Sayfa 8/20 İlkİlk ... 67891018 ... SonSon
193 sonuçtan 71 ile 80 arası

Tarixdə bu gün

  1. #71
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Tarixdə bu gün

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    esgerlik yadiam dusdu ee lap gun saymaq

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  2. #72
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    28 mart. İlin sonuna 278 gün qalır.

    1483. İtalyan rəssam Rafael Santi anadan olub
    1854. Krım müharibəsinin gedişində Fransa və İngiltərə Rusiyaya qarşı müharibə elan edib
    1886. Aktyor Sidqi Ruhulla anadan olub.
    1592. Məşhur çex pedaqoq Yan Amos Komenski anadan olub
    1797. ABŞ-da paltaryuyan maşın patentləşdirilib
    1868. Sovet yazıçısı Maksim Qorki anadan olub
    1881. Rus bəstəkar Mussoqorski vəfat edib
    1919. Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb
    1930. Türkiyə hökuməti şəhərlərin yeni adlarını xarici ölkələrə rəsmən təqdim edib. Poçt xidməti üzərində “Anqora” və “Konstantinopol” adları olan məktubları ünvana çatdırmayıb
    1965. Azərbaycan Milli Qəhrəmanı Anatoli Davidoviç anadan olub
    1966. Cevdət Sunay Türkiyə prezidenti seçilib
    1967. Vyetnamda müharibədən imtina edən Məhəmməd Əlinin boks lisenziyası ləğv edilib
    1969. ABŞ hərbi və siyasi xadimi Duayt Eyzenhauer vəfat edib
    1992. Azərbaycan Respublikası Suriya ilə diplomatik əlaqələr qurub
    1992. Ermənilərin Cəbrayıl rayonunda “Kamaz-5410” markalı avtomaşını partlatması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb
    1994. Rusiya və Qazaxıstan Baykonur kosmodromundan istifadəyə dair saziş imzalayıb
    2003. BMT İraqa dair “neft əvəzinə ərzaq” adlanan qətnamə qəbul edib
    [

  3. #73
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Tarixdə bu gün

    cox sag ol qadasi meluata gore
    [

  4. #74
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    29 mart. İlin sonuna 277 gün qalır.

    1555. Amasiyada Səfəvi və Osmanlı dövlətləri arasında sülh müqaviləsi imzalanıb
    1803. Rus qoşunları Car-Balakəni işğal edib
    1848. Niaqara çayında “buz tıxacı ” əmələ gəldiyi üçün Niaqara şəlaləsi 30 saatdan çox dayanıb
    1882. Fransada dünyəvi, pulsuz və icbari təhsil sistemi tətbiq edilib
    1938. Hərbi məhkəmə türk şair Nazim Hikmət barədə 28 il həbs qərarı verib
    1939. Yazıçı Süleyman Sani Axundov vəfat edib
    1955. Fransada dəmir yolunda o dövrün sürət rekordu əldə edilib: 331 km/saat.
    1959. Milli Qəhrəman İlqar İsmayılov anadan olub
    1971. Beynəlxalq patent təsnifatı haqqında Strasburq Sazişi imzalanıb. Azərbaycan bu sazişə 13 may 2003-cü ildə qoşulub
    1973. Sonuncu amerikan əsgəri Vyetnamı tərk edib
    1974. ABŞ-ın “Mariner 10” kosmik gəmisi Merkuri planetinin fotolarını çəkib
    1976. Akademik Feyzulla Qasımzadə vəfat edib
    1994. Azərbaycan Respublikası Milli Məclisi 20 yanvar faciəsinə hüquqi siyasi qiymət verib
    1996. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında “Konsulluq Konvensiyasının ratifikasiya fərmanlarının mübadiləsi haqqında Protokol” imzalanıb
    2006. Azərbaycan Prezidenti Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi haqqında yeni dövlət proqramını təsdiqləyib.
    [

  5. #75
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Tarixdə bu gün

    Tarixde bugun dostumla barishdigim gundu menimcun bundan eziz gun ola bilmez
    Zaman daralır......

  6. #76
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    2 aprel. İlin sonuna 273 gün qalır.

    742. Frank imperatoru Böyük Karl anadan olub (bəzi mənbələrə görə 748)

    1791. Amerikalı rəssam Samuel Morze anadan olub. O elektrik teleqrafı və öz adını daşıyan əlifbanı ixtira etməsi ilə məşhurlaşıb

    1792. ABŞ dolları dövriyyəyə buraxılıb

    1840. Naturalizm ədəbi cərəyanının banisi fransız yazıçı Emil Zola anadan olub

    1906. Rus İmperiyasında I Dövlət Dumasına seçkilər keçirilib

    1912. “Titanik” gəmisinin sınaqları başlayıb

    1914. İngilis alim Karl Martin alüminiumun elektroliz yolu ilə alınmasını patentləşdirib

    1922. Kommunist (bolşevik) partiyasının 11-ci qurultayı başa çatıb. İosif Stanin SSRİ rəhbəri seçilib

    1944. Mixaylonun (Mehdi Hüseynzadə) Opçina şəhərindəki kinoteatrı partlatması nəticəsində 120 alman zabiti ölüb.

    1948. Türk yazıçı Səbahəddin Əli vəfat edib

    1992. Azərbaycan Respublikası Çin, Yunanıstan və Danimarka ilə diplomatik əlaqələr

    1993. Erməni silahlı qüvvələri Kəlbəcəri işğal edib

    2004. Elmar Məmmədyarov Azərbaycan Respublikasının Xarici İşlər Naziri təyin edilib

    2005. Roma papası II İohan Pavel vəfat edib

    2009. Azərbaycan prezidenti rus, bolqar, çin və Mərakeş səfirlərinin etimadnamələrini qəbul edib

    2009. Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin Bakı toplantısı keçirilib

    2009. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan vətəndaşı Muradovaya 25 000 avro təzminat kəsib...
    [

  7. #77
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    3 aprel. İlin sonuna 272 gün qalır.

    628. Sasani hökmdarı II Kavad gürcü çarı İrakli ilə sülh müqaviləsi imzalayıb

    1879. Sofiya Bolqarıstanın paytaxtı olub

    1908. Filosof Heydər Hüseynov anadan olub

    1915. Görkəmli pediatr İhsan Doğramacı anadan olub

    1930. Almaniyanın keçmiş kansleri Helmut Kol anadan olub

    1965. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev anadan olub

    1975. Anatoli Karpov 23 yaşında şahmat üzrə dünya çempionu olub

    1991. Keçmiş SSRDİ-də “Müttəfiq respublikaların İttifaq tərkibindən çıxmasına dair məsələlərin həlli haqqında” qanun qəbul edilib

    2003. Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilərək, Y.V.Andropov adına mükafata layiq görülüb

    2007. Qərbi Avropada dəmir yolunda sonuncu sürət rekordu qeydə alınıb. “Alstom” markalı qatar 574 km/saat sürətə çata bilib. Layihədə isə sürət 540 km/saat nəzərdə tutulmuşdu.

    2009. ANAMA Güzdəkdə sovet dövründən qalan istifadəyə yararsız silah sursatı təmizləməyə başlayıb

    2008. Əməkdar artist Şəfiqə Qasımova vəfat edib

    2009. Azərbaycan Respublikası prezidenti “Mediaya dövlət dəstəyi Fondu”nun yaradılması haqqında fərman imzalayıb...
    [

  8. #78
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    4 aprel. İlin sonuna 271 gün qalır

    1919. İtaliyada Roma-Neapol dirijabl reysləri açılıb

    1929. Alman avtomobil konstruktoru Karl Benz vəfat edib

    1935. Aktyor Muxtar Manıyev anadan olub

    1947. Beynəlxalq Mülki Aviasiya təşkilatı fəaliyyətə başlayıb

    1949. Şimali Atlantika Müqaviləsi Təşkilatı – NATO təsis edilib

    1949. SSRİ-də “antisovet radiolar”ın yayımının əngəllənməsinə qərar verilib

    1949. PKK-nın qurucusu Abdulla Öcalan anadan olub

    1953. Təlimdən qayıdan türk sualtı qayığı Çanaqqalada batıb, 81 türk dənizçi həlak olub. Bu tarix Türkiyədə Dəniz şəhidlərinin anma günü kimi qeyd edilir

    1959. Sudan və Seneqal vahid dövlətdə birləşib

    1968. Amerikalı sosioloq Martin Lüter Kinq qətlə yetirilib

    1975. Bill Qeyts və Pol Allen “Microsoft” şirkətini qurub

    1979. Pakistanın baş naziri Zülfüqar Əli Bhutto edam edilib

    1984. Sovet aviakonstruktoru Oleq Antonov vəfat edib. Onun təşkil etdiyi büro 1988-ci ildə dünyanın ən böyük təyyarəsini hazırlayıb. “An 225” markalı bu təyyarə hazırda Ukrayna “Antonov Airlines” şirkətinin balansındadır.

    1992. Azərbaycan Respublikası Rusiya ilə diplomatik əlaqələr qurub

    1994. “Netscape Communications” şirkəti təsis edilib

    1997. Türk siyasi xadimi Alparslan Türkeş vəfat edib

    2004. Azərbaycan və Kanada arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb

    2006. Azərbaycan və Braziliya arasında ikitərəfli siyasi məsləhətləşmələrə dair Protokol və viza tələblərinin qismən aradan qaldırılması haqqında Saziş imzalanıb

    2008. NATO-nun Buxarest Zirvə toplantısı başa çatıb. Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəklənib.
    [

  9. #79
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    5 aprel. İlin sonuna 270 gün qalır.


    1242. Knyaz Aleksandr Nevski “Buz döyüşü”ndə qalib gəlib

    1340. Ərəb donanması Cəbəllütariq boğazında ispan eskadrilyasını darmadağın edib

    1937. Amerikalı siyasətçi Kolin Pauel anadan olub

    1942. Hitlerin imzaladığı direktivdə alman qoşunlarının əsas hədəfi kimi Bakı neftini ələ keçirmək göstərilib. Eyni gündə sovet komandanlığı əks hücum barədə əmr verib

    1966. Yük nişanlaması haqqında Beynəlxalq Konvensiya qəbul edilib

    1969. Milli qəhrəman Şövqiyar Abdullayev anadan olub

    1975. Çin siyasi və hərbi xadimi Çan Kay Şi vəfat edib

    1980. SSRİ və Əfqanıstan Sovet hərbi kontingentinin Əfqanıstanda qalmasına dair saziş imzalayıb

    1983. Casusluqda ittiham edilən 48 sovet diplomatı Fransada “persona non qrata” elan edilərək ölkədən qovulub

    1992. Bosniya və Herseqovina Yuqoslaviyanın tərkibindən çıxdığını elan edib

    1993. Lukoil neft şirkəti təsis edilib

    1993. Azərbaycan Respublikası Malayziya ilə diplomatik əlaqələr qurub

    1995. Azərbaycan Respublikası Antiqua və Barbuda ilə diplomatik əlaqələr qurub

    2004. Azərbaycan Respublikası Şərqi Timorla diplomatik əlaqələr qurub.
    [

  10. #80
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Tarixdə bu gün

    6 aprel. İlin sonuna 269 gün qalır.

    1483. İtalyan rəssam Rafael anadan olub. O, 1520-ci ildə eyni gündə vəfat edib

    1748. İtaliyanın Pompey şəhərinin qalıqları aşkar edilib

    1853. Avstriyalı diplomat Emil Jellinek anadan olub. O, tarixə “Daimler Motoren Gesellschaft” adlı avtomobilə öz qızı Mersedesin adını verməsi ilə düşüb

    1896. Afinada ilk müasir Olimpiya oyunları start götürüb

    1916. Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli anadan olub. O, “Cücələrim” mahnısı ilə məşhurlaşıb

    1920. Anadolu Agentliyi təşkil edilib

    1930. Mahatma Qandinin “Duz yürüşü” başa çatıb

    1941. Almaniya Yunanıstanı işğal edib

    1965. Kommersiya məqsədli ilk peyk ABŞ-da orbitə çıxarılıb

    1973. Admiral Fəxri Qorutürk Türkiyə prezidenti seçilib

    1995. Azərbaycan Respublikası Panama ilə diplomatik əlaqələr qurub

    2004. Azərbaycan hökuməti “İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət Əməkdaşlığı üzrə Çərçivə Sazişi”ni ratifikasiya edib

    2005. Cəlal Talabani İraq prezidenti seçilib

    2009. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi Bakıya səfərə gəlib

    2009. Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı internet kampaniya başlayıb.
    [

Sayfa 8/20 İlkİlk ... 67891018 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.