[b]Qobustan rayonunda iki uşaq anası intihar edib[b]
Bakı. Hafiz Heydərov-APA. Qobustan rayonunda iki uşaq anası intihar edib. Qobustan rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Təhlə-Mirzəbaba kəndində baş verib.
[Kənd sakini, 1985-ci il təvəllüdlü, iki uşaq anası Vüsalə Həşim qızı Həşimova yaşadığı evin tavanından özünü asaraq, intihar edib. İlkin ehtimala görə, V. Haşımovanın intihar etməsinə səbəb ailə münaqişəsidir. Faktla bağlı Qobustan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.
Azərbaycan Xəbərləri
Printable View

10-24-2008, 09:00 AMAPAQobustan rayonunda iki uşaq anası intihar edib

10-24-2008, 09:50 AMAPABu gün yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin inauqurasiya mərasimidir
[b]Bu gün yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin inauqurasiya mərasimidir[b]
Bakı-APA. Bu gün yenidən Azərbaycan Respublikasının prezidenti seçilmiş İlham Əliyevin inauqurasiya mərasimidir. APA-nın xəbərinə görə, mərasim Heydər Əliyev Sarayında keçiriləcək.
[Mərasimə bir çox ölkələrin dövlət və hökumətinin yüksək təmsilçiləri qatılacaq. Qeyd edək ki, bu il oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərdə qələbə qazanan İlham Əliyev 88,73 faiz səslə ikinci müddətə Azərbaycan prezidenti seçilib. Beynəlxalq müşahidə missiyaları və təşkilatlar Azərbaycanda keçirilmiş prezident seçkilərini yüksək qiymətləndiriblər. Bu il oktyabrın 20-də Mərkəzi Seçki Komissiyası seçkinin yekunları ilə bağlı protokolu təsdiqləyərək, Konstitusiya Məhkəməsinə göndərib. Oktyabrın 22-də isə Azərbaycan Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiq və elan edib. -
10-24-2008, 10:00 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 23-də saat 12.30-dan 12.40-dək və oktyabrın 24-də saat 04.00-dan 04.20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinarlı və İcevan rayonu Berkaber kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Qazax rayonunun Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 19.09-dən 20.10-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-24-2008, 10:20 AMAPAÇeçenistanda baş verən partlayışlar nəticəsində 8 milis yaralanıb
[b]Çeçenistanda baş verən partlayışlar nəticəsində 8 milis yaralanıb[b]
[Qroznı - APA. Çeçenistanın Urus-Martan rayonunun Qoy-Çu qəsəbəsi ərazisində baş verən partlayışlar nəticəsində 8 milis işçisi yaralanıb. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, qəsəbədəki yaşayış evlərinin birində yanğın başladıqdan sonra bir qrup milis işçisi hadisə yerinə gəlib, elə bu zaman uzaqdan idarə olunan mina partlayıb. Nəticədə 1 milis yaralanıb. Bu qrupa köməyə gələn milislər də minaya düşüblər və daha 7 nəfər yaralanıb. Yaralı milislərin hamısı xəstəxanaya çatdırılıb. -
10-24-2008, 10:30 AMAPAAzərbaycan vətəndaşları Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı 570-ə yaxın iddia qaldırıblar
[b]Azərbaycan vətəndaşları Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı 570-ə yaxın iddia qaldırıblar[b]
Strasburq - APA. Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaların böyük hissəsi Azərbaycandan daxil olub.
[APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bunu məhkəmənin sədri Jan Pol Kosta Strasburqda Ermənistan Kasasiya Məhkəməsinin sədri Arman Mkrtumyanı qəbul edərkən deyib. J. K. Kosta bildirib ki, hazırda AİHM-də Ermənistanla bağlı 800-ə yaxın iş var və bunlardan 570-ə yaxını Azərbaycan vətəndaşlarının iddialarıdır. Məhkəmənin icraatında ümumən 95 minə yaxın iş olduğunu söyləyən sədr, müraciətlərin getdikcə artdığını, bu səbəblə məhkəmənin daha effektiv işləməsi üçün islahat aparmaq istədiklərini söyləyib. Onun sözlərinə görə, daxil olan müraciətlərin 55%-i 4 ölkənin payına düşür: Rusiya, Türkiyə, Rumıniya və Ukrayna. -
10-24-2008, 10:40 AMAPAFransadakı vertolyot qəzasında 8 nəfər ölüb
[b]Fransadakı vertolyot qəzasında 8 nəfər ölüb[b]
[Paris - APA. İtaliyaya məxsus hərbi vertolyotun Fransa ərazisində qəzaya uğraması nəticəsində 8 nəfər ölüb. APA-nın İtaliyanın "ARCOM" agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin hamısı İtaliya vətəndaşlarıdır. Vertolyot Linyi-an-Barrua şəhərciyinin yaxınlığında yerə düşüb. Qəzadan sonra vertolyot yanıb. -
10-24-2008, 10:50 AMAPAÇexiya Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat yayıb
[b]Çexiya Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat yayıb[b]
Bakı. Laçın Sultanova - APA. Çexiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
[Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bəyanatda seçkinin sakit gedişi yüksək dəyərləndirilir: "Çexiya Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyət institutlarının demokratik seçkilər sahəsində beynəlxalq standartlara cavab vermək səylərini alqışlayır və inanır ki, ATƏT/DTİHB, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti müşahidəçilərinin birgə bəyanatında göstərilən çatışmazlıqların aradan qaldırılmasına maksimum diqqət göstəriləcək".Çexiya XİN seçkilərin keçirilməsində beynəlxalq müşahidəçilərin etiraf etdiyi nəzərə çarpacaq irəliləyişi Azərbaycanda demokratiya və azad cəmiyyətin inkişafı yolunda daha bir mühüm addım hesab edir: "Çexiya xarici siyasət idarəsi Azərbaycanın siyasi inkişafını, islahatların gedişini və sürətli iqtisadi yüksəlişini diqqətlə izləyir, iki ölkə arasında qarşılıqlı əlaqələrin maksimal dərəcədə intensiv dərinləşdirilməsinə hazırdır". Çexiya XİN qarşılıqlı sərfəli tərəfdaşlığın genişlənməsinin Azərbaycanın inkişafının bu önəmli mərhələsinin uğurla keçirilməsinə xidmət edəcəyinə əmindir. -
10-24-2008, 11:00 AMAPAAzərbaycanın xarici ticarət dövriyyəsinin 94%-i uzaq xarici dövlətlərin payına düşüb
[b]Azərbaycanın xarici ticarət dövriyyəsinin 94%-i uzaq xarici dövlətlərin payına düşüb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 134 xarici dövlətlə ticarət əlaqələri qurub. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu dövr ərzində xarici ticarət dövriyyəsinin ümumi həcmi 42 209,2 mln. ABŞ dolları, o cümlədən ixrac 37 703,5 mln. dollar, idxal 4 505,7 mln. dollar təşkil edib, ölkə üzrə 33 197,8 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin analoji dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 5,7 dəfə, o cümlədən idxal 31,9%, ixrac isə 9,4 dəfə artıb. Dövriyyənin 54,2%-i, o cümlədən idxalın 28%-i, ixracın 57,3%-i Avropa İttifaqı ölkələrinin hesabına formalaşıb. Bu ölkələrlə ticarət dövriyyəsi 2007-ci ilin yanvar-avqust aylarına nisbətən 11,1 dəfə, o cümlədən ixrac 20,4 dəfə, idxal isə 25,2% artıb. Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilata (GUAM) üzv olan ölkələrlə ticarət əməliyyatlarının həcmi 864,9 mln. dollar, o cümlədən idxal 404,4 mln. dollar, ixrac 460,5 mln. dollar təşkil edib, 2007-ci ilin müvafiq dövrünə nisbətən xarici ticarət dövriyyəsi 35,7%, o cümlədən ixrac 1,7 dəfə, idxal isə 10,7% artıb.İdxal-ixrac əməliyyatlarının 36,9% İtaliya, 11,6%-i ABŞ, 6,6% İsrail, 4,7%-i Hindistan, 4,4%-i Fransa, 2,9%-i İspaniya, 2,8%-i Niderland, 2,8% Rusiya, 2,7%-i Birləşmiş Krallıq, 2,7%-i İndoneziya, 2,4%-i Türkiyə, 19,5%-i isə digər ölkələrlə həyata keçirilib. Xarici ticarət dövriyyəsinin 39 695,9 mln. dolları və ya 94%-i, o cümlədən ixracın 97,3%, idxalın isə 66,7%-i uzaq xarici dövlətlərin payına düşüb. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 7,2 dəfə, o cümlədən idxalın həcmi 33,5%, ixrac olunan malların həcmi isə 11,3 dəfə artıb. Uzaq xarici dövlətlərlə ticarət əlaqələrində 33 688,1 mln. dollarlıq müsbət xarici ticarət saldo yaranıb. Bu ilin ilk 8 ayında Azərbaycanın MDB-yə üzv olan ölkələrlə apardığı ticarət dövriyyəsinin ümumi həcmi 2 513,3 mln. dollar, o cümlədən idxal 1 501,8 mln., ixrac 1 011,5 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən həmin ölkələrlə ticarət dövriyyəsinin həcmi 31,5%, o cümlədən idxal 28,8%, ixrac isə 35,6% artıb. -
10-24-2008, 11:10 AMAPARusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin 40%-i «ABB-Moskva» bankının payına düşür
[b]Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin 40%-i «ABB-Moskva» bankının payına düşür[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. «Azərbaycan Beynəlxalq Bankı-Moskva» («ABB-Moskva») bankının Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin ümumi həcmində payı təxminən 40%-ə bərabərdir. «APA-ECONOMICS»in məlumatına görə, bunu «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib.F.Abdullayevin sözlərinə görə, bank vasitəsi ilə Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 2007-ci ildə 100 mln. ABŞ dolları təşkil edib. Bu il isə həmin göstəricinin təxminən 130-135 mln. dollara çatacağı gözlənilir.Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələri sahəsində hətta «Western Union», «Migom», «Moneygram» kimi beynəlxalq pulköçürmə sistemlərinin mövcudluğu şəraitində F.Abdullayev ötən illərdə «ABB-Moskva»nın köçürmələri illik 35-40% artırdığını bildirib.Xatırladaq ki, «ABB-Moskva» bankı 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi kimi yaradılıb və hazırda Rusiyada bütün bank əməliyyatlarının aparılması üçün baş lisenziyaya malikdir. Bankın aktivlərinin həcmi 10 mlrd. rubl, kredit portfeli 6 mlrd. rubl təşkil edir. Cari ilin yanvar-iyun ayları ərzində bank 84,617 mln. rubl, 2007-ci ildə isə 126,401 mln. rubl mənfəət əldə edib. Hazırda «ABB-Moskva»nın Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində filialları fəaliyyət göstərir.Azərbaycan Beynəlxalq Bankının əsas təsisçisi rolunda isə dövlət (Maliyyə Nazirliyi - 50,2%) çıxış edir. -
10-24-2008, 11:20 AMAPATeymur Rəcəbov Avropa kubokunu qazandı
[b]Teymur Rəcəbov Avropa kubokunu qazandı[b]
[Bakı. Kənan Həsənov - APA-SPORT. Yunanıstanın Kallitea şəhərində keçirilən klublararası Avropa kubokuna yekun vurulub. "APA-SPORT"un məlumatına görə, yarışın qalibi Azərbaycan yığmasının lideri Teymur Rəcəbovun da şərəfini qoruduğu Rusiyanın "Ural" komandası olub. Bu kollektivin həlledici turda Almaniyanın "Mulheym" klubu üzərində 4,5:1,5 hesablı qələbəsi birinci yeri tutmaq üçün kifayət edib. Belə ki, bunadək turnir cədvəlinə başçılıq edən digər Almaniya təmsilçisi "Baden-Baden" son görüşdə qələbə qazana bilməyib. Yekunda hər iki komandanın hesabında 12 xal olsa da, "Ural" ayrı-ayrı şahmatçıların əldə etdiyi xalların hesabına rəqibini üstələyib. Üçüncü dəfə çempionluq sevinci yaşayan Rəcəbov son görüşdə fransalı Maksim Vaşyer-Laqrevlə "sülh" bağlayıb. Hələ ötən turda mükafatçılar sırasında yer almaq şanslarını itirən digər həmyerlilərimizin komandaları da turniri qələbə qazanmaqla tərk ediblər. Vüqar Həşimovun şərəfini qoruduğu "Aşdod" (İsrail) İsveçrənin "Şahfrunde" klubunu darmadağın (6:0) edərək 10 xalla 8-ci olub. Qrossmeysterimiz isə son görüşdə Jan-Noel Riffi üstələyib. Şəhriyar Məmmədyarovlu "Alkaloid" (Makedoniya) Norveçin OSS klubuna qalib gəlib - 3,5:2,5. Rəqibin lideri Lüdviq Hammerlə heç-heçə oynayan Şəhriyar komandasının hesabına yarım xal yazdırıb. Nəticədə "Alkaloid" turniri 9 xalla 14-cü pillədə başa vurub.Qeyd edək ki, Rəcəbov 2002-ci və 2004-cü illərdə müvafiq olaraq, "Bosna" (Bosniya və Hersoqovina) və NAO (Fransa) klublarının heyətində də çempion olub. 21 yaşlı qrossmeysterimiz, həmçinin 2006-cı ildə "Ladya"nın (Rusiya), 2007-ci ildə "Ural"ın tərkibində gümüş, 2005-ci ildə NAO ilə bürünc medala sahib çıxıb.