[b]Azərbaycanın vergi orqanları son bir ayda 923 vergi ödəyicisində qanun pozuntusu aşkarlayıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Vergilər Nazirliyinin sentyabrın 22-dən oktyabrın 19-dək keçirdiyi operativ nəzarət tədbirləri zamanı 923 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək onların barələrində müvafiq tədbirlər görülüb. Bu barədə «APA-ECONOMICS»ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bu zaman 447 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 77 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkarlanıb. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 127 vergi ödəyicisi aşkar edilib, 143 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziyasız məşğul olması faktları müəyyənləşdirilib. Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 20 vergi ödəyicisində 24 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 46 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 50 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunub. Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 13 vergi ödəyicisində 252,6 manat dəyərində 301 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar tapılıb.
Azərbaycan Xəbərləri
Printable View

10-27-2008, 05:30 PMAPAAzərbaycanın vergi orqanları son bir ayda 923 vergi ödəyicisində qanun pozuntusu aşkarlayıb

10-27-2008, 05:50 PMAPABeynəlxalq fond birjaları bağlana bilər
[b]Beynəlxalq fond birjaları bağlana bilər[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 27-də bütün Avropa fond indeksləri fond bazarları işə başlayan kimi kəskin azalmaya məruz qalıb.
[«APA-ECONOMICS»in məlumatına görə, ticarətin ilk dəqiqələrində Londonda FTSE 100 indeksi 4,72%, Parisdə CAC-40 indeksi 5,29%, Frankfurtda DAX indeksi isə 3,75% enib. «Bloomberg» agentliyi hazırda mövcud olan vəziyyəti çaxnaşma kimi qiymətləndirir və vurğulayır ki, investorlar məqsədəuyğun qərar qəbul etməyə qadir deyil. Qeyd edək ki, qiymətli kağızlarda olan aktivlərin investorlar tərəfindən satılması son günlər daha geniş miqyas alıb və nəticədə, bir tərəfdən səhmlər kəskin ucuzlaşır, digər tərəfdən isə dollara tələbat artır və ABŞ valyutası möhkəmlənir. Bu gün həmçinin avro və funt sterlinqin ucuzlaşması davam edib ki, funtun məzənnəsi dollara qarşı 37 illik minimuma çatıb. Analitiklər vurğulayırlar ki, ABŞ-da kəskin böhran və dərin iqtisadi tənəzzül şəraitində dolların bu cür bahalaşması məntiqə uyğun deyil. Bunun yeganə səbəbi isə investorlar tərəfindən inkişafda olan ölkələrdən kapitallarını çıxararaq həmin vəsaitləri dollara konvertasiya etmələri ilə bağlıdır. Artıq bu tendensiya davamlı xarakter daşıyır. Eyni zamanda, Avrozona və Böyük Britaniyada neqativ makroiqtisadi göstəricilər (məsələn, Böyük Britaniyada 16 il ərzində ilk dəfə olaraq ÜDM-nin azalması müşahidə olunur) vəziyyətin avro və funtun xeyrinə düzəlməsi üçün əsasların olmadığını göstərir.Belə bir şəraitdə dünya fond bazarının çaxnaşma nəticəsində iflasa uğramaması üçün aparıcı ölkələrin hökumətləri dünya fond bazarının bir həftəlik bağlanması məsələsini müzakirə edir. Qeyd edək ki, Rusiyada artıq bu barədə, yəni fond bazarının iki günlük və ya hökumətin xüsusi qərarına qədər bağlanması barədə qərar qəbul olunub. -
10-27-2008, 06:00 PMAPAMoskva rəhbərliyi "Rus marşı"na icazə verməyib
[b]Moskva rəhbərliyi "Rus marşı"na icazə verməyib[b]
[Bakı. Laçın Sultanova - APA. Moskva şəhərinin rəhbərliyi Qeyri-Leqal İmmiqrasiyaya Qarşı Hərəkatın noyabrın 4-də qeyd olunan Xalq Birliyi Günündə "Rus marşı" keçirməsinə icazə verməyib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, hərəkatın lideri Aleksandr Belov qanuna riayət edərək keçirəcəkləri aksiya barədə şəhər rəhbərliyini məlumatlandırdıqlarını və tədbiri keçirmək niyyətində olduqlarını bildirib. O, aksiyada 5 min nəfərin iştirak edəcəyini deyib. -
10-27-2008, 06:10 PMAPARəşad Sadıqov FİFA-nın "Brilyant top" mükafatı üçün keçirəcəyi sorğuda seçimini etdi
[b]Rəşad Sadıqov FİFA-nın "Brilyant top" mükafatı üçün keçirəcəyi sorğuda seçimini etdi[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. FİFA hər ilin sonunda dünyanın ən yaxşı futbolçusuna "Brilyant top" mükafatı təqdim edir. 2008-ci il sona yaxınlaşdıqca, bu müsabiqəyə dair tədbirlər görülür. Artıq FİFA milli assosiasiyaların əksəriyyətinə "Brilyant top"un sahibinin müəyyənləşdirilməsi ilə bağlı sorğu göndərib. Qaydaya görə, müsabiqədə yığmanın baş məşqçisi və kapitan il ərzində ən yaxşı oyun nümayiş etdirən 3 futbolçunun adını qeyd edir.Deməli, Azərbaycandan sorğuya milli komandanın baş məşqçisi Berti Foqtsla kapitan Rəşad Sadıqov qatılacaq. Foqts hələlik seçimini etməsə də, Sadıqovun favoritləri bəllidir. "Neftçi"nin də şərəfini qoruyan 26 yaşlı müdafiəçi "APA-SPORT"a açıqlamasında "Brilyant top"un sahibi qismində kimi görmək istədiyini söyləyib.Rəşad istəyir ki, dünyanın ən yaxşı futbolçusu İspaniya milli komandasının və "Liverpul"un üzvü Fernando Torres olsun. Onun fikrincə, 24 yaşlı hücumçu bu ada həm yığmadakı, həm də klubdakı parlaq oyunu ilə layiqdir: "Torres yayda Avropa çempionatının qızıl medalını qazandı. "Liverpul"un Çempionlar Liqasının yarımfinalınadək irəliləməsində də onun əməyi var".Sadıqov ikinci yerə portuqaliyalı Kriştianu Ronaldonu layiq görüb. Avro-2008 Ronaldo üçün uğursuz alınsa da, yarımmüdafiəçinin "Mançester Yunayted"in İngiltərə çempionu və Çempionlar Liqasının qalibi olmasında əməyi danılmazdır.Nəhayət, üçüncü pillə. Rəşad bu yer üçün seçimini Argentina yığmasının üzvü Lionel Messinin üzərində saxlayıb. Messi "Barselona"nın aşkar lideridir. Bundan başqa, Maradonanın xələfi sayılan 21 yaşlı futbolçu Pekində olimpiya çempionu tituluna yiyələnib. Yeri gəlmişkən, Rəşadın seçimi 2007-ci ildə keçirilən "Brilyant top"un nəticələri ilə çox oxşardır. Həmin vaxt Ronaldo 2-ci, Messi isə 3-cü sırada qərarlaşıb. Yeganə fərq odur ki, Sadıqov ötən il birinci yeri tutan braziliyalı Kakanı Torreslə əvəzləyib.Qeyd edək ki, FİFA-nın müəyyənləşdirdiyi və "Brilyant top"la mükafatlandırdığı sorğuda futbolçuya birinci yer üçün 5, ikinci yerə 3, üçüncü yerə 1 xal verilir. -
10-27-2008, 06:20 PMAPABakıda avtomobil qaçırmaqda təqsirli bilinən yeniyetmə tutulub
[b]Bakıda avtomobil qaçırmaqda təqsirli bilinən yeniyetmə tutulub[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakıda 14 yaşlı yeniyetmə avtomobil qaçırmaqda təqsirli bilinərək həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü İlkin İlqar oğlu Süleymanov həmyerlisi Yavər Abdunova məxsus "Vaz-21063" markalı, 64 BA 330 dövlət nömrə nişanlı maşını qaçırmaqda təqsirli bilinir. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-tədbirləri nəticəsində İ. Süleymanov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb. -
10-27-2008, 06:30 PMAPAAzərbaycan gələn il xarici dövlət borcunun ÜDM-yə nisbətini azaldacaq
[b]Azərbaycan gələn il xarici dövlət borcunun ÜDM-yə nisbətini azaldacaq[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanın xarici dövlət borcu 2009-cu ildə ÜDM-nin 5,2%-ni təşkil edəcək. «APA-ECONOMICS»in məlumatına görə, bu proqnoz Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən açıqlanılıb. Cari il üçün isə BVF Azərbaycanda xarici borcun ÜDM-yə nisbətinin 5,4% səviyyəsində olacağını proqnozlaşdırır. Eyni zamanda, BVF Azərbaycanda ÜDM-nin 2008-ci ildə 53,3 mlrd. ABŞ dolları, 2009-cu ildə isə 68 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırır. Yəni, Azərbaycanın xarici dövlət borcu mütləq rəqəmlərlə 2008-ci ildə 2,88 mlrd. dollar, 2009-cu ildə 3,54 mlrd. dollar təşkil edəcək. Qeyd edək ki, BVF bu göstərici üzrə proqnozlarını bir neçə ölkə üzrə hazırlayıb. Lakin son hazırda yaşanan dünya maliyyə və iqtisadi böhran nəticəsində ölkələrin bir qismi xarici borclanmanı artırmaq məcburiyyətində qalıb. Azərbaycanın hökumət rəsmilərinin böhranın ölkəmizdən yan keçməsi barədə bəyanatlarını nəzərə alaraq, qeyd etmək olar ki, Azərbaycanda xarici borclanma kəskin artmayacaq. Beləliklə, xarici borclar üzrə BVF-nin proqnozlarının bəzi ölkələr üzrə reallığı tam əks etdirmədiyi görünür. -
10-27-2008, 06:40 PMAPAMəhkəmə Azərbaycan paytaxtındakı "Əbu Bəkr" məscidinin açılması barədə qərar qəbul edib
[b]Məhkəmə Azərbaycan paytaxtındakı "Əbu Bəkr" məscidinin açılması barədə qərar qəbul edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Nərimanov Rayon Məhkəməsində "Əbu Bəkr" məscidinin açılması barədə qərar qəbul edilib. Bu barədə APA-ya iddiaçı tərəfin vəkili Cavanşir Süleymanov bildirib.
[Onun sözlərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində hakim Asif Allahverdiyevin sədrliyi ilə məhkəmə prosesi keçirilib. C. Süleymanov məhkəmənin "Əbu Bəkr" məscidinin açılması və fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar qəbul etdiyini deyib. Onun sözlərinə görə, qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə həvalə edilib. C. Süleymanov deyib ki, onlar məhkəmə qərarını sabah alacaqlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov APA-ya açıqlamasında bildirib ki, "Əbu Bəkr" dini icmasının vəkili C. Süleymanov Səbayel rayon Məhkəməsinə də müraciət edərək məscidin açılması üçün dini komitə qarşısında öhdəlik qoyulmasını xahiş edib. Lakin məhkəmə həmin iddianı rədd edib. G. İsmayılov Nərimanov rayon Məhkəməsinin qərarından xəbərsiz olduqlarını, buna görə də hər hansı şərh vermək istəmədiklərini bildirib: "Məhkəmənin qərarı isə müzakirə deyil, icra olunur". Qeyd edək ki, "Nərimanov rayon dindarları" Dini İcması "Əbu Bəkr" məscidinin bağlanması ilə bağlı Nərimanov Rayon Polis İdarəsini məhkəməyə verib. -
10-27-2008, 06:50 PMAPAGələn ilin əvvəlində Azərbaycanda hemofiliyalı, talassemiyalı və diabetli xəstə uşaqlar üçün stomatoloji kabinet yaradılacaq
[b]Gələn ilin əvvəlində Azərbaycanda hemofiliyalı, talassemiyalı və diabetli xəstə uşaqlar üçün stomatoloji kabinet yaradılacaq[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Gələn ilin əvvəlində Azərbaycanda hemofiliyalı, talassemiyalı və diabetli xəstə uşaqlar üçün stomatoloji kabinet yaradılacaq. Bu barədə APA-ya Respublika Hemofiliya Assosiasiyasının prezidenti Gülnarə Hüseynova məlumat verib. G. Hüseynova bildirib ki, layihəyə dəstəyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Özəl Fəaliyyətlə məşğul olan Stomatoloqlar Assosiasiyası göstərib. Komitə Stomatoloji Mərkəz üçün texniki avadanlıqların alınmasına, Stomatoloqlar Assosiasiyası isə pulsuz tibbi xidmət göstərilməsinə yardım edəcək. Xatırladaq ki, hazırda Azərbaycanda 300 nəfərə qədər hemofiliyalı, 300 nəfərdən çox talassemiyalı, 1000 nəfərdən çox isə diabetli xəstə uşaq var. Hələlik Stomatoloji kabinetin Bakıda yaradılacağı gözlənilir. Daha sonra isə bölgələrdə də səyyar stomatoloji kabinetlər yaradılacaq. -
10-27-2008, 07:00 PMAPABakı sakini nikahsız yaşadığı qadını bıçaqlayıb
[b]Bakı sakini nikahsız yaşadığı qadını bıçaqlayıb[b]
[Bakı. Hafiz Heydərov - APA. Bakı sakini nikahsız yaşadığı qadını bıçaqlayıb. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Valeh Kamal oğlu Əhmədov qeyri-qanuni nikahda olduğu, Sabunçu rayon sakini, 1967-ci il təvəllüdlü Şirin Rafiq qızı Əliyevanı bıçaqlayıb. Döş qəfəsinin sol nahiyəsindən bir neçə bıçaq yarası alan Ş. Əliyeva ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti ağırdır. Hadisəni törədən V. Əhmədov isə 14-cü polis bölməsinin əməkdaşları tərəfindən artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. -
10-27-2008, 07:10 PMAPAGürcüstanın baş naziri istefaya göndərilib
[b]Gürcüstanın baş naziri istefaya göndərilib[b]
[Tiflis - APA. Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Vladimir (Lado) Qurgenidzeni istefaya göndərib. APA-nın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Gürcüstan hökumətindəki mənbəyə istinadən məlumat yayıb. Mənbə baş nazir vəzifəsinə təyin olunacağı gözlənilən şəxsin adını da açıqlayıb. O, baş nazir postuna Gürcüstanın Türkiyədəki səfiri, 35 yaşlı Qriqol Mqaloblişvilinin təyin olunacağını bildirib. L. Qurgenidzenin hansı səbəbdən istefaya göndərildiyi hələlik bəlli deyil.