[b]Zərdabda 18 yaşlı qız itkin düşüb[b]
Zərdab. Zahid Abışov-APA. Zərdəb rayonunun Məmmədqasımlı kənd sakini, 18 yaşlı Xəlilova Cəmalə Novruz qızı itkin düşüb. Bu barədə APA-nın yerli bürosuna C. Xəlilovanın qohumları məlumat verib.
Qohumlarının sözlərinə görə, 10 gün bundan öncə günün ikinci yarısında evdən çıxan C. Xəlilova bir daha geri qayıtmayıb. Ailəsi bir neçə gün Göyçay və Ağcabədidə olan qohumlarının evində də onu axtarıblar. Onlar C. Xəlilovanı tapmadıqlarını yəqinləşdirəndən sonra polisə müraciət ediblər.
4610 sonuçtan 3.381 ile 3.390 arası

09-30-2008, 07:30 PM #3381Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Salyan rayonunda modul tipli su təmizləyici qurğu istifadəyə verilib
[b]Salyan rayonunda modul tipli su təmizləyici qurğu istifadəyə verilib[b]
Salyan. Əlibəy Zeynalov-APA. Bu gün Salyan rayonunun Xalac kəndində yeni quraşdırılmış modul tipli su təmizləyici qurğu istifadəyə verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
İ. İbrahimova bildirib ki, Xalac kəndində müasir texnologiya əsasında İsrail dövlətinin istehsalı olan avadanlıqlarla təchiz olunmuş su təmizləyici qurğu gün ərzində 60 kubmetr su təmizləmə gücünə malikdir. Modul tipli qurğunun fəaliyyəti nəticəsində kəndin 3011 nəfər əhalisi 13 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək. Qurğunun açılışında ekologiya və eəbii sərvətlər naziri Hüseyn Bağırov iştirak edib.

09-30-2008, 07:40 PM #3382Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Zərdabda 18 yaşlı qız itkin düşüb

09-30-2008, 07:50 PM #3383Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AŞ PA-da Gürcüstan-Rusiya müharibəsinin nəticələrinə dair fövqəladə müzakirələr keçirilib
[b]AŞ PA-da Gürcüstan-Rusiya müharibəsinin nəticələrinə dair fövqəladə müzakirələr keçirilib[b]
Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında Gürcüstanla Rusiya arasında baş vermiş müharibənin nəticələrinə dair fövqəladə müzakirələr keçirilib.
APA-nın Avropa bürosunun məlumatına görə, öncə AŞ PA-nın 22.09-25.09.2008 tarixlərində Rusiya və Gürcüstanda səfərdə olmuş faktaraşdırma missiyasının məruzəsi dinlənilib. Sonra deputatlar məsələ ilə bağlı çıxış ediblər. Çıxışlarda əsas diqqət AŞ üzvü olan iki dövlətin müharibə etməsinin yolverilməzliyinə, insan haqlarının müdafiəsinə, dialoqun davam etdirilməsinə, avqust ayında Avropa İttifaqının təşəbbüsü ilə tərəflər arasında imzalanmış sülh planının şərtlərinə riayət olunmasına, habelə məsələnin dərindən araşdırılmasına, səhih məlumatların əldə olunması üçün müstəqil təhqiqatın aparılmasına yönəldilib. Deputatlar habelə regionda humanitar vəziyyətin acınacaqlı olmasına, çoxlu sayda insanın tələfatına diqqət çəkiblər. AŞ PA-nın Gürcüstan üzrə həmməruzəcisi Kastriot İslami çıxışında bəyan edib ki, bu münaqişə təkcə Gürcüstan və Rusiyanın deyil, bütövlükdə Avropanın məsələsidir. O bu müharibənin enerji təhlükəsizliyini də təhdid altına aldığını vurğulayıb və AŞ-nin bu vəziyyətlə barışmayacağını qeyd edib: "AŞ məsələyə qətiyyətli münasibət sərgiləməli, onun təməl prinsipləri olan insan haqları və qanunun aliliyinin təmin olunmasına zəmanət verilməlidir. Etnik təmizlənmənin aparılması yolverilməzdir. Tərəflər üzərinə götürdükləri öhdəliklərə əməl etməlidir. Hökumətlər və AŞ müharibənin məsuliyyətini dərk edərək, münaqişənin həll olunmasına, eləcə də Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasına təminat verməlidir". Gürcüstan üzrə digər həmməruzəçı Matyaz Öshi isə çıxışında həqiqətin aydın olması üçün müstəqil təhqiqatın aparılmasının zəruriliyini vurğulayıb: "Hər iki tərəf müharibənin qarşısını almaq ucun kifayət qədər səy göstərməyib. AŞ tənqid etmək və pisləməklə yanaşı, problemin həllinə yardım da göstərməlidir. Cənubi Osetiya və Qafqazda vəziyyət tarazlaşdırılmış deyil. Rusiya ilə Gürcüstan razılığa gəlməli, müharibə qurbanlarının geriyə dönüşü, insan haqlarına riayət olunması təmin olunmalıdır". Müzakirələr oktyabrın 2-də davam etdiriləcək.

09-30-2008, 08:50 PM #3384Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Terri Devis: "Qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıdışı mütləq prioritetdir"
[b]Terri Devis: "Qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıdışı mütləq prioritetdir"[b]
Strasburq. Fuad Qulubəyli - APA. "Rusiya ilə Gürcüstan arasında müharibə təkcə regionun deyil, bütövlükdə Avropa Şurasının böhranıdır. Bütün təhrikedici hərəkətlərə son vermək və münaqişənin nizamlanmasına cəhd etmək lazımdır". APA-nın Avropa bürosunun məlumatına görə, bu sözləri Avropa Şurasının baş katibi Terri Deviş Gürcüstan-Rusiya münaqişəsi ilə bağlı AŞ PA-da keçirilmiş müzakirələrdəki çıxışında deyib.
Rusiyanın müharibənin qarşını almaq ucun dinc vasitələrdən istifadə etmədiyini söyləyən baş katib rəsmi Moskvanın, həmçinin, tərəfdaş olduğu İnsan Haqları Konvensiyasına zidd hərəkət etdiyini vurğulayıb: "Bununla bağlı Avropa Məhkəməsinə çoxlu şikayət daxil olub. Digər tərəfdən, rus sülhyaratma qüvvələri Cənubi Osetiya tərəfindən təhrikedici hərəkətlərin, hücumların qarşısını almamaqda uğursuz hərəkət edib. BMT Baş Assambleyasının 63-cü sessiyası zamani monitorinq prosedurunun həyata keçirilməsini təklif etdim. Bu, vəziyyətlə bağlı daha dolğun məlumatların əldə olunmasına imkan verəcək". T. Devis AŞ-nin Mədəniyyət Baş Direktorluğunun müharibənin fəsadlarının araşdırılması ilə bağlı regiona missiya göndərəcəyini, habelə qurumun Sosial Yardım Direktorluğu təmsilçilərinin də Gürcüstana səfər edəcəklərini deyib. Baş katib özü isə gələn həftə Gürcüstana səfər edəcəyini diqqətə çatdırıb.O, qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıdışının mütləq prioritet olduğunu xüsusi vurğulayıb.

09-30-2008, 09:10 PM #3385Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Tomas Hammarberq: "Müharibə qurbanlarının geriyə dönüş hüququ təmin edilməlidir"
[b]Tomas Hammarberq: "Müharibə qurbanlarının geriyə dönüş hüququ təmin edilməlidir"[b]
Strasburq. Fuad Qulubəyli - APA. "Müharibə qurbanlarının geriyə dönüş hüququ təmin olunmalıdır". APA-nın Avropa bürosunun məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında çıxışı zamanı AŞ-nin İnsan haqları üzrə komissarı Tomas Hammarberq deyib. O, Cənubi Qafqaz regionuna son səfəri zamanı bu məsələni diqqətdə saxladığını bəyan edib. Gürcüstana sentyabrın sonunda səfər etdiyini bildirən T. Hammarberq hazırda faciəvi humanitar vəziyyətin yarandığını diqqətə çatdırıb: "Bununla belə, müsbət irəliləyişlər müşahidə olunur. Ötən müddət ərzində çoxlu sayda insan geri qayıdıb". Komissar ərazilərin minalardan tam təmizlənməsi üçün tərəflər arasında məlumat mübadiləsinin aparılmasının vacibliyini qeyd edib. T. Hammarberq əsirlərin dəyişdirilməsində də irəliləyişlərin olduğunu bildirib: "Bu, həm ailələr, həm də tərəflər arasında etimadın yaradılması üçün də vacibidir".Komissar humanitar təşkilatların regionda sərbəst hərəkəti üçün razılığın əldə olunmasının zəruriliyini də diqqətə çatdırıb. O, insan haqlarının effektiv səkildə təmin olunması üçün mütəxəssislərə ehtiyac duyulduğunu, ofisinin buna hazır olduğunu qeyd edib.

09-30-2008, 09:40 PM #3386Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gürcüstan rəsmisi: "Etnik təmizləməyə əsaslanan xalqların öz müqəddəratını təyin etmək hüququ qəbul edilməzdir"
[b]Gürcüstan rəsmisi: "Etnik təmizləməyə əsaslanan xalqların öz müqəddəratını təyin etmək hüququ qəbul edilməzdir"[b]
Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında Gürcüstan-Rusiya müharibəsinin nəticələrinə həsr olunmuş müzakirələrdən sonra Gürcüstanın qurumdakı nümayəndə həyəti və bu ölkənin xarici işlər nazirinin müavini Georgi Bukeria mətbuat konfransı keçirib. APA-nın Avropa bürosunun məlumatına görə, G. Bukeria müzakirələrin getdiyi zaman Rusiyanın Gürcüstan ərazilərinin işğalını davam etdirdiyini bildirib: "Biz avropalı ekspertlərin Gürcüstana və işğal edilmiş ərazilərə gəlmələrini, Rusiyanın təcavüzünə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymət verilməsini istəyirik. AŞ PA-nın oktyabrın 2-də qəbul edəcəyi qətnaməyə gəldikdə, gürcü tərəfi, əsasən, parlamentarilərin və ümumilikdə Avropa institutlarının bu məsələdə vahid, yekdil fikrə gəlməsinə çalışır".G. Bukeria deyib ki, AŞ PA-da Rusiya nümayəndə həyətinə qarşı sanksiya qəbul edilməsi qurumun səlahiyyətində olan məsələdir və gürcü tərəfi bu məsələdə hər hansı spekulyasiyaya əl atmaq niyyətində deyil: "Lakin bəzi məsələlər var ki, onlar fakt kimi qəbul edilməlidir. Biz Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə qəsb etməsinə heç cür dözümlülük göstərə bilmərik. Bu qəbuledilməzdir və beynəlxalq ictimaiyyət bunun qarşısını almaq üçün müəyyən addımlar atmalıdır". Kosovo ilə Cənubi Osetiya problemi arasında çoxlu fərqin olduğunu diqqətə çatdıran G. Bukeria beynəlxalq birliyin Kosovoya etnik təmizləməyə son qoymaq üçün müdaxilə etdiyini bildirib: "Cənubi Osetiyanın timsalında isə azlıqda olanlar tərəfindən çoxluğa qarşı etnik təmizləmənin aparılmasının şahidi oluruq. Gürcüstan hakimiyyətinin müdaxilə etməməsi bu etnik təmizləməyə rəvac vermə anlamına gələr və bu, ölkə ərazisinin bir hissəsinin ələ keçirilməsi üçün bir vasitə olardı. Etnik təmizləməyə əsaslanan xalqların öz müqəddəratını təyin etmək hüququ qəbul edilməzdir".Gürcüstan hökumətinin 4 ildir, münaqişəni həll etmək üçün beynəlxalq norma və prinsipləri tətbiq etməyə cəhd göstərdiyini qeyd edən nazir müavini Rusiyanın regionda ATƏT və Avropa İttifaqının əsl sülhyaratma qüvvələri yaratması yönündə bütün səylərinin qarşısını aldığını vurğulayıb.

10-01-2008, 01:30 PM #3387Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Daxili İşlər Nazirliyi Cinayət Axtarışı Şöbəsinin rəisi oğlu ilə birlikdə qətlə yetirilib
[b]Daxili İşlər Nazirliyi Cinayət Axtarışı Şöbəsinin rəisi oğlu ilə birlikdə qətlə yetirilib[b]
Vladiqafqaz - APA. Cənubi Osetiya Daxili İşlər Nazirliyinin (DİN) Cinayət Axtarışı Şöbəsinin rəisi Vitali Çeldiyev Vladiqafqazda qətlə yetirilib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, onun maşını oktyabrın 1-də səhər Şimali Osetiya paytaxtının yaxınlığında gülləbaran edilib. Şöbə rəisi ilə birgə maşında olan 20 yaşlı oğlu da öldürülüb.
Qatillərin isti izlərlə tutulması üçün "Vulkan-5" adı altında əməliyyat axtarış tədbirlərinə başlanılıb. Hadisənin baş verdiyi ərazidən bir neçə kilometr radius hüquq-mühafizə orqanları tərəfindən əhatəyə alınıb. Qətlin törədildiyi yerdən bir qədər aralıda yandırılmış maşın aşkarlanıb. Maşının qətli törədənlərə məxsus olduğu ehtimal edilir. Məlumata görə, hadisə şöbə rəisi işə gedərkən baş verib. Rəis oğlunu universitetə aparandan sonra işə getməliymiş. Qeyd edək ki, 2008-ci ilin martında Cənubi Osetiya DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMİ) rəisi Mark Metsayev qətlə yetirilib. V. Çeldiyev də bu yaxınlara kimi MCMİ-də işləyib.

10-01-2008, 02:10 PM #3388Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Orta məktəbdə baş vermiş bədbəxt hadisə nəticəsində 4 şagird ölüb, 10 nəfər yaralanıb
[b]Orta məktəbdə baş vermiş bədbəxt hadisə nəticəsində 4 şagird ölüb, 10 nəfər yaralanıb[b]
Orenburq - APA. Orenburq məktəblərindən birində baş vermiş bədbəxt hadisə nəticəsində 4 məktəbli ölüb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə bu gün Moskva vaxtı ilə saat 9.30-da Orenburq vilayətinin Belyovka qəsəbəsində baş verib.
Orta məktəbdə aparılan təmir-tikinti işləri zamanı ikinci və üçüncü mərtəblərdəki pilləkənlər uçub. Uçqun təqribən 250 kv/metr sahəni əhatə edib. Hadisə yerinə gələn xilasedicilər 800 məktəblini evakuasiya ediblər. Dağıntılar altından çıxarılan 10 şagird təcili Belyovka xəstəxanasına yerləşdirilib. Daha 8 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. Xilasetmə işləri davam etdirilir.

10-01-2008, 06:20 PM #3389Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda 10 il ərzində valyutadəyişmə məntəqələrinə silahlı basqınlar etmiş keçmiş polis əməkdaşları həbs olunub
[b]Azərbaycanda 10 il ərzində valyutadəyişmə məntəqələrinə silahlı basqınlar etmiş keçmiş polis əməkdaşları həbs olunub[b]
Bakı - APA. 1998-2008-ci illər ərzində Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı valyutadəyişmə məntəqələrinə, habelə orada işləyən şəxslərə qarşı odlu silahla hədə-qorxu gəlməklə külli miqdarda əmlak əldə etmək məqsədilə çoxlu sayda quldurluq cinayəti törədildiyi müəyyən olunub.
Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluğun oktyabrın 1-də yaydığı məlumatda bildirilir ki, bu ağır və xüsusilə ağır cinayət hadisələri cəmiyyətdə geniş rezonans doğurub, onları törətmiş şəxslərin müəyyən edilərək ifşa olunmaması ölkədə mövcud kriminogen vəziyyətə mənfi təsir göstərməklə gələcəkdə də bu cür cinayətlərin törədilməsinə şərait yaradıb. MTN-in İctimaiyyətlə Əlaqə Mərkəzindən APA-ya daxil olan məlumata görə, həmin cinayət faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 181.3.2-ci (quldurluq) maddələri ilə cinayət işləri başlanılıb, lakin görülmüş istintaq-əməliyyat təbirlərinə baxmayaraq, onların üstünün açılmasını təmin etmək mümkün olmayıb. Həmin cinayət hadisələrinin açılmasının təmin edilməsi məqsədilə Respublika Baş Prokurorluğu tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə 26 avqust 2008-ci il tarixdə müvafiq əməliyyat tapşırıqları verilib. Bu növ cinayətlər barədə daxil olan məlumatların təhlilinin nəticələri nəzərə alınaraq, MTN tərəfindən Azərbaycanın iqtisadi sahədə maraqlarının və təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusi əməliyyat-axtarış tədbirləri planı hazırlanaraq həyata keçirilib. Müəyyən edilib ki, uzun müddət cəzasızlıq şəraitində Bakı şəhərinin müxtəlif rayonlarının ərazisində törədilmiş 20-dən artıq həmin quldurluq cinayət hadisələri nəticəsində zərər çəkmiş şəxslərin əksəriyyəti «Binə» adlı ticarət mərkəzində və bir sıra banklarda işləyib. Eyni zamanda, bu cinayətlərin həyata keçirilməsinin üsul və vasitələrinin, eləcə də hazırlıq proseslərinin təhlili həmin hüquqazidd əməllərin əməliyyat-axtarış fəaliyyətini yaxşı bilən və hüquq mühafizə orqanlarının iş prinsip və metodlarına yaxından bələd olan şəxs, yaxud şəxslər tərəfindən törədildiyini də ehtimal etməyə əsas verib.2008-ci il sentyabrın 30-da MTN tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakinləri - 1962-ci il təvəllüdlü, DİN Yasamal rayon polis idarəsində, Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsində, Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinin rəisi və Yasamal rayon polis idarəsinin cinayət axtarış şöbəsinin rəis müavini vəzifəsində işləmiş, 1997-ci ildə öz xahişi ilə işdən azad olunmuş Mehdi Əmirəliyev, 1964-cü il təvəllüdlü, DİN Şuşa şəhər şöbəsində və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, 1994-cü ildə polis orqanlarından xaric olunmuş İrac Nəsrullayev və 1971-ci il təvəllüdlü Ceyhun Qarayev şübhəli şəxs qismində saxlanılıb, onların üzərindən 1 ədəd «TT» markalı tapança silah aşkar olunaraq götürülüb.M. Əmirəliyev, İ. Nəsrullayev və C. Qarayev istintaqa verdikləri ifadələrində 1998-ci ildən etibarən Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən, «Binə» adlanan ticarət mərkəzindəki valyuta dəyişmə məntəqələrində işləyən ayrı-ayrı şəxslərə qarşı 20-dən artıq silahlı basqın törətdiklərini və onların külli miqdarda pullarını mənimsədiklərini etiraf ediblər. Eyni zamanda, İ. Nəsrullayev və M. Əmirəliyev törətdikləri hadisələrin təfərrüatları barədə verdikləri ifadələrində hüquq mühafizə orqanlarında işləyərkən topladıqları təcrübə əsasında özlərinin qanunsuz olaraq müəyyənetmə və məxfi müşahidə tədbirləri keçirdiklərini də bildiriblər.İş üzrə bütün halların araşdırılması, cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

10-01-2008, 06:30 PM #3390Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Terri Devis: "Ermənistan nədənsə mart hadisələri ilə əlaqədar yaradılan müstəqil komissiyanın pərdəsi arxasında gizlənir"
[b]Terri Devis: "Ermənistan nədənsə mart hadisələri ilə əlaqədar yaradılan müstəqil komissiyanın pərdəsi arxasında gizlənir"[b]
Strasburq. Fuad Qulubəyli - APA. "Ermənistanda mart hadisələri zamani həlak olmuş insanlarla bağlı təhqiqatların gecikməsindən çox narahatam". APA-nın Avropa bürosunun məlumatına görə, bu sözləri Avropa Şurasının (AŞ) bas katibi Terri Devis AŞ Parlament Assambleyasının sessiyası çərçivəsində bu gün keçirdiyi mətbuat konfransında "Ermənistanda siyasi məhbus varmı" sualına cavabında deyib.
Baş katib qeyd edib ki, heç vaxt siyasi məhbus etiketinə istinad etməyib: "Düzdür, Ermənistanda həbsdə insanlar var və onlar hələ də məhkəmə qarşısına çıxarılmayıblar".T. Devis mart hadisələri zamanı 13 nəfərin həlak olması ilə bağlı aparılan təhqiqatda müşahidə olunan gecikmə ilə bağlı Ermənistan hakimiyyətini hərəkətə keçməyə çağırdığını xatırladıb: "Polis də bu araşdırmanı aparmalıdır. Müstəqil komissiyanın olması polisi öz işindən azad etmir. Ermənistan nədənsə mart hadisələri ilə əlaqədar yaradılan müstəqil komissiyanın pərdəsi arxasında gizlənir. Polis bu hadisələrlə bağlı öz işini görməlidir".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri