Sayfa 10/20 İlkİlk ... 89101112 ... SonSon
193 sonuçtan 91 ile 100 arası

Tarixdə bu gün

  1. #91
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    17 aprel. İlin sonuna 258 gün qalır.

    1453. Fatih Sultan Mehmet İstanbul yaxınlığındakı adaları fəth edib

    1722. I Pyotrun fərmanı ilə Rusiyada “saqqal vergisi” tətbiq edilib

    1824. Rusiya və ABŞ arasında Rusiyanın Şimali Amerikadakı sərhədlərini müəyyən edən konvensiya imzalanıb

    1839. Qvatemala Respublikası elan edilib

    1862. Rus siyasi xadimi Pyotr Stolıpin anadan olub

    1894. Sovet lideri Nikita Xruşov anadan olub

    1923. Rusiya Kommunist partiyasının 12-ci qurultayı işə başlayıb

    1924. Benito Musolininin faşist partiyası İtaliyada parlament seçkilərini qazanıb

    1938. SSRİ Ali Soveti rəyasət heyətinin qərarı ilə Üzeyir Hacıbəyov, Şövkət Məmmədova və Bülbülə SSRİ Xalq artisti fəxri adı verilib

    1956. Kommunist İnternasionalı buraxılıb

    1980. Cənubi Rodeziyanın adı dəyişdirilərək Zimbabve adlandırılıb

    1993. Türkiyənin 8-ci prezidenti Turqut Özal vəfat edib

    1998. Azərbaycanda “Qrantlar haqqında” qanun qəbul edilib

    1999. Bakı-Supsa neft kəməri və Supsa neft terminalı işə düşüb

    2007. Rabatda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Mərakeş Krallığının Kənd Təsərrüfatı, Kəndin İnkişafı və Dəniz Balıqçılığı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb

    2009. Xəzərdə Azərbaycan bayrağı altında üzən 2 gəmi Qazaxıstan sularında saxlanılıb
    [

  2. #92
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Tarixdə bu gün

    xeberci

  3. #93
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Tarixdə bu gün

    Gunlerin sayi azalir hamisi omurden gedir
    [

  4. #94
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    Alıntı _SoMMeT_ Nickli Üyeden Alıntı
    xeberci
    [

  5. #95
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    18 aprel. İlin sonuna 257 gün qalır.

    1791. İngilis parlamenti Afrikada köləliyin ləğvinin əleyhinə səs verib
    1853. Asiyada ilk dəmir yol xətti (Bombey – Tanna, 35 km) açılıb
    1897. Aktrisa Şövkət Məmmədova Tiflisdə anadan olub
    1909. Vatikan fransız milli qəhrəmanı Janna D’Arkı müqəddəslər sırasına daxil edib
    1922. Keçmiş SSRi-də ilk avtobus marşrutları paytaxt Moskvada açılıb
    1941. Almaniyada seriya ilə buraxılan ilk hərbi təyyarə olan “Messerschmitt Me.262”-nin istehsalına başlanıb
    1946. BMT fəaliyyətə başladığı üçün Millətlər Cəmiyyəti buraxılıb
    1954. Polkovnik camal Əbdül Nasir Misirin baş naziri və hərbi qubernatoru seçilib
    1955. Görkəmli fizik Albert Eynşteyn vəfat edib
    1961. Diplomatik əlaqələr üzrə Vyana Konvensiyası qəbul edilib
    1991. Şair Tofiq Bayram vəfat edib
    1996. İsrail aviasiyasının qaçqın düşərgəsini bombalaması zamanı mindən çox livanlı həlak olub
    2001. Daşkənddə Azərbaycan və Özbəkistan arasında 2001-2010-cu illər üzrə iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb
    2002. Norveçli səyyah Tur Heyerdal vəfat edib. Görkəmli səyyah Azərbaycan SSR-ə ilk dəfə 1981-ci ildə gəlib. Müstəqil Azərbaycana isə o, 2000-ci ilin sentyabrında ayaq basıb.
    [

  6. #96
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    19 aprel. İlin sonuna 256 gün qalır

    1783. Kraliça II Yekatrina Krım və Kuban vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında Manifest imzalayıb
    1882. İngilis bioloq, “Təkamül nəzəriyyəsi”nin banisi Çarlz Darvin vəfat edib
    1906. Fransız fizik Pyer Küri vəfat edib
    1943. Varşava qettosunda antifaşist üsyan başlayıb
    1947. Hindistan Milli Konqresi partiyası ölkəni iki yerə – Hindistan və Pakistana bölməyə razılıq verib
    1961. ABŞ-ın Kubaya Donuzlar körfəzində desant çıxarmaq planı iflasa uğrayıb
    1967. Alman kansler Konrad Adenauer vəfat edib
    1970. İlk “Jiquli” konveyerdən çıxıb
    1987. Rus tennisçi Mariya Şarapova anadan olub
    1991. Görkəmli türkoloq Aydın Məmmədov və ədəbiyyatşünas Dilarə Əliyeva avtomobil qəzasında müəmmalı şəkildə həlak olublar
    1995. Azərbaycan Respublikası Milli Məclisi Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiyanı (1948-ci il) ratifikasiya edib
    1999. Almaniya parlamenti (Bundestaq) Bonndan Berlinə köçürülüb
    2005. 16-cı Benedikt Roma papası seçilib
    [

  7. #97
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Tarixdə bu gün

    Alıntı POWER_RANGERS Nickli Üyeden Alıntı
    19 aprel. İlin sonuna 256 gün qalır
    istemirem gunler otsun sebebsiz xatirelerle

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  8. #98
    Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    45

    Re: Tarixdə bu gün


  9. #99
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    20 aprel, İlin sonuna 255 gün qalır.

    571. Məhəmməd peyğəmbər (sav) dünyaya gəlib

    1656. Rusiyada gümüş sikkələr mislə əvəz edilib

    1889. Adolf Hitler anadan olub

    1902. Pyer və Mari Kürilər ilk dəfə radium əldə edib

    1906. İlk azərbaycanlı musiqişünas qadın Xurşid Ağayeva anadan olub

    1916. Aktrisa Nəsibə Zeynalova anadan olub

    1917. Bakıda Qafqaz müsəlmanlarının qurultayı başa çatıb

    1922. Cənubi Osetiya MSSR təşkil edilib

    1924. Türkiyədə Konstitusiya qəbul edilib

    1940. ABŞ-da ilk elektron mikroskop nümayiş etdirilib

    1944. Xanəndə Cabbar Qaryağdıoğlu vəfat edib

    1964. Milli qəhrəman Rəfael Həbibov anadan olub

    1978. Sovet qırıcıları Koreyaya məxsus “Boeing”i donmuş gölə enməyə məcbur edib. Hadisə nəticəsində 2 nəfər həlak olub, 107 nəfər isə xilas edilib

    1992. Azərbaycan Respublikası Estoniya ilə diplomatik əlaqələr qurub

    1993. Daşkəndə 6 MDB dövləti arasında Kollektiv təhlükəsizlik sazişi imzalanıb

    1997. Prezident Heydər Əliyev “Kitabi Dədə Qorqud dastanının 1300 illiyinin qeyd edilməsi Haqqında” fərman verib

    2001. Çin rəsmiləri homoseksualizmi psixi xəstəliklər siyahısından çıxarıb

    2004. Azərbaycan Respublikası Paraqvay və Eritreya ilə diplomatik əlaqələr qurub

    2007. Yasamal Rayon Məhkəməsinin hökmü ilə jurnalist Eynulla Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
    [

  10. #100
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    21 aprel. İlin sonuna 254 gün qalır

    E.ə 753. Əfsanəyə görə Romanın əsası qoyulub

    1699. Fransız dramaturq Jan Rasin vəfat edib. Onun “Fedr” faciəsi Azərbaycan teatrında dəfələrlə səhnələşdirilib

    1735. Rus ixtiraçı İvan Kulibin anadan olub

    1913. Milyonçu Şəmsi Əsədullayev Yaltada günvurmadan vəfat edib

    1918. Sovet hökuməti Rusiya və Sibirin müsəlman milli Parlamentini (Milli Məclis) buraxıb

    1921. Ermənistan SSR elan edilib

    1926. Qırğızıstan MSSR təşkil edilib

    1926. İngilis kraliçası II Yelizaveta anadan olub

    1944. Fransada Mülki Məcəlləyə edilən dəyişikliklə qadınlar səsvermə hüququ əldə edib

    1951. SSRİ Milli Olimpiya Komitəsi təşkil edilib

    1952. Yunanıstan və Türkiyə arasında viza rejimi ləğv edilib

    1954. SSRİ UNESCO-ya daxil olub

    1961. Xarici ticarət arbitrajı haqqında Avropa Konvensiyası qəbul edilib

    1967. Yunanıstanda polkovnik Papadokulosun rəhbərlik etdiyi hərbçilər seçkiyə bir-neçə gün qalmış dövlət çevrilişi edib. Ölkəni 1974-dək “qara polkovniklər” adlı hərbi diktatura idarə edib

    1978. Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas qanunu) doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilib

    1996. Çeçenistanın ilk prezidenti Cöhər Dudayev öldürülüb

    2003. İraqda koalisiya hökuməti qurulub

    2005. İspaniyada homoseksual cütlüklərin evliliyinə icazə verilib
    [

Sayfa 10/20 İlkİlk ... 89101112 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.