8 aprel. İlin sonuna 267 gün qalır.
1548. Peru İspaniya ərazisi elan edilib
1766. ABŞ-da ilk yanğınsöndürən nərdivan patentləşdirilib
1881. İspan rəssamı Pablo Pikasso anadan olub
1902. Rusiya və Çin arasında Mancuriyaya dair saziş imzalanıb. Sazişə əsasən Rus qoşunu tədricən bu ərazidən çəkilib
1935. Keçmiş SSRİ-də 12 yaşdan yuxarı uşaqlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub. Bu yaşda uşaqlara etdiyi cinayətə görə, hətta ölüm hökmü çıxarıla bilərdi
1938. BMT-nin yeddinci baş katibi Kofi Annan anadan olub
1940. Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin premyerası keçirilib. Bu tarix milli baletin başlanğıcı hesab edilir
1966. Leonid Brejnev Sov İKP MK-nın baş katibi seçilib
1971. Londonda qaraçıların ilk beynəlxalq konqresi baş tutub
1992. Ağdaban soyqırımı. Ermənilər Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırıb, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verib. Hücum zamanı 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib
2005. Roma papası II İohan Pavel dəfn edilib
2009. “Təzadlar” qəzetinin baş redaktoru məhkəmə qərarı ilə həbs edilib, prezident İlham Əliyev bu addımı kəskin tənqid edib
2009. İlham Əliyevlə Barak Obama arasında telefon danışığı olub.
193 sonuçtan 81 ile 90 arası
-
04-07-2010, 12:58 AM #81
Re: Tarixdə bu gün
7 aprel. İlin sonuna 268 gün qalır
1789. Sultan I Əbülhəmid vəfat edib
1795. Fransa metrik sistem tətbiq edilib
1906. Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə “Molla Nəsrəddin” jurnalının ilk sayı çıxıb
1906. Vezuvi vulkanının püskürməsi nəticəsində Neapol şəhəri xarabalığa çevrilib
1918. Yazıçı Bayram Bayramov anadan olub
1930. Keçmiş SSRİ-də İslah əmək düşərgələrinin artırılmasına qərar verilib
1933. ABŞ-da “Quru qanunu” ləğv edilib. Qanunla spirtli içkilərin istehsalı və satışı qadağan edilib
1947. Amerikan avtomobil konstruktoru Henri Ford vəfat edib
1948. Dünya Səhiyyə Təşkilatı təsis edilib
1957. Nyu-Yorkda sonuncu dəfə trolleybus xəttə çıxıb
1959. Azərbaycan yazıçılar birliyinin katibi Çingiz Abdullayev anadan olub
1963. Yuqoslaviya Sosialist Respublikası elan edilib
1989. SSRİ-yə məxsus “Komsomoles” atom sualtı qayığı Norveç dənizində batıb. Qəzada 42 nəfər həlak olub, 30 nəfər xilas edilib.
1991. Ermənilər Qubadlı rayonu ərazisində (Ermənistanla sərhəddə) yerləşən SSRİ DİN-in daxili qoşunlarının bölməsinə basqın ediblər. Basqın zamanı 2 nəfər (o cümlədən 1 rus zabiti) öldürülüb, 4 nəfər yaralanıb
1992. Azərbaycan Respublikası İsrail ilə diplomatik əlaqələr qurub
1993. Brüsseldə Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat qəbul edilib
1994. Qahirədə Azərbaycan və Misir arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş və konsulluq konvensiyası imzalanıb
2001. Azərbaycan və Ermənistan prezidentlərinin Ki Uest sammiti başa çatıb. Prezidentlər Heydər Əliyev və Robert Köçəryan arasında üç gün sürən danışıqlarda konkret nəticə əldə olunmayıb
2003. Koalisiya qüvvələri Bağdadı tutub
2005. Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb[
-
04-08-2010, 02:12 AM #82
Re: Tarixdə bu gün
[
-
04-10-2010, 12:53 AM #83
Re: Tarixdə bu gün
10 aprel. İlin sonuna 265 gün qalır.
1845. Türk polis təşkilatı qurulub
1920. Azərbaycanın Tehrandakı Səfiri Adil Xan Ziyadxanovun Azərbaycan xarici işlər nazirliyinə teleqramı: “Naxçıvandan və İranın müxtəlif yerlərindən aldığım çoxlu teleqramlarda ermənilərin Naxçıvana və Ordubada hücum etdikləri, İran ermənilərinin də onlara dəstək verdiyi göstərilir... Bu barədə Tehrandakı ingilis, ABŞ və fransız səfirliklərinə bildirmişəm....Təcili tədbirlər görülməlidir”. (Naxçıvan əhalisi buradakı vəziyyət barədə məlumatları həmin diplomatik missiyalarımıza çatdırırdılar)
1922. Genuya Konfransı başlayıb. Nərimanov Nərimanov sovet nümayəndə heyətinin üzvü kimi İtaliyada baş tutan bu konfransda iştirak edib
1925. III Zaqafqaziya sovetlər qurultayı başlayıb
1938. Keçmiş xarici işlər naziri Tofiq Qasımov anadan olub
1944. Sovet qoşunları Odessanı azad edib
1955. SSRİ və Çin arasında nüvə reaktorunun inşa edilməsinə dair saziş imzalanıb
1969. SSRİ-nin qanadları həndəsi dəyişən ilk təyyarəsi olan “MİQ 23”-ün sınaqları başlayıb
1972. Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya qəbul edilib
1973. Braziliyalı futbolçu Roberto Karlos anadan olub
1992. Milli qəhrəman Şahlar Hüseynov Marquşavan kəndi uğrunda döyüşlərdə həlak olub
1992. Rusiya Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycanı tanıyan dövlətlərin sayı 109-a çatıb
1996. Azərbaycan və Pakistan arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
1998. “Tarixi və mədəni abidələrin qorunması haqqında” Qanun qəbul edilib
2002. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyasının Dövlət Gömrük Komitəsi arasında xarici ticarətin gömrük statistikası sahəsində metodoloji və informasiya əməkdaşlığı haqqında Protokol imzalanıb
2004. Türk iş adamı Sakıf Sabancı vəfat edib
2008. Azərbaycan Respublikası Prezidenti “Avropada Təhsil alan Azərbaycanlı Tələbələr Forumuna (FASE) maliyyə yardımının ayrılması” haqqında sərəncam imzalayıb[
-
04-10-2010, 01:55 AM #84Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
Re: Tarixdə bu gün
Sadece 1 illik (2008 ci il uçun) etibarli sayilan bir serencam idi.
POWER_RANGERS Nickli Üyeden Alıntı
-
04-12-2010, 12:24 AM #85
Re: Tarixdə bu gün
12 aprel. İlin sonuna 263 gün qalır
1903. Dünyada ilk dəfə daxili yanma mühərrikli avtobuslar Londonda istismara verilib
1917. "Türk Ədəm Mərkəziyyət (federalist – M.Əliyev) partiyası öz proqramı ilə xalqı tanış etmək üçün Gəncənin Şah Abbas məscidinin həyətində böyük mitinq keçirib.
1928. Yazıçı İsa Hüseynov anadan olub
1934. Vaşinqtonda 372 km/saat sürətli külək qeydə alınıb
1955. Aktyor Fəxrəddin manafov anadan olub
1961. Sovet kosmonavtı Yuri Qaqrin kosmosa uçub. Bu tarix keçmiş SSRİ-də Kosmonavtika günü kimi qeyd edilibs
1985. Qrossmeyster Şəhriyar Məmmədyarov anadan olub
1985. Bir milyonuncu “QAZ 24” konveyerdən çıxıb. Bu avtomobil vaxtilə “Şərqin Mersedesi” adlandırılıb
1988. ABŞ-da gen mühəndisliyi yolu ilə əldə edilən ilk canlı (laboratoriya siçanı) patentləşdirilib
1992. Milli qəhrəman Allahverdi Bağırov şəhid olub
1993. Azərbaycan və ABŞ arasında ticarət münasibətləri haqqında Saziş imzalanıb
2000. Vyanada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında Memorandum imzalanıb[
-
04-12-2010, 01:48 AM #86Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
Re: Tarixdə bu gün
gözel bir gün
POWER_RANGERS Nickli Üyeden Alıntı
-
04-13-2010, 12:55 AM #87
Re: Tarixdə bu gün
13 aprel. İlin sonuna 262 gün qalır.
1204. Səlibçilər Konstantinopolu talan edib
1743. ABŞ-ın II prezidenti Tomas Cefferson anadan olub
1870. Nyu-Yorkun “Metropoliten Muzeyi” açılıb
1916. Rus-Baltika avtomobil zavodu Moskva ətrafına köçürülüb
1919. Münhendə kommunistlərin rəhbərlik etdiyi Bavariya Sosialist Respublikası təsis edilib
1925. Keçmiş SSRİ-də Ümumittifaq Korlar cəmiyyəti təsis edilib
1941. SSRİ və Yaponiya arasında hücum etməmək haqqında pakt imzalanıb
1944. Sovet ordusu Simferopolu azad edib
1963. Bakı şahmat məktəbinin yetirməsi Harri Kasparov anadan olub
1972. Futbolçu Qurban Qurbanov anadan olub
1975. Çadda dövlət çevrilişi baş verib
1993. Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Protokol imzalanıb
1998. Belçika Krallığının Baş Naziri Jan-Luk-Dehan Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində “Azərbaycan və Belçika-Lüksemburq İqtisadi Birliyi arasında Birgə Bəyannamə” və “Belçika Krallığı ilə hava əlaqələri haqqında Saziş” imzalanıb
1999. Azərbaycan prezidenti Heydər Əliyev "Atatürk Sülh Mükafatına" layiq görülüb
2003. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Memorandum imzalanıb
2009. Vaşinqtonda yaşayan azərbaycanlı və türklər “Erməni yalanlarına son” adlı nümayiş keçirib
2009. Azərbaycanda əhalinin siyahıyaalınmasına başlanıb.[
-
04-14-2010, 01:40 AM #88
Re: Tarixdə bu gün
14 aprel. İlin sonuna 261 gün qalır.
1687. İngiltərədə protestantlar və katoliklərə bərabər hüquq verilib
1865. ABŞ prezidenti Avraam Linkolna qarşı sui-qəsd olub. Prezident ertəsi gün keçinib
1870. Nəriman Nərimanov Tiflisdə anadan olub
1871. Almaniya parlamenti – Reyxstaq təşkil edilib
1894. Tomas Edison kinoskopun ilkin versiyasını təqdim edib
1907. Fatma Qədri Odessa şəhərində anadan olub. O, ilk professional teatr təhsili görmüş azərbaycanlı aktrisadır
1909. “British Petroleum” şirkəti təsis edilib
1912. Saat 23.40. “Titanic” gəmisi aysberqlə toqquşub. Gəmi ertəsi gün saat 2.20-də suya qərq olub
1921. Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR arasında “Zaqafqaziya dəmir yollarının idarə edilməsini birləşdirmək haqqında Saziş” imzalanıb
1921. V.İ.Lenin “Azərbaycan SSR, Ermənistan SSR, Dağıstan və Dağlı Respublikası kommunist yoldaşlarına müraciət məktubu göndərib
1927. İlk “Volvo” avtomobili konveyerdən çıxıb
1930. Sovet şairi Vladimir Mayakovski intihar edib
1931. İspaniyada respublika elan edilib
1938. Moskvada Birinci Azərbaycan incəsənəti ongünlüyü başa çatıb
1952. Jurnalist Alı Mustafayev anadan olub
1987. Türkiyə, Avropa İqtisadi Birliyinə üzvlük üçün rəsmi müraciət edib
1988. Cenevrədə sovet ordusunun Əfqanıstandan çıxarılmasına dair saziş əldə edilib
1990. NATO təyyarələri səhvən kosovolu albanların qaçqın düşərgəsini bombalayıb, 75 alban həlak olub
1999. Yaponiyada elektrik qatarında 552 km/saat sürət əldə edilib
2009. İlqar Muxtarov Azərbaycanın Meksikadakı səfiri təyin edilib
2009. Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İordaniyaya rəsmi səfərə gedib
2009. Beynəlxalq Böhran Qrupu Türkiyə-Ermənistan münasibətlərinə dair hesabat açıqlayıb
2009. “2009-2013-cü il regionların sosial inkişaf Proqramı” qəbul edilib...[
-
04-15-2010, 02:07 AM #89
Re: Tarixdə bu gün
15 aprel. İlin sonuna 260 gün qalır.
1542. İtalyan rəssam Leonardo da Vinçi anadan olub
1707. Alman fizik Leonard Eyler anadan olub
1765. Rus alim Lomonosov anadan olub
1795. Litva Rus İmperiyasına ilhaq edilib
1896. Afinada Olimpiya oyunları başa çatıb
1912. “Titanic” gəmisi bütövlükdə suya qərq olub. Qəzada təqribən 1500 nəfər həlak olub (statistika ziddiyyətlidir)
1917. Bakıda Qafqaz müsəlmanları qurultayı işə başlayıb
1919. Sovet hökuməti “İslah əmək düşərgələri baş İdarəsi”nin (QULAQ) yaradılması haqqında dekret qəbul edib
1920. ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Dərbənd rayonuna rus qoşunlarının toplanması səbəbləri barədə məlumat vermək üçün rus həmkarı Çiçerinin adına növbəti nota göndərib
1920. A.Qardaşovun “Əhrar” partiyası hökumət kabinetindən çıxarılıb
1921. Birinci Azərbaycan kooperativ qurultayı başlayıb
1924. Dünyada ilk avtomobil yolları atlası ABŞ-da tərtib edilib
1927. SSRİ və İsveçrə diplomatik münasibətlər qurub
1931. Türk tarix Qurumu təşkil edilib
1955. ABŞ-ın İllinoys ştatında ilk McDonalds açılıb
1986. ABŞ HHQ Liviyaya bomba zərbələri endirib
1992. Azərbaycan Respublikası Fələstin ilə diplomatik əlaqələr qurub
1993. Avropa Şurası Nazirlər Komitəsi “Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə dair Bəyannamə” qəbul edib
1998. Qırmızı Khmerlərin lideri, Kambocanın 1975-1979-cu illərdə dövlət başçısı Pol Pot (əsl adı Salos Sar) vəfat edib. Onun hakimiyyəti zamanı 3 milyonadək insan qətlə yetirilib
2002. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Nazirliyi arasında Müdafiə və Hərbi sahələrdə İkitərəfli Əməkdaşlıq üzrə Protokol imzalanıb[
-
04-16-2010, 01:02 AM #90
Re: Tarixdə bu gün
16 aprel. İlin sonuna 259 gün qalır.
1828. İspan rəssam Fransisko Qoya vəfat edib
1844. Fransız yazıçı Anatol Frans anadan olub
1850. Mum fiqurlar muzeyinin qurucusu madam Tüsso Londonda vəfat edib
1889. Aktyor Çarlz Çaplin anadan olub
1916. Bəstəkar Qəmbər Hüseynli anadan olub
1917. Lenin İsveçrədən Peterburqa qayıdıb
1922. SSRİ və Almaniya arasında diplomatik münasibətlər qurulub
1927. Papa XVI Benedikt anadan olub
1934. Bəstəkar Ramiz Mirişli anadan olub
1934. “Sovet İttifaqı Qəhrəmanı” fəxri adı təsis edilib
1941. II Dünya müharibəsi: 500 alman təyyarəsi bütün gecə Londonu bombalayıb
1945. Sovet sualtı qayığının “Qoya” gəmisini vurması nəticəsində əksəriyyəti alman qaçqınlar və litvalılar olan 6500 nəfər həlak olub. Bu “şücaətə” görə, sualtı qayığının komandirinə “Sovet İttifaqı Qəhrəmanı” adı və “Lenin mükafatı” verilib
1967. Milli qəhrəman Rizvan Teymurov anadan olub
1992. Azərbaycan Respublikası Monqolustan ilə diplomatik əlaqələr qurub
1992. Mozambikdə tankerin qəzaya uğraması nəticəsində 60 000 ton xam neft okeana tökülüb
1992. Əfqanıstan prezidenti Nəcibulla hakimiyyətdən uzaqlaşdırılıb
1995. Cənubi Afrika Respublikası insan haqlarının pozulmasını əsas gətirərək Türkiyəyə silah satışına embarqo qoyub. Embarqo 2 il sonra qaldırılıb
1996. Çeçen döyüşçüləri rus motoatıcı diviziyasını pusquya salaraq 53 hərbçini məhv edib, 52-ni yaralayıblar
1998. Enerji Xartiyası (EX) qüvvəyə minib
2009. Saat 00.00-dan etibarən Çeçenistanda “terrorla mübarizə rejimi” ləğv edilib[


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri