Əsas məzmuna keç
Sayfa 184/461 İlkİlk ... 84134174182183184185186194234284 ... SonSon
4610 sonuçtan 1.831 ile 1.840 arası

Azərbaycan Xəbərləri

1. #1831
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya nazirini qəbul edib

[b]Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya nazirini qəbul edib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri İyad bin Əmin Əl-Mədəni qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, mədəniyyət sahəsində əməkdaşlığın vacibliyindən danışılıb, Azərbaycanda Səudiyyə Ərəbistanı mədəniyyət günlərinin keçirilməsinin bu sahədə əlaqələrin daha da genişlənməsi işində əhəmiyyətli rol oynayacağı vurğulanıb.

2. #1832
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti: Emin Hüseynova qarşı zor tətbiq olunmayıb

[b]Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti: Emin Hüseynova qarşı zor tətbiq olunmayıb[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. "Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynova qarşı zor tətbiq olunmayıb". Bu barədə APA-nın sualına cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. DİN-dən verilən məlumata görə, E. Hüseynovun iyunun 14-də Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsində təzyiqlərə məruz qalması barədə mətbuata verdiyi açıqlamaların heç bir əsası yoxdur: "İyunun 14-də 22-ci polis bölməsinə ərazidə olan kafelərdən birində icazəsiz toplantı keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvana baxış keçirəndə məlum olub ki, orada 50-yə yaxın şəxs icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış tədbir keçirir. Polis əməkdaşları icazəsiz aksiyanın qarşını almaq üçün iştirakçılardan ərazini tərk etməyi tələb ediblər. Amma iştirakçılar bu tələbə məhəl qoymayıblar. Belə olan halda polislər 20-yə yaxın şəxsi, o cümlədən Emin Hüseynovu bölməyə dəvət ediblər. Lazımi xəbərdarlıq ediləndən sonra onların hamısı sərbəst buraxılıb. Ancaq Emin Hüseynov çıxarkən bölmənin qarşısında yerə yıxılıb və sonradan döyüldüyünü iddia edib". Mətbuat xidmətindən bildirilib ki, RATİ sədrinin üzərində aparılan tibbi ekspertizadan sonra ona "nevrostonik reaksiya" diaqnozu qoyulub: "Onun fiziki zorakılığa məruz qalması barədə dedikləri təsdiqlənməyib. Emin Hüseynovun guya döyülməsi barədə mətbuata verdiyi açıqlamalar da bir-biri ilə ziddiyyət təşkil edir".

3. #1833
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

BAXCP və "Xalq Cəbhəsi" qəzetinin yerləşdikləri binadan çıxarılmaması ilə bağlı şifahi razılaşma əldə olunub

[b]BAXCP və "Xalq Cəbhəsi" qəzetinin yerləşdikləri binadan çıxarılmaması ilə bağlı şifahi razılaşma əldə olunub[b]

Bakı. Ramil Məmmədli - APA. "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının və "Xalq Cəbhəsi" qəzetinin yerləşdikləri binadan çıxarılmaması ilə bağlı şifahi razılaşma əldə olunub". Bu sözləri APA-ya açıqlamasında BAXCP sədri Qüdrət Həsənquliyev deyib. Ancaq onun sözlərinə görə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə müqavilənin vaxtı hələlik rəsmi şəkildə uzadılmayıb: "Biz əvvəlcədən də demişdik ki, təmirə görə binanı tərk etməyimizə zərurət yoxdur. Onsuz da bina mərtəbə-mərtəbə təmir olunur". Qeyd edək ki, hazırda Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdindəki Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu Elm İstehsalat Birliyinin binasında yerləşən BAXCP-nin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə icarə müqaviləsinin müddəti bu il iyunun 19-da başa çatır.

4. #1834
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elçin Behbudov Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib

[b]Elçin Behbudov Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, hazırda təcridxanada təmir işləri aparılır. Təcridxanada saxlanılan şəxslərlə görüşdüyünü bildirən E. Behbudov monitorinqin nəticələri barədə daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini deyib.

5. #1835
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan və Rusiya müdafiə nazirləri arasında görüş keçirilib

[b]Ermənistan və Rusiya müdafiə nazirləri arasında görüş keçirilib[b]

Moskva - APA. Rusiyada səfərdə olan Ermənistanın müdafiə naziri Seyran Ohanyan həmkarı Anatoli Serdyukovla görüşüb. APA-nın "Panarmenian"a istinadən verdiyi məlumata görə, görüş zamanı regional təhlükəsizlik və sabitlik, hər iki ölkədə müdafiə sahəsində aparılan islahatlar müzakirə olunub. Tərəflər hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələlərinə də toxunublar.

6. #1836
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Müsavat Partiyası piketləri davam etdirəcək

[b]Müsavat Partiyası piketləri davam etdirəcək[b]

Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası kütləvi aksiyaları davam etdirmək fikrindədir. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, bu məsələ partiyada müzakirə olunur və növbəti aksiyanın vaxtı yaxın günlərdə müəyyənləşəcək. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirməkdə əsas məqsəd ölkə və beynəlxalq ictimaiyyətin diqqətini problemə cəlb etmək olub. O, şəhər İcra Hakimiyyətinin binası qarşısında yeni piketlərin keçiriləcəyini istisna etməyib: "Biz yaxın zamanlarda bu tipli aksiyaları davam etdirəcəyik və aksiyaların miqyasını genişləndirməyi düşünürük".

7. #1837
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanlı deputat: "Xocalı sakinləri Avropa Məhkəməsinə müraciət edəcəklər"

[b]Azərbaycanlı deputat: "Xocalı sakinləri Avropa Məhkəməsinə müraciət edəcəklər"[b]

Bakı. Ramil Məmmədli - APA. Son iki ildə 2000-dən çox Xocalı sakini Baş Prokurorluğun, Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə istintaq-əməliyyat qrupuna yenidən çağırılıb və ifadə verib. Bu barədə APA-ya məlumat verən Xocalı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov özünün də istintaqa ifadə verdiyini bildirib: "İstintaqa çağırılan Xocalı sakinləri ifadələrində bildiriblər ki, soyqırımı Ermənistanın və separatçı qurumun rəhbərliyində olan şəxslər həyata keçiriblər. İfadələrdə Ermənistanın sabiq prezidenti Robert Köçəryan, ölkənin indiki prezidenti Serj Sərkisyan, qondarma rejimin sabiq başçısı Arkadi Qukasyan, Xankəndidə yerləşən Rusiya Silahlı Qüvvələrinə aid olan 366-cı alayın 6-cı batalyonunun komandiri, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın adları xüsusi vurğulanıb. Əsir və girovluqda olan Xocalı sakinlərinin bəziləri adıçəkilən ermənilər tərəfindən şəxsən işgəncəyə və təhqirə məruz qalıblar. Bütün materiallar toplanandan sonra beynəlxalq təşkilatlara və İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət göndəriləcək".

8. #1838
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti səhiyyə işçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb

[b]Azərbaycan prezidenti səhiyyə işçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə, Zülfüqar Fərəcov və Vaqif Verdiyevə "Azərbaycan Respublikasının əməkdar elm xadimi", Stella Abbasov, Əli Babayev, Ələkbər Əkbərov, Mürsəl Həmidov, Əjdər Hümbətov, Vaqif Xanbutayev, Zeynəbxanım Muxtarova, Mirhüseyn Seyidov vəFikrət Zeynalova "Azərbaycan Respublikasının əməkdar həkimi", Şəfa Əliyev və Şölə İsmayılovaya isə "Azərbaycan Respublikasının əməkdar müəllimi" adı verilib. Prezidentin digər sərəncamı ilə bir qrup səhiyyə işçisi "Tərəqqi" medalı ilə təltif edilib.

9. #1839
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elmar Məmmədyarov UNİSEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Sinqeri fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib

[b]Elmar Məmmədyarov UNİSEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Sinqeri fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib[b]

Bakı. Laçın Sultanova - APA. Xarici işlər naziri Elmar Məmmədyarov UNİSEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Sinqeri fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Xanım H. Sinqer fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanda baş verən bir sıra dəyişikliyin şahidi olduğunu qeyd edərək, uşaq hüquqlarının müdafiəsi sahəsində əldə edilmiş uğurları yüksək qiymətləndirib. Qonaq xüsusilə insan potensialının inkişafı indeksinin yüksəlməsi, uşaq ölümünün azalması, dövlət tərəfindən uşaqların sosial rifahının qaldırılması, təhsilin və savadlılığın artırılması, uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülmüş işlərin ölkənin statusuna müsbət təsir etdiyini bildirib və Azərbaycanı artıq bu sahədə model ölkə kimi qiymətləndirib.Öz növbəsində, E. Məmmədyarov cəmiyyətin inkişafı üçün insan kapitalının vacib faktor olduğunu və bu istiqamətə hökumətin xüsusi diqqət ayırdığını bildirərək, təhsil və sosial islahatlara vacib əhəmiyyət verildiyini diqqətə çatdırıb. Nazir Ermənistanın Azərbaycana təcavüzünün yaratdığı fəsadlar haqqında da danışıb, UNİCEF-in qaçqınlarla bağlı gördüyü işləri təqdirəlayiq hesab edib.

10. #1840
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Litva səfiri: "Azərbaycanın "Vikinq" nəqliyyat layihəsində iştirakı "GUAM+" formatında əməkdaşlığı aktivləşdirə bilər"

[b]Litva səfiri: "Azərbaycanın "Vikinq" nəqliyyat layihəsində iştirakı "GUAM+" formatında əməkdaşlığı aktivləşdirə bilər"[b]

Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycanın "Vikinq" nəqliyyat layihəsində iştirakı "GUAM+" formatında əməkdaşlığı aktivləşdirə və Azərbaycanla Litvanın əlaqələrini genişləndirə bilər". Bu açıqlamanı APA-ya Litvanın Azərbaycanda səfiri Kyastutis Kudzmanas verib. Onun sözlərinə görə, artıq rəsmi səviyyədə Azərbaycanın bu layihədə iştirakına dair müzakirələr gedir və ekspertlərin dəyərləndirməsi gözlənilir. Qeyd edək ki, "Vikinq" Klaypeda-Minsk-Odessa istiqamətində yüklərin daşınmasını həyata keçirən sürət qatarıdır. Bu layihə TRACEKA-ya qoşulacağı təqdirdə yüklərin Mərkəz Asiya, Xəzər regionunda keçərək Baltikyanı regiona və Mərkəzi Avropaya nəqli prosesini inkişaf etdirə bilər.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.