[b]Koreya Azərbaycanın dəmir yolunda hərəkət sürətinin artırılması layihəsinə 300 mln. dollar yatırmağa hazırdır[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Koreya Dəmir Yolları Şəbəkəsi Azərbaycanda Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) dəmir yolunda sürətin artırılması layihəsinə 300 mln. ABŞ dolları məbləğində vəsait ayırmağa hazırdır.
[«APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) baş mühəndisi Qurban Nəzirov bildirib.«Hazırda koreyalı mütəxəssislərlə bu layihə müzakirə olunur. Burada söhbət sürətli qatarların tətbiqi deyil, sadəcə olaraq mövcud yolda sürətin artırılması üçün əsaslı təmir işlərindən gedir», - deyə Q.Nəzirov vurğulayıb.ADDY baş mühəndisinin sözlərinə görə, bu istiqamətdə tədbirlərin bir hissəsinin Dəmir yolunun inkişafı üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Oktyabrın 9-da Bakıda Cənubi Koreya Dəmir Yolları Şəbəkəsinin təqdim etdiyi iki layihə - «Bakı-Böyük Kəsik» layihəsinin yerinə yetirilməsi üçün Layihə Komitəsinin (Layihə İdarəetmə qrupunun) yaradılması və fəaliyyəti ilə bağlı Sazişin icmalı» və «Layihənin Maliyyə Planı» müzakirə olunub.Qeyd edək ki, Koreya Dəmir Yolları Şəbəkəsinin mütəxəssislərinin hazırladığı layihə Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) istiqamətində mövcud dəmir yolunda sürətin artırılmasını nəzərdə tutur. Koreyalıların təqdim etdiyi layihədə qatarların sürətinin mövcud 80 km/saatdan 120 km/saatadək artırılması nəzərdə tutulur. Xatırladaq ki, cari ilin may ayının 19-da bu layihə ilə bağlı Azərbaycanla Koreya arasında müvafiq anlaşma memorandumu imzalanıb. Layihənin ümumi dəyəri ilkin olaraq 2 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir.
Azərbaycan Xəbərləri
Printable View

10-13-2008, 02:10 PMAPAKoreya Azərbaycanın dəmir yolunda hərəkət sürətinin artırılması layihəsinə 300 mln. dollar yatırmağa hazırdır

10-13-2008, 02:20 PMAPABVF bütün ölkələr üzrə inflyasiya proqnozlarını artırıb
[b]BVF bütün ölkələr üzrə inflyasiya proqnozlarını artırıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına əsasən, 2008-ci ildə Azərbaycanda inflyasiya 22,4%, 2009-cu ildə isə 20% səviyyəsində gözlənilir. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə BVF tərəfindən hazırlanmış «Dünya iqtisadi icmalı»nda deyilir. Ümumilikdə, BVF tərəfindən bütün ölkələr üzrə hesablanan inflyasiya proqnozları artıb. Məsələn, MDB ölkələri üzrə inflyasiya 2007-ci ildə 9,7% olduğu halda, 2008-ci ildə 15,6%, 2009-cu ildə isə 12,6% səviyyəsində proqnozlaşdırılır. Hesabatda bildirilir ki, MDB ölkələrinin əksəriyyəti ərzaq məhsulları və enerji daşıyıcılarının bahalaşması nəticəsində yüksək inflyasiyaya məruz qalacaq. Eyni zamanda, əksər ölkələrin qida sənayesində müşahidə olunan zəifləmə dünyada ərzaq məhsullarının bahalaşması və idxal qiymətlərinin yüksəlməsi ilə nəticələnəcək. BVF mütəxəssislərin fikrincə, dünya ölkələrinin əksəriyyətində, əsasən də inkişafda olan dövlətlərdə pul siyasəti çərçivəsində inflyasiyaya qarşı görülən tədbirlərin effektsiz olacağı gözlənilir. Ümumilikdə, «Dünya iqtisadi icmalı»nda iqtisadi zonalar üzrə inflyasiyanın səviyyəsi aşağıdakı kimi proqnozlaşdırılır:MDB 2006 2007 2008 2009 Azerbaijan 8.4 -
10-13-2008, 02:30 PMAPANoyabrın 27-də Avropa Şurası Nazirlər Komitəsində sədrlik İsveçdən İspaniyaya keçəcək
[b]Noyabrın 27-də Avropa Şurası Nazirlər Komitəsində sədrlik İsveçdən İspaniyaya keçəcək[b]
[Bakı. Laçın Sultanova-APA. Noyabrın 27-də Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrlik İsveçdən İspaniyaya keçəcək. APA-nın məlumatına görə, həmin gün Strasburqda AŞ Nazirlər Komitəsinin iclası olacaq. İclasda İsveç quruma sədrliyi 6 ay müddətinə İspaniyaya təhvil verəcək.Xatırladaq ki, bu il mayın 7-dən Nazirlər Komitəsinə İsveçin xarici işlər naziri Karl Bildt rəhbərlik edir. Onun sələfi isə Slovakiyanın xarici işlər naziri olub. -
10-13-2008, 02:40 PMAPA"Seçki 2008" QHT Koalisiyasının seçkilərə hazırlıqla bağlı iclası keçirilib
[b]"Seçki 2008" QHT Koalisiyasının seçkilərə hazırlıqla bağlı iclası keçirilib[b]
[Bakı. Elnur Məmmədli-APA. "Seçki 2008" QHT Koalisiyası təsisçilərinin bu gün keçirilən iclasında seçki günü görüləcək işlər müzakirə olunub. Koalisiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda müşahidəçilər üçün təlimlər başa çatdırıldığı və koalisiyanın müşahidəçi korpusunun formalaşması yekunlaşdığı bildirilib. Müşahidəçilərə təlimatlar, akt və yekun rəy nümunələri, yaddaş kitabçaları paylanıb. Koalisiya 59 dairədə və 1500-dən çox məntəqədə müşahidə aparacaq. 118 müşahidəçi 59 seçki dairəsində, 1457 müşahidəçi isə məntəqələrdə fəaliyyət göstərəcək.Seçki günü koalisiyanın ofisində 510 03 20 saylı şəhər telefonu "Qaynar xətt" rejimində işləyəcək. Bütün gün ərzində hər bir kəs şəhər nömrəsinə müraciət edərək seçki pozuntuları və problemlərlə bağlı məlumat verə bilələr. "Qaynar xəttə"ə daxil olan məlumatlar və müşahidəçilərin göndərdikləri məlumatlar əsasında bülletenlər hazırlanacaq. Seçki günü koalisiyanın 4 bülleteni yayılacaq. Koalisiyanın ilkin rəyi isə 16 oktyabrda keçiriləcək mətbuat konfransında açıqlanacaq. -
10-13-2008, 02:50 PMAPAAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binası yanır - YENİLƏNİB
[b]Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binası yanır - YENİLƏNİB[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında güclü yanğın baş verib.
[APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, dərhal hadisə yerinə 10-dək yanğınsöndürən maşın cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür. Hadisə yerində operativ qərargah yaradılıb. Yanğının binanın dam örtüyündə başladığı bildirilir. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də hadisə yerindədir. Ə. Qarayev APA-ya açıqlamasında deyib ki, hadisə zamanı xəsarət alan olmayıb. O, yanğının yağışlar zamanı islanmış rekvizitlər olan yerdə baş vermiş qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu deyib. Nazir artıq yanğının məhdudlaşdırıldığını söyləyib.Qeyd edək ki, teatrın binası hazırda təmirdədir. -
10-13-2008, 03:00 PMAPAHeyki Talvitie: "Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları məhduddur"
[b]Heyki Talvitie: "Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları məhduddur"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Gürcüstanda baş verənlərin bölgədəki digər "dondurulmuş münaqişələr"ə necə təsir göstərəcəyinə dair ətraflı qiymətləndirmə aparmaq hələ tezdir". APA-nın məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Heyki Talvitie deyib. O, bu il yalnız Dnestryanı münaqişənin həllində pozitiv inkişafın müşahidə olunduğunu bildirib: "Gürcüstandakı hadisələr digər münaqişələrdə status məsələsini yenidən gündəmə gətirdi və problemlərin həllinin tezləşdirilməsi zərurətini ortaya qoydu". H. Talvitienin fikrincə, bu il həm Ermənistan, həm də Azərbaycanda seçki ili olduğu üçün Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları məhduddur: "Finlandiya sədr olaraq təminat verir ki, münaqişələr ATƏT gündəmindəki əsas məsələlərdən biri olaraq alacaq. Təşkilat münaqişələrin həllinə daha çox vaxt və enerji sərf etməlidir". -
10-13-2008, 03:30 PMAPAİstanbulun DOKU sənət qalereyasında azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
[b]İstanbulun DOKU sənət qalereyasında azərbaycanlı rəssamın fərdi sərgisi açılıb[b]
[İstanbul. Mayis Əlizadə-APA. İstanbulun DOKU sənət qalereyasında azərbaycanlı rəssam Həsənağa Məmmədovun fərdi sərgisi açılıb. Sərginin açılış mərasimində Türkiyənin sənət və elm dünyasının tanınmış simaları iştirak edib. Sənət qalereyasının sahibi Mehmet Kıyatın APA-nın Türkiyə bürosuna verdiyi məlumata görə, Həsənağa Məmmədovla 10 ilə yaxındır əməkdaşlıq etdiyini, onun bir dəfə Ankarada, bir dəfə də İstanbulda fərdi sərgisinin açıldığını bildirib. Mehmet Kıyat bildirib ki, Həsənağa Məmmədovun əsərləri Türkiyənin sənət bazarında ən çox rəğbətlə qarşılana və baha qiymətə satılan əsərlər kateqoriyasına daxildir. Qeyd edək ki, 1949-cu ildə Neftçala rayonunun Aslanbəyli kəndində anadan olan Həsənağa Məmmədov Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirdikdən sonra Tiflis Rəssamlıq Akademiyasından məzun olub. 1992-ci ildən Türkiyənin sənət dairələri ilə əməkdaşlıq edən soydaşımızın bu ölkədə indiyədək 50 fərdi sərgisi açılıb. Yağlı boya, sulu boya, quşa, akrilik boya ilə işlədiyi əsərləri Hasan Taşdemir imzası ilə Türkiyənin sənət bazarına təqdim edən azərbaycanlı sənətkar bu ölkədə peyzaj və fiqur janrının bir neçə önəmli ustasından biri sayılır. Həsənağa Məmmədov Türkiyədə əsərləri baha qiymətə satılan bir neçə azərbaycanlı rəssamdan biridir. -
10-13-2008, 03:40 PMAPAMiklos Haraşti: "Azərbaycanda jurnalistlər anlamalıdır ki, onların hüquqları ilə yanaşı, vəzifələri də var"
[b]Miklos Haraşti: "Azərbaycanda jurnalistlər anlamalıdır ki, onların hüquqları ilə yanaşı, vəzifələri də var"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycanda seçkilər ərəfəsində ortaya çox şey qoyulub və bütün dünya bu prosesi izləyir".
[APA-nın məlumatına görə, bu fikirlər ATƏT-in söz və media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin ofisinin nəşr etdirdiyi "ATƏT regionunda media azadlığının 10 ili: indiki və qarşıdakı çətinliklər" kitabında öz əksini tapıb. Kitabda qeyd olunur ki, 2007-ci il Azərbaycan üçün mürəkkəb il olub, bu günə qədər ölkədə 4 jurnalist həbsdədir: "Bununla belə Azərbaycanda təhqiqat jurnalistikasının inkişafı müşahidə olunur. Peşəkar standartların inkişafı və gücləndirilməsinə ehtiyac var. Jurnalistlər anlamalıdır ki, onların hüquqları ilə yanaşı, vəzifələri də var". Kitabda ATƏT və Avropa Şurasının Azərbaycandan diffamasiya haqqında qanun qəbul olumasını tələb etdiyi və ATƏT-in jurnalistlər üçün treninqlər keçirdiyinə dair fikirlər də öz əksini tapıb. -
10-13-2008, 03:50 PMAPATürk mütəxəssisləri PKK terrorçuları ilə mübarizə aparacaq robot hazırlayıblar
[b]Türk mütəxəssisləri PKK terrorçuları ilə mübarizə aparacaq robot hazırlayıblar[b]
[Ankara - APA. Türkiyə PKK terrorçuları ilə mübarizədə "növbətçi" robotlardan istifadə edəcək. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İMTAKS adlanan robot yaxınlaşan təhlükəni müəyyən edir, sistemdəki operatora xəbərdarlıq göndərir və nəticədə atəş açılır. Sistemi hazırlayan "Yüksel Holding"in müdafiə sistemləri şirkətinin nümayəndəsi Hayri Esen növbətçi robot İMTAKS layihəsi üzərində uzun müddətdir çalışdıqlarını bildirib: "Bu, silah deyil, içinə silah qoyulan bir sistemdir. Heç bir sistem terrorla mübarizədə təkbaşına kifayət etməz. Amma bu sistem vasitəsilə şəhidlərin sayının azalacağına ümid edirik. Ən çox itkini terrorçuların ilk atəşi nəticəsində veririk. Bu layihə də əsgərlərimizi ilk atəşdən mühafizə etmək məqsədilə hazırlanıb". -
10-13-2008, 04:00 PMAPASəlim Müslümov: «MDB ölkələri vətəndaşlarının qarşılıqlı pensiya təminatı üçün ən səmərəli yol ikitərəfli sazişlərdir»
[b]Səlim Müslümov: «MDB ölkələri vətəndaşlarının qarşılıqlı pensiya təminatı üçün ən səmərəli yol ikitərəfli sazişlərdir»[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. MDB ölkələrində yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan MDB ölkə vətəndaşlarının qarşılıqlı pensiya təminatı üçün ən səmərəli yol bununla bağlı dövlətlər arasında ikitərəfli razılaşmaların əldə edilməsidir. Bunu «APA-ECONOMICS»ə açıqlamasında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib. Fond sədrinin sözlərinə görə, bununla bağlı sazişin 1994-cü ildə imzalanmasına baxmayaraq, o, heç bir ölkə tərəfindən ratifikasiya olunmayıb. Buna görə də qarşılıqlı pensiya təminatı məsələsi bu günədək açıq qalıb: «Bunun üçün də hesab edirik ki, ikitərəfli sazişlər daha səmərəlidir. Çünki pensiya təminatında müxtəlif ölkələrdə müxtəlif sistemlər var, yəni sistemlər adekvat deyil. Bu səbəbdən daha yaxşı olardı ki, bu məsələ ikitərəfli müqavilələrlə tənzimlənsin».Qeyd edək ki, 1990-cı illərin əvvəlində keçmiş SSRİ respublikalarından bir-birinə köçüb getmiş MDB ölkə vətəndaşlarının pensiya təminatının həllində müəyyən problemlər var. MDB ölkələri istəyir ki, belə insanların pensiya təminatını onlarınilk vətəni olmuş ölkə öz üzərinə götürsün. Lakin Azərbaycan tərəfi bununla razılaşmır və qeyd edir ki, həmin dövrdə ölkəmizə köçüb gələn azərbaycanlıların pensiya təminatını DSMF öz üzərinə götürüb.Xatırladaq ki, Azərbaycan vətəndaşların pensiya təminatına dair Türkiyə, Moldova, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna və Gürcüstanla ikitərəfli saziş bağlayıb.