29 iyun. İlin sonuna 185 gün qalır.
1880. Fransa Haitini işğal edib
1886. Avropa Birliyinin ideya müəlliflərindən olan Robert Şuman dünyaya gəlib
1900. Fransız yazıçı və pilot Antuan de Sent Ekzüperi anadan olub. Əziz Gözəlov yazıçının “Blaca şahzadə” əsəri dilimizə çevirib
1913. İkinci Balkan Müharibəsi başlayıb
1939. Hatay Dövləti Məclisi yekdilliklə Türkiyənin tərkibinə qatılmağa qərar verib
1945. SSRİ və Çexoslovakiya “Karpatboyu Ukraynanın Ukrayna SSR-ə birləşdirilməsi barədə” razılığa gəlib
1949. CAR-da aparteid rejiminin ilk əlamətləri təzahür edib: Qarışıq nikahlar qadağan edilib
1988. Cüdoçu Elnur Məmmədli anadan olub
1995. Sofiyada Azərbaycan və Bolqarıstan hökumətləri arasında 7 saziş imzalanıb
1998. Azərbaycan və Almaniya arasında Hava daşımaları haqqında Sazişə əlavələr edilib
1999. Abdulla Öcalan barədə edam hökmü çıxarılıb
2000. İndoneziyada gəmi qəzası nəticəsində 500 nəfər həlak olub
2001. Kofi Annan ikinci dəfə BMT baş katibi seçilib
193 sonuçtan 181 ile 190 arası
-
06-28-2010, 01:09 AM #181
Re: Tarixdə bu gün
28 iyun. İlin sonuna 186 gün qalır.
1712. Böyük filosof, maarifçi Jan Jak Russo anadan olub
1863. General Hüseyn xan Naxçıvanski anadan olub
1914. Aktrisa Barat Şəkinskaya anadan olub
1914. Qavrilo Prinsip Avstriya taxt tacının varisi Frans Ferdinandı Sarayevoda öldürüb. Bu hadisə I Dünya Müharibəsinin başlaması üçün bəhanə olub
1914. Versal sülhü imzalanıb
1940. SSRİ Rumıniya ərazisi olan Bessarabiyanı (indiki Moldova) ilhaq edib
1941. Azərbaycan SSR-də “Bütün işin müharibənin tələblərinə uyğun qurulması haqqında” dekret verilib
1945. Aktrisa Türkan Şoray anadan olub
1950. Şimali Koreya qoşunu Seulu ələ keçirib
1953. Berlində dinc nümayiş keçirən alman fəhlələrə atəş açmaqdan imtina edən 18 sovet əsgəri güllələnib
1967. İsrail Şərqi Yerusəlimi ilhaq edib
1997. Mayk Tayson rinqdə Holfildin qulağını dişləyib
2001. Serb lider Slobodan Miloşeviç Haaqa tribunalına verilib
2006. Çernoqoriya Respublikası BMT-yə üzv qəbul edilib[
-
06-30-2010, 12:14 AM #182
Re: Tarixdə bu gün
[
-
06-30-2010, 12:15 AM #183
Re: Tarixdə bu gün
30 iyun. İlin sonuna 184 gün qalır.
1625. Şah Abbas gürcülər üzərində qələbə çalıb
1810. Fransa Niderlandı işğal edib
1868. Rus ordusu Səmərqəndi ilhaq edib
1893. Dünyanın ən böyük almazlarından olan “Ekselsior” tapılıb. Bu almazın kütləsi 995 karat təşkil edir.
1905. Albert Eynşteyn nisbilik nəzəriyyəsinin ilk postulatını açıqlayıb
1908. Rusiyanın Tunqus vilayətinə (Sibir) meteorit düşüb. Atmosferdə baş verən partlayışın gücü 10-40 meqaton arası dəyişib. Hadisə zamanı 2000 km2 meşə massivi məhv olub
1910. Avropa və Şimali Amerikanı birləşdirən telefon kabelinin çəkilişi başa çatıb
1918. Qaraməryəm döyüşü ADR qoşunlarının qələbəsi ilə başa çatıb
1956. Sovet mətbuatı Kommunist partiyasının “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qərarını dərc edib
1960. Konqo Belçikadan müstəqilliyini elan edib
1964. Ayın yaxın məsafədən şəkilləri çəkilib
1971. “Soyuz 11” kosmik gəmisində baş verən qəzada 3 sovet kosmonavtı həlak olub
1991. Simferopolda Krım tatarlarının parlamentinin ilk qurultayı keçirilib
2005. İspaniyada eyni cinsdən olanlar arasında nikah qanuniləşib[
-
07-03-2010, 03:11 AM #184
Re: Tarixdə bu gün
1 iyul. İlin sonuna 183 gün qalır.
1683. Osmanlı ordusu Vyana üzərinə hücuma başlayıb
1860. Amerikalı ixtiraçı Şarl Qudyir (Goodyear) vəfat edib
1875. Beynəlxalq Poçt İttifaqı yaradılıb
1878. Torpağa mülkiyyət hüququ Osmanlı dövlətində qalmaq şərti ilə Kipr İngiltərənin idarəçiliyinə verilib
1903. Bakıda ilk ümumi siyasi tətil başlayıb. Tətil təqribən 20 gün davam edib
1912. Almaniya futbolçuları Rusiyanı 16:0 hesabı ilə məğlub edib. Bu hadisə futbol tarixində ən “yaddaqalan” məğlubiyyətlərdən hesab edilir
1918. Azərbaycan Demokratik Respublikasının polis sistemi yaradılıb
1918. Bakı XKS qoşunları Göyçaya daxil olub, lakin bir gün keçməmiş ADR və türk qoşunu şəhəri tam azad edib
1921. Çin Kommunist Partiyası qurulub
1924. Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb
1926. Türkiyə Respublikasının Cinayət məcəlləsi qüvvəyə minib. Bu qanun italyan modeli əsasında hazırlanıb
1941. Moskvanın Vnukovo hava limanı istifadəyə verilib
1960. Moskvanın Şeremetevo hava limanı istifadəyə verilib
1960. Somali müstəqilliyini elan edib
1962. Ruanda və Burundi müstəqillik elan edib
1990. Mina dağında (Səudiyyə Ərəbistanı, həcc ziyarəti) tuneldə baş verən basabas nəticəsində 1426 nəfər həlak olub
1994. 27 illik sürgündən sonra Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfat Fələstinə geri dönüb
1996. Azərbaycan Respublikası İrlandiya ilə diplomatik əlaqələr qurub
1997. İngiltərə Honq Konqu Çin Xalq Respublikasına verib
1998. Azərbaycan Respublikası Tunis ilə diplomatik əlaqələr qurub
2006. Dünyanın ən uzun dəmir yol xətti olan Çin-Tibet (5000 km) istifadəyə verilib
2008. Ergenekon məsələsi çərçivəsində general Xurşid Tolon həbs edilib. O, Türkiyə respublikası tarixində polisin həbs etdiyi ilk general olub.
2009. Tarif Şurasının qərarı ilə əhaliyə satılan qazın min kub metrinin qiyməti 47 manatdan 100 manata qaldırılıb, İnternet tarifləri isə endirilib
2009. ARDNŞ ilə “Gaz de France” arasında Azərbaycan qazının alınmasına dair müqavilə imzalanıb
2009. Prezidentin sərəncamı ilə “Azəriqaz SC” ARDNŞ-ın tərkibinə qatılıb
2009. ATƏT sədri Dora Bakoyannis Bakıya rəsmi səfərə gəlib[
-
07-03-2010, 03:12 AM #185
Re: Tarixdə bu gün
2 iyul. İlin sonuna 182 gün qalır.
1556. İvan Qroznının əmri ilə Həştərxan xanlığı ləğv edilərək Rusiyanın tərkibinə qatılıb
1566. Fransız astroloq Mişel Nostradamus vəfat edib
1800. Böyük Britaniya və İrlandiyanın birləşdirilməsi barədə akt qəbul edilib
1900. Alman konstruktor Ferdinand fon Zeplen ilk dirijablı havaya qaldırmağa nail olub
1900. Parisdə 2-ci Olimpiya oyunları açılıb
1921. Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR arasında xarici ticarət orqanlarını birləşdirmək haqqında saziş imzalanıb
1922. Azərbaycan SSR MİK yanında yeni türk əlifbası komitəsi təşkil edilib
1925. Konqolu siyasi lider Patris Lubumba anadan olub
1947. Vyaçeslav Molotov SSRİ-nin “Marşall planı”na qoşulmayacağını bildirib
1961. Amerikalı yazıçı Ernest Heminquey vəfat edib
1966. Fransa Sakit okeanda ilk nüvə sınağını keçirib
1976. Sabit Rəhman adına Şəki Dövlət dram teatrı açılıb
1976. Şimali və Cənubi Vyetnam birləşərək Vyetnam Sosialist Respublikası təşkil edilib
1982. Şair Ələkbər Ziyatay vəfat edib
1989. Sovet siyasi xadimi Andrey Qromıko vəfat edib
1990. SOV.İKP-nin son 30-cu qurultayı işə başlayıb
1993. Türkiyənin Sivas əyalətində oteldə baş verən yanğında 37 nəfər həlak olub
2002. Azərbaycanda Ombudsman institutu təşkil edilib
2009. Polşa prezidenti Lek Kaçinski Azərbaycana rəsmi səfərə gəlib[
-
07-03-2010, 10:05 PM #186Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Tarixdə bu gün
huseyn seneye nasip olarda taıxde bugun movzusuna yazarsan bugunun tarixine bizide yaz
Azeri nette iki qız cok guldu diyee
HaKKım heLaL,Sewqim haRam oLsun
-
07-04-2010, 04:37 PM #187Junior Member
- Üyelik tarihi
- Jul 2010
- Mesajlar
- 6
Yine 4 Temmuz geldi, çuval olayını hatırladım
Çuval olayı veya Çuval hadisesi, (İngilizce'de The Hood event) 4 Temmuz 2003 günü Kuzey Irak'ın Süleymaniye kentinde karargâh kurmuş bulunan (bir binbaşı komutasında) 11 Türk Silahlı Kuvvetleri mensubunun ve Türkmen mihmandarlarının Irak'taki işgal kuvvetlerinin bir parçası olan Amerikan 173. Hava İndirme Tugayı'na bağlı askerlerce ve yanlarında peşmergelerin de bulunduğu bir ortamda, sürpriz bir baskın sonucu derdest edilmeleri ve başlarına çuval (kukuleta) geçirilmek suretiyle götürülüp 60 saat süresince alıkonularak sorguya çekilmeleri hadisesini tanımlamak için kullanılan terimdir.
ABD'nin sonradan özür dilediği belirtilmişse de, hadise Türkiye - ABD ilişkilerini derinden yaralamıştır.
Operasyon için ABD'nin en önemli milli bayramı olan 4 Temmuz (Bağımsızlık Günü - Independence Day) tarihinin seçilmiş olması, günün Cuma'ye denk gelmesi, bu şartlarda konuyu süratle ve diplomatik tarzda çözüme kavuşturabilecek yetkili Amerikan makamlarına ulaşmanın uzun sürmesi ve Türk askerlerinin bu yüzden 60 saat gözaltında bekletilmeleri, Amerikan askerlerince küçük düşürücü kasıtlı hareketlere başvurulmuş olması, "Çuval hadisesi"nın bir provokasyon olduğu görüşlerinin dile getirilmesine sebebiyet vermiştir.
Çuval hadisesinden 6 gün sonra Türkmenler Telafer'de Baas Partisi bürosundaki Amerikan karargahına girilmiş ve bu olayda Amerikalılar 26 ölü, 250 yaralı vermiştir.

-
07-04-2010, 04:38 PM #188Junior Member
- Üyelik tarihi
- Jul 2010
- Mesajlar
- 7
Re: Tarixdə bu gün
thank you
-
07-05-2010, 11:35 PM #189
Re: Tarixdə bu gün
5 iyul. İlin sonuna 179 gün qalır.
1687. İssak Nyutonun fəlsəfəyə dair əsəri nəşr edilib. Bu əsər çox keçmədən elmdə ciddi dəyişiklərə səbəb olub
1802. Rus admiral Pavel Naximov anadan olub
1811. Venesuela müstəqilliyini elan edib
1841. Tomas Kuk dünyanın ilk turizm agentliyini Londonda açıb
1884. Almaniya Toqonu və Kamerunu öz protektoratı elan edib
1911. Fransız siyasi xadimi Jorj Pompidu anadan olub
1924. Parisdə 8-ci Olimpiya oyunları açılıb
1940. Prezident Ruzvelt yapon mallarının ABŞ-a gətirilməsinə embarqo qoyub
1946. Salazar Portuqaliya Məclisinin rəhbəri seçilib
1943. İkinci Dünya Müharibəsinin taleyini həll edən Kursk döyüşü başlayıb
1970. Kanadaya məxsus təyyarənin qəzaya uğraması nəticəsində 108 nəfər həlak olub
1974. Fransada yetkinlik yaşı 21-dən 18-ə endirilib
1994. Çində uşaq əməyindən istifadə qadağan edilib
1995. Türk yazıçı Əziz Nesin vəfat edib
1996. Klonlama üsulu ilə ilk canlı – Dolly adlı qoyun yaradılıb
2002. Xarici ölkələrdə yaşayan Azərbaycanlılarla iş üzrə dövlət Komitəsi təşkil edilib
2006. Şimali Koreya uzaq mənzilli raketləri sınaqdan çıxarıb[
-
07-05-2010, 11:36 PM #190
Re: Tarixdə bu gün
6 iyul. İlin sonuna 178 gün qalır.
969. Qahirə şəhərinin əsası qoyulub
1439. Roma və Bizans kilsələri müvəqqəti olaraq birləşib
1785. Dollar ABŞ-da vahid valyuta kimi qəbul edilib
1796. Rus çarı I Nikolay anadan olub
1885. Lui Paster quduzluğa qarşı vaksini 9 yaşlı uşağın üzərində uğurla sınaqdan çıxarıb
1893. Fransız yazıçı Gi de Mopassan vəfat edib. Onun əsərlərinin böyük hissəsi dilimizə çevrilib
1904. Qazax şairi Abay Kunanbayev vəfat edib
1923. SSRİ-nin konstitusiyası qəbul edilib
1926. Keçmiş SSRİ-də ilk elektrik dəmir yolu – Balaxanı-Sabunçu xətti təntənəli mərasimlə açılıb
1940. Qazaxıstan prezidenti Nursultan Nazarbayev anadan olub
1946. Aktyor Silvester Stallone anadan olub
1946. ABŞ-ın keçmiş prezidenti Corc Buş anadan olub
1997. Qazaxıstan parlamenti paytaxtın Alma-atadan Astanaya köçürülməsinə qərar verib
2005. Keçmiş diktator Auqusto Pinoçetin toxunulmazlığı ləğv edilib
2009. Obama Moskvaya rəsmi səfərə gəlib[


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri