Əsas məzmuna keç
Sayfa 249/461 İlkİlk ... 149199239247248249250251259299349 ... SonSon
4610 sonuçtan 2.481 ile 2.490 arası

Azərbaycan Xəbərləri

1. #2481
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakı buxtası sahilində yerləşən Bibiheybət məscidinin açılış mərasimi keçirilir

[b]Bakı buxtası sahilində yerləşən Bibiheybət məscidinin açılış mərasimi keçirilir[b]

Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Bakı buxtası sahilində yerləşən və son 11 ildə təmir-bərpası aparılan Bibiheybət məscidinin açılış mərasimi keçirilir. APA-nın məlumatına görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, ölkənin hökumət rəsmiləri, tanınmış elm və din xadimləri iştirak edirlər.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.Qeyd edək ki, XIII əsrə aid olan bu tarixi dini memarlıq abidəsinin təmir-bərpasına 1997-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə başlanılıb. Məscid son 11 il ərzində şərq memarlıq üslubunda bərpa edilib. Bibiheybət məscidinin iki minarəsindən biri Heydər Əliyevin adını daşıyır. Müqəddəs ocaqda səkkizinci imam Rzanın (ə.s.) bacısı həzrəti Hökumə xanım dəfn olunub.

2. #2482
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Almatıda 8 fəhlə ağac altında qalıb

[b]Almatıda 8 fəhlə ağac altında qalıb[b]

Bakı. Turan Hüseynova - APA. Bu gün Qazaxıstanın Almatı şəhərində meşədəki ağacların aşması nəticəsində 8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bunlardan 18-21 yaşında olan 3 nəfər gənc xəstəxanada vəfat edib, 5 nəfər isə orta ağır vəziyyətdə olaraq qalır. Qeyd edək ki, hadisə fəhlələrin Almatı şəhərində yerləşən «Sputnik» ticarət evinin naxış işlərini apararkən baş verib.

3. #2483
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gürcüstan hava sərhədlərini pozan Rusiya təyyarələrini vuracaq

[b]Gürcüstan hava sərhədlərini pozan Rusiya təyyarələrini vuracaq[b]

Bakı. Turan Hüseynova - APA. Gürcüstan Rusiya hərbi təyyarələrinin yenidən ölkənin hava sərhədlərini pozacağı təqdirdə hava hücumundan müdafiə sistemlərindən istifadə edəcəyini və təyyarələri vuracağını bildirib. APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan parlamentinin üzvləri, həmçinin müxalifət nümayəndələri bəyan ediblər. Deputat Georgi Tortladze həmkarlarını Gürcüstan hökuməti qarşısında bu təşəbbüslə çıxış etməyə çağırıb. Lakin məsələ ilə hələ rəsmi müraciətin edilməsinə dair qərar qəbul olunmayıb. Bəzi ekspertlərin rəyinə görə, Gürcüstan Rusiya təyyarələrinə qarşı istifadə etməyə tələb olunan müdafiə sistemlərinə malik deyil. Gürcüstan Xarici İşlər Nazirliyi isə iyulun 11-də BMT-nin Təhlükəsizlik Şurasında gürcü-abxaz, gürcü-osetin konflikt zonalarında vəziyyətin kəskinləşməsi ilə bağlı məsələnin müzakirə edilməsi üçün təcili iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edib.

4. #2484
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Altı gün öncə dənizə çıxan 4 Azərbaycan balıqçısı geri qayıdıb

[b]Altı gün öncə dənizə çıxan 4 Azərbaycan balıqçısı geri qayıdıb[b]

Bakı. Rəşad Süleymanov - APA. İyulun 6-da Pirallahı sahillərindən dənizə çıxmış və göyərtəsində 4 nəfər olan motorlu balıqçı qayığı bu gecə geri qayıdıb. Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanov məlumat verib. Administrasiya rəisinin bildirdiyinə görə, artıq balıqçıların 4-ü də geri qayıdıb. Onların yoxa çıxmasının səbəbi isə dənizdə havaların fırtınalı keçməsi və mühərrikdə yaranan problemlərlə bağlı olub. Hadisə ilə bağlı araşdırma aparılır.Q.Qurbanov əlavə edib ki, hava şəraiti ilə bağlı bütün gəmilərin kapitanları əvvəlcədən məlumatlandırılıb və gəmilər müvəqqəti olaraq yaxın sığınacaq yerlərində lövbərə duraraq havanın sakitlənməsini gözləyib.

5. #2485
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ağdamın «Sevinc» şadlıq sarayı kütləvi zəhərlənmə faktı səbəbindən bağlanıb

[b]Ağdamın «Sevinc» şadlıq sarayı kütləvi zəhərlənmə faktı səbəbindən bağlanıb[b]

Qarabağ. Teymur Zahidoğlu - APA. Ağdam rayonunun Hindiristan kəndində fəaliyyət göstərən "Sevinc" şadlıq sarayı bağlanıb. Bu barədə APA-nın Qarabağ bürosuna Ağdam Rayon Gigiyena Mərkəzinin direktoru Rəhman Məmmədov məlumat verib. Onun sözlərinə görə, iyunun 11-də toy mərasimində 60 nəfərin zəhərlənməsi ilə bağlı sözügedən şadlıq sarayına baxış keçirilib və sarayın mətbəxində natəmizlik aşkarlanıb. R.Məmmədov bildirib ki, şadlıq sarayının rəhbərliyinə təmir işlərinin aparılması tövsiyə edilib.

6. #2486
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qax rayonunda Şəki sakinindən 8 kq narkotik vasitə götürüb

[b]Qax rayonunda Şəki sakinindən 8 kq narkotik vasitə götürüb[b]

Qax. Hafiz Heydərov - APA. Azərbaycanın Qax rayonunun polis əməkdaşları Şəki rayonu sakinindən 8 kq narkotik vasitə götürüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən məlumat verilib. Polis bölməsinə daxil olan operativ məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki sakini, 1957-ci il təvəllüdlü Ələsgər Mustafa oğlu Əhmədovdan satış məqsədi ilə hazırlanmış ümumi çəkisi 8 kq olan marixuana aşkar edilərək götürülüb. Bundan başqa Qax polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 5 hektar sahədə ümumi çəkisi 12 tona yaxın 12 750 ədəd yabanı halda bitmiş çətənə kolu aşkarlanaraq məhv edilib.Zaqatala polisinin Dövlət Sərhəd Xidməti ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə rayonun Kəpənəkçi kəndi ərazisində ümumi çəkisi 3,2 ton olan çətənə kolu yandırılaraq məhv edilib.

7. #2487
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türk Ordusunun 3 əsgəri şəhid olub, bir dinc sakin ölüb, 2-i yaralanıb

[b]Türk Ordusunun 3 əsgəri şəhid olub, bir dinc sakin ölüb, 2-i yaralanıb[b]

İstanbul-Mayis Əlizadə-APA. Türkiyənin Tunceli vilayətində əməliyyata çıxan əsgərlərin yolunun üstünə qurulmuş və uzaqdan idarə olunan minanın partlaması nəticəsində 2 türk hərbçisi şəhid olub.

APA-nın Türkiyə bürosunun məlumatına görə, hadisə nəticəsində yaralanmış zabit Xəlil Kırma və sıravi Samət Akdəniz helikopterlə Əlazığdakı hospitala çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Mina partlayan zaman həmçinin dağlıq ərazilərdə gizlənmiş PKK terrorçuları silahlarla atəş açıblar. Türk Ordusu terrorçuları susdurub. Helikopterlər terrorçuların olduğu nöqtəni bombalayıb və onlar zərərsizləşdirilib.Dünən həmçinin Şırnağın dağlıq ərazilərində terrorçularla ordu arasında olan atışmada əsgər Taha Koroğlu şəhid olub. PKK-nın qurbanları sırasında dinc sakin də olub. Dünən Bingölün Gənç rayonunun Gerçəkli kəndinin sakini, 30 yaşlı Mehmet Karvan odun yığmağa gedərkən terrorçuların basdırdığı mina partlayıb. M. Karvan hadisə yerində həlak olub. Onun cəsədini aparmağa gələnlərə də PKK-çılar atəş açıblar. Nəticədə iki kənd sakini yaralanıb.

8. #2488
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna basqınla bağlı daha 3 nəfər saxlanılıb

[b]ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna basqınla bağlı daha 3 nəfər saxlanılıb[b]

Bakı-APA. ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna basqın təşkil edənlərin aşkarlanması ilə bağlı əməliyyatlar davam edir. APA-nın məlumatına görə, Altınşəhirdə əməliyyat keçirən polis 3 nəfəri saxlayıb. Polis eyni vaxtda iki ünvanda əməliyyat keçirib. Saxlanılanların evində axtarışlar aparılıb.Bununla da Baş Konsulluğa basqınla bağlı istintaqın gedişində saxlanıların sayı 13-ə yüksəlib. Dünən həmçinin konsulluğa silahlı basqında iştirak edən Bülənt Çınar və Erkan Kargının cənazələri dəfn edilib.

9. #2489
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənilər cəbhə xəttində atəşkəs rejimini pozublar

[b]Ermənilər cəbhə xəttində atəşkəs rejimini pozublar[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən saat 13.30-dan 13.40-dək və saat 15.25-dən 15.29-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.05-dən 20.25-dək Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.22-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.55-dən 23.15-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

10. #2490
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 10 ili tamam olur

[b]Bu gün Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 10 ili tamam olur[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycan Konstitusiya Məhkəməsinin yaradılmasının 10 ili tamam olur. APA-nın məlumatına görə, 1998-ci il iyulun 14-də yaradılan bu qurum ölkənin ilk Konstitusiya məhkəmə nəzarəti orqanıdır.

Konstitusiya Məhkəməsinin tərkibi 9 hakimdən ibarətdir, bu qurum öz fəaliyyətini Azərbaycan Konstitusiyasının aliliyi, ədalət, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurur. Hakimiyyətin qanunvericilik və icraedici qanadları ilə qarşılıqlı fəaliyyət göstərən Konstitusiya Məhkəməsinin səlahiyyətləri və statusu Əsas Qanun və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi haqqında" qanunla müəyyənləşdirilib. Qeyd edək ki, bu gün həmdə 10 illiyini qeyd edən qurumun tərkibinin 2/3 hissəsinin səlahiyyəti başa çatır. Onlar Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunanadək səlahiyyətlərini icra edəcəklər.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.