[b]Azərbaycanda 80 il istismarda olan elektrik stansiyası satışa çıxarılıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Çiçəkli Su Elektrik Stansiyası (SES)» ASC-nin səhmlərinin 94,33%-nin (85% + səhmlərin əmək kollektivinə güzəştli satışından qalan 9,33%) satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-ECONOMICS»ə DƏİEDK-dən məlumat verilib.Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilər. Göygöl rayonunun Çiçəkli qəsəbəsində yerləşən bu SES-in nizamnamə kapitalı 55 368 manat, buraxılmış səhmlərinin sayı 27 684 ədəd, səhmlərinin növü «sənədsiz adlı», bir səhmin nominal dəyəri isə 2 manatdır. İnvestisiya müsabiqəsinə müəssisənin ümumi nominal dəyəri 52 228 manat olan 26 114 ədəd səhmi çıxarılıb. Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı və qeyri-maddi aktivləri yoxdur. Müəssisə 1928-ci ildə istismara verilib və layihə üzrə illik istehsal gücü 2 760 kVt/saatdır. Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 4 276 manat (əməkhaqqı və ona bərabər borclar) təşkil edir, debitor borcları isə yoxdur.İddiaçılar qarşısına müəssisədə elektrik enerjisi istehsalını bərpa etmək, bununla bağlı İnvestisiya Proqramını təqdim etmək, müəssisədə beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar quraşdırmaq və s. təkliflər qoyulub.İddiaçılar silinmək üçün DƏİEDK-ə 4 min dövlət özəlləşdirmə çekinə dair, xarici investorlar isə özəlləşdirmə çeklərinin sayına bərabər dövlət özəlləşdirmə opsionları təqdim etməlidirlər. İddiaçılar tərəfindən müraciətlərin qəbulu noyabrın 3-dək DƏİEDK-in inzibati binasında aparılacaq. Müsabiqə Komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsinə isə noyabrın 5-dən başlanılacaq.
Azərbaycan Xəbərləri
Printable View

10-06-2008, 01:50 PMAPAAzərbaycanda 80 il istismarda olan elektrik stansiyası satışa çıxarılıb

10-06-2008, 02:00 PMAPAFabio Luis Ramim Finlandiyaya qarşı oynamayacaq
[b]Fabio Luis Ramim Finlandiyaya qarşı oynamayacaq[b]
Braziliyalı futbolçu Türkiyəyə yollandı
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Futbol üzrə Azərbaycan milli komandası 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Finlandiya yığması ilə oyun öncəsi ciddi itki ilə üzləşib. "APA-SPORT"un məlumatına görə, "Bakı"nın üzvü Fabio Luis Ramim yığmamıza oktyabrın 11-də Helsinkidə keçiriləcək matçda kömək edə bilməyəcək.Azərbaycan Premyer Liqasının son turunda qol vuran 26 yaşlı braziliyalı yarımmüdafiəçinin səhhəti ilə bağlı problemi var. Hələ milli komandamızın sentyabrın 6- səfərdə Uelsə qarşı keçirdiyi görüşdə diz nahiyəsindən zədələnən Ramim bu gün Türkiyəyə yollanıb. İstanbulda cərrahiyyə əməliyyatı olunacaq braziliyalı bu səbəbdən yığmamızın baş məşqçisi Berti Foqstun sərəncamında olmayacaq.Üstəlik, Fabio Finlandiya ilə oyundan 4 gün sonra Bəhreyn yığması ilə səfərdə baş tutacaq yoldaşlıq görüşündə də iştirak etməyəcək. Bundan başqa, "İnter"in ukraynalı müdafiəçisi Vladimir Levin də cərrahiyyə əməliyyatına məruz qaldığından Foqtsun siyahısından çıxarılıb. Elmar Baxşıyev isə cəza ucbatından qarşıdakı görüşü buraxacaq. Almaniyalı mütəxəssis milli komandanın heyətini bu gün açıqlayacaq. Qeyd edək ki, Uelslə matçda qırmızı vərəqə alan Fabio cəzalı olduğundan Lixtenşteynlə Bakıdakı oyunda forma geyinməmişdi. UEFA tərəfindən Ramimə verilən bir oyunluq cəzanın müddəti başa çatsa da, futbolçu bu dəfə zədə üzündən yığmadan kənarda qalacaq. -
10-06-2008, 02:10 PMAPAMilanda İtaliya-Azərbaycan biznes-forumu keçiriləcək
[b]Milanda İtaliya-Azərbaycan biznes-forumu keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Noyabrda Milanda İtaliya-Azərbaycan biznes-forumu keçiriləcək. Bu barədə APA-ya İtaliyanın Azərbaycandakı səfiri Canluici Maşa məlumat verib. Onun sözlərinə görə, bununla əlaqədar AZPROMO nümayəndələri, iqtisadi inkişaf naziri Heydər Babayev və bir sıra iş adamları İtaliyaya gedəcəklər. Milanda həmçinin Azərbaycanda investisiya mühitinin təqdimatı keçiriləcək. -
10-06-2008, 02:30 PMAPABakıda "Almaniya bir rəssamın gözü ilə: qara, qırmızı və qızılı rənglərdə" adlı sərgi açılıb
[b]Bakıda "Almaniya bir rəssamın gözü ilə: qara, qırmızı və qızılı rənglərdə" adlı sərgi açılıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Dövlət Rəssamlıq Akademiyasında "Almaniya bir rəssamın gözü ilə: qara, qırmızı və qızılı rənglərdə" adlı sərginin açılış mərasimi keçrilib. APA-nın məlumatına görə, sərgi Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, "Qız qalası" rəsm qalereyası, "Kapital Bank" və "Standart İncurance"nin təşkilatçılığı ilə keçirilir. Sərginin açılışında çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina Almaniya ilə Azərbaycanda arasında mədəni əlaqələrinin genişlənməsinə sevindiyini bildirib. Səfir bu sərgilərin ənənə halını aldığını vurğulayıb. Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tələbələrin bu cür sərgilərdə fəallıq göstərdiyini bildirib. Sərgidə mövzu ilə bağlı rəsm əsərləri nümayiş olunub və qalib rəssamlar diplomla təltif olunublar. Qeyd edək ki, sərginin nümayişi oktyabrın 16-dək davam edəcək. -
10-06-2008, 02:40 PMAPAUkrayna səfiri MSK sədri Məzahir Pənahovla görüşüb
[b]Ukrayna səfiri MSK sədri Məzahir Pənahovla görüşüb[b]
[Bakı. Elnur Məmmədli - APA. Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçuk bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə hazırlıq vəziyyəti ilə maraqlanıb. MSK sədri isə seçkilərə hazırlıqla bağlı həyata keçirilən tədbirlər, seçki komissiyalarının fəaliyyət prinsipləri və s. vacib seçki məsələləri barədə məlumat verib. Görüşdə həmçinin, Azərbaycan və Ukrayna MSK-ları arasında əməkdaşlıq barədə memorandumun imzalandığı qeyd olunub və komissiyaların altı ildir ki, bu sənədə uyğun olaraq təcrübə mübadiləsi apardıqları bildirilib. -
10-06-2008, 02:50 PMAPAAlmaniya səfiri Per Stankina: "Azərbaycanda prezident seçkilərinin azad və ədalətli keçəcəyinə ümidvarıq"
[b]Almaniya səfiri Per Stankina: "Azərbaycanda prezident seçkilərinin azad və ədalətli keçəcəyinə ümidvarıq"[b]
[Bakı. Viktoriya Dementyeva-APA. "Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri Azərbaycanın demokratiya prinsiplərinə nə cür riayət etdiyini isbatlaması üçün gözəl şansdır. Ümidvarıq ki, seçkilər ədalətli və azad keçiriləcək". Bu aşıqlamanı APA-ya Almaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Per Stankina verib. Səfir bildirib ki, oktyabrın 10-da Almaniya federal parlamentinin təmsil edən 45 nümayəndə seçkilərin gedişini izləmək üçün Azərbaycana gələcəklər. Nümayəndə heyətinin səfəri oktyabrın 18-də başa çatacaq. -
10-06-2008, 03:00 PMAPAQüdrət Həsənquliyev: "Prezidentliyə namizədliyimi kiminsə xeyrinə geri götürmək fikrim yoxdur"
[b]Qüdrət Həsənquliyev: "Prezidentliyə namizədliyimi kiminsə xeyrinə geri götürmək fikrim yoxdur"[b]
[Bakı. Hafiz Heydərov - APA. Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi- Təbliğat kampaniyası necə gedir?- Kampaniya normal gedir. Lakin bizim təbliğat imkanlarımız iqtidar nümayəndəsi ilə müqayisədə məhduddur. Azərbaycan dövlət televiziyası hazırda Seçki Məcəlləsini pozaraq, yalnız prezidentin təbliğatı ilə məşğul olur. Düzdür, Seçki Məcəlləsində qeyd olunub ki, prezident kampaniya dövründə öz səlahiyyətlərini davam etdirir, deməli, onun prezident kimi fəaliyyəti də işıqlandırılmalıdır. Amma dövlət televiziyası hazırda sırf təbliğatla məşğul olur. Mən və daha bir neçə prezidentliyə namizəd də parlamentdə deputat kimi çıxış edirik, amma dövlət televiziyası bizimlə bağlı adi bir görüntü belə vermir. Həmçinin, məqsədyönlü şəkildə parlamentdəki iqtidar çoxluğu Mərkəzi Seçki Komissiyasını formalaşdırmadı. Mən bu məsələni Milli Məclisdə də qaldırdım, qanunda da əks olunub ki, azlıqda qalan partiyalar MSK-ya 6 nümayəndə təyin edə bilər. Bir nəfər isə bitərəflərin nümayəndəsi kimi razılaşdırılır. Lakin bu heç də belə olmadı, iki yer boş saxlanıldı. Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə ictimaiyyətə yanlış informasiya verərək, guya bizim öz aramızda razılaşa bilmədiyimizi söyləyir. Halbuki, digər 4 yerə üzv təyin olunanda da hər hansı razılaşma əldə olunmamışdı. Başqa bir nöqsan isə İctimai Televiziyada bizə ayrılan pullu efir vaxtı ilə bağlıdır. Qanunda göstərilib ki, pullu efir vaxtı pulsuz efir vaxtı qədər və ya ondan iki dəfə çox ola bilər. Bizdə isə 4 namizədə 5 dəqiqəlik efir vaxtı ayrılır. Digər televiziyalar isə seçki təbliğatı prosesində ümumiyyətlə iştirak etmirlər. Yalnız ANS bu prosesə qoşulub. Bu televiziya isə yalnız reklam çarxları yayımlayır, çıxış üçün efir vaxtı ayırmır. - Yerlərdə təbliğat kampaniyasının aparılması üçün şərait necədir? Məsələn, plakatlar cırılırmı və ya seçicilərlə görüş üçün yerlər ayrılırmı? - Kütləvi olaraq, plakat cırılması halı yoxdur. Sadəcə, bir-iki yerdə xuliqanlıq faktı kimi belə hallar qeydə alına bilər. Amma bu çox epizodikdir. Seçicilərlə görüşlər üçün də normal şərait var. Daha doğrusu, bu şərait yerlərə görə dəyişir. Məsələn, mənim Qusar və Xaçmazda seçicilərlə görüşüm üçün rayon mərkəzlərində çox gözəl yerlər ayrılmışdı. Göyçayda da zalın vəziyyəti yaxşı idi, amma mərkəzdən uzaqda idi. Lənkəranda isə həm yer bərbad idi, həm də çox uzaq idi. Lənkəranda görüşün baş tutmamasına da çalışıldı. Amma digər rayonlarda belə hallar olmayıb. - Seçki kampaniyası dövründə paytaxtda mitinq keçirməyi planlaşdırırsınızmı?- Bəli, hava şəraitindən asılı olaraq, ya mitinq, ya da qapalı görüş keçirməyi nəzərdə tuturuq. Artıq görüş keçirmək üçün müraciət də etmişik. Müraciətdə Opera və Balet Teatrının binasını istəmişik. - Bu seçki kampaniyası ilə bağlı ölkədə çox fərqli fikirlər var. Kampaniyanın sakit keçməsi əsas müzakirə mövzularından biridir. Necə hesab edirsiniz, seçki belə olmalıdır, yoxsa daha böyük hay-küyə ehtiyac var? - Bu mülahizələrin ortaya çıxmasının çox səbəbi var. Əvvəla, bu seçkiyə elektron informasiya vasitələrinin ayırdığı vaxt çox azdır. Bu KİV-lərin seçki təbliğatdakı rolu çox zəifdir. Müxalifətdən olan namizədlərin efir imkanları isə xeyli məhduddur. İkincisi, hər seçkidə ölkənin seçki sivilizasiyasına uyğunlaşması bir az daha artır. Yəni, sözü qışqıra-qışqıra deyil, sakit tərzdə, real formada deməyi öyrənənlərin sayı artır. Məsələn, mən bizim partiyadan başqa öz platformasını ortaya qoyan ikinci namizədə rast gəlmirəm. Bəzi namizədlər yalnız sual verir, olan problemləri sadalayırlar, YAP-dan olan vəkillər isə ancaq tənqidlərə cavab verir və görülmüş işlərdən danışırlar. Bizdən başqa, ölkədəki mövcud problemlərin köklü, fundamental həlli yolları ilə bağlı ortaya variant qoyan ikinci partiya yoxdur. Bizim platformamızda Konstitusiya, səhiyyə və təhsil islahatları, Dağlıq Qarabağ problemi, iqtisadi sahə ilə bağlı bütün görüşlər öz əksini tapıb. Məsələn, biz deyirik ki, yanvar ayının birindən pensiyaçılar 500, müəllimlər və həkimlər 600 manat alacaq. Hər yeni doğulan uşağa görə, ailələrə 5000 manat veriləcək. Biz deyirik ki, regionların inkişafı üçün yaradılacaq istehsal və emal müəssisələri 2 il vergidən azad olunacaq. Bu gün regionlarda tikilən idman kompleksləri və diaqnostika mərkəzləri üçün dövlət büdcəsindən 1 manat belə sərf olunmayacaq. Biz bu işləri müsabiqə yolu ilə həll edəcəyik. Bu, bizim platformamızın bir hissəsidir və əgər seçicilər bizim dediyimiz prizmadan buna yanaşsalar, inanıram ki, bizə səs verəcəklər.- Namizədliyinizi kiminsə xeyrinə geri götürmək fikriniz yoxdur ki? - Xeyr, sona qədər mübarizə aparacağam. -
10-06-2008, 03:10 PMAPA"Azərbaycan doğma diyar" devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək
[b]"Azərbaycan doğma diyar" devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 8-9-da "Azərbaycan doğma diyar" devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazilriyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, festivalın keçirilməsi Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu münasibətlə respublikanın müxtəlif bölgələrindən - Lənkəran, Astara, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Saatlı, İsmayıllı və Dəvəçidən azsaylı xalqların bədii kollektivləri Bakıya ezam olunacaqlar. Festival çərçivəsində Muzey Mərkəzində "Milli azlıqların mədəni irsinin qorunması" mövzusunda dəyirmi masa keçiriləcək. Həmin gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii kollektivlərin çıxışlarına baxış keçiriləcək. Oktyabrın 9-da "Azərbaycan doğma diyar" II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı yekun konserti ilə başa çatacaq. -
10-06-2008, 03:20 PMAPAATƏT-in müşahidə missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı ikinci hesabatını açıqlayıb
[b]ATƏT-in müşahidə missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı ikinci hesabatını açıqlayıb[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiləri müşahidə missiyası ikinci hesabatını açıqlayıb.
[APA-nın məlumatına görə, hesabatda bildirilir ki, ölkədə seçkiqabağı atmosfer sakitdir: "Seçkilərə ictimai maraq azdır, buna səbəb parlaq rəqabətin olmamasıdır. Seçkilər ərəfəsində yalnız Yeni Azərbaycan Partiyası aktiv kampaniya aparır. Digər namizədlər də təbliğat kampaniyası aparsa da, bu proses aktiv deyil". Hesabatda qeyd olunub ki, paytaxt rəhbərliyi "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunu əsas gətirərək seçkiləri boykot edən müxalifət partiyalarına Bakının mərkəzində mitinq keçirməyə icazə verməyib: "MSK seçkilərə aktiv hazırlaşır. Mərkəzi Seçki Komissiyası seçki prosesini daha şəffaf təşkil etmək üçün veb-kameralar quraşdırmağı planlaşdırır. İctimai Televiziya ilə keçirilən mütəmadi debatlar bütün namizədlərə öz platformalarını təqdim imkanı yaradır". -
10-06-2008, 03:30 PMAPATibb sahəsində Nobel mükafatının laureatları elan olunub
[b]Tibb sahəsində Nobel mükafatının laureatları elan olunub[b]
[Bakı. Laçın Sultanova - APA. Stokholmda Karolina Tibb İnstitutunun Nobel Komitəsi tibb sahəsində 2008-ci ilin qaliblərini elan edib. APA-nın məlumatına görə, mükafata Almaniya və Fransa alimləri layiq görülüblər. Almaniyalı alim Harald Turhauzen bu yüksək mükafata uşaqlığın xərçənginin virusunu aşkarladığına, fransalı Fransua Barre-Sinusi və Lyuk Montenye isə QİÇS xəstəliyini yaradan immun çatışmazlığı virusunu aşkarladıqlarına görə layiq görülüblər. Qeyd edək ki, bu il Nobel mükafatı hər nominasiyada 1 milyon 399 min dollar təşkil edir. Bu məbləğin yarısı almaniyalı alim, digər yarısı isə fransalı alimlər arasında bölünəcək.