Əsas məzmuna keç
Sayfa 7/20 İlkİlk ... 5678917 ... SonSon
193 sonuçtan 61 ile 70 arası

Tarixdə bu gün

  1. #61
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    19 mart. İlin sonuna 287 gün qalır.

    1405. Əmir Teymur vəfat edib

    1474. Venesiyada ixtiraların mühafizəsi haqqında qanun qəbul edilib. Bu, müəllif hüquqları barədə tarixdə ilk qanun hesab olunur

    1813. Şotland səyyah David Livinqston anadan olub

    1899. “Castrol” şirkəti təsis edilib

    1903. İlk türk idman klubu “Beşiktaş JK” təsis edilib

    1910. Səttarxan və Bağır xan Təbrizdən Tehrana yola düşüb

    1915. İlk dəfə Pluton planetinin şəkli çəkilib

    1923. Zaqafqaziya kommunist təşkilatının I qurultayı keçirilib

    1925. N.Nərimanov Moskvada müəmmalı şəkildə vəfat edib

    1953. Oskar mükafatının təqdimat mərasimi ilk dəfə televiziyada yayımlanıb

    1958. Strasburqda Avropa Parlamentinin ilk iclası keçirilib

    1994. Bakı Metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib. Partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib. Həlak olanların siyahısı stansiya çıxışına vurulub.

    1994. Xalq artisti Rafiq Babayev vəfat edib

    2006. Aleksand Lukaşenko təkrarən Belarus prezidenti seçilib

    2007. Prezident İlham Əliyevin 560 saylı fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti” təsis edilib...

    [

  2. #62
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Tarixdə bu gün

    bunlari bilmek vacibdi

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #63
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün





    20 mart.

    1725. Osmanlı hökmdarı I Əbdülhəmid anadan olub

    1728. İsaak Nyuton vəfat edib

    1739. Nadir şah Dehlini tutub

    1792. Fransız parlamenti qilyotinin tətbiqinə icazə verib

    1854. ABŞ-da Respublikaçılar Partiyası təsis edilib

    1873. Rus bəstəkar Rahmaninov anadan olub

    1899. Dramaturq Cəfər Cabbarlı anadan olub

    1916. Albert Eynşteyn nisbilik nəzəriyyəsini açıqlayıb

    1919. Azərbaycan hökumətinin başçısı Fətəli Xan Xoyskinin qərarı ilə İsmayıl Xan Ziyadxanov başda olmaqla İrana fövqəladə diplomatik missiya göndərilib

    1930. Akademik Fərəməz Maqsudov anadan olub

    1934. Alman alim Rudolf Kenhold ilk radarı sınaqdan çıxarıb

    1938. Millət vəkili İlyas İsmayılov anadan olub

    1942. Şair Zahid Xəlil anadan olub

    1990. Nambiya müstəqillik əldə edib

    1994. Əməkdar artist Mirvari Novruzova vəfat edib

    1995. Tokio metrosuna zəhərli qaz buraxılması nəticəsində 12 nəfər həlak olub, 1000 nəfər zəhərlənib

    2003. Koalisiya qüvvələri İraqa soxulub

    2005. Novruz şənliyi zamanı Mersində türk bayrağının təhqir edilməsi ölkədə kütləvi narazılıq yaradıb

    2005. İqbal Ağazadə prezident fərmanı ilə əfv edilib...
    [

  4. #64
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    22 Mart. İlin sonuna 284 gün qalır.

    1772. İngiltərədə köləlik qanunla qadağan edilib
    1832. Alman şair Höte vəfat edib
    1841. ABŞ-da nişasta istehsalı patentləşdirilib
    1854. Böyük maarifpərvər Məhəmməd Tağı Sidqi anadan olub
    1873. M.F.Axundovun «Hacı Qara» komediyasının ilk tamaşası keçirilib
    1882. ABŞ-da çoxarvadlılıq qadağan edilib
    1909. Yazıçı Mehdi Hüseyn anadan olub
    1913. Aktyor Əliağa Ağayev anadan olub
    1919. Yazıçı İsmayıl Şıxlı anadan olub
    1930. Respublikada ilk MTS (Maşın traktor stansiyası) Bərdədə təşkil edilib
    1933. Müğənni Rübabə Muradova anadan olub
    1945. Qahirədə Ərəb Dövlətləri Liqası təşkil edilib
    1956. Milli qəhrəman Əsəd Əsədov anadan olub
    1967. “Daewoo” şirkəti qurulub
    1968. “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov anadan olub
    1972. ABŞ konstitusiyasına edilən dəyişikliklə bütün növ cinsi ayrı seçkilik qadağan edilib
    1986. Papaya sui-qəsddə təqsirli bilinən Mehmet Ali Ağca İtaliyada ömürlük həbsə məhkum edilib
    1992. Ermənilərin Qazaxda “UAZ” markalı avtomobili partlatması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb
    1993. Dünyada ilk dəfə “Beynəlxalq su günü” qeyd edilib
    1999. Prezident Heydər Əliyev “Aqrar sahədə islahatların sürətləndirilməsi haqqında” fərman verib
    2001. Fransızdilli Vikipediya efirə çıxıb
    2004. Azərbaycan Respublikası Ekvador, Somali və Kabo Verde ilə diplomatik əlaqələr qurub ilə diplomatik əlaqələr qurub
    2004. “Həmas” lideri şeyx Əhməd Yasin qətlə yetirilib
    [

  5. #65
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    23 mart. İlin sonuna 283 gün qalır.

    1749. Fransız astronom Pyer Simon Laplas anadan olub

    1842. Fransız yazıçı Stendal vəfat edib

    1876. Rus alimi Yabloçkov elektrik lampasını patentləşdirib

    1876. Türk ideoloq Ziya Göyalp anadan olub

    1914. Şair Zeynal Xəlil anadan olub

    1920. Bəstəkar Əşrəf Abbasov anadan olub

    1942. Aktyor Rza Darablı vəfat edib

    1949. Milli qəhrəman Paşa Təhməzov anadan olub

    1956. Pakistanda ilk konstitusiya qəbul edilib. Ölkə “Pakistan İslam Respublikası” adlandırılıb

    1960. İslam alimi Səid Nursi Bədiüzzaman vəfat edib

    1969. Aktyor Bəşir Səfəroğlu vəfat edib

    1983. ABŞ prezidenti Ronald Reqan yeni müdafiə strategiyasını təqdim edim. Bu layihə “Ulduz müharibələri” adı ilə də tanınıb

    1992. Azərbaycan Respublikası Cənubi Koreya ilə diplomatik əlaqələr qurub
    1998. “Titanik” filmi 11 “Oskar” mükafatı alaraq 2007-ci ilin ən yaxşı filmi nominasiyasına layiq görülüb

    1999. Azərbaycan Respublikası Milli Məclisi AEBA ilə Vyanada imzalanmış sazişləri ratifikasiya edib. Bu saziş Azərbaycan – AEBA əlaqələrinin başlanğıcı hesab edilir

    2001. “Mir” orbital stansiyası fəaliyyət müddətini başa vurub. Stansiya Atlantik okean üzərində atmosfer daxil olaraq parçalanıb...
    [

  6. #66
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    24 mart. İlin sonuna 282 gün qalır.

    809. Abbasi xəlifəsi Harun ər Rəşid vəfat edib

    1394. Əmir Teymur Diyarbəkiri işğal edib

    1820. Fransız fizik Edmond Bekerel anadan olub

    1837. Kanadada qara dərili əhali səsvermə hüququ əldə edib

    1882. Alman alimi Robert Kok vərəm çöplərini digər bakteriyalardan ayırd etdiyini açıqlayıb

    1896. Rus fizik Popov Morze əlifbası ilə ilk radioqramı göndərib

    1900. Nyu-Yorkda metro tikintisinə start verilib

    1905. Fransız fantastik yazıçısı Jülv Vern vəfat edib

    1945. Gəray Əsədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb

    1948. Belçikada qadınlar səsvermə hüququ əldə edib

    1959. İraq “Bağdad paktı”ndan çəkildiyini açıqlayıb

    1970. Milli qəhrəman Naiq Yusifov anadan olub

    1990. Erməni hərbi birləşmələri Qazaxın Bağanis Ayrım kəndinə hücum edərək dinc əhaliyə divan tutub

    1992. Azərbaycan Respublikası Finlandiya ilə diplomatik əlaqələr qurub

    1992. Helsinkidə ATƏM-in (indiki ATƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında Dağlıq Qarabağda vəziyyət müzakirə olunub. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib

    1997. Kiyevdə Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında 17 saziş (hərbi-texniki əməkdaşlıq, hərbi təhsil, tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, konsul xidməti, standartlaşma və metrologiya və s.) imzalanıb

    2005. Qırğızıstanda kütləvi etirazlardan sonra prezident Əsgər Akayev hakimiyyətdən gedib. Dövləti idarə etmək baş nazir Kurmanbəy Bakiyevə həvalə edilib

    2008. Müğənni Tükəzban İsmayılova vəfat edib

    2009. MONEYVAL Azərbaycana dair hesabatını açıqlayıb...
    [

  7. #67
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    25 mart. İlin sonuna 281 gün qalır.


    1611. Türk səyyahı və yazıçısı Övliyyə Çələbi anadan olub

    1655. Kristian Hügen Saturnun təbii peyki Titanı kəşf edib

    1752. Böyük Britaniyada tərəfindən qreqorian təqvimi tətbiq edilib

    1802. Fransa ilə Böyük Britaniya, İspaniya, Hollandiya və Osmanlı imperiyası arasında ikinci ittifaqa son qoyan Amiyen sülhü imzalanıb

    1807. İngiltərə Parlamenti qul ticarətini qadağan edib

    1815. Avstriya, Böyük Britaniya, Prussiya və Rusiya Napoleona qarşı birləşiblər

    1821. Yunanıstan Osmanlı imperiyasından ayrılaraq öz müstəqilliyini elan edib

    1833. Haitidə inqilab baş verib

    1854. Krım müharibəsinin gedişatında Fransa və Böyük Britaniya Rusiyaya qarşı müharibə elan edib

    1899. Moskvada ilk tramvay istifadəyə verilib

    1901. Mançesterdə ilk dəfə olaraq 2 taktlı Dizel mühərrik istehsal olunub

    1905. Böyük Britaniya və ABŞ Alyaska və Kanadanın sərhədinin müəyyən olunması barədə razılığa gəliblər

    1907. Mühacir şair Almas İldırım (İldırım Almaszadə) anadan olub

    1911. Nyu-Yorkda (ABŞ) “Triangle Shirtwaist Company” adlı zavodda yanğın nəticəsində 146 nəfər həlak olub

    1918. Belarus Xalq Respublikası yaradılıb

    1924. Yunanıstanda ilk respublika elan olunub (13 apreldə referendum yolu ilə təsdiq olunub)

    1936. Fransa, Böyük Britaniya və ABŞ arasında dəniz sazişi imzalanıb

    1939. İtalyan kardinalı Eugenio Pacelli XII Pie adı ilə papa seçilib

    1944. 76 əsir Polşada həbs düşərgəsindən birgə qazdıqları tunel vasitəsilə qaçıblar; onlardan yalnız üçü İngiltərəyə keçə bilib, qaçanların əksərini almanlar vurulub. Bu hadisə “Böyük qaçış” filmində canlandırılıb

    1947. ABŞ-da İllinoysda kömür mədənində baş verən partlayış nəticəsində 111 nəfər həlak olub

    1947. Britaniyalı müğənni və bəstəkar Elton Con anadan olub

    1949. Minlərlə latviyalı kütləvi şəkildə Sibirə köçürülməsinə başlanıb

    1966. İlk dəfə olaraq beş alpinist Alp dağının Eiger zirvəsini fəth edib

    1975. Səudiyyə Ərəbistanının kralı Faysal ər-Riyadda əqli cəhətdən qüsurlu olan qardaşı oğlu tərəfindən qətlə yetirilib. Onun qardaşı şahzadə Xalid taxt-taca sahib olub

    1990. Alən Prost Braziliyada keçirilən “Formula-1” yarışlarında qırxıncı mükafatını alıb

    1992. Kosmonavt Sergey Krikalev “Mir” kosmos stansiyasında on ay qaldıqdan sonra Yer kürəsinə qayıdıb

    1992. “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı təsis edilib

    1995. Zorlamaya görə üç il həbs cəzası alan Mayk Tayson azadlığa çıxıb

    1996. ABŞ, Fransa və Böyük Britaniya Sakit okeanın cənubunda yarım əsrdən bəri keçirilən atom sınaqlarına son qoyulması barədə müqavilə imzalayıb

    1998. Avropa Komissiyasında yeganə pul vahidi kimi avronun tətbiqi üçün on bir ölkənin iştirakı ilə iclas keçirilib

    2000. Avropa Şurası Siyasi Komitəsi Azərbaycan Respublikası Milli Məclisinə Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv qəbul edildikdən sonra yerinə yetirilməli olacağı öhdəliklərin siyahısını göndərib. Sənədi Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri imzalayıb

    2002. Əfqanıstanın şimalında Rixter cədvəli üzrə 5,8 gücündə baş verən zəlzələ minlərlə adamın həyatına son qoyub

    2002. Epilepsiyanın yaranma səbəbləri tapılıb

    2009. AŞPA-nın yaz sessiyasında alman parlamentar Kristof Ştrasser Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilib...

    [

  8. #68
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    27 mart. İlin sonuna 279 gün qalır.

    1845. Alman fizik Vilhelm Rentgen anadan olub

    1855. ABŞ-da kerosin patentləşdirilib

    1893. Aleksandr Bellin telefon şirkəti fəaliyyətə başlayıb

    1918. 27 – 29 mart tarixlərində bolşevik daşnak qüvvələri Şamaxıda soyqırımı törədib

    1920. Denikinin qoşunları Krıma soxulub

    1920. Rusiya Kommunist partiyasının XI konfransı keçirilib

    1927. Bəstəkar Mstislav Rostropoviç Bakıda anadan olub

    1948. Misirdə Asuan bəndinin tikintisinə başlanıb. Layihənin hazırlanmasında SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsinin əməkdaşları fəal iştirak edib. Azərbaycanın 2-ci prezidenti Əbülfəz Elçibəy tikintidə tərcüməçi kimi çalışıb

    1968. Sovet kosmonavtı Yuri Qaqarin həlak olub

    1978. Sovet İttifaqı vətəndaşlığından məhrum edildikdən sonra, Rostropoviç SSRİ Bəstəkarlar İttifaqı üzvlüyündən də çıxarılıb

    1986. Aktyor Səməndər Rzayev vəfat edib

    1992. Azərbaycan Respublikası Misir, Kuba və Filippin ilə diplomatik əlaqələr qurub

    1996. Azərbaycan və Rumıniya arasında hava əlaqələri haqqında Saziş imzalanıb

    1997. Azərbaycan prezidenti Heydər Əliyev Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni ilə təltif edilib

    1998. Alman avtomobil konstruktoru Ferdinand Porşe vəfat edib
    [

  9. #69
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Tarixdə bu gün

    Sayende ilin nece gun qaldigini bilirem

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  10. #70
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Tarixdə bu gün

    esgerlik yadiam dusdu ee lap gun saymaq
    [

Sayfa 7/20 İlkİlk ... 5678917 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.