7 aprel. İlin sonuna 268 gün qalır
1789. Sultan I Əbülhəmid vəfat edib
1795. Fransa metrik sistem tətbiq edilib
1906. Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə “Molla Nəsrəddin” jurnalının ilk sayı çıxıb
1906. Vezuvi vulkanının püskürməsi nəticəsində Neapol şəhəri xarabalığa çevrilib
1918. Yazıçı Bayram Bayramov anadan olub
1930. Keçmiş SSRİ-də İslah əmək düşərgələrinin artırılmasına qərar verilib
1933. ABŞ-da “Quru qanunu” ləğv edilib. Qanunla spirtli içkilərin istehsalı və satışı qadağan edilib
1947. Amerikan avtomobil konstruktoru Henri Ford vəfat edib
1948. Dünya Səhiyyə Təşkilatı təsis edilib
1957. Nyu-Yorkda sonuncu dəfə trolleybus xəttə çıxıb
1959. Azərbaycan yazıçılar birliyinin katibi Çingiz Abdullayev anadan olub
1963. Yuqoslaviya Sosialist Respublikası elan edilib
1989. SSRİ-yə məxsus “Komsomoles” atom sualtı qayığı Norveç dənizində batıb. Qəzada 42 nəfər həlak olub, 30 nəfər xilas edilib.
1991. Ermənilər Qubadlı rayonu ərazisində (Ermənistanla sərhəddə) yerləşən SSRİ DİN-in daxili qoşunlarının bölməsinə basqın ediblər. Basqın zamanı 2 nəfər (o cümlədən 1 rus zabiti) öldürülüb, 4 nəfər yaralanıb
1992. Azərbaycan Respublikası İsrail ilə diplomatik əlaqələr qurub
1993. Brüsseldə Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat qəbul edilib
1994. Qahirədə Azərbaycan və Misir arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş və konsulluq konvensiyası imzalanıb
2001. Azərbaycan və Ermənistan prezidentlərinin Ki Uest sammiti başa çatıb. Prezidentlər Heydər Əliyev və Robert Köçəryan arasında üç gün sürən danışıqlarda konkret nəticə əldə olunmayıb
2003. Koalisiya qüvvələri Bağdadı tutub
2005. Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb