[b]Bakıdakı kafedə əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən qadın tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakini Samirə Məmmədova tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, S. Məmmədova Binəqədi qəsəbəsi ərazisində "Aytac" kafesində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün tutulub.
Azərbaycan Xəbərləri
Printable View

10-24-2008, 01:30 PMAPABakıdakı kafedə əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən qadın tutulub

10-24-2008, 01:40 PMAPA«Akkord» şirkəti ilin sonunadək Azərbaycanın bölgələrində yeni avtomobil yolları istifadəyə verəcək
[b]«Akkord» şirkəti ilin sonunadək Azərbaycanın bölgələrində yeni avtomobil yolları istifadəyə verəcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sonunadək «Akkord İnşaat Sənaye» şirkəti Azərbaycanın bir neçə regionunda tikintisi aparılan avtomobil yollarını istifadəyə verəcək. Bu barədə «APA-ECONOMICS»ə şirkətin memarlıq və dizayn departamentindən məlumat verilib.«Bu ilin may ayında tikintisinə başlanılan Bakı-Rusiya sərhədi avtomobil yolunun 160 km-lik beton örtüklü hissəsi artıq sentyabr ayında istifadəyə verilib. İlin sonunadək yolun tam istismara verilməsi planlaşdırılır. Həmin yolda 21 körpünün tikintisi nəzərdə tutulur ki, bunun 14-ü artıq hazırdır», - deyə departamentdən bildirilib.Şirkətdən həmçinin qeyd ediblər ki, ilin sonunadək Şamaxıda tikilən 68 km uzunluğunda avtomobil yolu, habelə Qazax-Gürcüstan sərhədi avtomobil yolunun istifadəyə verilməsi nəzərdə tutulur: «Qazax-Gürcüstan sərhədi yolunun uzunluğu 36 km təşkil edir ki, artıq yolun 60%-i hazırdır. Sözügedən yolda 3 iri körpü inşa olunur».Qeyd edək ki, «Akkord» Şirkətlər Qrupuna daxil olan «Akkord İnşaat Sənaye» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. -
10-24-2008, 01:50 PMAPABakıda arı məhsullarının sərgi-yarmarkası keçirilir
[b]Bakıda arı məhsullarının sərgi-yarmarkası keçirilir[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin (KTN) dəstəyi ilə arı məhsullarının sərgi-yarmarkası başlayıb. «APA-ECONOMICS»in məlumatına görə, Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib ki, sərgidə 55 rayonu təmsil edən 300-dən çox arıçı iştirak edir. Sərgidə 300 tondan artıq arı məhsulları, o cümlədən 10 kq-dan çox arı tozu, 5 kq arı südü satış məqsədi ilə nümayiş etdirilir. İştirakçılar 7 gün davam edəcək sərgi ilə hər gün saat 11:00-dan sonra tanış ola bilərlər. B.Əliyevin sözlərinə görə, Azərbaycanda arıçılığın inkişafı üçün lazımi şərait yaradılıb. Nazir müavini bildirib ki, Nazirliyin dəstəyi ilə 300-dən çox arıçılıq müəssisəsi yaradılıb: «Bu müəssisələr birbaşa arıçılığın inkişafına xidmət edir. Bundan əlavə, arıçılıq sahəsində damazlığı inkişaf etdirmək üçün 21 özəl təsərrüfat yaratmışıq». -
10-24-2008, 02:00 PMAPABakıda marşrut sürücüsü və onun bələdçisi həbs edilib
[b]Bakıda marşrut sürücüsü və onun bələdçisi həbs edilib[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakıda oğurluq etməkdə təqsirləndirilən marşrut sürücüsü və onun bələdçisi həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə, Binəqədi rayonu ərazisində hərəkət edən "Mercedes" markalı, 10 NE 913 dövlət nömrə nişanlı, 69 saylı xətt marşrutunun sürücüsü, 1988-ci il təvəllüdlü Seymur Aydınov və onun bələdçisi, 1989-cu il təvəllüdlü Cəlal Hüseynov saxlanılıb. Onlar marşrutda olan sərnişinlərin telefon və pulunu oğurlamaqda təqsirli bilinirlər. Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
10-24-2008, 02:10 PMAPADövlət qulluqçularının reyestrinə 27500 dövlət qulluqçusu ilə bağlı məlumatlar daxil ediləcək
[b]Dövlət qulluqçularının reyestrinə 27500 dövlət qulluqçusu ilə bağlı məlumatlar daxil ediləcək[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Hazırda Azərbaycanda 27500 dövlət qulluqçusu var. Bu barədə APA-ya Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsindən bildirilib. Məlumata görə, yeni yaradılan Dövlət qulluqçularının reyestrinə ölkədəki dövlət qulluqçularının hər biri ilə bağlı məlumatlar daxil olacaq. Reyestrin yaradılması dövlət qulluqçularının daha səmərəli idarə olunmasına xidmət edəcək. Bildirilib ki, Dövlət Komissiyası "Dövlət qulluqçularının etik davranış qaydaları" haqqında qanunun icrasına nəzarəti həyata keçirmək üçün tədbirlər planı da hazırlayıb. -
10-24-2008, 02:20 PMAPAUkrayna XİN: Rusiya hərbi donanması nəzərdə tutulan vaxtdan artıq Ukraynada qala bilməz
[b]Ukrayna XİN: Rusiya hərbi donanması nəzərdə tutulan vaxtdan artıq Ukraynada qala bilməz[b]
[Kiyev - APA. "Rusiyanın Qara dəniz donanmasının Ukrayna ərazisində qalması ilə bağlı müddətin uzadılması müzakirə mövzusu ola bilməz". APA-nın "İnterfaks-Ukraina" agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatla Ukrayna Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Vasili Kiriliç çıxış edib. O, müddətin uzadılmasının qeyri-mümkünlüyünü dəfələrlə bəyan etdiklərini xatırladıb: "Dövlətimizin mövqeyi dəyişməzdir: Rusiya Federasiyasının Qara dəniz donanması 2017-ci il mayın 22-dən sonra Ukrayna ərazisini tərk etməlidir". V. Kiriliç bildirib ki, Ukrayna tərəfi donanmanın çıxarılması ilə bağlı bütün məsələləri vaxtından əvvəl razılaşdırmağı təklif edir: "Bu cür yanaşma Rusiyanın öz hərbi birləşmələrini bizim ərazimizdən çıxarmağa hazır olmamasına dair ritorikadan qaçmağa kömək edərdi". V. Kiriliç Ukraynada baş verə biləcək hakimiyyət dəyişikliyi və digər daxili siyasi proseslərin dövlətin mövqeyinə təsir göstərməyəcəyini, bu mövqenin Konstitusiyada əksini tapdığını vurğulayıb. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sevastopoldakı Qara dəniz donanmasının 2017-ci ildən sonra da Ukraynada qalması ilə bağlı məsələnin müzakirəsini təklif edəcəklərini söyləmişdi. -
10-24-2008, 02:30 PMAPAQüdrət Həsənquliyev: "Bəzi müxalifət partiyalarının yaratdığı birliyin perspektivi olmayacaq"
[b]Qüdrət Həsənquliyev: "Bəzi müxalifət partiyalarının yaratdığı birliyin perspektivi olmayacaq"[b]
[Bakı. Ramil Məmmədli - APA. "On beş ildir bir-birini xəyanətdə günahlandıran bəzi müxalifət partiyalarının yaratdığı birliyin perspektivi olmayacaq". Bu sözləri APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib. O, Müxalifətin Əməkdaşlıq Mərkəzinin və orada təmsil olunan partiyaların təşəbbüsü ilə yaradılması nəzərdə tutulan istənilən qurumun perspektivinə inanmadığını bildirib: "Çünki bu insanlar son on beş il ərzində belə birliklərdən çox yaradıblar, sonra da çox ağır qarşılıqlı ittihamlar səsləndiriblər. Hətta biri digərini xəyanətdə və ya satqınlıqda günahlandırıb". Q. Həsənquliyevin fikrincə, həmin partiyaların rəhbərlərinin imkanları tükənib: "Toplananların yerini dəyişəndə cəm dəyişmir. Bu insanlar da tükənmiş siyasətçilərdir. Onlar özlərində güc tapıb siyasətlərində və baxışlarında ciddi dəyişiklik etməlidirlər. Əks halda kənarda qalaraq ətraflarındakı 1-2 adamla gündə bir bəyanat verməyə məhkumdurlar". -
10-24-2008, 02:40 PMAPAAzərbaycan paytaxtında əsas prospektin yenidən qurulması ilin sonunadək tam başa çatacaq
[b]Azərbaycan paytaxtında əsas prospektin yenidən qurulması ilin sonunadək tam başa çatacaq[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Bakı şəhərində Heydər Əliyev prospektinin yenidən qurulması işləri bütövlükdə 42 mln. manata başa gələcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında «Azəriyolservis» ASC-nin sədri Cavid Qurbanov bildirib: «Bura işıqlandırma və prospektdə yerləşən körpülərin yenidən qurulması da daxildir».«Azəriyolservis» başçısı Bakı şəhərinin baş küçəsi hesab olunan bu prospektin artıq 2008-ci ilin sonuna kimi tam istifadəyə veriləcəyini vurğulayıb.C.Qurbanov həmçinin bu ilin sonunadək paytaxtda inşa olunan daha üç avtomobil körpüsünün də istifadəyə veriləcəyini deyib. «Azəriyolservis» sədrinin sözlərinə görə, bunlar, «Xalqlar Dostluğu» metro stansiyası yaxınlığında, «Ramstore» dairəsində və Əzizbəyov dairəsi yaxınlığında yerləşən körpülərdir: «İlin sonuna kimi bu körpülərdə aparılan tikinti işləri başa çatdırılacaq». -
10-24-2008, 02:50 PMAPAQDİƏT ölkələri sahibkarlarına və peşəkar sürücülərinə lisenziya verilməsi prosedurunun sadələşdirilməsi barədə saziş imzalanıb
[b]QDİƏT ölkələri sahibkarlarına və peşəkar sürücülərinə lisenziya verilməsi prosedurunun sadələşdirilməsi barədə saziş imzalanıb[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Albaniyanın paytaxtı Tirana şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının yığıncağı keçirilib. APA-nın məlumatına görə, yığıncaqda QDİƏT ölkələri sahibkarlarına və peşəkar sürücülərinə lisenziya verilməsi prosedurunun sadələşdirilməsi barədə saziş imzalanıb. Toplantıda ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və təşkilatın işinin effektivliyinin artırılması məsələləri də müzakirə edilib. Təşkilatda sədrlik Albaniyadan Ermənistana keçib. Qeyd edək ki, toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib. -
10-24-2008, 03:00 PMAPAİşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Ramil Usubova müraciət edib
[b]İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Ramil Usubova müraciət edib[b]
[Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov daxili işlər naziri Ramil Usubova müraciət edib. Bu barədə APA-ya məlumat verən komitə sədri müraciətin bir neçə gün əvvəl Lənkəran rayon Polis Şöbəsində baş verən intihar hadisəsi ilə bağlı olduğunu bildirib. Nazirə ünvanlanan müraciətdə intihar hadisəsində işgəncə faktının olub-olmasının ciddi araşdırılması xahiş olunub. Hüquq müdafiəçisi məsələnin nazirlik tərəfindən ciddi araşdırılacağına ümid etdiyini söyləyib.Qeyd edək ki, oktyabrın 21-də Lənkəran rayon Polis Şöbəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılan rayon sakini, 1976-cı il təvəllüdlü Zaur Gülməmmədov özünü şöbənin ayaqyolunda asaraq intihar edib.