[b]Azərbaycanın xarici işlər naziri NATO sammitində iştirak etmək üçün aprelin 2-də Buxarestə gedəcək[b]
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 2-də Rumıniyaya səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi NATO-nun Buxarestdə keçiriləcək sammitində iştirak etməkdir. Qeyd edək ki, sammitin gündəliyinə daxil olan əsas məsələlər arasında Avroatlantik məkanda enerji təhlükəsizliyi də var. Müzakirə olunacaq digər əsas məsələlər isə NATO-nun genişləndirilməsi, NATO-nun Əfqanıstan və Kosovoda apardığı sülhyaratma əməliyyatları, Şərqi Balkanlarda vəziyyət və s.-dir.Aprelin 4-dək Buxarestdə səfərdə olacaq E. Məmmədyarovun bəzi ikitərəfli görüşləri də nəzərdə tutulur.
4610 sonuçtan 711 ile 720 arası

03-29-2008, 12:51 PM #711Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyəli diplomat Candan Azər: "Heydər Əliyev 1994-cü ildə mənə Minsk Qrupunun Azərbaycana heç bir fayda verməyəcəyini demişdi"
[b]Türkiyəli diplomat Candan Azər: "Heydər Əliyev 1994-cü ildə mənə Minsk Qrupunun Azərbaycana heç bir fayda verməyəcəyini demişdi"[b]
Ankara. Mayis Əlizadə - APA. "Heydər Əliyev tanıdığım ən güclü dövlət adamlarından biri idi. Mən onunla dost olmaqdan qürur duyurdum. 1994-cü ilin axırlarında mənə Minsk Qrupunun gələcəyinin olmadığını və onun fəaliyyətinin Azərbaycana heç bir fayda verməyəcəyini demişdi. Onun dedikləri düz çıxdı".
Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya idarəsinin keçmiş rəisi, bu ölkənin ATƏT-in Minsk Qrupundakı keçmiş nümayəndəsi, istefada olan səfir Candan Azər deyib. Azərbaycan hökumətinin Minsk Qrupunun formatının və həmsədlərin dəyişdirilməsi prosedrunu öyrənmək üçün ATƏT-ə müraciət etməsinə münasibət bildirən diplomat rəsmi Bakının düzgün qərar qəbul etdiyini söyləyib və bu mövqeyini davam etdirməsini məsləhət görüb: "İşğal edilmiş torpaqların danışıqlar yolu ilə geri qaytarılması çox çətindir. Mən Azərbaycanın öz torpaqlarını geri alacağına inanıram".

03-29-2008, 01:11 PM #712Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın xarici işlər naziri NATO sammitində iştirak etmək üçün aprelin 2-də Buxarestə gedəcək

03-29-2008, 01:51 PM #713Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın hüquq müdafiəçisi Eynulla Fətullayev və Əli İnsanovla görüşəcək
[b]Azərbaycanın hüquq müdafiəçisi Eynulla Fətullayev və Əli İnsanovla görüşəcək[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov martın 31-də 12 və 13 saylı cəzaçəkmə müəssisələrində monitorinq keçirəcək. Komitə sədri APA-ya bildirib ki, müəssisələrə baş çəkməkdə məqsədi həbsdə olan jurnalist Eynulla Fətullayev və sabiq səhiyyə naziri Əli İnsanovla görüşməkdir. E. Behbudov deyib ki, bununla bağlı ona E. Fətullayevin atası və Ə. İnsanov tərəfindən müraciət olunub. Qeyd edək ki, E. Fətullayev 12, Ə. İnsanov isə 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

03-29-2008, 01:56 PM #714Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov MDB Parlament Assambleyasının plenar sessiyasında iştirak edəcək
[b]Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov MDB Parlament Assambleyasının plenar sessiyasında iştirak edəcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. Aprelin 3-4-də Sankt-Peterburqda MDB Parlament Assambleyasının plenar sessiyası keçiriləcək. APA-nın məlumatına görə, plenar sessiyanın işində AŞ PA prezidenti Luis Maria de Puç da iştirak edəcək. Onun plenar sessiyada çıxışı da nəzərdə tutulur. İclasa Azərbaycan, Ermənistan, Moldova, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus və Tacikistan parlamentlərinin rəhbərləri də qatılacaq. AŞ PA prezidentinin bu ölkələrinin spikerləri ilə təkbətək görüşləri də planlaşdırılıb. Sessiya çərçivəsində MDB Parlament Assambleyası və AŞ PA-nın miqrasiya proseslərinin qloballaşması mövzusunda birgə konfrans keçirməsi də nəzərdə tutulur. Konfransda həmçinin insan hüquqları və sosial siyasət məsələləri müzakirə olunacaq.

03-29-2008, 02:06 PM #715Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
BMT İnsan Haqları Şurasının iclasında münaqişələr zamanı itkin düşmüş şəxslərlə bağlı qətnamə qəbul edilib
[b]BMT İnsan Haqları Şurasının iclasında münaqişələr zamanı itkin düşmüş şəxslərlə bağlı qətnamə qəbul edilib[b]
Bakı. Tamara Qriqoryeva - APA. BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilən 7-ci iclasında Azərbaycanın təşəbbüsü ilə münaqişələr zamanı itkin düşmüş şəxslərlə bağlı qətnamə qəbul edilib.
Azərbaycanın BMT-nin Cenevrədə yerləşən qərargahındakı daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, sənəd yekdilliklə qəbul olunub. Qətnamədə bildirilir ki, münaqişə tərəfləri itkin düşənlərin taleyini aydınlaşdırmaq üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə hərtərəfli əməkdaşlıq etməlidir. Azərbaycanın daimi nümayəndəsi Elçin Əmirbəyov toplantıda çıxış edərək beynəlxalq ictimaiyyətin problemə diqqətini artırmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, sentyabr ayında qətnamə layihəsi ilə bağlı açıq müzakirələr keçiriləcək və bunun əsasında təşkilatın ali komissarı qısa icmal hazırlayacaq.

03-29-2008, 02:11 PM #716Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiyada axtarışda olan qadın Azərbaycanda tutulub
[b]Rusiyada axtarışda olan qadın Azərbaycanda tutulub[b]
Gəncə. Məhbubə Qasımbəyli-APA. Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyanın Smolensk şəhər Daxili İşlər İdarəsi tərəfindən axtarışda olan azərbaycanlı qadın tutulub.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 və 162-ci (qəsdən adam öldürmə və quldurluq) maddələri ilə axtarışda olan Nigar İbişova həbs edilib.

03-29-2008, 02:16 PM #717Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Aprelin 1-də Milli Məclisin növbəti iclası keçiriləcək
[b]Aprelin 1-də Milli Məclisin növbəti iclası keçiriləcək[b]
Bakı. Elbrus Seyfullayev - APA. Aprelin 1-də Azərbaycan Milli Məclisinin növbəti iclası keçiriləcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. İclasda "Avtomobil nəqliyyatı haqqında" və "Təbii müalicə ehtiyatları, müalicə sağlamlaşdırma yerləri və kurortlar haqqında" qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bundan başqa, deputatlar MDB ölkələrində Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yaradılmasına dair müqavilə, Azərbaycanla Bolqarıstan, Misir və Fransa arasında saziş və konvensiyaların təsdiqlənməsi ilə bağlı məsələləri də müzakirə edəcəklər.

03-29-2008, 02:21 PM #718Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
MDB dövlət başçılarının növbəti sammiti sentyabrın 26-da Bişkekdə keçiriləcək
[b]MDB dövlət başçılarının növbəti sammiti sentyabrın 26-da Bişkekdə keçiriləcək[b]
Bakı, Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının növbəti iclası bu il sentyabrın 26-da Bişkekdə keçiriləcək. APA-nın məlumatına görə, MDB Xarici İşlər Nazirləri Şurasının dünən Moskvada keçirilmiş iclasında sammitə hazırlıqla bağlı müzakirələr aparılıb.
Nazirlərin görüşündə 20-yə yaxın məsələ müzakirə olunub, onlar arasında sosial-humanitar sahəyə aid məsələlər əksəriyyət təşkil edib. Görüşdə Böyük Vətən müharibəsində qələbənin 65 illiyinin qeyd olunmasına dair layihə təsdiq olunub. Bu layihəyə əsasən, 2009-cu ildən başlayaraq MDB-nin bütün ərazisində MDB xalqlarının bu qələbədə rolunu əks etdirən tədbirlərin keçirilməsi, veteranların sosial təminatının yaxşılaşdırması nəzərdə tutulub.

03-29-2008, 02:26 PM #719Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi aprelin 15-nə təyin edilib
[b]Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi aprelin 15-nə təyin edilib[b]
Bakı. Hacı Zeynalov - APA. Bakı Apellyasiya Məhkəməsində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı - "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və daha 4 nəfərin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündən verdiyi apellyasiya şikayət üzrə ilkin məhkəmə baxışı davam etdirilib. APA-nın xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə sabiq nazirin vəkili İsaxan Aşurovun məhkəmə tərkibinə etirazı təmin olunmayıb. Məhkəmə heyəti apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılacağını bildirərək, məhkəmə baxışını aprelin 15-nə təyin edib.

03-29-2008, 02:36 PM #720Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Nadir Qafarzadə "Nömrə 1" layihəsindən uzaqlaşdırılıb
[b]Nadir Qafarzadə "Nömrə 1" layihəsindən uzaqlaşdırılıb[b]
Bakı. Ülkər Qasımova - APA. Müğənni Nadir Qafarzadə "Nömrə 1" layihəsindən uzaqlaşdırılıb. N. Qafarzadə APA-ya açıqlamasında bildirib ki, layihədə iştirakdan özü imtina edib:
"Məni bu layihədən uzaqlaşdırmayıblar. Sadəcə özüm bu layihədə iştirakdan imtina etmişəm. Belə bir layihədə iştirak etməyi lazım bilmədim. Onu da qeyd etmək istəyirəm ki, layihədən ayrılmağımın iştirakçılarla əlaqəsi yoxdur". N. Qafarzadə televiziyalarda görünməməyinin səbəbini toylarının çoxluğu ilə əlaqələndirib. Layihənin aparıcısı Emin Musəvi isə APA-ya N. Qafarzadənin layihədən uzaqlaşdırılması barədə növbəti verilişdə ətraflı məlumat veriləcəyini bildirib. APA-nın əldə etdiyi məlumata görə isə, N. Qafarzadənin Azərbaycan teleməkanında görünməsinə bir müddət qadağa qoyulub. Məhz bu səbəbdən o, "Nömrə 1" layihəsindən də uzaqlaşdırılıb. Bunun səbəbi isə onun digər müğənnilərlə birgə Xocalı soyqırımının ildönümündə İsraildə konsert verməsidir.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri