[b]Serik Primbetov: "İlham Əliyevin prezident seçilməsi tək Azərbaycan xalqının yox, bütün türk dünyasının qələbəsidir»[b]
[Bakı. Laçın Sultanova-APA. "İlham Əliyevin yenidən prezident seçilməsi tək Azərbaycan xalqının yox, bütün Mərkəzi Asiya dövlətlərinin, bütün Türk dünyasının qələbəsidir". APA-nın məlumatına görə, bu fikirləri Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov deyib. Səfir seçkilərin yüksək səviyyədə keçdiyini xüsusi qeyd edib.
Azərbaycan Xəbərləri
Printable View

10-23-2008, 05:30 PMAPASerik Primbetov: "İlham Əliyevin prezident seçilməsi tək Azərbaycan xalqının yox, bütün türk dünyasının qələbəsidir»

10-23-2008, 05:40 PMAPAAvropa Parlamentinin deputatı: ""Nabucco" layihəsini kağızdan praktikaya keçirmək üçün Azərbaycana ehtiyac var"
[b]Avropa Parlamentinin deputatı: ""Nabucco" layihəsini kağızdan praktikaya keçirmək üçün Azərbaycana ehtiyac var"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanda seçki prosesi çox sakit keçib". APA-nın Bolqarıstanın "Fokus" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycandakı prezident seçkilərini müşahidə etmiş Avropa Parlamentinin Bolqarıstandan olan üzvü Yevgeni Kirilov deyib. O, seçkiləri demokratiya yolunda inkişaf kimi qiymətləndirib: "Əlbəttə, tənqid olunası məqamlar da var. Amma ümumən inkişafdan danışmaq mümkündür". Y. Kirilov ölkədəki sabitliyin önəminə diqqət çəkib: "Azərbaycan demokratiya və iqtisadiyyat sahəsində inkişafını davam etdirir, Avropa ilə əməkdaşlığı gücləndirir". Bolqar siyasətçi Azərbaycanın "Nabucco" layihəsində vacib rol oynadığını da vurğulayaraq bildirib ki, bu layihəni kağızdan praktikaya keçirmək üçün Azərbaycanın töhfəsinə ehtiyac var. -
10-23-2008, 06:00 PMAPAAnatoli Kazakov: «Bakı MDB-nin aparıcı maliyyə mərkəzi olmağa ən real namizədlərdən biridir»
[b]Anatoli Kazakov: «Bakı MDB-nin aparıcı maliyyə mərkəzi olmağa ən real namizədlərdən biridir»[b]
Bakı. Elnur Hüseynquluyev, Vahab Rzayev - APA-ECONOMICS. Bu gün Bakıda oktyabrın 24-25-də «MDB ölkələri maliyyə bazarlarının əməkdaşlığı: inkişaf və strategiyası» mövzusunda təşkil olunacaq birinci beynəlxalq bank konfransına həsr olunmuş mətbuat konfransı keçirilib.
[«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə MDB-nin Koordinasiya Şurasının sədri Anatoli Kazakov, MDB-nin Maliyyə-Bank Şurasının baş direktoru Pavel Nefidov və «Azərbaycan Beynəlxalq Bankı-Moskva»nın («ABB-Moskva») İdarə Heyətinin sədri Fuad Abdullayev iştirak ediblər. A.Kazakovun sözlərinə görə, hazırda müşahidə olunan maliyyə böhranı indiyədək baş vermiş analoji proseslərin ən genişidir və Amerikada 1930-cu illərin əvvəlində baş verən böhrandan daha sistemli və dərindir: «Hesab edirdik ki, Şərqi Avropa və MDB dünya maliyyə böhranının tendensiyalarından kənarda qalacaq, lakin belə olmadı. Həmçinin o ölkələr ki, dünya maliyyə sisteminə daha sıx inteqrasiya olunub, orada böhran daha kəskin şəkildə özünü büruzə verir. Belə ki, passivlərin 50%-ə yaxını xarici maliyyə kapitalının payına düşən Qazaxıstan və Ukrayna bazarlarında vəziyyət daha ciddidir. Rusiya iri valyuta ehtiyatlarına malikdir, ona görə iqtisadi böhran üçün əsaslar yoxdur. Azərbaycandan isə bu böhran isə tamamilə yan keçəcək. Bu da ölkədə yeridilən konservativ pul-kredit və bank siyasəti ilə bağlıdır».A.Kazakovun fikrincə, hazırkı maliyyə böhranı hələ bir il davam edə bilər. Hazırda dünya maliyyə sisteminin qaydalarının tam dəyişdirilməsi zəruridir: «Bu yaxınlarda G-20-nin iclası keçiriləcək, biz də bu məsələləri MDB miqyasında müzakirə edəcəyik. Əsas məsələlərdən biri ölkələr arasında dollar və avroda aparılan hesablaşmaların milli valyutalara keçirilməsidir, yəni milli valyutaların həm maliyyə sistemində, həm də xarici ticarətdə rolunun artırılmasıdır. Bu məsələ ətrafında müzakirələr üçün konfransda xüsusi sessiya həsr olunacaq».Həmçinin, 2020-ci ilə qədər Moskvada Beynəlxalq Maliyyə Mərkəzinin yaradılması nəzərdə tutulur. «Ümumilikdə, MDB məkanında bir neçə belə mərkəzin yaradılması planlaşdırılır və Bakı ən real namizədlərdən biridir. Çünki Azərbaycan iqtisadi cəhətdən görünməmiş inkişaf templəri nümayiş etdirir. Bizim ölkələrin iqtisadiyyatları neftdən çox asılıdır və innovasiya əsaslı iqtisadiyyata keçid zəruridir. Bu məsələ noyabrın 14-də Moldovada keçiriləcək MDB ölkələri hökumət başçılarının iclasında müzakirə olunacaq», - deyə A.Kazakov bildirib.MDB-nin Maliyyə-Bank Şurasının baş direktoru P.Nefidov isə öz çıxışında təmsil etdiyi qurumun 13 təsisçisinin olduğunu bildirib: «Təsisçi bankların hamısı MDB-nin ən iri bank təşkilatları hesab olunur, o cümlədən, Qazaxıstanın «TuranAlem»i, Azərbaycan Beynəlxalq Bankı, Rusiyanın «Vneshekonombank»ı və digərləri».P.Nefidovun sözlərinə görə, Bakıda bank konfransının təşkili ideyası yazda meydana gəlib. İndi bu cür konfranslar keçirilsə də, onların məqsədi əsasən xarici kapitalların cəlb edilməsi ilə bağlı olur: «Biz MDB banklarının qonşu bazarlara çıxışını zəruri hesab edirik. Bu konfransa bununla əlaqədar vahid maliyyə alətlərinin müzakirəsi aparılacaq. Hər il keçirilməsi planlaşdırılan konfransda MDB banklarının birinci şəxslərinin iştirakı gözlənilir».F.Abdullayevin sözlərinə görə, belə konfransın Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan çox ciddi iqtisadi artım nümayiş etdirir. Azərbaycan iqtisadi artım üzrə dünyada liderdir: «Belə konfransın keçirilməsinin aktuallığı böyükdür, hazırda böhran nəticəsində banklarda likvidlik problemi var, buna görə birgə müzakirə zəruridir». Qeyd edək ki, konfransın təşkilatçısı MDB Bank-Maliyyə Şurası, baş sponsoru isə Azərbaycan Beynəlxalq Bankıdır. -
10-23-2008, 06:10 PMAPASerik Primbetov: "Qazaxıstan dünyada gedən maliyyə böhranının təsirini aradan qaldırmaq üçün 10 milyard dollar ayırıb"
[b]Serik Primbetov: "Qazaxıstan dünyada gedən maliyyə böhranının təsirini aradan qaldırmaq üçün 10 milyard dollar ayırıb"[b]
[Bakı. Laçın Sultanova-APA. Qazaxıstan dünyada gedən maliyyə böhranının ölkəyə təsirini aradan qaldırmaq üçün məqsədilə 10 milyard dollar ayırıb. APA-nın məlumatına görə, bu fikirləri Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov ölkənin Respublika Gününə həsr olunmuş dəyirmi masada deyib. O bildirib ki, bu vəsait aktivi 51 milyard dollar təşkil edən Qazaxıstan Milli Fondundan ayrılıb. Maliyyə böhranı ilə bağlı Qazaxıstanın qabaqlayıcı tədbirlər gördüyünü deyən səfir bildirib ki, əhalinin əmanətlərinə zəmanətlər verilib. Belə ki, banklarda 35 min dollar əmanəti olan insanlar pullarının batmasından narahat olmamalıdır. Ölkəsinin inkişafından danışan S. Primbetov kiçik və orta biznesə dəstək, investisiya siyasətinin aktivləşməsi, yeni Vergi Məcəlləsinin qəbul olunmasını, kimya, energetika sahəsinin inkişaf etdirilməsi, sosial müdafiənin gücləndirilməsini xüsusi qeyd edib.Tədbirdə çıxış edən səfirliyin müşaviri Talqat Kaliyev stabilliyin qorunması və xalqlar arasında dostluq əlaqəsinin olmasını Qazaxıstanın ən böyük nailiyyətlərindən biri adlandırıb. Qazaxıstanı sabitlik adası adlandıran diplomat bildirib ki, ölkəsində 130 millətin nümayəndəsi yaşayır, 40 dini konfesiyya fəaliyyət göstərir. Diplomat onu da vurğulayıb ki, Qazaxıstanın prioritet sahələrindən biri gənclərin təhsil almasıdır. Belə ki, hər il dünyanın müxtəlif ölkələrində dövlət hesabına 3 min qazax gənci təhsil alır. Qazaxıstanda söz azadlığı və demokratiyadan danışan T. Kaliyev bildirib ki, ölkəsində 5 min qeyri-hökumət təşkilatı, 2 min media qurumu fəaliyyət göstərir. Millət vəkili Asim Mollazadə Qazaxıstanın Azərbaycan üçün vacib ölkə və strateji tərəfdaş olduğunu qeyd edib. Hər iki ölkənin yerləşdikləri regionlarda lider olduqlarını deyən deputat mədəniyyətlərarası əlaqələrin inkişafının vacibliyindən də danışıb. -
10-23-2008, 06:20 PMAPARusiyanın fond bazarında müşahidə olunan gərginlik «ABB-Moskva» bankına təsir etməyib
[b]Rusiyanın fond bazarında müşahidə olunan gərginlik «ABB-Moskva» bankına təsir etməyib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dünya maliyyə böhranının nəticəsi olaraq Rusiya fond bazarında müşahidə edilən qeyri-sabitlik, kotirovkaların kəskin azalması «Azərbaycan Beynəlxalq Bankı-Moskva» («ABB-Moskva») bankına təsir etməyib. «APA-ECONOMICS»in məlumatına görə, bunu «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib.F.Abdullayev vurğulayıb ki, bankın siyasəti əsasən Azərbaycanla Rusiya arasında ticarət əlaqələrinin dəstəklənməsidir və bankın aktivlərinin strukturu məhz buna uyğun formalaşıb. Hazırda «ABB-Moskva»nın qiymətli kağızlara investisiyaları sıfır səviyyəsindədir. Aktivlərin 50%-dən çoxunu kreditlər təşkil edir, bunun da əsas hissəsi ticarətin maliyyələşdirilməsi, Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının kreditləşdirilməsinin payına düşür. F.Abdullayevin sözlərinə görə, hazırda bankın aktivlərinin həcmi 10 mlrd. rubl, kredit portfeli 6 mlrd. rubl, kapitalı isə 2 mlrd. rubl təşkil edir. Xatırladaq ki, «ABB-Moskva» bankı 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi kimi yaradılıb və Rusiyada bütün bank əməliyyatlarının aparılması üçün baş lisenziyaya malikdir.Qeyd edək ki, Moskvadan başqa ABB-nin törəmə bankı Gürcüstanda («ABB-Gürcüstan») fəaliyyət göstərir, həmçinin Qazaxıstan və Ukraynada analoji törəmə bankların açılması planlaşdırılır. -
10-23-2008, 06:30 PMAPA«Azercell» şirkəti yeni regional ekspress-ofisini istifadəyə verib
[b]«Azercell» şirkəti yeni regional ekspress-ofisini istifadəyə verib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti Yevlax rayonunda yeni «Azercell Express» ofisini istifadəyə verib.Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, ofisin açılış mərasimində çıxış edən «Azercell Telecom»un vitse-prezidenti Ali Ağan son illər regionlarda güclü inkişafın müşahidə olunduğunu bildirib və qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunun lider şirkəti olaraq «Azercell» dövlətin bölgələrin inkişaf etdirilməsi strategiyasına bundan sonra da dəstək göstərəcək və bu məqsədilə regionlarda fəaliyyət göstərəcək «Azercell Express» ofislərinin sayını artırmağı planlaşdırır. Yeni «Azercell Express» ofisinin konsepsiyasının əsasını 1 nöqtədə 3 xidmət təşkil edir. Belə ki, istənilən abonent ofisə gələrək eyni anda üç xidmətdən yararlana biləcək. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Qeyd edək ki, «Azercell» şirkəti tək Azərbaycanda deyil, bütün regionda «one stop shopping» adlanan bu konsepsiyanı təqdim edən ilk şirkətdir. Xatırladaq ki, hazırda şirkətin ölkə üzrə 12 «Azercell Express» ofisi fəaliyyət göstərir. Bundan başqa, yaxın vaxtlarda fəaliyyətə başlayacaq 10-dan çox «Azercell Express» ofisinin böyük qisminin bölgələrdə açılması da nəzərdə tutulub. -
10-23-2008, 06:50 PMAPARusiya və Polşa prezidentlərinin administrasiya rəhbərləri Azərbaycan dövlət başçısının inauqurasiya mərasimində iştirak edəcəklər
[b]Rusiya və Polşa prezidentlərinin administrasiya rəhbərləri Azərbaycan dövlət başçısının inauqurasiya mərasimində iştirak edəcəklər[b]
[Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanın yenidən seçilmiş prezidenti İlham Əliyevin sabah keçiriləcək inauqurasiya mərasiminə Rusiya prezidentinin administrasiyasının rəhbəri Sergey Narışkin də qatılacaq. Bu barədə APA-ya Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Polşanı isə bu mərasimdə Prezident Dəftərxanasının rəhbəri, nazir Pyotr Kovnatzski təmsil edəcək. -
10-23-2008, 07:10 PMAPASergey Lavrov: "Qafqazda yeni toqquşmalar ola bilər"
[b]Sergey Lavrov: "Qafqazda yeni toqquşmalar ola bilər"[b]
Moskva - APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Birliyi müşahidəçilərinin Cənubi Osetiya və Abxaziya ətrafındakı zonada təhlükəsizliyin təminatçısı rolunu yerinə yetirmədiklərini bildirib.
[APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, S. Lavrov Gürcüstanın bu zonalardan öz qoşunlarını geri çəkmədiyini və əraziyə əlavə hərbi birləşmələr göndərdiyini deyib: "Avropa Birliyi həmin zonada sülhün təminatçısı vəzifəsini üzərinə götürsə də, qurumun müşahidəçiləri buna az diqqət yetirirlər. Baş verənlərə bu cür münasibət bizi narahat edir. Bu, odla təhlükəli oyundur. Belə addımlar Qafqazda yeni toqquşmalara gətirib çıxara bilər". -
10-23-2008, 07:20 PMAPAAzərbaycan Rusiyada müflisləşən bankları ala bilər
[b]Azərbaycan Rusiyada müflisləşən bankları ala bilər[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. «Azərbaycan Beynəlxalq Bankı-Moskva» bankının («ABB-Moskva») Rusiyada müşahidə olunan maliyyə böhranı nəticəsində müflisləşən bank təşkilatlarını alması istisna olunmur.
[«APA-ECONOMICS»in məlumatına görə, bunu Bakıda səfərdə olan «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib.F.Abdullayev qeyd edib ki, hələlik banka bununla bağlı müvafiq müraciətlər daxil olmayıb: «Lakin bu baş verərsə, biz onlara baxmağa hazırıq». Bundan əlavə, «ABB-Moskva» mövcud filial şəbəkəsini də genişləndirmək niyyətindədir. Belə ki, hazırda Almaniyanın Frankfurt şəhərində fəaliyyət göstərən ABB-nin nümayəndəliyinin bazasında «ABB-Moskva»nın filialının açılması planlaşdırılır.F.Abdullayevin sözlərinə görə, hazırda Almaniya qanunvericiliyi əsasında müvafiq sənədləşmə işləri aparılır və filialın artıq 2009-cu ildə açılacağı gözlənilir.Həmçinin, bankın Rusiyanın Nijni-Novqorod şəhərində filialının açılması planlaşdırılır: «Bu, iqtisadi fəal regiondur və onun Azərbaycan-Rusiya ticarət əlaqələrində payı təxminən 20% təşkil edir».Xatırladaq ki, «ABB-Moskva» bankı 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi kimi yaradılıb və hazırda Rusiyada bütün bank əməliyyatlarının aparılması üçün baş lisenziyaya malikdir. Bankın aktivlərinin həcmi 10 mlrd. rubl, kredit portfeli 6 mlrd. rubl təşkil edir. Cari ilin yanvar-iyun ayları ərzində bank 84,617 mln. rubl, 2007-ci ildə isə 126,401 mln. rubl mənfəət əldə edib. Hazırda «ABB-Moskva»nın Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində filialları fəaliyyət göstərir.Azərbaycan Beynəlxalq Bankının əsas təsisçisi rolunda isə dövlət (Maliyyə Nazirliyi - 50,2%) çıxış edir. -
10-23-2008, 08:20 PMAPAFransa, Bolqarıstan, Macarıstan, İsveçrə prezidentləri, Riçard Luqar və İSESCO-nun baş direktoru Azərbaycan prezidentini təbrik edib
[b]Fransa, Bolqarıstan, Macarıstan, İsveçrə prezidentləri, Riçard Luqar və İSESCO-nun baş direktoru Azərbaycan prezidentini təbrik edib[b]
[Bakı - APA. Fransa prezidenti Nikola Sarkozi İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanın dövlət başçısına növbəti mandatı dövründə uğurlar arzulayan N. Sarkozi iki ölkə arasında mövcud olan geniş və intensiv əməkdaşlığın siyasi, iqtisadi, mədəni və təhsil sahələrində inkişafının davam edəcəyinə əminliyini ifadə edib: "2009-cu ildə olacaq çoxsaylı görüşlər, o cümlədən birgə iqtisadi komissiyanın Bakıda keçiriləcək iclası və eləcə də Sizin Parisə səfəriniz iki ölkə arasındakı əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək. Fransa Azərbaycanın köhnə və sədaqətli dostudur, Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətlə həll edilməsinə nail olunması və daha geniş mənada, bütövlükdə Qafqazın sülh və tərəqqi zonasına çevrilməsi üçün Sizin yanınızda olacaq və öz səylərini əsirgəməyəcək. Fransanın Avropa İttifaqında hazırkı sədrliyi dövründə həmişəkindən daha çox əminəm ki, Fransa Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı ilə ölkəniz arasında tərəfdaşlığın dərinləşməsinə fəal kömək edəcək".Bundan başqa, Bolqarıstan prezidenti Georgi Pırvanov, Macarıstan prezidenti Laslo Şoyom, bu ölkənin baş naziri Ferenç Dyurçan, İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpen, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədr müavini, senator Riçard Luqar və İSESCO-nun baş direktoru, doktor Əbdüləziz Osman Əl-Tüveycri də İ. Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.