Əsas məzmuna keç
Sayfa 90/461 İlkİlk ... 40808889909192100140190 ... SonSon
4610 sonuçtan 891 ile 900 arası

Azərbaycan Xəbərləri

1. #891
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ukraynada keçiriləcək XVIII Beynəlxalq Musiqi Festivalında Azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq

[b]Ukraynada keçiriləcək XVIII Beynəlxalq Musiqi Festivalında Azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq[b]

Bakı. Ülkər Qasımova-APA. 11-20 apreldə Ukraynada keçiriləcək XVIII Beynəlxalq Musiqi Festivalında Azərbaycan da təmsil olunacaq. Festivalda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin simfonik orkestr üçün "İthaf" əsəri və bəstəkar Rauf Əliyevin xor kapellası üçün "Ballada" əsərləri ifa olunacaq. R. Əliyevin APA-ya verdiyi məlumata görə, Azərbaycan ilk dəfə olaraq bu festivalda iştirak edir. F. Əlizadənin "İthaf"ı festivalın açılış mərasimində, R. Əliyevin "Ballada"sı isə aprelin 13-də ifa olunacaq.

2. #892
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Aqo" qrupunun üzvlər Azərbaycanda hüquq müdafiəçiləri ilə görüşüblər

[b]"Aqo" qrupunun üzvlər Azərbaycanda hüquq müdafiəçiləri ilə görüşüblər[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun üzvlər hüquq müdafiəçiləri Elçin Behbudov, Arzu Abdullayeva və Leyla Yunusla görüşüblər. Bu barədə APA-ya E. Behbudov məlumat verib. Görüşdə Azərbaycanda insan hüquqlarının, mətbuatın vəziyyəti, həbsdə olan və aclıq aksiyası keçirən jurnalistlərlə bağlı müzakirələr aparılıb. Hüquq müdafiəçiləri qonaqları maraqlandıran sualları cavablandırıblar.

3. #893
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Aqo" Monitorinq Qrupunun üzvləri Azərbaycan müxalifət partiyalarının rəhbərləri ilə görüşüblər

[b]"Aqo" Monitorinq Qrupunun üzvləri Azərbaycan müxalifət partiyalarının rəhbərləri ilə görüşüblər[b]

Bakı. Elnur Məmmədli - APA. Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupu üzvləri bu gün müxalifət partiyalarının rəhbərləri ilə görüşüblər.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycandakı ictimai siyasi vəziyyət, Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi, hazırkı problemlərdən çıxış yolları, situasiyanın dəyişməsi məsələləri müzakirə edilib. S. Cəlaloğlu bildirib ki, "Aqo" üzvləri proseslərin müsbət istiqamətdə dəyişməsi üçün müxalifətin hansı təklifləri irəli sürməsi ilə maraqlanıb: "Biz də öz növbəmizdə hansı addımların proseslərin müsbət istiqamətdə dəyişməsinə təkan verə biləcəyini dedik. Amma onlar məsələlərə münasibət bildirmədilər. Sadəcə, bizim fikirlərə diqqətlə qulaq asdılar, özləri üçün qeydlər etdilər". Müzakirələrdə bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələlərə də toxunulub. Görüşdə ADP sədrindən başqa, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov iştirak edib.

4. #894
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda tələbələr arasında Beynəlxalq Humanitar Hüquq üzrə Dördüncü Milli Müsabiqə keçirilir

[b]Azərbaycanda tələbələr arasında Beynəlxalq Humanitar Hüquq üzrə Dördüncü Milli Müsabiqə keçirilir[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) aprelin 3-6-da Azərbaycan universitetlərinin beynəlxalq hüquq, hüquq və beynəlxalq münasibətlər fakültələrinin tələbələri arasında Beynəlxalq Humanitar Hüquq (BHH) üzrə Dördüncü Milli Müsabiqə keçirir. Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən bildirilib. Müsabiqəyə fevralın 11-də start verilib, ərizələrin təqdim olunması üçün bir ay vaxt ayrılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, "Azərbaycan" Universiteti, Xəzər Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Əmək və Sosial Əlaqələr Akademiyasını təmsil edən, hər biri 3 tələbədən ibarət 12 komanda bu müsabiqədə iştirak etmək üçün seçilib. BQXK-nın Rusiya Federasiyasındakı Regional Nümayəndəliyinin hüquq məsləhətçisi və akademik proqramının rəhbəri Arçil Kryukov müsabiqədə ekspert qismində çıxış edəcək. Müsabiqədə iştirakçılara uydurulmuş silahlı münaqişə vəziyyəti təklif ediləcək və onlar bu şəraitdə dövlət rəsmiləri rolunda qərar qəbul edəcək, hökumət əleyhinə qüvvələri təmsil edəcək və BQXK-nın nümayəndələri rolunda olacaqlar.

5. #895
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Venesiya Komissiyası və ATƏT DTİHB Ermənistanda sərbəst toplaşmaq hüququnu məhdudlaşdıran qanun dəyişikliyini pisləyiblər

[b]Venesiya Komissiyası və ATƏT DTİHB Ermənistanda sərbəst toplaşmaq hüququnu məhdudlaşdıran qanun dəyişikliyini pisləyiblər[b]

Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Ermənistanda sərbəst toplaşmaq hüququnu məhdudlaşdıran qanun dəyişikliyini pisləyən bəyanatla çıxış edib. APA-nın Avropa Şurasının saytına istinadən yaydığı məlumata görə, hər iki qurum Ermənistanda martın 17-də qəbul olunan "Mitinq və nümayişlərin təşkili haqqında" qanunu öyrəndikdən sonra dəyişikliklərin qəbul olunmazlığı barədə yekdil rəyə gəliblər. Bəyanatda qeyd olunur ki, bu dəyişikliklər spontan şəkildə aksiya keçirmək imkanlarını məhdudlaşdırır və aksiya iştirakçılarının həyatı üçün risk təhlükəsi yaradır. Beynəlxalq təşkilatlar qanundan piketlərin çoxlu sayda insanın iştirakı ilə nümayişlərə çevrilməsinin yolverilməzliyi haqqında müddəanın çıxarılmasından da narahatlığını bildiriblər.

6. #896
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Quba rayonunda bərpa edilmiş məscidin açılışı olacaq

[b]Azərbaycanın Quba rayonunda bərpa edilmiş məscidin açılışı olacaq[b]

Bakı. Ülkər Qasımova - APA. Aprelin 7-də Qubanın Rustov kəndində bərpa olunan məscidin açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, məscid 1902-ci kərpicdən tikilmiş yerli əhəmiyyətli abidədir. Məscid Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbərpa" Elmi-Tədqiqat İnstitutu tərəfindən bərpa olunub. İ. Hümbətov bildirib ki, məsciddə bərpa işləri Nazirlər Kabinetinin 2001-ci ilin 2 avqustunda verdiyi qərara əsasən aparılıb. Mətbuat katibinin sözlərinə görə, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Qubada olan Günbəzli hamamın və I Nügədidəki məscidin bərpası da nəzərdə tutulur. Qeyd edək ki, Qubada ümumilikdə 162 məscid qeydiyyatdadır. Məscidlərdən 1-i dünya, 44-ü ölkə, 117-si isə yerli əhəmiyyətli abidədir.

7. #897
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda səfərdə olan "Aqo" qrupunun üzvləri həbsdəki jurnalistlərlə görüşəcəklər

[b]Azərbaycanda səfərdə olan "Aqo" qrupunun üzvləri həbsdəki jurnalistlərlə görüşəcəklər[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun üzvləri görüşlərini davam etdirirlər.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən qrupun rəhbəri Pyer Syörgen hüquq müdafiəçiləri, müxalifət partiyalarının sədrləri ilə görüşdüklərini bildirib. Onun sözlərinə görə, görüşlərdə ölkədə insan hüquqlarının, söz azadlığının durumu, prezident seçkisi öncəsində siyasi vəziyyət müzakirə edilib. P. Syörgen qrup üzvlərinin sabah həbsdəki jurnalistlərlə görüşəcəyini qeyd edib.

8. #898
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Hürriyyət" qəzeti dövriliyini azaldır

[b]"Hürriyyət" qəzeti dövriliyini azaldır[b]

Bakı. Elnur Məmmədli - APA. "Hürriyyət" qəzeti dövriliyini azaldır. Qəzetin baş redaktoru Süleyman Məmmədlinin APA-ya verdiyi məlumata görə, maliyyə problemləri ilə əlaqədar olaraq "Hürriyyət" həftədə iki dəfə, 2-ci və 6-cı günlər satışda olacaq. Baş redaktor qəzetin satışından əldə olunan gəlirlə kollektivi saxlamağın və çap xərclərini ödəməyin çətin olduğunu bildirib: "Biz bilirik ki, bu il seçki ilidir və qəzetin dövriliyini azaltmaq düzgün deyil. Amma bizim başqa yolumuz yoxdur". S. Məmmədli maliyyə problemləri həll olunandan sonra qəzetin gündəlik nəşrinin bərpa olunacağını bildirib. Qeyd edək ki, 1991-ci ildən təsis olunan "Hürriyyət" qəzeti son bir ildə həftədə 5 dəfə nəşr edilirdi.

9. #899
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiya mətbuatı: Ermənilərin işğalı altında olan Azərbaycan rayonları insan yaşamayan səhranı xatırladır

[b]Rusiya mətbuatı: Ermənilərin işğalı altında olan Azərbaycan rayonları insan yaşamayan səhranı xatırladır[b]

Bakı. Vüqar Məsimoğlu, Zaur Nurməmmədov - APA. "Azərbaycanın keçmiş Ağdam şəhəri bütün Sovet İttifaqında məşhur portveyninə görə tanınırdı. İndi isə Ağdam sözün əsl mənasında "keçmiş şəhər"dir. Burada nəinki portveyn istehsal olunur, bu şəhər, ümumiyyətlə, yoxdur". APA-nın məlumatına görə, bu fikirlər Anton Krivenyukun "Seqodnya.ru" saytında dərc olunmuş "Qafqazın ölü şəhərləri" adlı məqaləsində öz əksini tapıb.

O, Ağdamın hazırda gerçək bir xarabazarlığı xatırlatdığını deyib: "Boş qalmış, xarabazara çevrilmiş evlərin əhatəsində olan küçələrdə çox az-az yük maşınının keçdiyini görmək olar. Dağlıq Qarabağın ətraf rayonlarının əhalisinin burada yeganə təsərrüfat fəaliyyəti - dağılmış evlərin tikinti materiallarını daşımaqdan ibarətdir. Ağdam qanlı Ermənistan-Azərbaycan müharibəsinin mərkəzində olub. 1994-cü ildə müharibə başa çatdıqdan sonra şəhər bütünlüklə erməni qüvvələrinin nəzarətinə keçib. Hələ həmin vaxtlardan şəhər boş qalıb, Ağdamın əhalisinin əksəriyyətini təşkil edən azərbaycanlılar dağılmış şəhəri tərk etmişdilər". Müəllif Ağdam şəhərinin hətta SSRİ dövründə belə hüquqi baxımdan Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmadığını xatırladıb: "Əslində Ağdam hətta sovetlər dövründə belə hüquqi bağımdan Dağlıq Qarabağın ərazisinə daxil deyildi. Bu, hazırda Ermənistanın işğal etdiyi Azərbaycanın daha yeddi rayonundan biridir və hələ də Ermənistanın nəzarəti altındadır". Anton Krivenyuk insan yaşamayan Ağdamda yalnız şəhər məscidinin dağıdılmadığını bildirib: "Ağdamın insan yaşamayan panoramını yalnız şəhər mərkəzində ucalan məscid bəzəyir. Bu, şəhərdə salamat qalan yeganə tikilidir. Ermənilər bu məscidi qəsdən dağıtmayıblar, onlar bununla öz dini tolerantlıqlarını özünəməxsus şəkildə nümayiş etdirmək istəyirlər. Məscidin yaxınlığında xaraba qalmış azərbaycanlı məzarlığı var. Məscidə getməyə adam olmadığı kimi, burada da dəfn etməyə adam yoxdur". Müəllif Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağdan kənar bütün yeddi rayonun insan yaşamayan səhranı xatırlatdığını bildirir: "Bu gün həmin yeddi rayonun hamısı - böyük bir insan yaşamayan səhranı xatırladır. Bəzən hansısa kəndlərin qalıqlarına rast gəlmək olur. Burada məskunlaşmağı elə bir əhəmiyyəti yoxdur, amma torpaq çox məhsuldadır. Dağlıq Qarabağ erməniləri uzun məsafəni qət edərək torpağı becərmək üçün bura gəlirlər. Bütün bağlar və əkin sahələri yaxşı qulluq edilmiş şəkildədir". Müəllif Ermənistanda bu torpaqların geri qaytarılması ilə bağlı fikir ayrılığının mövcud olduğunu qeyd edir: "Bir çoxları hesab edir ki, torpaqları qaytarmaq lazım deyil və buranı ermənilər məskunlaşdırmalıdır. Nə Ermənistanda, nə də Dağlıq Qarabağda Laçın rayonunun Azərbaycana qaytarılması barədə ümumiyyətlə düşünmürlər. Dağlıq Qarabağı ətraf aləmlə birləşdirən yeganə yol Laçın ərazisindən keçir". Müəllif erməni işğalı altında olan Şuşa şəhərinin də xarabazarlığı xatırlatdığını deyib: "Dağlıq Qarabağda "yoxa çıxmış şəhər" statusunu almağa iddialı daha bir şəhər var. Bu, Xankəndidən 15 dəqiqəlik məsafədə yerləşən Şuşa şəhəridir. Şuşa böyük mədəni və tarixi ənənələrə malik şəhərdir. Bir zamanlar bura xanlığın mərkəzi olub, şəhər günün bu gün də öz monumental binaları, gözəl arxitekturası ilə insanı heyrətə salır. Bir zamanlar 20 min əhalisi olan Şuşada indi cəmi 3 min nəfər yaşayır. Onların əksəriyyəti müharibədən sonra burada məskunlaşmış Azərbaycanın müxtəlif rayonlarından olan erməni qaçqınlarıdır. SSRİ dövründə Şuşanın əhalisinin əksəriyyəti azərbaycanlılar olub. Qaçqınlar indi onların evlərində məskunlaşıblar. Buranın əhalisinin yoxsulluq vəziyyətində yaşadığı ilk baxışdan da nəzərə çarpır".

10. #900
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanlı alim: "İrəvanın 2790 illiyinin qeyd olunmasının heç bir elmi əsası yoxdur"

[b]Azərbaycanlı alim: "İrəvanın 2790 illiyinin qeyd olunmasının heç bir elmi əsası yoxdur"[b]

Bakı. Laura Cəbrayıllı - APA. "Bu il oktyabrın 11-də "Paytaxt və iri şəhərlər Beynəlxalq Assambleyası" çərçivəsində İrəvanın 2790 illiyinin qeyd olunmasının heç bir elmi, tarixi əsası yoxdur. İrəvanın yaranması ərəb dövrünə təsadüf edir, İrəvan və Qərbi Azərbaycan ermənilərə, erməni tarixinə aid deyil".

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov deyib. Onun sözlərinə görə, ilk növbədə Urartu mənbələri və Rusiyanın qədim dövrdə tanınmış tarixçilərinin, İqor Dyakonovun, Azərbaycanın mərhum akademiki İqrar Əliyevin, mənşəcə erməni olan amerikalı alim Nina Qarsiyanın və digərlərinin elmi əsərlərində də ermənilərin bu əraziyə heç bir aidiyyəti olmadığı açıq şəkildə göstərilib: "Xristian dini qəbul ediləndən sonra kilsələr, o cümlədən Qriqoryan kilsəsi V əsrdən etibarən missionerlik fəaliyyəti ilə məşğul olmağa başlayıb. Kilsələr ayrı-ayrı yerlərə, o cümlədən indiki Türkiyə ərazisində olan Van gölü ətrafındakı ərazilərə missionerlər göndərib. XIX əsrin birinci yarısında Rusiyanın işğal etdiyi Şimali Azərbaycan torpaqlarına, o cümlədən Azərbaycanın tərkib hissəsi olan İrəvan xanlığına kütləvi surətdə ermənilərin köçürülməsinə başlanılıb. Ən qədim dövrdən 1918-ci ilədək istər müasir Türkiyə, istərsə də müasir Azərbaycan ərazisində, ümumiyyətlə regionda Ermənistan dövləti olmayıb. Bir səhv olaraq, 1918-ci ilin mayın 29-da İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi nəticəsində ingilis, amerikan və fransızların himayədarlığı ilə onların dövlət yaratması mümkün olub. 1920-ci ildə Şimali Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra bu ərazilərdə ermənilərin torpaqlarının sahəsinin genişləndirilməsi üçün təqiblər həyata keçirilib və Sovet Rusiyasının birbaşa təzyiqi nəticəsində Sovet Azərbaycanından 19,8 min kv.km ermənilərə verilib". Tarixi məlumatlara görə, qədim Azərbaycan yurdu olan İrəvanın bir səhər, qala kimi tarixi ərəb xilafətinin süqutundan sonra başlayıb. Ərazi türk mənşəli sacilərin, sonra salari və rəvvadilərin, Səlcuq İmperiyasının, Atabəylər, Hülaki, nəhayət XV əsrdə Qaraqoyunlu, sonralar Ağqoyunlu dövlətləri və Səfəvi dövlətinin tərkibində olub. Səfəvi dövründə İrəvan Çüxurşəhər bəylərbəyliyinin ərazi inzibati mərkəzinə çevrilib, nəhayət İrəvan xanlığı və Şimali Azərbaycan torpaqlarının işğalı ilə İrəvan quberniyası, sonra 1918-ci il mayın 29-da İrəvanın verilməsi nəticəsində Ermənistan Respublikası yaranıb. Bunların tarixi fakt olduğunu deyən C. Bəhramov İrəvanın yaradılmasının saxta 2790 rəqəmi ilə beynəlxalq miqyasda qeyd edilməsinə Azərbaycanın müvafiq strukturlarının münasibət bildirməli olduğunu vurğulayıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.