd edən Avropa Komissiyası ölkənin bu problemlə yanaşı, insan alveri və terrorçuluğun maliyyələşdirilməsinə də qarşı mübarizə apardığını qeyd edib. Hesabatda həmçinin Azərbaycanın vergi, ticarət, inflyasiyaya qarşı mübarizə sahəsində pozitiv islahatlar həyata keçirdiyi bildirilir. Qeyd edək ki, sabah Bakıda hesabatın təqdimetmə mərasimi keçiriləcək.

3. #903
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Neftçalada Azərbaycan Musiqi Festivalı başlayıb

[b]Neftçalada Azərbaycan Musiqi Festivalı başlayıb[b]

Bakı. Ülkər Qasımova - APA. Bu gün Neftçala rayonunda Azərbaycan Musiqi Festivalı başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin musiqi sektorunun Fərəh Əliyeva APA-ya deyib ki, iki günlük festival çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının kollektivi çıxış edəcək və klassik musiqi konserti təşkil olunacaq. F. Əliyeva bildirib ki, aprelin 8-10-da Azərbaycan Musiqi Festivalı Masallıda keçiriləcək. Masallıda üç gün ərzində Dövlət Rəqs Ansamblının, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının çıxışları olacaq və klassik musiqi konserti keçiriləcək. Bundan sonra festivalın Xaçmaz rayonunda keçirilməsi planlaşdırılır.

4. #904
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa Birliyi Məhkəməsi PKK-nı terrorçu təşkilatlar siyahısından çıxarıb

[b]Avropa Birliyi Məhkəməsi PKK-nı terrorçu təşkilatlar siyahısından çıxarıb[b]

Lüksemburq - APA. Lüksemburqda yerləşən Avropa Birliyi Məhkəməsi PKK-nın AB-nin terror təşkilatları siyahısına salınması və bank hesablarının dondurulması barədə 2002-ci il mayın 2-də qəbul olunmuş qərarı ləğv edib.

APA-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, məhkəmə bu qərarı PKK terror təşkilatının lideri Abdulla Öcalanın qardaşı Osman Öcalanın müraciəti əsasında verib. Məhkəmə 2002-ci ildə qəbul olunmuş qərarı AB qanunlarına zidd sayıb. Maraqlıdır ki, Osman Öcalanın qaldırdığı iddia 2005-ci il fevralın 15-də rədd edilmiş və onun PKK-nı təmsil etmək səlahiyyətinin olmadığı bildirilmişdi. Ancaq bu qərardan apellyasiya verildikdən sonra işə yenidən baxılıb və 2002-ci ildə qəbul olunmuş qərar AB qanunlarına zidd sayıldığı üçün ləğv edilib.Qeyd edək ki, Avropa Birliyi Məhkəməsi 1958-ci ildə qurulub və qurumda hər üzv dövlətdən bir hakim, eləcə də 8 vəkil təmsil olunur. Onlar 6 il müddətinə seçilir, hər üç ildən bir məhkəmə heyətinin yarısının tərkibi yenilənir. Məhkəmə AB-yə üzv dövlətlər, üzv dövlətlərlə AB, fiziki və hüquq şəxslərlə AB arasında mübahisələri tənzimləyir. Məhkəmə AB-nin qoşulduğu beynəlxalq razılaşmalara rəy verir, üzv ölkələrin milli məhkəmələrinin AB-nin normativ-hüquqi aktlarının və AB səviyyəsində imzalanan müqavilələrin tövsif edilməsinə dair müraciətlərini cavablandırır. AB ölkələri ərazisində bu məhkəmə orqanının qərarlarının icrası məcburidir. Maastriht müqaviləsinə əsasən məhkəmənin qərarlarını icra etməyən dövlətlərin üzərinə cərimə qoyulur. Avropa Birliyi Məhkəməsinin Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsi ilə hər hansı bağlılığı yoxdur.

5. #905
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Albaniya və Xorvatiya NATO-ya dəvət alıb, Ukrayna və Gürcüstanın məsələsinə isə sonra baxılacaq

[b]Albaniya və Xorvatiya NATO-ya dəvət alıb, Ukrayna və Gürcüstanın məsələsinə isə sonra baxılacaq[b]

Buxarest. Fəxri Kərimli - APA. Albaniya və Xorvatiya Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvlük üçün rəsmi dəvət alıblar.

APA-nın NATO sammitinin işini işıqlandıran əməkdaşının verdiyi məlumata görə, hərbi-siyasi blokun baş katibi Yaap de Hoop Sxeffer bu gün üç dəfə təxirə salınan mətbuat konfransından sonra jurnalistlərin qarşısına çıxaraq Albaniya və Xorvatiyanın üzvlüyə dəvət olunduqlarını rəsmən elan edib. O bildirib ki, Makedoniya bir qədər gözləməli olacaq: "Makedoniyanın NATO-ya qəbul olunması üçün vaxt məhdudiyyəti yoxdur". Baş katib deyib ki, Makedoniyaya dəvət Yunanıstanla narazılığın aradan qaldırılmasından sonra göndəriləcək. Xatırladaq ki, Yunanıstan Makedoniyanın adını dəyişdirməsini tələb edir. Yaap de Hoop Sxeffer Ukrayna və Gürcüstanın üzvlüklə bağlı Fəaliyyət Planına (MAP) dəvət olunmadıqlarını da açıqlayıb: «NATO bu ölkələrin apardığı islahatları və sülhməramlı əməliyyatlarda iştirakını olduqca yüksək qiymətləndirir və onların MAP-a mümkün qədər tez qəbul edilməsi üçün əməkdaşlığı davam etdirmək niyyətindədir».

6. #906
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Edvard Ohara AŞ PA missiyasının bölgəyə səfərinin təşkili üçün Azərbaycan, Ermənistan və Gürcüstan deputatları ilə danışıqlar aparacaq

[b]Edvard Ohara AŞ PA missiyasının bölgəyə səfərinin təşkili üçün Azərbaycan, Ermənistan və Gürcüstan deputatları ilə danışıqlar aparacaq[b]

Bakı. Tamara Qriqoryeva-APA. Avropa Şurası Parlament Assambleyasının Cənubi Qafqazda mədəni irsin vəziyyətini araşdıracaq missiyanın bölgəyə səfəri ilə bağlı Azərbaycan və Ermənistanla son iki ay ərzində aparılan danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb.

Bu barədə APA-ya AŞ PA Mədəniyyət, Təhsil və Elm Komitəsinin Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi, britaniyalı deputat Edvard Ohara məlumat verib. O, missiyanın bölgəyə səfərinin təşkili ilə bağlı məsələsi AŞ PA-nın aprel sessiyasında Azərbaycan, Ermənistan və Gürcüstanın nümayəndə heyəti ilə müzakirə edəcəyini bildirib: "Mən səfərin bütün aspektlərini bir daha müzakirə etməyə və tərəflər arasında razılaşma əldə olunacağına ümidvaram". Qeyd edək ki, missiyanın bölgəyə səfəri ötən ilin sentyabrında gerçəkləşməli olsa da, tərəflər arasında fikir ayrılığı olduğuna görə, səfər təxirə salınıb.

7. #907
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əflatun Amaşov: "Mətbuat Şurası yaranandan sonra "reket" jurnalistlərin sayı azalıb"

[b]Əflatun Amaşov: "Mətbuat Şurası yaranandan sonra "reket" jurnalistlərin sayı azalıb"[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Mətbuat Şurası (MŞ) yaranandan sonra Azərbaycanda "reket" jurnalistlərin sayı azalıb. APA-nın məlumatına görə, bu barədə MŞ sədri Əflatun Amaşov bildirib. MŞ-nin "reket" jurnalistikasına qarşı mübarizə apardığını söyləyən qurum sədrinin sözlərinə görə, bu qəbildən olan jurnalistlərin ayrı-ayrı şəxsləri şantaj etdiklərini deyib: "Bəzi "qəzet"lər mükafatlar təsis edərək vəzifəli şəxsləri, idarə və təşkilat rəhbərlərini "qalib" seçirlər. Sonra isə həmin adamlardan pul istəyirlər. Mətbuat Şurasında bu kimi hallarla əlaqədar konkret faktlar var".

8. #908
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda həbs edilən Böyük Britaniya vətəndaşı ilə bağlı məhkəmə prosesi keçiriləcək

[b]Azərbaycanda həbs edilən Böyük Britaniya vətəndaşı ilə bağlı məhkəmə prosesi keçiriləcək[b]

Bakı. Hacı Zeynalov-APA. Aprelin 10-da Azərbaycanda həbs edilən Böyük Britaniya vətəndaşı Patrik O,Brayanla bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə məhkəmə prosesi keçiriləcək.

Bu barədə APA-ya məhkəmədən bildirilib. Hakim Mehdi Əsədovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində Böyük Britaniya vətəndaşının ölkəsinə verilməsi ilə bağlı məsələyə baxılacaq və bunun mümkün olub-olmaması haqqında qərar qəbul ediləcək. Qeyd edək ki, İngiltərə vətəndaşının 1975-77-ci illərdə öz ölkəsində seksual xarakterli hərəkətlər etdiyi, buna görə də İnterpol vasitəsilə axtarışda olduğu bildirilib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə diplomatik kanallar vasitəsi ilə Böyük Britaniyada cinayət törətməkdə təqsirləndirilən Patrik O,Brayanın həbs olunmasına dair səlahiyyətli məhkəmənin qərarı və onun təslim edilməsi barədə sorğu daxil olub. Bundan sonra P. O. Brayan bu ilin fevralında Bakıda saxlanılıb və barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

9. #909
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Xuraman Şuşalı toy gününün tarixini açıqlayıb

[b]Xuraman Şuşalı toy gününün tarixini açıqlayıb[b]

Bakı. Ülkər Qasımova - APA. Xuraman Şuşalı ailə həyatı qurmağa hazırlaşır. Sənətçi APA-ya açıqlamasında deyib ki, avqustun 8-də keçiriləcək toy mərasimi üçün üç yer seçilib, hazırda onlar arasında seçim aparılır: "Toy mərasimi ya dəniz kənarında, ya da meşədə olacaq. Mənim toyum tamamilə başqa formada keçiriləcək. Hələ ki, toyun təşkilatçılığını kimə həvalə edəcəyimizi dəqiqləşdirməmişik".

Hələlik nişan mərasiminin keçirilmədiyini bildirən X. Şuşalı nişanın toydan bir az əvvəl baş tutacağını vurğulayıb. Sənətçi nişanlısının kimliyini də açıqlamayıb. Bu sirri o, toydan iki ay əvvəl - iyunda açıqlamaq niyyətindədir. X. Şuşalı onu da deyib ki, artıq gələcək həyat yoldaşı ilə toy mərasiminə at belində gəlməyi qərarlaşdırıblar: "Bu yaxınlarda mənə Qarabağ atı hədiyyə edilib. Toyuma at belində gəlmək ən böyük arzum olub. Bu arzumu gerçəkləşdirəcəyəm. Toy mərasiminə nişanlım öz atında, mən isə öz atımda gələcəyəm. Hazırda at çapmağı öyrənirəm". X. Şuşalı atına "Şah" adı verdiyini də bildirib: "Deyirlər ki, guya atımı "Tolik" adlandırmışam. Sözün düzü, elə bir fikrim vardı. Ancaq düşündüm ki, birdən atımı elə adlandıraram, "Tolik"ə oxşayar, ona görə fikrimdən daşındım. Mənim atım atların şahıdır, ona görə də ona "Şah" adı yaraşır".

10. #910
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər

[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər[b]

Bakı. Tamara Qriqoryeva - APA. Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Buxarestdə birgə bəyanatla çıxış ediblər.

ATƏT-in baş ofisindən APA-ya verilən məlumata görə, həmsədrlər Metyu Brayza, Bernar Fasie və Yuri Merzlyakov NATO-nun sammiti çərçivəsində Buxarestdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri, yeni seçilmiş prezident Serj Sarkisyanla xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanın da iştirakı ilə ayrı-ayrılıqda görüş keçiriblər: "İki lider və həmsədrlər tərəflər arasında fikir ayrılıqlarının azaldılması və Dağlıq Qarabağ münaqişəsinin həllinin baza prinsipləri üzrə konsensus əldə olunması istiqamətində fikir mübadiləsi aparıblar. Həmsədrlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirərək, münaqişənin sülh yolu ilə həlli, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi və bu statusun sonrakı mərhələdə əhali tərəfindən təsdiqlənməsi məsələsinin siyasi kompromis tələb etdiyinə dair əvvəlki mövqelərini bir daha təkrarlayıblar". Bəyanatda deyilir ki, liderlər və həmsədrlər masadakı təkliflərin dəqiqləşdirilməsi üçün danışıqların mövcud təməl üzərində davam etdirilməsi barədə razılığa gəliblər. Bu məqsədlə vasitəçilər çox tezliklə ən yüksək (prezidentlər) səviyyədə görüş keçirilməsini faydalı və lazımlı saydıqlarını bəyan ediblər.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.