[b]Xəzər İbrahim: "Dağlıq Qarabağ separatçıları Dumada keçiriləcək dinləmələrə qatılsa, Azərbaycan qətiyyətli mövqe nümayiş etdirəcək"[b]
Bakı. Laçın Sultanova-APA. "Rusiya Dövlət Dumasında keçiriləcək dinləmələrə Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri qatılsa, Azərbaycan müvafiq və qətiyyətli mövqe nümayiş etdirəcək".
APA-nın məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim martın 13-də Dövlət Dumasında keçiriləcək dinləmələrə münasibət bildirərək deyib. Onun sözlərinə görə, belə dinləmələrin keçiriləcəyi barədə məlumat yayılandan dərhal sonra Azərbaycanın Moskvadakı səfirliyi bu məsələni diqqət mərkəzində saxlayır. Qeyd edək ki, Dumada keçirilməsi planlaşdırılan dinləmələrin mövzusu "Cənubi Osetiya, Abxaziya və Dnestryanı respublikaların müstəqil dövlət kimi tanınması xahişi ilə Rusiya Dövlət Dumasına müraciəti və həmin münaqişələrin həlli vəziyyəti" adlanır. Dövlət Dumasından isə APA-ya bildiriblər ki, dinləmələr açıq keçirildiyinə görə, istənilən şəxs bu müzakirələrə qatıla bilər.
4610 sonuçtan 301 ile 310 arası

03-11-2008, 04:31 PM #301Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan paytaxtında axır çərşənbə günü və Novruz bayramı münasibəti ilə bayram şənlikləri təşkil olunacaq
[b]Azərbaycan paytaxtında axır çərşənbə günü və Novruz bayramı münasibəti ilə bayram şənlikləri təşkil olunacaq[b]
Bakı. Elnur Məmmədli-APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) axır çərşənbə günü və Novruz bayramı münasibəti ilə bayram tədbirləri keçirəcək. BŞİH-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səhər saatlarından başlayacaq tədbirlər günün sonunadək davam edəcək.
Martın 18-də - axır çərşənbə günündə Qız Qalasının üstündə tonqal yandırılacaq və qalanın önündə şənliklər təşkil olunacaq. Martın 21-də isə Novruz Bayramı münasibəti ilə Qoşa Qala qapısının qarşısında (Gənclər meydanı) və İçərişəhərdə bayram şənlikləri keçiriləcək. Tədbirlərdə xalq oyunları, səhnəciklər nümayiş olunacaq, müğənnilər çıxış edəcəklər.

03-11-2008, 04:36 PM #302Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xəzər İbrahim: "Dağlıq Qarabağ separatçıları Dumada keçiriləcək dinləmələrə qatılsa, Azərbaycan qətiyyətli mövqe nümayiş etdirəcək"

03-11-2008, 04:41 PM #303Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Nardarandakı İmam Hüseyn meydanında mitinq keçirilir
[b]Nardarandakı İmam Hüseyn meydanında mitinq keçirilir[b]
Bakı. Ramil Məmmədli-APA. Bakının Nardaran qəsəbəsində Danimarka qəzetlərində yenidən Məhəmməd peyğəmbərin (ə.s.) karikaturalarının dərc olunmasına və Fələstində baş verən son hadisələrə etiraz əlaməti olaraq mitinq keçirilir.
APA-nın məlumatına görə, qəsəbənin İmam Hüseyn meydanında keçirilən etiraz aksiyasında ABŞ, İsrail və bəzi qərb dövlətlərinin əleyhinə şüarlar səsləndirilib. Mitinqdə çıxış edən kənd sakini Hacı Əli Hüseynov bütün müsəlmanları Məhəmməd peyğəmbərin (ə.s.) təhqirinə və fələstinlilərə qarşı həyata keçirilən soyqırımına laqeyd qalmamağa çağırıb. Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov İsrailin Fələstində soyqırımı törətdiyini, dünya ictimaiyyətinin buna etinasız yanaşdığını söyləyib.

03-11-2008, 04:46 PM #304Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Nino Burcanadze Rusiyanın separatçıların müraciətinə siyasi uzaqgörənliklə yanaşacağına ümid edir
[b]Nino Burcanadze Rusiyanın separatçıların müraciətinə siyasi uzaqgörənliklə yanaşacağına ümid edir[b]
Tiflis - APA. Gürcüstan parlamentinin sədri Nino Burcanadze Rusiyanın tanınmamış respublikaların müraciətinə siyasi uzaqgörənliklə yanaşacağına ümid etdiyini bildirib. APA-nın "Novosti-Qruziya"ya istinadən verdiyi məlumata görə, Abxaziya və Cənubi Osetiya separatçılarının Rusiyaya tanınma xahişi ilə müraciətinə toxunan N. Burcanadze deyib ki, rəsmi Moskva bu cür xahişlərin təmin olunmasının hansı nəticələr verəcəyini düşünməlidir. O, Şimali Qafqazın ictimai təşkilat və hərəkatlarının Abxaziya və Cənubi Osetiyanın tanınması xahişi ilə Rusiya hökumətinə ünvanladıqları müraciətə də toxunub: "Rusiya özü bu müraciət haqda nə fikirləşir? Şimali Osetiya müstəqildir ki, indi başqaları üçün müstəqillik tələb edir?" Qeyd edək ki, Avropa Birliyi də Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması ehtimalından narahatlığını bildirib. AB-yə sədrlik edən Sloveniya hökumətinin bəyanatında bildirilir ki, Kosovo problemi unikal olduğu üçün bu məsələnin Gürcüstanın regionlarındakı vəziyyətlə müqayisəsi qəbuledilməzdir.

03-11-2008, 04:51 PM #305Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sergey Kuznetsov: "Venesiya Komissiyasının Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı rəyi qəbul olunmasa, sənəd üzərində iş davam etdiril<
[b]Sergey Kuznetsov: "Venesiya Komissiyasının Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı rəyi qəbul olunmasa, sənəd üzərində iş davam etdiriləcək"[b]
Bakı. Laçın Sultanova-APA. "Avropa Şurası Venesiya Komissiyasının martın 14-15-də Venesiyada keçiriləcək 74-cü plenar sessiyasında Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı birgə rəyin ilkin layihəsi müzakirə olunacaq. Sessiya layihənin mətnini müzakirə edəcək və qərar verəcək. Mətn komissiyanın ilkin rəyi kimi qəbul oluna bilər".
Bunu APA-ya Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Serqey Kuznetsov deyib. S. Kuznetsov bildirib ki, layihə qəbul olunmayacağı təqdirdə, komissiya gələcək addımları müəyyənləşdirəcək, məruzəçilər layihəni yenidən işləyəcəklər. Sessiyanın işində iştirak etməyəcəyini deyən S. Kuznetsov sənədi məruzəçilər Ayvard Encels və Piter Patsolayın təqdim edəcəklərini söyləyib.

03-11-2008, 04:56 PM #306Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Amerikanın "Battery Dance" qrupu Bakıda səfərdədir
[b]Amerikanın "Battery Dance" qrupu Bakıda səfərdədir[b]
Bakı. Ülkər Qasımova-APA. Amerikanın "Battery Dance" qrupu Bakıda səfərdədir. APA-nın məlumatına görə, bu gün qrupun icraçı direktoru Connaton Hollander və qrup üzvləri Robin Cantrell və Bafana Solomon Mateanın iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda qrup haqqında məlumat verən icraçı direktor qrupun dünyada çoxsaylı festival və konfranslarında iştirak etdiyini bildirib: "Qrup 30 ildən çoxdur ki, Nyu-Yorkun mədəni həyatının, milli və beynəlxalq səhnələrin ayrılmaz tərkib hissəsidir. Qrupumuz hamının başa düşdüyü xoreoqrafiya dili vasitəsilə auditoriya ilə ünsiyyət quran, dünyanın ən yaxşı mədəniyyət səfirlərindən biri kimi tanınıb. Hərçənd həm musiqi, həm xoreoqrafiya beynəlxalq əsərlərdən ilham alaraq tərtib olunsa da, "Battery Dance" zəngin Amerika mədəniyyətini müxtəlif çalarlarını özündə əks etdirir". Konfransda çıxış edən Robin Canrell bu qrupda 5 ildir ki, fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, qrup özünəməxsusluğu ilə seçilir. Bakı səfəri çərçivəsində qrupun 4 mahnı ifa edəcəyini bildirən R. Canrell, bu mahnılarının üçünün məhz qrup üçün yazıldığını bildirib. Mətbuat konfransından sonra qrup üzvləri Bakı Xoreoqrafiya Məktəbində ustad dərsləri keçiblər. Qeyd edək ki, "Battery Dance" qrupu martın 12-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çıxış edəcək. Qrupun Bakı səfəri ABŞ-ın Azərbaycandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilib.

03-11-2008, 05:01 PM #307Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Alan Vaddams Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlamaq üçün martın 13-də Bakıya gəlir
[b]Alan Vaddams Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlamaq üçün martın 13-də Bakıya gəlir[b]
Bakı.Laçın Sultanova-APA. Alan Vaddams Avropa İttifaqı Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlamaq üçün martın 13-də Bakıya gəlir.
APA-nın məlumatına görə, Alan Vaddams səfir vəzifəsinə tam təsdiqlənib, Azərbaycan onun aqremanını qəbul edib. Xatırladaq ki, Avropa Komissiyasının Azərbaycanda nümayəndəliyi bu il fevralın 4-də rəsmən açılıb. Həmin tədbirdə A. Vaddams səfir kimi təqdim olunarkən bildirilib ki, o bu vəzifəyə hələlik rəsmən təsdiq olunmayıb. Onu da əlavə edək ki, bu təyinata qədər A. Vaddams Avropa Komissiyasının Azərbaycanda xüsusi elçisi vəzifəsində çalışıb.

03-11-2008, 05:16 PM #308Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ABŞ Dövlət Departamenti oktyabrdan İran ərazisinə Azərbaycan dilində radioverilişlərin yayımlanması barədə qərar qəbul edib
[b]ABŞ Dövlət Departamenti oktyabrdan İran ərazisinə Azərbaycan dilində radioverilişlərin yayımlanması barədə qərar qəbul edib[b]
Bakı. Turan Hüseynova-APA. ABŞ hökuməti İran ərazisində Azərbaycan dilində radioverilişlər yayımlamağa hazırlaşır. APA-nın "Eurasia Net" saytına istinadən yaydığı məlumata görə, ABŞ Dövlət Departamentinin maliyyələşdirəcəyi bu proqramların yayımına 2008-ci ilin oktyabrından start veriləcək.
"Azadlıq" radiosunun proqram direktoru Cef Trimbl bildirib ki, onlar İranda yaşayan azərbaycanlılar üçün onların doğma dilində gün ərzində iki saat veriliş yayımlamağı düşünürlər. Bu verilişlərin əsas qayəsini İranı və bu ölkədə yaşayan azərbaycanlıları narahat edən mövzular təşkil edəcək. İran əhalisinin dörddə bir hissəsini azərbaycanlıların təşkil etdiyini deyən Trimbl bildirib ki, aparılan təhqiqatlar azərbaycanlıların öz doğma dillərində verilişlərə qulaq asmaq istədiyini göstərir.

03-11-2008, 05:21 PM #309Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Türkiyədə "Min bir gecə" baletini nümayiş etdirib
[b]Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Türkiyədə "Min bir gecə" baletini nümayiş etdirib[b]
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Türkiyənin İstanbul və Ankara şəhərlərində çıxış ediblər. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, milli truppanın ifasında martın 1, 2 və 3-də İstanbulun Atatürk Kültür Mərkəzində, martın 5-də isə Ankaranın Anadolu Göstəri Mərkəzində Fikrət Əmirovun "Min bir gecə" baleti nümayiş etdirilib. Tamaşalarda baş rolları Azərbaycanın0 xalq artisti Mədinə Əliyeva (Şəhrizad), əməkdar artist İslam İslamov, Yuri Lobaçov (Şəhriyar), Kamilla Hüseynova, Yelena Skomoroşenko (Nuridə), Alsu Qimadiyeva (Mərcanə), aparıcı solist Samir Səmədov (Cadugər), Tamilla Məmmədzadə (Nuridə) və başqaları canlandırıblar. Səfər Azərbaycanın İstanbuldakı baş konsulluğu, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və həmyerlimiz Əlixan Səmədovun rəhbərlik etdiyi "Balaban Prodakşn" şirkətinin təşkilati dəstəyi ilə baş tutub.

03-11-2008, 05:26 PM #310Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın "Təhsil haqqında" qanun layihəsi aprelin birinci ongünlüyündə Milli Məclisin müzakirəsinə çıxarılacaq
[b]Azərbaycanın "Təhsil haqqında" qanun layihəsi aprelin birinci ongünlüyündə Milli Məclisin müzakirəsinə çıxarılacaq[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın "Təhsil haqqında" qanun layihəsi aprelin birinci ongünlüyündə ikinci oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılacaq. Bu barədə APA-ya açıqlamasında parlamentin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib. Komissiya sədri hazırda prezident İlham Əliyevin təhsil sisteminin Bolonya prosesinə uyğunlaşdırılması ilə bağlı sərəncamından irəli gələn məsələlərin qanun layihəsində əksini tapmasına çalışdıqlarını deyib. Onun sözlərinə görə, qanun layihəsinin üzərində aparılan iş Azərbaycanın təhsil sisteminin tamamilə Avropa standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
APA-nın məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim martın 13-də Dövlət Dumasında keçiriləcək dinləmələrə münasibət bildirərək deyib. Onun sözlərinə görə, belə dinləmələrin keçiriləcəyi barədə məlumat yayılandan dərhal sonra Azərbaycanın Moskvadakı səfirliyi bu məsələni diqqət mərkəzində saxlayır. Qeyd edək ki, Dumada keçirilməsi planlaşdırılan dinləmələrin mövzusu "Cənubi Osetiya, Abxaziya və Dnestryanı respublikaların müstəqil dövlət kimi tanınması xahişi ilə Rusiya Dövlət Dumasına müraciəti və həmin münaqişələrin həlli vəziyyəti" adlanır. Dövlət Dumasından isə APA-ya bildiriblər ki, dinləmələr açıq keçirildiyinə görə, istənilən şəxs bu müzakirələrə qatıla bilər.

Yer imleri