Əsas məzmuna keç
Sayfa 450/461 İlkİlk ... 350400440448449450451452460 ... SonSon
4610 sonuçtan 4.491 ile 4.500 arası

Azərbaycan Xəbərləri

1. #4491
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Oktyabrın 31-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

[b]Oktyabrın 31-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək[b]

Bakı-APA. Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısının iştirakı ilə noyabrın 2-də Moskvada keçiriləcək görüşdən öncə hər üç ölkənin xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin vəzifəsini icra edən Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, oktyabrın 31-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək. Nazir görüşlərin nəticələri barədə prezidentlərə məruzə ediləcəyini bildirib. Yalnız bundan sonra dövlət başçılarının görüşü keçiriləcək. Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının mümkünlüyü barədə sualı cavablandıran Məmmədyarov bildirib ki, bu məsələ danışıqlar mövzusu deyil.

2. #4492
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Metyu Brayza: "Həmsədrlər noyabrın 1-də Moskvada görüşəcəklər" - EKSKLÜZİV

[b]Metyu Brayza: "Həmsədrlər noyabrın 1-də Moskvada görüşəcəklər" - EKSKLÜZİV[b]

Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin növbəti görüşü noyabrın 1-də Moskvada keçiriləcək.

Bu barədə APA-ya ATƏT-in Mİnsk Qrupunun amerikalı həmsədri Metyu Brayza məlumat verib. Onun sözlərinə görə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar məsələsi müzakirə olunacaq. Bu görüş Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada keçiriləcək görüşündən bir gün əvvəl baş tutacaq. Qeyd edək ki, oktyabrın 31-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur. Görüşdən bir gün sonra XİN başçılarının ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşü planlaşdırılır.

3. #4493
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri

[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]

Alış (manat)Satış (manat)17,60

4. #4494
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ və Rusiya ötən il ümumilikdə 35 milyard dollarlıq satıb

[b]ABŞ və Rusiya ötən il ümumilikdə 35 milyard dollarlıq satıb[b]

Vaşinqton. Rəşad Süleymanov-APA. Rusiya silah ixracının həcminə görə dünya ölkələri sırasında tutduğu ikinci yeri qorumağa müvəffəq olub. APA-nın məlumatına görə, ABŞ Konqresinin dünyada silah satışına dair hazırladığı hesabatda bildirilir ki, Rusiya ötən il 10,4 milyard dollar həcmində silah satıb. Planetin silah bazarında həyata keçirilən ticarət əməliyyatlarının 17,4 faizi Rusiyanın payına düşür. 2006-cı ilə nisbətən Rusiya silah satışının həcminin 2,3 milyard dollar artırmağa nail olub. Rusiyadan silah alan əsas ölkələr Hindistan və Çindir. Hesabat müəllifləri Moskvanın Şimali Afrika, Yaxın Şərq və Cənub-Şərqi Asiya regionlarının silah bazarında da aktivləşməyə başladığını qeyd edirlər. "Soyuq müharibə" başa çatdıqdan sonra ilk dəfə ötən il Rusiya Latın Amerikası ölkələrinə silah satıb. Dünyanın silah satışı bazarında liderlik əvvəlki kimi Birləşmiş Ştatlara məxsusdur. 2007-ci ildə ABŞ 24,8 milyard dollarlıq silah satışı həyata keçirib ki, bu da bir il əvvəlki rəqəmdən 8,1 milyard dollar çoxdur. Hazırda leqal silah satışı bazarının 41,5 faizi Birləşmiş Ştatların payına düşür. Silah satışı sektorunda üçüncü mövqeyə ötən il 9,8 milyard dollarlıq silah satan Böyük Britaniya malikdir. Bu ölkə bir il ərzində silah satışının həcmini 5,7 milyard dollar artırmağa müvəffəq olub. 2007-ci ildə dünyada əsas silah alıcıları Səudiyyə Ərəbistanı, Hindistan və Pakistan olub. Səudiyyə Ərəbistanı silah almağa 10,6 milyard, Hindistan 5 milyard, Pakistan 4,2 milyard dollar pul xərcləyib. Səudiyyə Ərəbistanının silah almağa ayırdığı vəsaitin 9 milyardını 72 ədəd "Eurofighter Typhoon" qırıcı təyyarələri almağa sərf edib.

5. #4495
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AMB-nin rəsmi valyuta məzənnələri

[b]AMB-nin rəsmi valyuta məzənnələri[b]

1 USD

6. #4496
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan bankların məcmu mənfəəti son bir ildə 76% artıb

[b]Azərbaycan bankların məcmu mənfəəti son bir ildə 76% artıb[b]

Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2008-ci ilin yanvar-sentyabr ayları ərzində əldə etdiyi məcmu mənfəət 351,61 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün analoji göstəricisindən 75,7% çoxdur. Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlara ayırmalar nəzərə alınmaqla, bankların vergi ödənilənədək mənfəəti 205,33 mln. manat təşkil edib. Bu da 2007-ci ilin analoji 9 aylıq göstəricisini 63,3% üstələyir. Mənfəətin strukturunda faiz gəlirləri 708,98 mln. manat (illik artım - 90,5%), faiz xərcləri 318,62 mln. manat (artım - 2,04 dəfə), qeyri-faiz gəlirləri 210,82 mln. manat (artım - 48,4%), qeyri-faiz xərcləri isə 249,58 mln. manat (artım - 58,3%) təşkil edib. Göründüyü kimi, qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyir ki, bu tendensiya artıq son illər Azərbaycanın özəl bank sistemində adət halını alıb. Faiz gəlirlərinin əsas hissəsi (630,57 mln. manat və ya 88,9%) müştərilərə verilən kreditlər hesabına formalaşıb. Bu dominantlıq da artıq bank sistemində uzun müddətdir müşahidə olunur, çünki banklar əsasən kreditləşmədən gəlir götürür, qeyri-faiz əməliyyatlarından isə yalnız zərər çəkir. Qeyri-faiz xərclərinin formalaşmasında əmək haqlarının ödənilməsi (41,6%), digər əməliyyat xərcləri (32,5%) və əsas vəsaitlərlə bağlı xərclər (25,9%) iştirak edib. Aşağıdakı cədvəldə 2008-ci və 2007-ci ilin yanvar-sentyabr ayları üzrə bankların mənfəətinin müqayisəsi aparılır (mln. manatla): Göründüyü kimi, cari ilin üç rübü ərzində banklar tərəfindən əldə olunan mənfəət ötən ilin analoji məcmu göstəricisini üstələyir.

7. #4497
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Teymur Rəcəbov ukraynalı qrossmeysterə uduzub

[b]Teymur Rəcəbov ukraynalı qrossmeysterə uduzub[b]

Bakı. Kənan Həsənov - APA-SPORT. Teymur Rəcəbov Fransanın Kap-D’Aqd kurort şəhərində təşkil olunan ənənəvi beynəlxalq şahmat festivalının nüfuzlu rapid turnirində mübarizəni dayandırıb. "APA-SPORT"un məlumatına görə, 21 yaşlı qrossmeysterimiz yarışın 1/4 finalında Vasili İvançuka (Ukrayna) məğlub olub. Tərəflər arasında keçirilən ardıcıl iki görüşdə qalibi müəyyənləşdirmək mümkün olmayıb. Son iki oyun isə İvançukun üstünlüyü ilə başa çatıb. Ümumi hesabda rəqibinə 1:3 uduzan Rəcəbov festivalla erkən vidalaşmaq məcburiyyətində qalıb. Qeyd edək ki, rapid turnirin mükafatçıları noyabrın 1-də bəlli olacaq.

8. #4498
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Türkmənistanın BMT-də irəli sürdüyü təşəbbüsü dəstəkləyib

[b]Azərbaycan Türkmənistanın BMT-də irəli sürdüyü təşəbbüsü dəstəkləyib[b]

Bakı. Laçın Sultanova - APA. Azərbaycan BMT Baş Assambleyasının İkinci Komitəsində keçirilən müzakirələr zamanı Türkmənistanın təqdim etdiyi layihəni dəstəkləyib. APA-nın məlumatına görə, Türkmənistanın BMT-dəki daimi nümayəndəsi Aksoltan Atayeva "Enerji daşıyıcılarının etibarlı və stabil tranziti və onun dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığın təminatında rolu" adlı qətnamə layihəsi təqdim edib. Bir çox ölkə, o cümlədən Azərbaycan bu təşəbbüsə qoşulacağını bildirib. Layihədə qlobal proseslərdə enerji daşıyıcıları tranzitinin artan rolu qeyd olunur, Mərkəzi Asiya və digər nəqliyyat-kommunikasiya qovşaqlarının enerji daşıyıcılarının beynəlxalq səviyyədə hasilatı və nəqlində əhəmiyyəti vurğulanır. Bununla bağlı 2009-cu ildə Türkmənistanda yüksək səviyyəli beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulur.

9. #4499
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda adam öldürməkdə təqsirli bilinərək barəsində beynəlxalq axtarış elan olunmuş Gürcüstan vətəndaşı Özbəkistanda həbs edilib

[b]Azərbaycanda adam öldürməkdə təqsirli bilinərək barəsində beynəlxalq axtarış elan olunmuş Gürcüstan vətəndaşı Özbəkistanda həbs edilib[b]

Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda adam öldürməkdə təqsirli bilinərək barəsində beynəlxalq axtarış elan olunmuş Gürcüstan vətəndaşı İnterpolun xətti ilə Özbəkistanda həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gürcüstan vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbi Əflatun oğlu Əliyev 2006-cı ildən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub. Bildirilib ki, o, həmin dövrdə üzvü olduğu Gürcüstan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar qrupun daxilində Azərbaycanın paytaxtında və digər bölgələrdə quldurluq və adam öldürmək kimi cinayətlərdə iştirak edib. Məlumata görə, 7 nəfərdən ibarət olan bu qrupun N. Əliyevdən başqa bütün üzvləri 2007-ci ildə həbs olunub. Barəsində beynəlxalq axtarış elan edilmiş N. Əliyev isə Nərimanov rayon Polis İdarəsi tərəfindən İnterpolun xətti ilə Özbəkistan Respublikasının Səmərqənd şəhərində həbs edilib. Hazırda onun Azərbaycana ekstradisiya olunması istiqamətində tədbirlər görülür.

10. #4500
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda bu il ərzində insan alveri ilə bağlı 342 cinayət aşkarlanıb

[b]Azərbaycanda bu il ərzində insan alveri ilə bağlı 342 cinayət aşkarlanıb[b]

Bakı. Elbrus Seyfullayev - APA. "Azərbaycanda bu ilin ötən dövründə insan alveri ilə bağlı 342 cinayət aşkarlanıb.

Bu 2007-ci illə müqayisədə 119 fakt çoxdur. Onlardan 68-i Cinayət Məcəlləsinin insan alveri maddəsi üzrə olub. Törətdikləri hüquqazidd əməllərə görə 315 şəxs cinayət məsuliyyətinə cəlb edilib". APA-nın xəbərinə görə, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Milli Məclisə hazırladığı məruzəsində yer alıb. Milli Məclisin növbəti iclasında təqdim olunacaq məruzədə insan alverinin qurbanı olan 72 nəfər müəyyən edildiyi, onların da demək olar ki, hamısı qadınlar olduğu əks olunub. Məruzə axtarışda olan 79 nəfərin 52 faizinin (41 nəfər), o cümlədən İnterpol xətti ilə 6-nın tutulması təmin edildiyi, 38 cinayətkar qrupun zərərsizləşdirildiyi qeyd olunub. Məruzədə ABŞ Dövlət Departamentinin 2007-ci il üçün hesabatında Azərbaycanın "2-ci qrupun" nəzarət siyahısına enməsinin anlaşılmaz olduğu bildirilib: "Hesabatın istinad olunduğu mənbələr, qiymətləndirmə kriteriyaları təəccüb doğurmaya bilməz. Araşdırmalar göstərir ki, insan alverinin qarşısının alınması sahəsində yetərli təcrübəsi olmayan bəzi qeyri-hökumət təşkilatlarının subyektiv fikri, eləcə də qərəzli mövqeyi ilə seçilən ayrı-ayrı hüquq müdafiəçilərinin məlumatları əsasında hazırlanan həmin sənəddə öz əksini tapmış məqamlar əslində həqiqəti əks etdirmir". Məruzədə latent xarakter daşıyan bu növ cinayətlərin qarşısının alınması və aşkarlanması üzrə 2007-ci ildə həyata keçirilən tədbirlərin əvvəlki dövrlərlə müqayisədə daha fəal olmaqla məqsədyönlü xarakter daşıdığı, müvafiq iş göstəricilərinin dinamikasının yüksələn xətt üzrə inkişaf etdiyi qeyd olunub: "Belə ki, respublika qanunvericiliyində insan alverini özü-özlüyündə cinayət kimi tanıyan və cəza təhdidi altında qadağan edən normanın təsbit edildiyi 2005-ci ilin sentyabr ayından sonrakı dövrdə - yəni 2006-cı ildə 27 fakt, 86 qurban, 2007-ci ildə 74 fakt, 101 qurban aşkar edilmişdisə, təkcə bu ilin 10 ayında 68 cinayət faktı və 72 qurban müəyyən olunub. Göstərilən artım ildən-ilə fəaliyyətin effektivliyinin və qeyri-aşkar şəraitdə törədilən müvafiq əməllərin aşkarlanması üzrə işin yaxşılaşmasından, əməkdaşların professionallığının yüksəlməsindən, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələrin məqsədyönlü və düzgün qurulmasından irəli gəlir". Qeyd olunub ki, qurbanların sayının əvvəlki illə müqayisədə çox olması - məhz insan alverinə qarşı aparılan sistemli mübarizənin məntiqi nəticəsidir. Məruzədə, həmçinin 2008-ci ilin ötən dövründə sığınacağa yerləşdirilən 48 nəfərdən əksəriyyətinin cəmiyyətə reinteqrasiya olunduğu, 7-nin işlə təmin edildiyi, 3-ün peşə kurslarına göndərildiyi, 9 qurbana cinayət nəticəsində dəymiş maddi ziyanın isə məhkəmə proseslərində ödətdirildiyi əks olunub: "İnsan alverindən zərər çəkmiş 41 nəfərə reinteqrasiya dövründə müavinətlər verilib". Koordinatorun məruzəsində insan alverinə qarşı mübarizədə iştirak edən qeyri-hökumət təşkilatları şəbəkəsinin, eləcə də "Traffikinq" adlanan yeni internet satının yaradılmasının nəzərdə tutulduğu bildirilib: "Hazırda aidiyyəti dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə insan alveri qurbanlarının Milli İstiqamətləndirmə Mexanizmlərinin yaradılmasına dair məsləhətləşmələr keçirilir. Eyni zamanda, Azərbaycan prezidentinin İcra Aparatı ilə birgə yeni Milli Fəaliyyət Proqramının hazırlanması yönündə iş aparılır".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.