[b]Azərbaycanda aztəminatlı ailələr üzrə kreditlərin ödəniş səviyyəsi 100%-ə yaxındır[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanda qaçqın, köçkün və aztəminatlı ailələr üzrə kreditin qaytarılması səviyyəsi 99-100%-ə bərabərdir. «APA-ECONOMICS»in məlumatına görə, bunu baş nazirin birinci müavini Əli Həsənov bildirib. Ə.Həsənovun sözlərinə görə, irihəcmli kreditlərdən daha çox imkanlılar, kiçik kreditlərdən isə imkansızlar bəhrələnir: «Buna görə də beynəlxalq və yerli donorlara müraciət etmişəm ki, bu kreditləşmənin parametrlərinə xüsusi fikir versin. Yəni, həmin təşkilatlar mikro-kredit layihələrinə və proqramlarına diqqəti daha da artmalıdır». Hökumət rəsmisi hesab edir ki, Azərbaycanda hələlik mikromaliyyələşdirmə sahəsində ciddi bir qüsur yoxdur və bu baxımdan ölkədə qeyri-bank kredit təşkilatlarının sayı artır. Bu sahənin inkişafında Azərbaycan hökuməti çox maraqlıdır və gələcəkdə də bu sahənin inkişafına dəstək göstərəcək: «Ölkədə mikromaliyyə sektorunun inkişafını daha da sürətləndirilməsi üçün Azərbaycan hökuməti yeni yaranan kredit təşkilatlarının fəaliyyətinə verilən lisenziyaya üçün dövlət rüsumunu azaldıb».
Azərbaycan Xəbərləri
Printable View

09-16-2008, 06:50 PMAPAAzərbaycanda aztəminatlı ailələr üzrə kreditlərin ödəniş səviyyəsi 100%-ə yaxındır

09-16-2008, 07:00 PMAPAYaxın günlərdə Bakıda daha bir sərnişin marşrutuna yeni avtobuslar buraxılacaq
[b]Yaxın günlərdə Bakıda daha bir sərnişin marşrutuna yeni avtobuslar buraxılacaq[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Yaxın günlərdə Bakı şəhərində daha bir şəhərdaxili sərnişin avtobus marşrutuna yeni avtobusların buraxılması planlaşdırılır.Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bir neçə gün əvvəl paytaxt küçələrində istismara buraxılan iri tutumlu «MAN» və «MAZ» sərnişin avtobusları artıq paytaxt sakinlərinə xidmət göstərir. Almaniya istehsalı olan, ən müasir beynəlxalq standartlara cavab verən yeni avtobuslar artıq 106 və 20 saylı avtobus marşrutlarından istifadə edən sərnişinlərin ixtiyarına verilib. Yeni avtobuslardan daha bir xətt üzrə - 345 nömrəli marşrutla da hərəkət nəzərdə tutulub. Hazırda bu marşrut üzrə peşəkar sürücülərin hazırlanması mərhələsi başa çatmaq üzrədir. Qeyd edək ki, ən son texniki nailiyyətlərin tətbiq edildiyi və uzunluğu 11,8 metr olan avtobusların 38 oturacaq yeri var. Onların hər biri ilə 98 sərnişin daşımaq mümkündür. -
09-16-2008, 07:10 PMAPAErmənistan Kasasiya Məhkəməsinin sədri istefa verib
[b]Ermənistan Kasasiya Məhkəməsinin sədri istefa verib[b]
[İrəvan - APA. Ermənistan Kasasiya Məhkəməsinin sədri Ovannes Manukyan vəzifəsindən istefa verib. APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, O. Manukyan istefa ərizəsini prezident Serj Sarkisyan və Ədalət Mühakiməsi Şurasına göndərib. O, istefasının səbəblərinin açıqlamayıb. Qeyd edək ki, O. Manukyan 2005-ci ilin iyununda prezident Robert Köçəryanın fərmanı ilə Kasasiya Məhkəməsinin sədri təyin olunub. Bu orqan ölkədə Konstitusiya Məhkəməsindən sonra ən yüksək məhkəmə instansiyası sayılır. -
09-16-2008, 07:20 PMAPADaha bir Azərbaycan bankı xarici investorlara kapitalında pay satır
[b]Daha bir Azərbaycan bankı xarici investorlara kapitalında pay satır[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin dördüncü rübündə nizamnamə kapitalına iki xarici investor cəlb etmək niyyətindədir. Bu, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və Almaniya İnvestisiya Korporasiyası (DEG) olacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.E.Qədimovun sözlərinə görə, hazırda bu istiqamətdə tərəflər arasında danışıqlar davam etdirilir və nəticələr bu ilin sonunadək bəlli olacaq: «Bu iki təşkilatın bankımızın kapitalında ümumi iştirak payı 25% olacaq». Qeyd edək ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 98,649 mln. manat, kredit portfeli 73,431 mln. manat, depozit portfeli 82,373 mln. manat, məcmu kapitalı 11,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,003 mln. manat təşkil edib. Bankın səhmdarları rolunda 6 fiziki (96,4%) və 14 hüquqi şəxs (3,6%) çıxış edir. -
09-16-2008, 07:30 PMAPARusiya ilə hərbi münaqişə nəticəsində Gürcüstan Müdafiə Nazirliyinə 200 milyon dollar ziyan dəyib
[b]Rusiya ilə hərbi münaqişə nəticəsində Gürcüstan Müdafiə Nazirliyinə 200 milyon dollar ziyan dəyib[b]
[Tiflis-APA. Gürcüstan Müdafiə Nazirliyi Cənubi Osetiyada hərbi münaqişə zamanı bu struktura dəyən ziyanın hesablanmasını davam etdirir. APA-nın "İnterfaks"a istinadən yaydığı məlumata görə, ölkənin müdafiə naziri David Kezeraşvili hərbi əməliyyatlar zamanı nazirliyin infrastrukturuna 200 milyon dollar ziyan dəydiyini açıqlayıb: "Bu, yalnız təxmini rəqəmdir, biz Qori hərbi bazasına dəyən ziyanı hələ sonadək hesablamamışıq". -
09-16-2008, 07:40 PMAPADördüncü mərtəbədən yıxılan hamilə qadın sağ qalıb
[b]Dördüncü mərtəbədən yıxılan hamilə qadın sağ qalıb[b]
[Dnepropetrovsk - APA. Ukraynanın Dnepropetrovsk vilayətində hamilə qadın 4-cü mərtəbədə yerləşən mənzilinin pəncərəsindən yerə düşüb. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, 23 yaşlı qadın və döl möcüzə nəticəsində sağ qalıblar. Döş qəfəsində əzilmə olan qadın hazırda xəstəxanadadır və özünü yaxşı hiss edir. Milis faktla bağlı araşdırma aparır. -
09-16-2008, 07:50 PMAPAƏli Babacan: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin Türkiyə üçün nə qədər həssas məsələ olduğunu daha yaxşı anlamağa başlayıb"
[b]Əli Babacan: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin Türkiyə üçün nə qədər həssas məsələ olduğunu daha yaxşı anlamağa başlayıb"[b]
Brüssel - APA. "Son vaxtlar Ermənistan hökuməti Dağlıq Qarabağ münaqişəsinin Türkiyə üçün nə qədər həssas məsələ olduğunu daha yaxşı anlamağa başlayıb".
[APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Brüsseldə mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Əli Babacan deyib. O bildirib ki, problemin üçtərəfli (Türkiyə-Azərbaycan-Ermənistan) formatda müzakirəsi münaqişənin həlli prosesini xeyli asanlaşdıracaq. Xatırladaq ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. -
09-16-2008, 08:10 PMAPAQərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin sədr müavini: "Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini azad etməlidir"
[b]Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin sədr müavini: "Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini azad etməlidir"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda səfərdə olan Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin nümayəndə heyəti bu gün Mili Məclisdə mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, nümayəndə heyətinin rəhbəri, Siyasi Məsələlər Komitəsinin sədr müavini Maykl Henkok Azərbaycana səfərlərinin uğurlu keçdiyini bildirib. O deyib ki, səfər çərçivəsində maraqlı fikir mübadiləsi aparıblar. M. Henkok səfər zamanı "Xəzər dənizi və Avropada təhlükəsizlik" adlı məruzə hazırlamaq məqsədilə müzakirələr apardığını deyib.Azərbaycanın Asiya ilə Avropa arasında körpü olduğunu bildirən nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Avropa rəsmi Bakı əməkdaşlıqda maraqlıdır. O, Azərbaycan torpaqlarının işğalı faktına toxunaraq, Ermənistanın işğal olunmuş əraziləri azad etməli olduğunu vurğulayıb. -
09-17-2008, 12:20 AMAPAHeydər Əliyev Sarayında müasir standartlara uyğun əsaslı təmir aparılıb - FOTOSESSİYA
[b]Heydər Əliyev Sarayında müasir standartlara uyğun əsaslı təmir aparılıb - FOTOSESSİYA[b]
Bakı. Ülkər Qasımova - APA. Ötən ilin aprel ayından əsaslı təmirə dayanan Heydər Əliyev Sarayında son tamamlanma işləri aparılır.
APA-nın məlumatına görə, sarayın həm xarici, həm də daxili müasir standartlara cavab verəcək formada hazırlanıb, girişdə yeni işıq avadanlıqları, eskalator və lift sistemi, müxtəlif ölçülü ekranlar yerləşdirilib. Birinci mərtəbədə yerləşdirilən kiçik ölçülü ekranlarda müxtəlif reklamlar, maraqlı reportajlar yayımlanacaq. Burada həmçinin lazer şəlaləsi də quraşdırılıb. Heydər Əliyev Sarayının ön hissəsində ekranlar yerləşdirilib. Axşamlar bu ekranlarda müxtəlif görüntülər nümayiş olunacaq. Bundan başqa, həmin ekranlar vasitəsilə sarayın səhnəsindən birbaşa yayım aparılacaq, vətəndaşlar ekrandan səhnədə baş verənləri canlı izləyə biləcəklər. Heydər Əliyev Sarayının səhnəsində və tamaşaçı zalında da xeyli dəyişiklik edilib. Tamamilə dəyişilmiş zalda müasir standartlara cavab verəcək işıqlandırma sistemi, gözəl çilçıraqlar, texniki avadanlıq və rahat oturacaqlar quraşdırılıb. Sarayın görünüşündə istifadə olunan əsas rəng isə qəhvəyidir. Bununla yanaşı, qrim və işçi otaqlar da tamamilə müasir formada təmir olunub, rahat mebellə bəzədilib. Sarayın pilləkənlərinin təmirində isə mərmərdən istifadə olunub. Qarderob və istirahət üçün xüsusi yerlərin hazırlanmasında da tamaşaçıların rahatlığını nəzərə alınıb. Heydər Əliyev Sarayında əsaslı təmir işləri aparan "Azəraqrartikinti və Pin-Proje Ortaqlığı"nın müdiri Sərdar Abuzərov APA-ya açıqlamasında mədəniyyət ocağında böyük dəyişikliklərin edildiyini bildirib: "35 il əvvəl inşa olunan sarayın əsaslı təmirinə ehtiyac vardı. Saray, korpus hissəsi istisna olmaqla, demək olar ki, tamamilə sökülüb yeni, müasir dövrə uyğun materiallarla inşa edilib. Sarayın səs, işıq, ventilyasiya, kondisioner, akustika sistemi dəyişdirilərək ən modern avadanlıqlarla təchiz olunub. Sarayın daxili hissəsi və zal tamamilə yenilənib". S. Abuzərovun sözlərinə görə, təmir zamanı sarayın əvvəlki layihəsində nəzərdə tutulmayan bəzi əlavə işlər də görülüb: "Sarayda 560 kub/metr yanğınsöndürmə və su hovuzları inşa edilib. Təmirdə dünyanın 16 ölkəsindən gətirilmiş material və avadanlıqdan istifadə olunub. Oturacaqların sayı nisbətən azaldılıb ki, bu da oturacaq yerlərinin genişlənməsi ilə əlaqədardır. Bir sözlə, Heydər Əliyev Sarayında tamaşaçıların rahat istirahəti üçün hər cür şərait yaradılıb". S. Abuzərov 2007-ci ilin aprelindən başlanan təmir işlərinin bu günlərdə tam yekunlaşacağını da bildirib. Qeyd edək ki, Heydər Əliyev Sarayının rəsmi açılış mərasiminin sentyabrın 25-də keçirilməsi nəzərə tutulur. -
09-17-2008, 10:20 AMAPAAzərbaycan prezidentinin Rusiyaya səfəri başa çatıb
[b]Azərbaycan prezidentinin Rusiyaya səfəri başa çatıb[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri sentyabrın 16-da başa çatıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, səfər Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə baş tutub.