Əsas məzmuna keç
Sayfa 19/461 İlkİlk ... 917181920212969119 ... SonSon
4610 sonuçtan 181 ile 190 arası

Azərbaycan Xəbərləri

1. #181
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan MN-in sözçüsü: "Ermənistan rəhbərliyi 12 itki və 15 yaralılarının olması faktını hiyləgərliklə ört-basdır etməyə cəhd göstərir"

[b]Azərbaycan MN-in sözçüsü: "Ermənistan rəhbərliyi 12 itki və 15 yaralılarının olması faktını hiyləgərliklə ört-basdır etməyə cəhd göstərir"[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. "Cəbhədəki son vəziyyətlə bağlı ölkə daxilində partlayış həddində olan növbəti əhval-ruhiyyəni sakitləşdirmək məqsədi ilə Ermənistan prezidenti Robert Köçəryan şəxsən özü dezinformasiyalar yaymağa başlayıb".

Bu sözləri APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu deyib. R. Köçəryanın keçirdiyi mətbuat konfransında cəbhə xəttində baş verən atışma zamanı Ermənistan tərəfdən yalnız iki yaralının olması barədə fikirlərinə münasibət bildirən E. Sabiroğlu onun söylədiklərinin həqiqəti əks etdirmədiyini, tam yalan olduğunu vurğulayıb: "Sübut üçün yalnız bir faktı göstərmək kifayətdir. Robert Köçəryandan iki gün əvvəl mətbuat konfransı keçirən Ermənistanın xarici işlər naziri Vardan Oskanyan atışma zamanı çoxlu yaralının olması haqda həyəcanlı bəyanatlar verib, atışmanın dərhal dayandırılması barədə beynəlxalq təşkilatlardan kömək istəmişdi. Bir gün sonra isə Ermənistanın hərbi rəhbərliyi Azərbaycanın Müdafiə Nazirliyindən atışmanı dayandırmağı xahiş etmişdi. İndi onların hansı düz danışır? Nəticəni özünüz çıxarın".Nazirlik sözçüsü deyib ki, Ermənistan rəhbərliyi bu hiyləgər üsulla 12 itki və 15 yaralılarının olması faktını ört-basdır etməyə cəhd göstərir: "Burada başqa bir niyyət də var. Son illər erməni ordusunun əfsanəvi gücə malik olması barədə süni şəkildə formalaşdırılan mifin Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsi onlara möhkəm yer edib. Ermənistan rəhbərliyi tərəfindən yayılan hazırkı dezinformasiyaların əsas mahiyyəti budur".

2. #182
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın müdafiə naziri: "Ermənistan bundan da tutarlı cavab alacaq"

[b]Azərbaycanın müdafiə naziri: "Ermənistan bundan da tutarlı cavab alacaq"[b]

Tərtər. Teymur Quliyev-APA. "Cəbhə xəttində son vaxtlar yaranan vəziyyət Ermənistanın daxilindəki siyasi-iqtisadi gərginliklə bağlıdır".

APA-nın Qarabağ bürosunun məlumatına görə, bu bəyanatla Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev çıxış edib. "Ermənistan növbəti dəfə təxribat törətməyə cəhd etsə, bundan da tutarlı cavab alacaq",-deyə nazir vurğulayıb.

3. #183
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Vatikanın dövlət katibi Azərbaycana gəlib

[b]Vatikanın dövlət katibi Azərbaycana gəlib[b]

APA-nın məlumatına görə, Vatikanın dövlət katibini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycanın baş naziri Artur Rəsizadə, xarici işlər nazirinin müavini Vaqif Sadıxov, Vatikanın Azərbaycandakı nümayəndəsi – nunsi Klaudio Qucerotti, Bakı katolik kilsəsinin rəhbəri Yan Çapla qarşılayıblar. Tarçizio Bertonenin baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşü planlaşdırılıb. Vatikanın dövlət katibi Müqəddəs Məryəm katolik kilsəsinin rəsmi açılış mərasimində iştirak edəcək, Qafqaz Müsəlmanları İdarəsinin sədri Å

4. #184
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Akif Aşırlının "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu" kitabı Türkiyə türkcəsində nəşr olunub

[b]Akif Aşırlının "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu" kitabı Türkiyə türkcəsində nəşr olunub[b]

Bakı. Laura Cəbrayıllı - APA. "Å

5. #185
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Beynəlxalq Qırmızı Xaç Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı açıqlama yayıb

[b]Beynəlxalq Qırmızı Xaç Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı açıqlama yayıb[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. "Yüz minlərlə qadın üçün silahlı münaqişələrin ən dəhşətli nəticəsi öz itkin düşən qohumları barədə uzun müddətli və əzablı xəbər gözləməkdir. Ölənlərin və ya itkin düşənlərin böyük əksəriyyətini kişilər təşkil etdiyinə görə, onların başına gələnləri öyrənmək cəhdləri adətən ağır yük kimi ailələrdəki qadınların üzərinə düşür". Bu fikirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı yaydığı açıqlamada qeyd olunub. BQXK-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qurum tərəfindən bu qadınların vəziyyətini yüngülləşdirmək öhdəliyinin bir daha vurğulandığı bildirilib. BQXK-nın müharibə vəziyyətində qadınlara kömək proqramının rəhbəri Florens Tersier bildirib ki, bu il Beynəlxalq Qadınlar Günündə itkin düşmüş kişi qohumları olan qadınların çətin vəziyyətinə xüsusi diqqət yetirmək istəyirlər: "Yoxa çıxmaların qarşısının alınması və ailəsində itkini olan qadınlara lazım dəstəyi təmin etmək üçün mümkün olan hər şey edilməlidir".

6. #186
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT sabah Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində böhran-monitorinq keçirəcək

[b]ATƏT sabah Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində böhran-monitorinq keçirəcək[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Sabah Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində böhran-monitorinq keçiriləcək. APA-nın "Novosti Armeniya"ya istinadən verdiyi məlumata görə, monitorinqin qoşunların Tərtər istiqamətindəki təmas xətti boyu keçirilməsi nəzərdə tutulur.

Böhran-monitorinq ermənilərin martın 4-də həmin istiqamətdə atəşkəsi intensiv pozması və Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində son hücum cəhdləri ilə əlaqədar keçiriləcək. Monitorinqi Azərbaycan tərəfdən ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, cəbhənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış qarşı tərəfində isə onun köməkçiləri keçirəcəklər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya ATƏT-in sabah qoşunların təmas xəttində böhran-monitorinq keçirəcəyi barədə məlumatsız olduqları bildirilib.

7. #187
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri: "Fəaliyyətimə əvvəlki səfirin qaldığı yerdən davam edəcəyəm"

[b]Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri: "Fəaliyyətimə əvvəlki səfirin qaldığı yerdən davam edəcəyəm"[b]

Bakı. Elnur Məmmədli-APA. Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Hulusi Kılıç bu gün etimadnaməsini ölkə prezidentinə təqdim etdikdən sonra Şəhidlər Xiyabanını ziyarət edib.

APA-nın məlumatına görə, səfir "Əbədi Məşəl" abidəsi və 1918-ci ildə Bakıda həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub. H. Kılıç jurnalistlərə fəaliyyətinə özündən əvvəlki səfirin qaldığı yerdən davam edəcəyini bildirib: "Ölkələrimiz arasında bütün sahələrdə-iqtisadi, siyasi, sosial, hüquq sahəsində əməkdaşlıq bundan sonra daha da güclənəcək".

8. #188
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT nümayəndəsi: "Kosovonun Dağlıq Qarabağ kimi münaqişələr üçün presedent təşkil edəcəyini söyləmək olar"

[b]ATƏT nümayəndəsi: "Kosovonun Dağlıq Qarabağ kimi münaqişələr üçün presedent təşkil edəcəyini söyləmək olar"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Kosovo və Dağlıq Qarabağ problemləri bir-birindən fərqlənsə də, Kosovonun Dağlıq Qarabağ kimi münaqişələr üçün presedent təşkil edəcəyini söyləmək olar". APA-nın məlumatına görə, bu sözləri NATO-nun Bakıda keçirilən "Rouz Roud" seminarında çıxışında ATƏT-in baş katibliyinin nümayəndəsi Don Linç deyib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayan D. Linç bildirib ki, münaqişənin davam etməsi yeni qurbanlara səbəb olur və separatçı hərəkatların yaranmasına təkan verir: "Biz tərəfləri danışıqlar masasına oturmağa məcbur etməliyik". Azərbaycan Xarici İşlər Nazirliyinin təhlükəsizlik məsələləri idarəsinin rəisi Tofiq Musayev isə GUAM ölkələrinin ərazisindəki münaqişələrin həlli üçün beynəlxalq təşkilatlardan kömək gözlədiklərini söyləyib: "Biz məsələni BMT Baş Assambleyasının gündəminə gətirmişik və bu, çox vacibdir". NATO Parlament Assambleyasının Siyasi Komitəsinin sədri Markus Merkel isə Azərbaycanda media azadlığı, ədalətli seçkilərin keçirilməsi və siyasi məhbuslar sahəsində problemlər olduğunu qeyd edib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkənin demokratik və iqtisadi inkişafı baxımından da önəmlidir.

9. #189
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanla bağlı hesabat martın 18-də AŞ PA Monitorinq Komitəsinə təqdim olunacaq

[b]Azərbaycanla bağlı hesabat martın 18-də AŞ PA Monitorinq Komitəsinə təqdim olunacaq[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Martın 18-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinə Azərbaycanla bağlı hesabat təqdim olunacaq.

Bu barədə APA-ya AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Yevgeniya Jivkova məlumat verib. O bildirib ki, hesabatda Azərbaycanda söz, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi dustaqlar və onların saxlanma şəraiti, prezident seckilərinə hazırlıq, məhkəmə sistemində islahatlar, insan haqları üzrə Milli Fəaliyyət Planının icrası ilə bağlı vəziyyət əksini tapıb. Y. Jivkova hesabatda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məqamların da olduğunu söyləyib.

10. #190
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Müdafiə Nazirliyinin İnformasiya İdarəsi: Düşmənə vurulan son zərbə Ermənistan ordusu daxilində parçalanmanı daha da sürətləndirib

[b]Müdafiə Nazirliyinin İnformasiya İdarəsi: Düşmənə vurulan son zərbə Ermənistan ordusu daxilində parçalanmanı daha da sürətləndirib[b]

Bakı. Rəşad Süleymanov-APA. Ermənistandakı siyasi parçalanma bu ölkənin Silahlı Qüvvələrinin yüksək postları tutan generalitetdən başlayaraq, aşağı rütbəli zabitlərinədək əksəriyyəti əhatə edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya İdarəsindən APA-ya daxil olan açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, azərbaycanlılara qarşı soyqırımı törədilməsinin təşkilatçıları və fəal iştirakçıları olan erməni hərbçilərinin, xüsusi ilə Ermənistan müdafiə nazirinin müavinləri Manvel Qriqoryan və Qaqik Melkonyan, o cümlədən Silahlı Qüvvələrin qərargahında və güc strukturlarında xidmət edən yüksək rütbəli hərbçilərin, həmçinin əsas etibarı ilə hərbçilərdən ibarət "Yerkrapa" Könüllülər İttifaqı ictimai təşkilatının əksər üzvləri Köçəryan-Sarkisyan hakimiyyətinə müxalifətdə olanları dəstəklədiklərinə görə vəzifələrindən uzaqlaşdırılaraq həbs olunublar: "Mövcud rejiminin orduya etibar etməməsinin əsas göstəricilərindən biri ölkədəki iğtişaşlarının yatırılması məqsədi ilə işğal altında olan Dağlıq Qarabağdan ekstremist-terrorçu silahlı dəstələrin İrəvana gətirilməsidir. Digər tərəfdən, hərbi xunta Ermənistan cəmiyyətinin və dünya ictimaiyyətinin diqqətini ölkədə həyata keçirilmiş hərbi çevrilişdən yayındırmaq məqsədi ilə Ermənistan-Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəs rejimini pozaraq irimiqyaslı döyüş əməliyyatlarına başlamağa cəhd göstərib".İnformasiya İdarəsi qeyd edir ki, Azərbaycanın siyasi, diplomatik və hərbi nüfuzundan təşvişə düşən rəsmi İrəvan, erməni terrorçularının ideoloji və təxribat təlim mərkəzi olan Ermənistan Müdafiə Nazirliyinin milli strateji araşdırmalar institutu, mətbuat və informasiya mərkəzi, rəsmi dövlət orqanları, Köçəryan-Sarkisyan terrorçu rejiminin nəzarətində olan KİV-lər cəbhə bölgəsində son gərginliyin Azərbaycan tərəfindən törədildiyi barədə yalan, böhtan və uydurma xarakterli məlumatlar yayır: "Azərbaycan Ordusu tərəfindən düşmənə vurulmuş son zərbə Ermənistanın terrorçu rejiminin rəhbərliyini sarsıdıb, həm hazırkı hakimiyyətə müxalif, həm də zərbə almış erməni ordusunun cəmiyyətin bütün təbəqələrində nüfuzunu aşağı salıb və ordu daxilində parçalanmanı daha da sürətləndirib".

Sayfa 19/461 İlkİlk ... 917181920212969119 ... SonSon

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.