[b]Azərbaycan Mətbuat Şurası həbsdəki jurnalistlərin əfv olunması xahişi ilə prezidentə müraciət edib[b]
[Bakı - APA. Azərbaycan Mətbuat Şurası həbsdəki jurnalistlərin əfv edilməsi xahişi ilə prezident İlham Əliyevə müraciət ünvanlayıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, ölkədə son 5 ildə həyata keçirilən tədbirlərin, insan amilinə, vətəndaş cəmiyyəti quruculuğuna istiqamətlənən əməli işlərin kütləvi informasiya vasitələrini və jurnalistləri də əhatə etməsi diqqəti çəkən məqamlar arasındadır: "Media ilə bağlı imzalanan fərman və sərəncamlarda bu sahədəki bütün məsələlərin, o cümlədən həbsdə olan jurnalistlərin əfvinin də nəzərə alınması razılıqla qarşılanmaqdadır. Əfv fərmanlarında Azərbaycan Mətbuat Şurasının prezidentə müraciətləri daim nəzərə alınıb. Nəticədə həmkarlarımız məhkum həyatının ağırlığından azad olunub, evlərinə, ailələrinə, doğmalarının yanına qayıtmaq imkanı əldə ediblər". Müraciətdə belə humanist addımların bundan sonra da atılacağına əminlik vurğulanır. Həmçinin qeyd olunur ki, həbsdəki jurnalistlərin azad edilməsi ilə bağlı ölkə prezidentinə müraciət Azərbaycan jurnalistlərinin V qurultayının qətnaməsində də öz əksini tapıb: "Həmin şəxslər "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov, bu nəşrin əməkdaşı Sakit Zahidov (Mirzə Sakit), "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və "Bizim yol" qəzetinin redaktoru Müşviq Hüseynovdur. Onlar məhkəmələr tərəfindən kəsilmiş cəzalarının bir hissəsini çəkiblər və məhbus həyatının ağırlığını yaşamaqdadırlar". Mətbuat Şurası dövlət başçısından bütün bunları və jurnalistlərin öhdələrində ailələrinin, azyaşlı uşaqlarının, üzüntü keçirən ahıl valideynlərinin olduqlarını nəzərə alaraq onların azadlığa çıxmalarına kömək göstərməsini xahiş edib.
Azərbaycan Xəbərləri
Printable View

10-29-2008, 04:50 PMAPAAzərbaycan Mətbuat Şurası həbsdəki jurnalistlərin əfv olunması xahişi ilə prezidentə müraciət edib

10-29-2008, 05:00 PMAPABFB-da Azərbaycan Maliyyə Nazirliyinin DQİ emissiyasının əlavə yerləşdirilməsi üzrə keçirilən hərrac baş tutmayıb
[b]BFB-da Azərbaycan Maliyyə Nazirliyinin DQİ emissiyasının əlavə yerləşdirilməsi üzrə keçirilən hərrac baş tutmayıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10305820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə həcmi 270,6 min manat təşkil edib. Sifariş 95,48% (gəlirlik 11,01%) qiyməti ilə təqdim olunub. Lakin sifarişin şərtləri emitenti qane etmədiyinə görə, hərrac baş tutmamış elan olunub. -
10-29-2008, 05:10 PMAPAAzarkeşlər "Neftçi" klubunu boykot etdilər
[b]Azarkeşlər "Neftçi" klubunu boykot etdilər[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. "Neftçi" futbol klubu sadiq azarkeşlərini itirib. "APA-SPORT"un məlumatına görə, flaqmanın fan-klubunun üzvləri bu gün Azərbaycan kuboku uğrunda Tofiq Bəhramov adına Respublika stadionunda MOİK-lə keçirilən görüşdə sevimli komandalarını dəstəkləməkdən imtina ediblər. Fanatların bu addımına son vaxtlar "Neftçi" rəhbərliyi ilə futbolçular arasında yaşanan gərgin vəziyyət səbəb göstərilir. -
10-29-2008, 05:20 PMAPA"Moskva" univermağının direktoru aeroportda saxlanaraq istintaq təcridxanasına aparılıb
[b]"Moskva" univermağının direktoru aeroportda saxlanaraq istintaq təcridxanasına aparılıb[b]
[Moskva-APA. Təyyarə ilə Dubaya uçmağa hazırlaşan "Moskva" univermağının baş direktoru Dmitri Ulyaniçki aeroportda saxlanaraq istintaq təcridxanasına aparılıb. APA-nın məlumatına görə, baş direktor təcridxanaya təcili yardım maşını ilə aparılıb. Hüquq-mühafizə orqanları Dmitri Ulyanişçkinin həbs olunmadığını, ifadə vermək üçün saxlandığını bildiriblər. Bu səhər Lenin prospektində yerləşən "Moskva" univermağında axtarış aparılıb və bütün mühasibat sənədləri götürülüb. Univermağın hüquqşünası bu addımı ticarət müəssisəsinin zorla ələ keçirilməsi planının tərkibi adlandırıb. -
10-29-2008, 05:30 PMAPA«Azərenerji» və Asiya İnkişaf Bankı yeni əməkdaşlıq planını razılaşdırıb
[b]«Azərenerji» və Asiya İnkişaf Bankı yeni əməkdaşlıq planını razılaşdırıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. «Azərenerji» ASC ilə Asiya İnkişaf Bankı (AİB) arasında yeni əməkdaşlıq planının layihəsi razılaşdırılıb. Bu barədə «APA-ECONOMICS»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.M.Əsgərovun sözlərinə görə, əməkdaşlıq 2009-cu ildən başlayaraq 3-5 ili əhatə edəcək: «Tərəflər arasında əməkdaşlıq planı artıq razılaşdırılıb və hazırda bu planın imzalanması gözlənilir».AİB-in Bakı ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə isə, «Azərenerji» ASC ilə Asiya Bankı arasında yeni əməkdaşlıq planının 2008-ci ilin sonunadək imzalanacağı gözlənilir.Qeyd edək ki, «Azərenerji» ilə AİB arasında yeni əməkdaşlıq planı Bankın enerji məsələləri üzrə mütəxəssisi Tianxua Luonun (Tianhua Luo) Bakıya səfəri çərçivəsində (24-28 oktyabr) razılaşdırılıb. T.Luonun səfəri «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi» (Power Transmission Enhancement Project) üzrə Azərbaycan hökuməti ilə növbəti danışıqların aparılması ilə bağlı olub. Səfər zamanı qonaq bir sıra dövlət qurumlarında, həmçinin Azərbaycan Sənaye və Energetika Nazirliyində görüşlər keçirib.Xatırladaq ki, layihə 240 mln. ABŞ dolları məbləğində qiymətləndirilir. Bunun 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayıracaq. Öz növbəsində bu ilin sentyabr ayının əvvəlində AİB-in Direktorlar Şurası sözügedən layihə üçün 160 mln. dollar kreditin ayrılmasını təsdiqləyib. Belə ki, 25 il müddətinə ayrılan bu uzunmüddətli kredit iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə, «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək. İnfrastrukturun müasirləşdirilməsi Bakı yaxınlığındakı sənaye mərkəzi və ətraf ərazilərə elektrik enerjisinin ötürülməsində müşahidə olunan itkiləri azaltmağa və enerji təchizatının dayanıqlığına imkan verəcək. Ümumilikdə, layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi idxalına tələbatını azaldacaq, su elektrik resurslarını optimallaşdırmağa kömək edəcək və elektrik enerjisi istehsalında qənaət edilmiş təbii qaz və mazutu ixrac etməklə ölkəyə əlavə gəlir gətirəcək. Bu kredit ölkə hökumətinin enerji təhlükəsizliyini təmin etmək, enerji sektorunun inkişaf etdirilməsi və təkmilləşdirməsi üçün prioritet proqramların reallaşmasına dəstək verəcək və özəl sektora investisiyaları cəlb etməyə kömək edəcək. Xatırladaq ki, layihənin hazırlanması üzrə konsaltinq xidmətlərini İsveçrənin «Entec» şirkəti göstərir. Konsaltinq xidmətlərinə AİB qrant şəklində 500 min dollar, Azərbaycan və Finlandiya hökumətlərinin hər biri isə 200 min dollar ayırıb. -
10-29-2008, 06:00 PMAPABu gün BFB-da Azərbaycan Milli Bankının 25 mln. manatlıq notları yerləşdirilib
[b]Bu gün BFB-da Azərbaycan Milli Bankının 25 mln. manatlıq notları yerləşdirilib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50104319S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 25 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 7 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 63 358,6 min manat təşkil edib. Sifarişlər 99,38% (gəlirlik 8,02%) - 99,52% (gəlirlik 6,20%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,49% (gəlirlik 6,59%), orta ölçülmüş qiyməti isə 99,51% (gəlirlik 6,33%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 4 997,0 min manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 25 mln. manat məbləğində müəyyən edilib.Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin noyabrın 26-da icra olunacaq. -
10-29-2008, 06:10 PMAPAPolşa prezidenti Lex Kaçinskinin Bakıdakı enerji sammitində iştirak edəcəyi təsdiqlənib
[b]Polşa prezidenti Lex Kaçinskinin Bakıdakı enerji sammitində iştirak edəcəyi təsdiqlənib[b]
[Bakı. Laçın Sultanova - APA. Polşa prezidenti Lex Kaçinskinin noyabrın 14-də Bakıda keçiriləcək 4-cü enerji sammitində iştirak edəcəyi rəsmən təsdiqlənib. Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyinin ikinci katibi Yan Brodovski məlumat verib. Toplantıda Türkiyə prezidenti Abdulla Gül, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus, Estoniya prezidenti Tomas-Xendrik İlves, Latviya prezidenti Valdas Zatlers və Rumıniya prezidenti Trayan Baseskunun da iştirakı gözlənilir. Xatırladaq ki, birinci enerji sammiti 2006-cı ilin mayında Polşanın Krakov şəhərində, ikincisi 2007-ci ilin noyabrında Litvanın paytaxtı Vilnüsdə, üçüncüsü isə bu ilin mayında Ukraynanın paytaxtı Kiyevdə keçirilib. -
10-29-2008, 06:20 PMAPABu gün BBVB-nin valyuta bölməsində 1,245 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 1,245 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8127 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8127 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 892 760 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 117 682 AZN, manatın orta məzənnəsi isə 0,8127 AZN/$ təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,245 mln. dollar və ya 1 010 442 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 622 500 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,00%, ABŞ dolları üzrə isə illik 15,89% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
10-29-2008, 06:30 PMAPASentyabrda Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 92%-ə çatıb
[b]Sentyabrda Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 92%-ə çatıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sentyabr ayında Azərbaycanda elektrik enerjisinin istifadəsinə görə ödəniş səviyyəsi 92% təşkil edib. «Azərnerji» ASC-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, sentyabr ayında I kateqoriyaya aid olan bir neçə istehlakçı tərəfindən ödəniş səviyyəsinin aşağı olması 100%-lik nəticənin əldə olunmasına imkan verməyib: «Cari ilin avqust ayında olduğu kimi, sentyabr ayında da 100%-lik nəticəni qoruyub saxlayan Zərdab, Tərtər və Şəmkir rayonlarının sırasına Ağsu, Füzuli, Ağcabədi, Samux, Salyan, Biləsuvar, Neftçala, Goranboy, Qazax rayonları və Mingəçevir şəhəri də qoşulub. Onlar ümumi ödənişdə (ötən ayların debitor borcları da nəzərə alınmaqla) 100%-dən yuxarı göstərici əldə edib. Ümumiyyətlə, ən yüksək göstərici Zərdab PEŞ-də (136,4%), ən aşağı isə Cəlilabad PEŞ-də (69%) qeydə alınıb».Daimi əhali istehlakçı qrupu üzrə isə ödəniş 77%-dən artıq olub ki, bu da ötən ilin müvafiq dövründəkindən 7,5% çoxdur. Bundan başqa, RET-lər üzrə cari ilin sentyabr ayında 360 mln. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 mln. kVt/satt və ya 4,6% çoxdur. O cümlədən, əhali istehlakçı qrupu üzrə isə istehlak 117 mln. kVt/saatdan artıq olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 91 mln. kVt/saat olub. Paylayıcı elektrik şəbəkələrinin yeniləşdirilməsi, onların dayanıqlığının daha da artırılması istiqamətində həyata keçirilən mühüm tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında istehlak 3%-dən artıq aşağı düşüb. Belə ki, cari ilin 9 ayı ərzində 3,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 123 mln. kVt/tsaat elektrik enerjisinə qənaət deməkdir. Ümumi ödəniş isə 72% olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% çoxdur. O cümlədən, əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 193 mln. kVt/saat azalaraq 1,3 mlrd. kVt/saatdan artıq olub. Ödəniş isə 64%-ə yaxın olub. Ötən ilin müvafiq dövründə bu göstərici 50%-ə yaxın olub, artım 18%-ə yaxındır. Qeyd edək ki, cari ilin sentyabr ayında «Azərsu» ASC və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən istehlak edilən elektrik enerjisinin haqqının tam ödənişi təmin edilsəydi, Enerji Təchizatı İdarəsi üzrə ümumi ödəniş 100% olardı. -
10-29-2008, 07:00 PMAPASon mənzilə... Alqışlarla... - FOTOSESSİYA
[b]Son mənzilə... Alqışlarla... - FOTOSESSİYA[b]